Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə37/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
144
Hər varlıq bir qədər ilə 
yaradılır. Hər hansı bir vaza 
hələ istehsal edilməzdən 
əvvəl kim tərəfindən, hansı 
modeldə istehsal ediləcəyi
kim tərəfindən, haradan 
satın alınıb hansı evin hansı 
küncünə yerləşdiriləcəyi və 
hansı gün hansı anda necə 
düşüb sınacağı Allah qatında 
məlumdur.


Zaman da Hissdir
145
Bir avtomobil hələ 
istehsal edilməzdən əvvəl 
hansı rəngdə olacağı, kim 
tərəfindən satın alınacağı, 
hətta hansı metal 
tullantıları xarabalığında 
necə vəziyyətdə olacağı 
qədərində bəllidir.
hz. Yaqubun övladlarının təhlükəsizliyi üçün aldığı tədbirdən bəhs olunur. Hz. 
Yaqub  pis  niyyətli  insanların  diqqətini  çəkməmələri  üçün  oğullarına  şəhərə 
ayrı-ayrı  qapılardan  girməyi  nəsihət  etmiş,  amma  bunun  Allahın  müəyyən 
etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır: 
Dedi: “Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil 
olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə 
bilmərəm.  Hökm  yalnız  Allahındır.  Mən  ancaq  Ona  təvəkkül  etdim.  Qoy 
təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)
Allah  insanların  nə  etsələr  də,  qədərlərini  dəyişdirə  bilməyəcəklərini  bir 
ayədə belə bildirir:
Bu  qəm  qüssədən  sonra  Allah  sizə  rahatlıq  üçün  xəfif  bir  uyğu 
göndərdi. O, sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz 
canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey varmı?” - deyə 
Allaha  qarşı  haqsız  yerə,  cahiliyyətə  xas  olan  düşüncələrə  qapıldılar. 
Onlara  de:  “Əlbəttə,  bütün  işlər  Allaha  məxsusdur”.  Onlar  sənə  açıb 
bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim 
üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər 
siz  evlərinizdə  olsaydınız  belə,  alınlarına  ölüm  yazılmış  kəslər  yenə 
çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə 
olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. 
Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran surəsi, 154)


XƏYALIN DİGƏR ADI: MADDƏ
146
Ayədən  də  göründüyü  kimi,  insan  ölməmək  üçün  xeyir  və  ibadət  olan 
işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa, onsuz da öləcəkdir. Hətta ölümdən 
qaçmaq  üçün  əl  atdığı  yollar  və  üsullar  da  qədərində  bəllidir  və  hər  insan 
qədərindəki hadisəni yaşayacaqdır. Allah bu ayədə də insanlara qədərlərində 
yaratdığı  hadisələrin  məqsədinin  onları  sınamaq  və  onların  qəlblərini 
təmizləmək olduğunu bildirir. “Fatir” surəsində isə hər insanın ömrünün Allah 
qatında bəlli olduğu, ana bətninə düşən körpələrin də Allahın izni ilə olduğu 
bildirilir:
Allah  sizi  torpaqdan,  sonra  nütfədən  xəlq  etmiş,  sonra  da  sizi  cüt-cüt 
yaratmışdır.  O  bilmədən  heç  bir  qadın  hamilə  olmaz  və  bari-həmlini 
yerə  qoymaz.  Ömür  sahibi  olan  birinin  uzun  ömür  sürməsi  də,  onun 
ömrünün  qısaldılması  da  ancaq  kitabda  yazılmışdır.  Həqiqətən,  bu, 
Allah üçün çox asandır. (Fatir surəsi, 11)
“Qəmər”  surəsinin  aşağıdakı  ayələrində  isə  insanın  hər  etdiyinin  sətir-
sətir yazılı olduğu bildirilərkən, cənnət əhlinin yaşadıqları da yaşanmış şəkildə 
danışılır. Daha əvvəl də bildirildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün 
gələcəkdir. Ancaq cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri hal-hazırda 
Allahın  hifzində  mövcuddur.  Biz  doğulmadan  əvvəl  də  bütün  bəşəriyyətin 
dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içərisində yaşanmışdır 
və Allahın hifzində mühafizə edilir:
Onların etdiyi hər şey dəftərlərdədir! 
Hər bir kiçik və böyük yazılmışdır! 
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, 
Haqq  məclisində,  qadir  hökmdarın  (Allahın)  hüzurunda  olacaqlar! 
(Qəmər surəsi, 52-55)
Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək 
olmadığını Quranda istifadə edilən bu üslubdan anlayırıq. Göründüyü kimi, 
bizim  üçün  gələcək  zamanda  olacaq  bəzi  hadisələr  Quranda  çoxdan  olub-
bitmiş  hadisə kimi danışılır. Çünki Allah keçmişi də, gələcəyi də bir an kimi 
artıq  yaratmışdır.  Buna  görə,  gələcəkdə  olacağı  danışılan  hadisə  artıq  olub-
bitmişdir. Amma  biz  görmədiyimiz  üçün  onu  gələcək  zənn  edirik.  Məsələn, 
axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr çoxdan olub-
bitmiş hadisə kimi bəhs edilir:
Sur  çalınacaq,  Allahın  göylərdə  və  yerdə  olan  istədiyi  kimsələrdən 
başqa,  dərhal  hamı  yıxılıb  öləcək.  Sonra  bir  daha  çalınan  kimi  onlar 
qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!


Zaman da Hissdir
147
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və 
şahidlər  gətiriləcək, onlar  arasında ədalətlə hökm olunacaq və onlara 
haqsızlıq  edilməyəcəkdir!  Hər  kəs  öz  əməlinin  cəzası  veriləcəkdir! 
Allah  onların  nə  etdiklərini  ən  yaxşı  biləndir!  Kafirlər  dəstə-dəstə 
cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq 
və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən 
Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan 
peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü  
kafirlər  barəsində  vacib  oldu!”  –  deyə  cavab  verəcəklər.  (Onlara)  belə 
deyiləcək:  “Girin  cəhənnəmin  qapılarına    orada  əbədi  qalmaq  üçün!”  
təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da 
dəstə-dəstə  Cənnətə  gətiriləcəklər.  Nəhayət,  ora  çatınca  onun  qapıları 
açılacaq  və  (cənnət)  gözətçiləri:  “Salam  əleykum!  Xoş  gəldiniz!  Əbədi 
qalacağınız cənnətə daxil olun!” – deyəcəklər.  (Zumər surəsi, 68-73)
Bu barədə digər misallar isə belədir:
Hər bir kəs bir sürüyən və bir də şahidlə gəlmişdir. (Qaf surəsi, 21)
Və (göy) süst düşüb parçalanmışdır. (Haqqə surəsi, 16)
Və  onları  etdikləri  səbir  müqabilində  cənnətlə  və  ipəklə 
mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, 
nə də sərt soyuq görəcəklər. (İnsan surəsi, 12-13)
Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)
Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütəffifin surəsi, 34)
Günahkarlar atəşi  görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş 
götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)
Yuxarıdakı ayələrdə ölümümüzdən sonra yaşanacaq hadisələrdən yaşanmış 
və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim bağlı olduğumuz nisbi 
zaman ölçüsündən və məkandan uzaqdır. Allah bütün hadisələri zamansızlıqda 
diləmiş, insanlar bunu etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. 
Böyük-kiçik  hər  hadisədən  Allahın  xəbəri  olduğunu  və  bir  kitabda  qeyd 
olunduğu həqiqəti isə aşağıdakı ayədə belə xəbər verilir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız 
(onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər 
bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə