Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə42/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
168
heç bir elmi dəlilə və ya müşahidəyə malik deyillər, ola bilməzlər də. Onsuz da 
ən qatı materialist belə bütün görüntünü beynində gördüyünü qəbul edir.
Bu bölmədə, əsasən, bu həqiqəti qəbul etmək istəməyən şəxslərdən gələn 
etirazlara  verilən  cavablara  yer  veriləcək.  Aşağıdakı  etirazları  və  cavablarını 
oxuduqda, səmimi və obyektiv düşündükdə əslində bu sualların cavablarının 
çox açıq olduğunu siz də görəcəksiniz.
Etiraz:  “Yolda  avtobus  gördükdə  əzilməmək  üçün  qaçırsınız.  Deməli, 
avtobus var. Əgər beyninizdə görürsünüzsə, niyə qaçırsınız?”
Cavab:  Bu  və  buna  bənzər  sualları  verənlərin  yanıldıqları  və  anlaya 
bilmədikləri cəhət “hiss” məfhumunun sadəcə görmə hissi ilə bağlı olduğunu 
hesab edirlər. Əslində isə, təkcə görmə deyil, toxunma, vurma, zərbə, sərtlik, 
ağrı, isti, soyuq, nəm kimi bütün hisslər eynilə görmə kimi insanın beynində 
əmələ  gələn  hisslərdir.  Məsələn,  avtobusa  minmək  üçün  avtobusun  soyuq 
metalını əlində hiss edən  insan əslində bu “soyuq metal hissini” beynində hiss 
edir. Bu çox açıq və məlum həqiqətdir. Toxunma hissi, daha əvvəl də bildirildiyi 
kimi, bir insanın -  barmaqlarından gələn sinir oyanmalarının – beynin müəyyən 
nöqtəsində  əmələ  gətirdiyi  hissdir.  Hiss  edən  barmaqlarımız  deyil.  İnsanlar 
bunu elmi cəhətdən də açıqlandığı üçün qəbul edirlər. Ancaq məsələ avtobusun 
qapısını tutmaq deyil, avtobus insanı vurduqda, yəni bu toxunma hissi daha 
şiddətli və ağrılı olduqda, bu həqiqətin əsassız olduğunu hesab edirlər. Əslində 
isə ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu insan zərbənin 
şiddətini və bütün ağrını beynində hiss edir.
Bunu  daha  yaxşı  anlamaq  üçün  yuxuları  düşünmək  faydalı  olar.  İnsan 
yuxuda  da  onu  avtobus  vurduğunu,  qəzadan  sonra  gözünü  xəstəxanada 
açdığını,  əməliyyat  edildiyini,  həkimlərin  danışıqlarını,  ailəsinin  narahatlıq 
içində  xəstəxanaya  gəldiyini,  şikəst  olduğunu  görə  bilər.  Yuxuda  yaşadığı 
bütün  bu  hadisələrin  görüntülərini,  səslərini,  bərklik  hissini,  ağrını,  işığı, 
xəstəxanadakı  rəngləri,  hər  cür  hissi  çox  parlaq  və  aydın  hiss  edir.  Bunların 
hamısı gerçək həyatdakı kimi təbii və inandırıcıdır. O an yuxudakı birinin ona 
yuxu gördüyünü, gördüklərinin xəyal olduğunu desə, ona inanmaz. Əslində isə 
gördüklərinin hamısı xəyaldır və nə avtobusun, nə xəstəxananın, nə də yuxuda 
gördüyü bədəninin xarici aləmdə maddi qarşılığı var. Yuxuda gördüyü bədənin 
və avtobusun maddi qarşılıqları olmasına baxmayaraq, “həqiqi bədəni” “həqiqi 
avtobus” vurmuş kimi hiss edir.
Elə  isə  materialistlərin  “maddənin  varlığını  şillə  yesən,  anlayarsan”, 
“dizinə təpik dəysə, maddənin varlığına şübhən qalmaz”, “it görsən, qaçırsan 
ancaq”, “avtobus vursa, beynində olub-olmadığını anlayarsan”, “əgər hissdirsə, 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
169
Bəzi insanlar avtobusa toxunduqda soyuq metal hissinin beyinlərində əmələ gəldiyini qəbul 
edirlər. Ancaq avtobus vurduqda meydana gələn ağrı hissinin də beyində əmələ gəldiyini 
qəbul etmirlər. Əslində isə insan yuxuda onu avtobus vurduğunu görsə, eyni ağrını hiss 
edəcəkdir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
170
onda şosseyə çıxıb avtomobillərdən qaçmadan ortada dur” kimi etirazların heç 
bir mənası və əsası yoxdur. Sürətli zərbə, itin ağrı verən dişləri, möhkəm şillə 
maddənin əsli ilə təmasda olduğumuzun dəlili deyil. Çünki bildirildiyi kimi, 
bunları  eynilə  yuxuda  da  maddi  qarşılığı  olmadığı  halda  yaşaya  bilirsiniz. 
Bundan əlavə, hissin şiddətli olması o hissin beyində əmələ gəlməsi həqiqətini 
də dəyişdirmir. Bu, elmi sübutu olan açıq həqiqətdir.
Bəzi  insanların  şossedə  sürətlə  keçən  avtobusu  və  ya  avtobusun  səbəb 
olduğu  qəzanı  maddənin  fiziki  varlığı  ilə  təmasda  olduqlarının  təsirli  dəlili 
zənn etmələrinin səbəbi görüntünün insanı aldadacaq qədər həqiqi görünməsi 
və  hiss  edilməsidir.  Məkan  görüntülərindəki,  məsələn,  şossedəki  dərinlik  və 
perspektivin  qüsursuzluğu,  məkanda  görünən  cisimlərin  rəng,  forma,  kölgə 
cəhətdən mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox aydın olması və 
görüntünün içində məntiq tamlığının olması bəzilərini yanıldır. Bəzi insanlar 
bu  hadisələr  nəticəsində  bunların  hiss  olduğunu  unudurlar. Amma  zehində 
meydana gələn hisslər nə qədər tam və mükəmməl olsa da, bunların hər birinin 
hiss  olması  həqiqəti  dəyişməyəcək.  İnsan  şossedə  yeriyərkən  qəza  baş  versə 
də, zəlzələdə uçan evin altında qalsa da, yanğında alovlar ətrafını bürüsə də, 
pilləkəndən yıxılsa da, bütün bu hadisələri zehnində yaşayır və əsla əsilləri ilə 
İnsan hər hansı bir itin hücumuna məruz 
qalsa, bütün bunları beynində gördüyü 
həqiqəti dəyişməz. Çünki insan eyni 
hadisəni yuxuda da bütün gerçəkliyi 
ilə görə bilər, eyni həyəcan və qorxunu 
yuxuda da yaşaya bilər.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
171
təmasda ola bilməz. 
Bir insan şossedəki avtobusun qarşısına özünü atdıqda zehnindəki avtobus 
zehnindəki  bədənini  vurur.  O  insanın  bu  qəza  nəticəsində  həyatını  itirməsi, 
bədəninin  parçalanması  da  bu  həqiqəti  dəyişdirmir.  Əgər  insanın  zehnində 
gördüyü bu hadisə ölüm ilə nəticələnirsə, Allah o insana göstərdiyi görüntünü 
pərdənin qaldırılması kimi qaldırır və o şəxsə başqa bir görüntü, axirətə aid 
görüntülər  göstərir.  Bu  həqiqəti  indi  səmimiyyətlə  düşünüb  anlamayanlar 
öldükdə dərhal anlayacaqlar.
Etiraz: “Bütün cisimləri beynimdə gördüyüm doğrudur, ancaq bunların 
hamısının xəyali görüntü olmasına inana bilmirəm”.
Cavab:  Bütün  dünyanı  beynimizdə  hiss  etməyimiz  elmin  qəti  şəkildə 
sübut etdiyi və savadlı insanlardan heç birinin əksini iddia etmədiyi həqiqətdir. 
Ancaq insanların dərk edə bilmədikləri əsas məsələ budur: “Biz bütün cisimləri 
zehnimizdə  hiss  ediriksə,  zehnimizdən  kənarda  mövcud  olan  cisimlərin 
əsllərini  heç  bilməyəcəyik?”  Bu  şübhə  doğrudur,  biz  heç  vaxt  zehnimizdə 
hiss  etdiklərimizdən  kənarda  maddənin  əsli  olub-olmadığından  əmin  ola 
bilmərik. Çünki biz beynimizdən kənara çıxıb xarici aləmdə nə olduğunu görə 
bilmərik.  Beyindəki  görüntülərin  xarici  dünyada  qarşılığının  necə  olduğunu 
bilməyimiz elə buna görə mümkün deyil. Çünki nə bu iddianı irəli sürən şəxs, 
nə nevroloq, nə beyin cərrahı, nə filosof, nə də hər hansı başqa bir insan bu günə 
qədər beynindən kənara çıxmamışdır ki, beynindən kənardakı maddənin necə 
olduğunu bilsin.
İnsanın həyatına dair bildiyi hər şey beyninə gələn elektrik siqnallarının 
beyni  tərəfindən  qavranma  formasından  qaynaqlanır.  Yəni  insan  daima  öz 
beyninin içində əmələ gələn dünyasında yaşayır. Göyə baxdıqda gördüyümüz 
quşlar, küçənin o biri tərəfində gözdən itməkdə olan  avtomobil, otağımızdakı 
əşyalar,  əlimizdəki  bu  kitab,  dostlarımız,  qohumlarımız,  bunların  hamısı 
beynimizdəki  xəyali  görüntülərdir.  Heç  kim  beyninin  içində  əmələ  gələn  bu 
həyatdan kənara çıxa bilməz. Bu, nə elmlə, nə də texnologiya ilə əldə edilməsi 
mümkün olan vəziyyətdir. Çünki elm adamı nə icad etsə də, yenə onu beyninin 
içindəki görüntünün içində icad edəcəkdir. Ona görə, o “xarici aləmi görmək 
üçün icad etdiyi şey” də beyninin içindəki görüntünün içində qalacaqdır. Heç 
bir insanın maddənin əslinin nəyə bənzədiyini bilməsi mümkün deyil; çünki 
heç  bir  insan  maddənin  əsli  ilə  heç  vaxt  təmasda  olmamışdır.  İlk  insandan 
bəri yer üzündə səsin əslini eşidən, mənzərənin əslini görən və ya gülün əslini 
qoxulayan tək bir insan belə yaşamamışdır.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə