XƏYALIN DİGƏR ADI: MADDƏ
130
olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən fasilələrlə doğub-
batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra o otaqda nə qədər
qaldığımız soruşulduqda verəcəyimiz cavab həm müəyyən vaxtlarda saata
baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına
əsasən apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı
hesablamışıq. Amma əgər bizi bu otağa qoyan şəxs gəlib bizə: “Əslində sən bu
otaqda iki gün qalmısan”, -desə və pəncərədə gördüyümüz günəşin əslində
süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da xüsusi sürətlə hərəkət
etdirildiyini söyləsə, bu vəziyyətdə apardığımız hesablamanın heç bir mənası
qalmır.
Bu misal da göstərir ki, zamanın axma sürəti ilə məlumatımız sadəcə
qavrayana görə dəyişən fikirlərə əsaslanır.
Fərqli şərtlər altında insanların eyni zaman kəsiyini daha uzun və ya daha
qısa qavramaları da bunun nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının
çıxmasını gözləyən insana bir saatlıq müddət aradan saatlar keçmiş kimi
uzun gəlir. Ancaq eyni şəxs çox xoşladığı işi görərkən bir saatın necə keçdiyini
anlamaz. Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinin elmi cəhətdən ortaya
qoyduğu həqiqət budur: zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə
olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, daralır; daha ağır,
daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.
Bunu Eynşteynin misalı ilə açıqlayaq. Bu misala görə, əkiz qardaşlardan
biri Yerdə yaşayır, digəri isə işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır.
Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşını ondan daha yaşlı görəcəkdir.
Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş
axmasıdır. Eyni misal işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə
kosmosda səyahət edən ata və Yerdə qalan oğluna da aid edilə bilər. Eynşteynə
görə: “əgər atanın yaşı 27, oğlunun yaşı üç olsa, 30 Yer ili sonra ata dünyaya
qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq”.
44
Zamanın nisbi olması saatların yavaşıması və ya sürətlənməsindən deyil,
bütün maddi sistemin atom altı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə
işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə mühitdə insan orqanizmindəki
ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyin fəaliyyətləri kimi proseslər
daha ağır işləyir.
Beləliklə, insan zamanın yavaşladığını heç anlamadan gündəlik həyatına
davam edir.
Zamanın nisbi anlayış olması Quranda bildirilmişdir
Əvvəlki səhifələrdə də bildirildiyi kimi, zamanın mütləq həqiqət deyil,
nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf
Zaman da Hissdir
131
etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.
Allah bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır.
Bir insanın təxminən 60 illik ömrünün ayələrdə “günün bir saatı” qədər qısa
olduğunu Rəbbimiz belə bildirir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal
çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az
qaldınız! (İsra surəsi, 52)
Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar
bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər,
sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.
(Yunus surəsi, 45)
Bəzi ayələrdə isə zamanın insanların hesab etdiklərindən daha qısa
olduğunu Allah belə bildirir:
Belə buyurdu: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən
də az, hər halda, sayanlardan soruş!” - deyə cavab verdilər. Allah buyurdu:
İşıq sürətinə yaxın sürətlə
kosmik səyahətə çıxan əkiz
qardaşlardan biri 30 il sonra
geri qayıtdıqda Yerdə qalan
qardaş digərinə nisbətən
daha yaşlı olacaq.
BU GÜN
30 İL ƏVVƏL