Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə10/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
42
Hər  şey  o  qədər  həqiqidir  ki,  həmin  şəxs  yuxudan  oyandıqda  bu  vəziyyətə 
təəccüb edir. 
Bu  mövzunu  anlamaq  üçün  əslində  yuxuları  düşünməyə  də  lüzum 
yoxdur.  Sadaladığımız  təsvirləri  hal-hazırda  xəyal  edib  düşünməyiniz  də 
kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə 
çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı 
qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə 
hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda 
olmadığına baxmayaraq, onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə 
çobanyastığının qoxusunu da zehninizdə duya bilirsiniz.
Washington Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus 
Raichle xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa 
bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər:
Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq. Gözlərinizi yumun və o 
mənzərəni düşünün. Bu şəkildə o mənzərənin bir görüntüsünü xəyal edə bilərsiniz, 
qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı 
ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki 
Bir insan bir az fikrini cəmləyərək anasının görüntüsünü və ya çobanyastığının 
qoxusunu zehnində canlandıra bilər. Bəs yanında olmadığı halda bir gözə ehtiyacı 
hiss etmədən bu görüntünü görən, bir buruna ehtiyac hiss etmədən qoxu alan 
kimdir? Bu varlıq insanın ruhudur.


43
vəziyyətdə də mənzərənin bir görüntüsü zehində əmələ gəlir. Həqiqi əyani şəkildə, 
görərək əmələ gələn görüntü xəyal edilən  görüntüdən fərqləndirilməsi baxımından 
“hiss”  adlandırılır.  Hiss  tor  qişaya  təsir  edən  və  daha  sonra  beyində  müəyyən 
prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin 
bu siqnalları göndərmək üçün heç bir işıq tor qişaya təsir etmədikdə bir 
görüntünü necə əmələ gətiririk?
10
Göründüyü  kimi,  görüntünün  zehnimizdə  əmələ  gəlməsi  üçün  xarici 
aləmdə    hər  hansı  bir  mənbə  olmasına  ehtiyac  yoxdur.  Eyni  vəziyyət  qoxu 
hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya 
bilirsinizsə, gerçək həyatda da qoxusunu duyduğunuz cisimlərin xarici aləmdə 
necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.
Bütün dadlar beyində əmələ gəlir
Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. 
İnsan dilinin  ön tərəfində dörd müxtəlif  növdə kimyəvi reseptor  var,  bunlar 
duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən 
sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da 
beyin tərəfindən dad kimi şərh edilirlər. Hər hansı bir tortu, qatığı, limonu və ya 
sevdiyiniz meyvəni yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyin 
tərəfindən şərh edilməsidir. 
Beyninizdə  əmələ  gələn  tort  görüntüsünə  beyninizdə  əmələ  gələn  şirin 
dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə 
tortu  yedikdə  aldığınız  dad  əslində  elektrik  siqnallarının  beyninizdə  əmələ 
gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn siqnalları necə 
şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola 
bilməzsiniz; məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz. 
Beyninizə  gedən  dadbilmə  sinirləri  kəsilsə,  o  anda 
yediyiniz  hər  hansı  bir  şeyin  dadının  beyninizə 
çatması mümkün olmaz; dad duyğunuzu tamamilə 
itirərsiniz. Aldığınız dadların olduqca həqiqi olması, 
üstəlik onlara aid görüntüləri də seyr edə bilməyiniz 
sizi qətiyyən aldatmasın. Mövzunun elmi açıqlaması 
bu şəkildədir.
Toxunma hissi də beyində əmələ gəlir
İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni 
görmə,  eşitmə,  dadbilmə  kimi  hisslərin 
hamısının  beyində  əmələ  gəlməsi  hissini 
dərk etməyə mane olan ən əsas amillərdən 


44
BÜTÜN DADLAR BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR


biri  toxunma  hissidir.  Məsələn,  bu  kitabı  beynində 
gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə: 
“Beynimdə  görmürəm,  bax,  əlimlə  toxunuram”, 
-deyəcək. “Bu kitabın xarici aləmdə maddi cəhətdən 
necə  olduğunu  bilmirik,  biz  sadəcə  kitabın 
beynimizin  içindəki  görüntüsünü  görə  bilirik” 
-dedikdə  yenə  eyni  səthi  düşüncəyə  malik  bir  insan: 
“Xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, 
necə olduğunu bilirəm”, -deyə cavab verəcəkdir.
Əslində  isə  bu  insanların  anlaya  bilmədikləri  və  ya  anlamadıqları  kimi 
davrandıqları həqiqət budur: bütün digər duyğu orqanlarımız kimi toxunma 
hissi də beyində əmələ gəlir. Yəni siz hər hansı bir cismə toxunduqda onun 
bərk, yumşaq, nəm, yapışqan və ya zərif olduğunu beyninizdə hiss edirsiniz. 
Barmaq uclarınıza gələn təsirlər beyninizə yenə elektrik siqnalı kimi ötürülür 
və beyninizdə bu siqnallar toxunma hissi kimi şərh edilir. Məsələn, siz hamar 
olmayan  səthə toxunduqda onun əslində nahamar olub-olmadığını və ya hamar 
olmayan yerin əslində necə bir hiss oyandırdığını əsla bilmirsiniz. Çünki siz 
hamar olmayan səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin hamar olmayan 
yer haqqında hissləriniz beyninizin müəyyən siqnalları şərh etmə şəklidir.
 Çay içərək yaxın dostu ilə söhbət edən insan isti çay stəkanına toxunduqda 
əli  yanarkən  dərhal  stəkanı  əlindən  qoyur. Ancaq 
burada  da  sözügedən  şəxs  stəkanın  istiliyini 
əslində  əlində  deyil,  beynində  hiss  edir.  Həmin 
şəxs  çayın  dadını  və  qoxusunu  da  beynində 
hiss edir, görüntüsünü isə beynində seyr edir. 
Lakin  insan  ləzzətlə  içdiyi  çayın  əslində 
beynindəki surəti ilə təmasda olduğunun 
fərqinə  varmayaraq,  stəkanın  əsli  ilə 
təmasda olduğunu zənn edib görüntüsü 
beynində  əmələ  gələn  dostu  ilə  söhbət 
edir. Əslində bu çox qeyri-adi vəziyyətdir. 
İnsanın 
stəkanın 
bərkliyindən, 
istiliyindən, çayın qoxusundan, dadından 
təsirlənərək stəkanın əslinə toxunduğunu, 
çayın  əslini  içdiyini  düşünməsi  bu  şəxsə 
beynində  yaşadılan  hisslərin  heyrətamiz 
dərəcədə  aydın  və  mükəmməl  olduğunu 
göstərir.  Üzərində  diqqətlə  düşünməli  bu 
vacib həqiqəti XX əsrin məşhur mütəfəkkiri 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə