87
Bir tərəfdən Crick haqlıdır. Biz neyron torbasından başqa bir şey deyilik. Eyni
zamanda nə qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağlı
neyronlarla açıqlamaq ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış
və fayda gətirmədi. Bir çox alternativ məhdudlaşdırma (reductionaism) var. “Biz
xüsusi gen paketindən başqa bir şey deyilik”. “Biz təbii seçmə ilə formalaşan
uyğunlaşmalardan başqa bir şey deyilik”. “Biz fərqli sahələr üçün ayrılmış
kompyuter makinalarından başqa bir şey deyilik”. Crickin iddiasına bənzəyən bu
fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.
29
Bu açıqlamaların, əlbəttə, hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir.
Ən qatı materialistlər belə bu həqiqəti əslində çox yaxşı anlayırlar. Belə ki,
Darvinin ən yaxın dəstəkləyəni kimi tanınan materialist Thomas Huxley də:
“Şüur kimi bu qədər fövqəladə bir şey necə olub sinir toxumalarının bir-
birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli
ilə sürtdükdə içindən Cinin çıxması qədər izah edilməzdir”, -deyərək şüurun
neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.
30
Huxleydən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının
mümkünsüzlüyü həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu
sahədəki yeni tapıntılarının kifayət olmadığından irəli gəlmir. Əksinə,
nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çox irəliləyişlər baş vermiş,
bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla
maddə ilə məhdudlaşmadığını, maddənin fövqündə bir həqiqətin
axtarılmalı olduğunu ortaya qoyan elmi fəaliyyətlərdir. Belə
ki, Almaniyanın qabaqcıl darvinist-materialist yazıçılarından
biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun
açıqlanmasının mümkün olmadığını belə etiraf edir:
İzlədiyimiz təbiət tarixi və genetik irəliləyiş yolunda
şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab
Sinir hüceyrələrinin bir insana şüur, ağıl, düşünmə
və danışma bacarığı, sevmə, şəfqət hiss etmə, yazığı
gəlmə, darıxma kimi hissləri qazandırmayacağı çox açıq
həqiqətdir.