Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə32/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

Zaman da Hissdir
125
məlumatlara  görə  bu  zamanın  uzunluğunu  və  ya  qısalığını  müəyyən  edir. 
Əslində  isə  bu  “uzunluq”  və  “qısalıq”  tamamilə  beyində  əmələ  gələn  və  bu 
müqayisədən qaynaqlanan hissdir.
Eyni şəkildə yerə düşən qələmi əyilib götürən və stolun üstünə qoyan birini 
gördükdə müqayisə edir. Gördüyü insan qələmi stolun üstünə qoyduğu anda 
o  şəxsin  qələmi  əyilib  götürməsi  və  stola  doğru  yeriməsini  seyr  edən  şəxsin 
beynində  yerləşən  məlumatlardır.  Zaman  hissi  qələmi  stolun  üstünə  qoyan 
insan ilə bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.
Məşhur fizik Julian Barbour zamanın tərifini belə verir:
Zaman  əşyaların  mövqelərini  dəyişdirmə  ölçüsündən  başqa  bir  şey  deyil.  Saat 
kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.
39
Qısaca desək, zaman beyində xatirə kimi saxlanılan bir sıra məlumatlar, 
daha doğrusu, görüntülər arasında müqayisə aparılması ilə mövcud olur. Əgər 
insanın hafizəsi olmasaydı, o insan sadəcə içində olduğu anı yaşayar, beyni bu 
cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməzdi. 
Zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə əsaslanan 
anlayışdır. Məsələn, bir nəfər otağa daxil olur. Sonra yerdəki qələmi görür və əyilib 
onu götürür. Bundan sonra stola yaxınlaşır və qələmi onun üstünə qoyur. Həmin 
insan bu hərəkətlər arasında müqayisə aparır. Hər biri arasında müəyyən müddət 
keçdiyini düşünür və beləliklə, zaman hissini əldə edir.


XƏYALIN DİGƏR ADI: MADDƏ
126
Zamanın hiss olması barəsində elm adamlarının düşüncələri
Zamanın hərəkət edən cisimlər və meydana gələn dəyişikliklər arasında 
apardığımız müəyyən ardıcıllıqdan əmələ gələn anlayış olması həqiqəti bu gün 
elmi cəhətdən də qəbul edilmişdir. Bu barədə fikir bildirən mütəfəkkir və elm 
adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq.
“The end of time” (zamanın sonu) adlı kitabında zamansızlıq və sonsuzluq 
haqqında  açıqlamaları  ilə  elm  dünyasında  böyük  əks-səda  doğuran  fizik 
Julian Barbour zamanın hiss olmasının bir çox insan üçün qəbul edilməsi çətin 
olan  həqiqət  olduğunu  bildirir.  “Discover”  jurnalında  Barbour  ilə  aparılan 
müsahibədə zaman hissi üçün şərhləri verir:
“Mən hələ qəbul etməkdə çətinlik çəkirəm”, -deyir (Barbour). Ancaq qabaqcadan 
kainatı anlamaq üçün heç bir zaman etibarlı yol göstərici olmamışdır. Kopernik 
Günəşin Yerin ətrafında dönmədiyini ilk dəfə söylədiyindən bəri fiziklər hisslərimizi 
çaşdırdılar. Buna baxmayaraq, Yer 67000 mil/saat sürətlə boşluqda fırlanarkən ən 
kiçik hərəkəti belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin “Düz 
Dünya Cəmiyyətinin” (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia 
edir.
40
Yuxarıda da göründüyü kimi, məşhur fizik Barbour zamanın mütləq varlıq 
olduğuna dair sahib olduğumuz inancın batil olduğunu bildirir və dövrümüzdə 
fizika sahəsindəki tədqiqatlar bu həqiqəti açıq şəkildə göstərir. Zaman mütləq 
İnsanın keçmişi hafizəsinə 
verilən məlumatlardan 
ibarətdir. Hafizə silindikdə 
insanın keçmişi də silinir. 
Gələcəyi isə düşüncələrindən 
ibarətdir. Bu düşüncələr 
olmadıqda isə insanın sadəcə 
yaşadığı “an” qalır.


Zaman da Hissdir
127
deyil, meydana gələn hadisələrə görə fərqli qavranan nisbi məfhumdur.
Nobel  mükafatı  almış  məşhur  genetika  professoru  François  Jacob  isə 
“Mümkünlərin  oyunu”  adlı  kitabında  zamanın  geriyə  axını  ilə  bağlı  bunları 
danışır:
Kadrı  geriyə  doğru  fırladaraq  göstərilən  filmlər  zamanın  geriyə  axdığı  bir 
dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməmizə imkan verir. Südün fincandakı 
qəhvədən  ayrıldığı  və  süd  qabına  geri  tökülmək  üçün  havaya  qalxdığı  bir 
dünya;  işıq  şualarının  bir  mənbədən  çıxdığı  yerdə  tələnin  (cazibə  mərkəzinin) 
içində  toplanmaq  üçün  divarlardan  çıxacağı  dünya;  saysız-hesabsız  damlaların 
heyrətləndirici şəkildə birlikdə suyun üzərinə doğru atılan daşın insanın ovcuna 
qayıtmaq üçün maili xətt boyu tullandığı  dünya. Amma zamanın geriyə axdığı 
belə bir dünyada beynimizin prosesləri və hafizəmizin əmələ gəlməsi də eyni şəkildə 
tərsinə  çevrilmiş  olacaqdır.  Keçmiş  və  gələcək  üçün  də  eyni  şey  olar  və  dünya 
tamamilə bizə göründüyü kimi görünər.
41
Beynimiz  müəyyən  ardıcıllıq  üsuluna  əsasən  işlədiyi  üçün  hal-hazırda 
dünya  yuxarıda  izah  edildiyi  kimi  işləmir  və  zamanın  daim  irəliyə  doğru 
axdığını düşünürük. Əslində isə bu, beynimizin içində verilən qərardır və ona 
görə,  bizim  üçün  tamamilə  izafidir.  Əgər  hafizəmizdəki  məlumatlar  geriyə 
doğru fırlanan filmlərdəki kadrlar kimi düzülsə, zamanın axını da bizim üçün 
geriyə  doğru  fırladılan  filmlərdəki  kimi  olacaqdır.  Belə  vəziyyətdə  keçmişi 
gələcək, gələcəyi də keçmiş kimi qavramağa başlayar, həyatı indiki nizamının 
tamamilə tərsinə olan nizamda yaşayardıq. 
Əslində isə zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilə bilmərik. 
Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış forması olduğunu 
göstərir.
Zamanın  hiss  olması  XX  əsrin  ən  böyük  fiziki  hesab  edilən  Eynşteynin 
ortaya qoyduğu Ümumi nisbilik nəzəriyyəsi də təsdiq etmişdir. Lincoln Barnett 
“Kainat və Eynşteyn” adlı kitabında bu barədə aşağıdakıları yazır:
Hüdudsuz kosmosla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə 
axan səhv etməyən və dəyişməyən  ümumdünya zaman anlayışını da bir 
kənara  qoydu.  Nisbilik  nəzəriyyəsini  əhatə  edən  anlaşılmazlığın  böyük 
hissəsi  insanların  zaman  duyğusunun  da  rəng  duyğusu  kimi  qavrama 
forması olduğunu qəbul etmək istəməməsindən doğur... Necə ki, kosmos 
maddi  varlıqların  mümkün  olan  ardıcıllığıdırsa,  zaman  da  hadisələrin 
mümkün  olan  ardıcıllığıdır.  Zamanın  subyektivliyini  Eynşteynin  sözləri 
daha yaxşı açıqlayır: “Fərdin həyatı bizə hadisələr ardıcıllığı şəklində sıralanmış 
kimi  görünür.  Bu  ardıcıllıqdan  xatırladığımız  hadisələr  “daha  əvvəl”  və  “daha 
sonra” ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün mən-zamanı, ya da 
subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə