XƏYALIN DİGƏR ADI: MADDƏ
120
məhv edir, bu barədə mübahisəyə belə imkan vermir. Bütün düşüncələrini,
həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən
bir anda uçub getmişdir. Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar
metodlarını miras qoymuşlar. Leninin yuxarıdakı sözlərindən bu gün bir
çox materialist istifadə edir və tərəfdarlarına bu həqiqəti dinləməmələrini,
oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu
həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün
dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu
səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir
və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi
qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının
və maddənin
gerçək yönünü öyrənirlər. Elə bu, Allahın inkar edənlərə qurduğu möhtəşəm
tələdir. İnkar edənlər necə tarix boyu sadəcə Allahı inkar etmək üçün təhrifedici
şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə qarşı tələ
qurduqlarını hesab etdilərsə, Allah qarşılığında onların saxta tanrılarını
əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix
boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:
... sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir
tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)
Allah insanlara maddənin əsli ilə təmasda olduqları hissini verərək
materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə
alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, içində olduqları cəmiyyəti,
bütün dünyanı və əslində xəyaldan ibarət olan hər şeyi mütləq varlıq hesab
etmişlər, üstəlik bunlara güvənərək Allaha qarşı təkəbbür göstərmişlər. Öz
ağıllarına görə lovğalanaraq Allaha üsyan etmiş və inkar etməkdə daha da irəli
getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma
elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allahın onları hər tərəfdən əhatə
etdiyini heç düşünməmişlər. Allah inkar edənlərin anlayışsızlıqları nəticəsində
düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
(Tur surəsi, 42)
Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən
bunun fərqində belə olmamışlar. Məsələn, bütün görüntülərin beyində
qavrandığını kəşf edərkən bunun öz inanclarını kökündən çökdürəcəyini
nəzərə almamışlar. Materialist elm adamı apardığı tədqiqatlar nəticəsində
bütün gördüyü şeylərin əslində hesab etdiyi kimi olmadığını, əksinə, beynində
Maddənin Həqiqəti Niyə Əhəmiyyətli Bir Mövzudur?
121
meydana gələn görüntülərlə təmasda olduğunu sübut edərək materialist
inancına öz əlləri ilə zərbə vurmuşdur. Allah inkar edənlərin öz qurduqları
tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki,
onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız
özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)
Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir.
Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları
onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmüdür.
Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah
“Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Müddəssir surəsi, 11) ayəsi ilə
hər insanın Onun qatında əslində tamamilə tənha olması həqiqətinə diqqət
çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də
sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz... (Ənam surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi,
95)
Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət
edəcəyini bildirir:
O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik:
“İddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)
Bunun ardından inkar edənlər dünyada var olduğunu zənn edərək Allaha
şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına
və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də
“gör onlar
özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər
də onlardan qeyb oldular!” (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.
XXI əsr bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə
yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların
keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib
odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz
da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq
olmaz ki, həqiqətlərdən qaçmaq olmaz.
XƏYALIN DİGƏR ADI: MADDƏ
124
K
itabın buraya qədər olan bölməsində mütləq varlıq zənn edilən
maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəyimiz və hər insanın
sadəcə beynindəki xəyali görüntülərlə təmasda olduğu açıqlandı.
Bu qeyri-adi həqiqətin bütün dünyada Allah sevgisi və qorxusunun
artması, mənəviyyatın və gözəl əxlaqın yayılması, materializmin çökməsi üçün
nə qədər böyük əhəmiyyətə malik olduğu bildirildi.
Materialistlərin maddə kimi əzəli və mütləq varlıq zənn etdikləri başqa
məfhum isə zamandır. Ancaq maddə kimi zaman da hissdir və əzəli deyil,
yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət
Quranda bir çox ayə ilə də bildirilmişdir.
Zaman bir anı digər an ilə müqayisə etdikdə ortaya çıxan
məfhumdur
Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız
müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı
oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək
yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz “an” ilə “hal-hazırkı an” arasında bir
müddət olduğunu düşünür və buna “zaman” deyirsiniz. Əslində isə mətbəxdə
yemək yediyiniz “an” sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz
“hal-hazırkı an” ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu
“zaman” adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı
da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.
Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o
mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda
olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki
Telefon zəng çaldığı
an ilə telefonda
dostun səsinin
eşidildiyi an arasında
bir müddət olduğunu
düşünür və buna
“zaman” deyirik.
Zaman “o an”
yaşananlar ilə keçmiş
arasında aparılan
müqayisə ilə ortaya
çıxan hissdir.