Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə31/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
120
məhv  edir,  bu  barədə  mübahisəyə  belə  imkan  vermir.  Bütün  düşüncələrini, 
həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən 
bir anda uçub getmişdir. Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar 
metodlarını  miras  qoymuşlar.  Leninin  yuxarıdakı  sözlərindən  bu  gün  bir 
çox  materialist  istifadə  edir  və  tərəfdarlarına  bu  həqiqəti  dinləməmələrini, 
oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu 
həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün 
dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu 
səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir 
və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi 
qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının və maddənin 
gerçək yönünü öyrənirlər. Elə bu, Allahın inkar edənlərə qurduğu möhtəşəm 
tələdir. İnkar edənlər necə tarix boyu sadəcə Allahı inkar etmək üçün təhrifedici 
şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə qarşı tələ 
qurduqlarını  hesab  etdilərsə,  Allah  qarşılığında  onların  saxta  tanrılarını 
əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix 
boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:
...  sənə  qarşı  hiylə  qururdular.  Allah  da  tədbir  tökdü.  Allah  tədbir 
tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30) 
Allah  insanlara  maddənin  əsli  ilə  təmasda  olduqları  hissini  verərək 
materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə 
alçaltmışdır.  Mallarını,  mülklərini,  mövqelərini,  içində  olduqları  cəmiyyəti, 
bütün  dünyanı  və  əslində  xəyaldan  ibarət  olan  hər  şeyi  mütləq  varlıq  hesab 
etmişlər,  üstəlik  bunlara  güvənərək  Allaha  qarşı  təkəbbür  göstərmişlər.  Öz 
ağıllarına görə lovğalanaraq Allaha üsyan etmiş və inkar etməkdə daha da irəli 
getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma 
elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allahın onları hər tərəfdən əhatə 
etdiyini heç düşünməmişlər. Allah inkar edənlərin anlayışsızlıqları nəticəsində 
düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! 
(Tur surəsi, 42) 
Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən 
bunun  fərqində  belə  olmamışlar.  Məsələn,  bütün  görüntülərin  beyində 
qavrandığını  kəşf  edərkən  bunun  öz  inanclarını  kökündən  çökdürəcəyini 
nəzərə  almamışlar.  Materialist  elm  adamı  apardığı  tədqiqatlar  nəticəsində 
bütün gördüyü şeylərin əslində hesab etdiyi kimi olmadığını, əksinə, beynində 


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
121
meydana  gələn  görüntülərlə  təmasda  olduğunu  sübut  edərək  materialist 
inancına  öz  əlləri  ilə  zərbə  vurmuşdur. Allah  inkar  edənlərin  öz  qurduqları 
tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, 
onlar  orada  bacardıqları  qədər  məkrlə  məşğul  olsunlar.  Onlar  yalnız 
özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)
Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir. 
Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları 
onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmüdür. 
Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah 
“Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Müddəssir surəsi, 11) ayəsi ilə 
hər  insanın  Onun  qatında  əslində  tamamilə  tənha  olması  həqiqətinə  diqqət 
çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də 
sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz... (Ənam surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 
95)
Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət 
edəcəyini bildirir:
O  gün  onların  hamısını  toplayacaq,  sonra  şərik  qoşanlara  deyəcəyik: 
“İddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)
Bunun ardından inkar edənlər dünyada var olduğunu zənn edərək Allaha 
şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına 
və  tamamilə  yox  olduğuna  şahid  olacaqlar. Allah  bu  həqiqəti  də  “gör  onlar 
özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər 
də onlardan qeyb oldular!” (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir. 
XXI əsr bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə 
yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların 
keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib 
odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz 
da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq 
olmaz ki, həqiqətlərdən qaçmaq olmaz.


122


123
ZAMAN DA 
HİSSDİR


XƏYALIN DİGƏR ADI: MADDƏ
124
K
itabın  buraya  qədər  olan  bölməsində  mütləq  varlıq  zənn  edilən 
maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəyimiz və hər insanın 
sadəcə  beynindəki  xəyali  görüntülərlə  təmasda  olduğu  açıqlandı. 
Bu qeyri-adi həqiqətin bütün dünyada Allah sevgisi və qorxusunun 
artması, mənəviyyatın və gözəl əxlaqın yayılması, materializmin çökməsi üçün 
nə qədər böyük əhəmiyyətə malik olduğu bildirildi. 
Materialistlərin  maddə  kimi  əzəli  və  mütləq  varlıq  zənn  etdikləri  başqa 
məfhum  isə  zamandır.  Ancaq  maddə  kimi  zaman  da  hissdir  və  əzəli  deyil, 
yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət 
Quranda bir çox ayə ilə də bildirilmişdir.
Zaman  bir  anı  digər  an  ilə  müqayisə  etdikdə  ortaya  çıxan 
məfhumdur
Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız 
müqayisəyə  əsaslanan  anlayışdır.  Məsələn,  siz  hal-hazırda  bu  kitabı 
oxuyursunuz.  Fərz  edək  ki,  kitabı  oxumazdan  əvvəl  mətbəxdə  yemək 
yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz “an” ilə “hal-hazırkı an” arasında bir 
müddət olduğunu düşünür və buna “zaman” deyirsiniz. Əslində isə mətbəxdə 
yemək yediyiniz “an” sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz 
“hal-hazırkı an” ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu 
“zaman” adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı 
da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.
Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o 
mərasimdən  etibarən  hafizəsindəki  digər  məlumatları  da  içində  yaşamaqda 
olduğu  an  ilə  müqayisə  etdikdə  zaman  anlayışını  əldə  edir  və  hafizəsindəki 
Telefon zəng çaldığı 
an ilə telefonda 
dostun səsinin 
eşidildiyi an arasında 
bir müddət olduğunu 
düşünür və buna 
“zaman” deyirik. 
Zaman “o an” 
yaşananlar ilə keçmiş 
arasında aparılan 
müqayisə ilə ortaya 
çıxan hissdir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə