XƏYALIN DİGƏR ADI: MADDƏ
42
Hər şey o qədər həqiqidir ki, həmin şəxs yuxudan oyandıqda bu vəziyyətə
təəccüb edir.
Bu mövzunu anlamaq üçün əslində yuxuları düşünməyə də lüzum
yoxdur. Sadaladığımız təsvirləri hal-hazırda xəyal edib düşünməyiniz də
kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə
çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı
qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə
hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda
olmadığına baxmayaraq, onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə
çobanyastığının qoxusunu da zehninizdə duya bilirsiniz.
Washington Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus
Raichle xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa
bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər:
Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq. Gözlərinizi yumun və o
mənzərəni düşünün. Bu şəkildə o mənzərənin bir görüntüsünü xəyal edə bilərsiniz,
qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı
ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki
Bir insan bir az fikrini cəmləyərək anasının görüntüsünü və ya çobanyastığının
qoxusunu zehnində canlandıra bilər. Bəs yanında olmadığı halda bir gözə ehtiyacı
hiss etmədən bu görüntünü görən, bir buruna ehtiyac hiss etmədən qoxu alan
kimdir? Bu varlıq insanın ruhudur.
43
vəziyyətdə də mənzərənin bir görüntüsü zehində əmələ gəlir. Həqiqi əyani şəkildə,
görərək əmələ gələn görüntü xəyal edilən görüntüdən fərqləndirilməsi baxımından
“hiss” adlandırılır. Hiss tor qişaya təsir edən və daha sonra beyində müəyyən
prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin
bu siqnalları göndərmək üçün heç bir işıq tor qişaya təsir etmədikdə bir
görüntünü necə əmələ gətiririk?
10
Göründüyü kimi, görüntünün zehnimizdə əmələ gəlməsi üçün xarici
aləmdə hər hansı bir mənbə olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu
hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya
bilirsinizsə, gerçək həyatda da qoxusunu duyduğunuz cisimlərin xarici aləmdə
necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.
Bütün dadlar beyində əmələ gəlir
Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər.
İnsan dilinin ön tərəfində dörd müxtəlif növdə kimyəvi reseptor var, bunlar
duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən
sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da
beyin tərəfindən dad kimi şərh edilirlər. Hər hansı bir tortu, qatığı, limonu və ya
sevdiyiniz meyvəni yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyin
tərəfindən şərh edilməsidir.
Beyninizdə əmələ gələn tort görüntüsünə beyninizdə əmələ gələn şirin
dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə
tortu yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyninizdə əmələ
gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn siqnalları necə
şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola
bilməzsiniz; məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz.
Beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o anda
yediyiniz hər hansı bir şeyin dadının beyninizə
çatması mümkün olmaz; dad duyğunuzu tamamilə
itirərsiniz. Aldığınız dadların olduqca həqiqi olması,
üstəlik onlara aid görüntüləri də seyr edə bilməyiniz
sizi qətiyyən aldatmasın. Mövzunun elmi açıqlaması
bu şəkildədir.
Toxunma hissi də beyində əmələ gəlir
İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni
görmə, eşitmə, dadbilmə kimi hisslərin
hamısının beyində əmələ gəlməsi hissini
dərk etməyə
mane olan ən əsas amillərdən