Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə35/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

135
KEÇMİŞ


136
GƏLƏCƏK
İNDİ


Zaman da Hissdir
137
çəkmək imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ 
seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.
Keçmiş və gələcək qeyb xəbəridir
Allah  Quranın  bir  çox  ayəsində  qeybi,  yəni  görünməyəni,  bilinməyəni, 
şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:
De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! 
Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!” 
(Zümər surəsi, 46)
De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, 
aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr 
etdiyinizi xəbər verəcəkdir!” (Cumuə surəsi, 8)
KEÇMİŞ
AN
GƏLƏCƏK
İnsanın keçmişi əslində o insanın 
hafizəsində yer alan məlumatlardan ibarətdir. Əgər bu 
insanın hafizəsi silinsə, keçmişi qalmayacaq. Gələcək 
isə insanların düşüncələrindən ibarətdir. İnsan gələcəyi 
üçün plan qurar, gələcəyini düşünər. Ancaq insanın düşüncələri də aradan qaldırılsa, 
bu dəfə gələcək deyə bir anlayış da qalmayacaq. Hafizəsi və düşüncələri əlindən 
alınan insan üçün sadəcə içində yaşadığı “an”, yəni “bu an” qalacaq.
Düşüncə=Gələcək
Düşüncə=Gələcək
Hafizə=Keçmiş
Hafizə=Keçmiş


XƏYALIN DİGƏR ADI: MADDƏ
138
(Allah):  “Ey  Adəm,  bunların  adlarını  onlara  bildir!”-  dedi.  (Adəm) 
onlara bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və 
yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi 
bilirəm, söyləmədimmi?” - buyurdu. (Bəqərə surəsi, 33)
Ümumiyyətlə,  qeybin  sadəcə  gələcəyə  aid  məlum  olmayan  məlumatlar 
olması  düşünülür,  əslində  həm  keçmiş,  həm  də  gələcək  qeybdir.  Keçmişdə 
yaşananlar da, gələcəkdə yaşanacaqlar da Allah qatında qorunan məlumatlardır. 
Ancaq  Allah  Öz  qatında  olan  qeyb  məlumatlarından  bəzilərini  insanların 
hafizəsinə verərək bunları məlum olan, yəni müşahidə edilən hala salmışdır. 
Məsələn,  Allah  Quranda  keçmişə  dair  məlumatlar  verərək  Peyğəmbərimizə 
(s.ə.v.) bunların qeyb xəbərləri olduğunu xəbər verir:
Bunlar  sənə  vəhy  etdiyimiz  qeyb  xəbərlərindəndir.  Bundan  qabaq 
onları nə sən, nə də ümmətin bilirdi. Səbir et. Həqiqətən, (gözəl) aqibət 
müttəqilərindir! (Hud surəsi, 49)
Bu,  sənə  vəhy  etdiyimiz  qeyb  xəbərlərindəndir.  Onlar    hiylə  quraraq 
əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin! (Yusif surəsi, 
102)
Allah  Peyğəmbərimizə  (s.ə.v.)  hələ  yaşanmamış  bəzi  hadisələrdən 
də  xəbərlər  vermişdir  ki,  bunlar  gələcəyə  dair  qeyb  xəbərləridir.  Məsələn, 
Məkkənin fəthi (Fətih surəsi, 27) və Romanın bütpərəstlər üzərində qalibiyyəti 
(Rum  surəsi,  3-4),  bu  hadisələr  hələ  yaşanmadan  əvvəl  Peyğəmbərimizə 
(s.ə.v.) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) qiyamət əlamətləri, axır zaman 
kimi mövzulardakı hədisləri də o dövrün bütün insanları üçün qeyb olan bu 
məlumatları Allahın ona öyrətdiyini göstərir. Quranda peyğəmbərlərə və digər 
bəzi saleh möminlərə də qeybdən xəbərlər 
verildiyi açıqlanır. Məsələn, hz. Yusifə 
qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusif surəsi, 15), hz. Musanın 
anasına körpə oğlunun fironun zülmündən qurtulacağı və peyğəmbər olacağı vəhylə 
açıqlanmışdır (Qəsəs surəsi, 7).
Beləliklə, bizim keçmiş və gələcək adlandırdığımız hadisə və məlumatların 
hamısı  Allah  qatında  gizli  saxlanılan  qeyb  xəbərləridir.  Allah  istədiyi  vaxt 
istədiyi şəxsin hafizəsinə bu xəbərlərdən bəzilərini verərək qeybin bir qismini 
açıqlayır. Müşahidə edilə bilən, yəni görünə bilən, şahid olunmuş bu hadisələr 
insanlar tərəfindən keçmiş kimi dəyərləndirilir.
Qədərə təslimiyyətin əhəmiyyəti
Keçmiş və gələcəyin əslində Allah qatında yaradılmış və yaşanmış şəkildə 
gizli və hazır hadisələr olması bizə çox vacib həqiqəti göstərir: hər insan qeyd-
şərtsiz  qədərinə  təslim  olmuşdur.  İnsan  necə  keçmişini  dəyişdirə  bilmirsə, 


Zaman da Hissdir
139
gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; 
gələcəyindəki  bütün  hadisələr,  nə  zaman,  harada,  nə  yemək  yeyəcəyi,  necə, 
harada  öləcəyi-hamısı  məlumdur  və  bunları  dəyişdirə  bilməz.  Çünki  bunlar 
onsuz  da  Allah  qatında,  Allahın  hafizəsində  yaşanmış  şəkildə  mövcuddur. 
Sadəcə bunların məlumatı hələ onun hafizəsində deyil.
Ona  görə  başlarına  gələn  hadisələrə  kədərlənən,  əsəbiləşən,  qışqıran, 
gələcəyi  üçün  narahat  olan  və  hirslənənlər  əslində  özlərini  boş  yerə  üzürlər. 
Çünki  necə  olacağından  qayğı  və  qorxu  duyduqları  gələcəkləri  onsuz  da 
yaşanmışdır  və  nə  etsələr  də,  bunları  dəyişdirmə  imkanları  yoxdur.  Burada 
bir  cəhətə  diqqət  edilməlidir:  yanlış  qədər  anlayışından  qaçmaq  lazımdır. 
Bəzi insanlar: “Onsuzda qədərimdə nə varsa, o da olacaq, elə isə mənim nəsə 
etməyimə ehtiyac yoxdur”, -deyərək səhv qədər anlayışı əmələ gətirirlər. Hər 
yaşadığımızın qədərimizdə müəyyən edildiyi həqiqətdir. Biz hələ o hadisəni 
yaşamazdan əvvəl, o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün 
detalları ilə Allah qatındakı Lövhi-məhfuz adlı kitabda yazılmışdır. Ancaq Allah 
hər  insana  sanki  hadisələri  dəyişdirməyə,  öz  qərar  və  seçiminə  görə  hərəkət 
etməyə imkanı var imiş kimi hiss verir. Məsələn, insan su içmək istədikdə bunun 
üçün: “Qədərimdə varsa, içəcəyəm”, -deyərək oturub gözləməz. Bundan ötrü 
qalxar, stəkanı alar və suyunu içər. Həqiqətən də qədərində müəyyən edilmiş 
stəkanda,  müəyyən  edilmiş  miqdarda  suyu  içir.  Ancaq  bunları  edərkən  öz 
iradəsi  və  istəyi  ilə  etdiyini  hiss  edir  və  həyatı  boyu  bu  hissi  hər  etdiyi  işdə 
yaşayır. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş insan ilə bu həqiqəti 
qavraya bilməyən insan arasındakı fərq budur: təslimiyyəti olan insan özü etdiyi 
hissini  yaşamasına  baxmayaraq,  bunların  hamısını  Allahın  istəyi  ilə  etdiyini 
bilir. Digəri isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.
Məsələn, xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan bunun qədərində 
olduğunu  bildiyi  üçün  çox  təvəkküllü  davranır.  “Allah  bunu  qədərimdə 
yaratdığına görə, mütləq böyük xeyir var”, -deyə düşünür. Amma: “Onsuzda, 
qədərimdə sağalmaq varsa, sağalacağam”, -deyərək tədbir almadan gözləməz. 
Əksinə,  mümkün  olan  bütün  tədbirləri  görər.  Həkimə  gedər,  qidalanmasına 
diqqət edər, dərmanlarını qəbul edər. Ancaq getdiyi həkimin, həkimin yazdığı 
müalicənin, qəbul etdiyi dərmanların, bunların ona nə qədər təsir edəcəyinin, 
sağalıb-sağalmayacağının,  qısaca  desək,  hər  detalın  qədərində  olduğunu 
unutmaz. Bunların hamısının Allahın hafizəsində hələ o, dünyaya gəlməzdən 
əvvəl hazır şəkildə olduğunu bilir. Allah Quranda insanların yaşadıqları hər 
şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur 
ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə