XƏYALIN DİGƏR ADI: MADDƏ
34
bölgəyə göndərirlər. Həyatımız
boyu gördüyümüz rəngarəng
dünyamızın əmələ gəldiyi yer
elə beyindəki bu xüsusi bölgədir.
Beləliklə, beynimizdən xaricdə
rənglər yoxdur, işıq da yoxdur.
Sadəcə elektromaqnit dalğalar və
ya hissəciklər şəklində hərəkət edən
enerji var. Həm rənglər, həm də
işıq sadəcə bizim beynimizdədir.
Yəni biz gülü qırmızı olduğu üçün
qırmızı rəngdə görmürük. Bizim
gülü qırmızı görməyimizin səbəbi
tor qişamıza təsir edən enerjinin
beynimiz tərəfindən qırmızı kimi
şərh edilməsidir.
Rəng
korluğu
rənglərin
beynimizdə əmələ gəlməsinin
vacib dəlillərindəndir. Məlumdur
ki, gözdəki tor qişada əmələ gələn
kiçik pozuntu rəng korluğuna
səbəb olur. Belə olduqda insan
yaşıl ilə qırmızını bir-birindən
ayırd edə bilmir. Bu halda xarici
aləmdəki cismin “rəngli” olub-
olmaması vacib deyil. Çünki biz
cisimləri onlar rəngli olduqlarına
görə rəngli görmürük. Buradakı
nəticə bundan ibarətdir:
varlıqlara aid etdiyimiz
bütün xüsusiyyətlər “xarici dünyada” deyil, beynimizdədir.
Biz heç vaxt hisslərimizdən kənara çıxaraq xarici aləmə çıxa
bilməyəcəyimizə görə, maddələrin və ya rənglərin əsillərini
Yuxarıdakı şəkildə sol tərəfdəki yaşıl
sahələr daha tünd, sağdakılar daha
açıq yaşıl kimi görünür. Əslində hər
iki tərəfdəki yaşılın tonu – aşağıda da
görəcəyiniz kimi – bir-birinin eynidir.
Ancaq yaşılların arasındakı qırmızı və
narıncı rənglər gözümüzü aldadır və
rənglərin tonlarını olduğundan fərqli
görməyimizə səbəb olur. Bunun göstərdiyi
vacib həqiqət budur: biz maddənin
əslini deyil, sadəcə beynimizdəki şərhini
görürük.
Allahın qüsursuz yaratması ilə elektrik siqnallarını
milyonlarla rəng tonundan ibarət, parlaq, rəngarəng bir
dünya kimi görür və bu gördüklərimizdən zövq alırıq. Bu,
üzərində düşünməli qeyri-adi bir möcüzədir.
XƏYALIN DİGƏR ADI: MADDƏ
36
də bilmərik. Məşhur mütəfəkkir
Berkeley də bu həqiqətə aşağıdakı sözləri ilə
diqqət çəkir:
Qısaca desək, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti,
bəziləri üçün tam əksi ola bilirsə, bu, o deməkdir ki, biz illüziyaların təsirindəyik...
8
Bütün səsləri beynimizdə eşidirik
Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə
aid görüntüləri necə beynimizin içində görürüksə, səsləri də beynimizin içində
eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq
qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəmələrini gücləndirərək daxili
qulağa ötürür. Daxili qulaq da bu titrəmələri səsin gərginliyi və sıxlığına görə
elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən
sonra siqnallar son mərhələdə işlənərək şərh edilmək üçün eşitmə mərkəzinə
göndərilir. Beləliklə, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata
keçir.
Ona görə də beynimizdən kənarda səslər deyil, səs dalğaları kimi tanınan
fiziki titrəmələr var. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xarici aləm və ya
qulağımız deyil, beynimizin içidir. Yəni görən gözlərimiz olmadığı kimi, eşidən
də qulaqlarımız deyil. Məsələn, ən yaxın dostunuzla söhbət edərkən dostunuzun
görüntüsünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz və necə
ki, beyninizdəki görüntü üç ölçülü, dərinlik hissi ilə əmələ gəlirsə, dostunuzun
səsi də sizə dərinlik hissini təsdiqləyəcək şəkildə gəlir. Məsələn, dostunuzu
sizdən uzaqda görürsünüzsə və ya arxanızda bir yerdə oturursa, səsinin də
Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayaraq orta
qulağa ötürür. Orta qulaq isə aldığı səs titrəyişlərini gücləndirərək daxili qulağa
ötürür. Daxili qulaq da bu titrəyişləri səsin gərginliyinə və sıxlığına görə elektrik
siqnallarına çevirərək beyinə göndərir.