Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə41/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

164


165
MADDƏNİN HƏQİQƏTİ 
MÖVZUSUNA
GƏLƏN ETİRAZLARA 
CAVABLAR


XƏYALIN DİGƏR ADI: MADDƏ
166
M
addənin  həqiqəti  mövzusu  son  dərəcə  açıq,  aydın  və  başa 
düşülən  olmasına  baxmayaraq,  daha  əvvəlki  mövzularda  da 
toxunulduğu kimi, bəzi insanlar bir çox səbəbdən bu  həqiqəti 
qəbul etməkdən qaçırlar və özlərini bilməməzliyə vururlar.
Bu həqiqəti öyrənən bir çox insan “maddənin ardındakı sirr”i öyrəndiklərinə 
görə, yaşadıqları qeyri-adi həyəcanı dilə gətirmiş, bu həqiqətin həyatlarını və 
bütün düşüncələrini kökündən dəyişdirdiyini bildirmişlər.  Bir çox insan isə bu 
həqiqəti daha yaxşı qavraya bilmək üçün daha ətraflı suallar verərək mövzunu 
daha  dərindən  anlamağa  çalışmışlar.  Bu  şəxslərdən  bəzilərinin  şərhlərini 
“maddənin sirrini öyrənənlər böyük bir həyəcan yaşayırlar” bölməsində görə 
bilərsiniz.
Bəzi kütlələr isə bu mövzunu kor-koranə rədd edir və öz ağılları ilə bəzi 
məntiqlər irəli sürərək bu qeyri-adi həqiqəti inkar etməyin yollarını axtarırlar. 
Əslində isə bu mövzunun rəddi elmi cəhətdən mümkün deyil. Bu mövzunu 
rədd edən insanın görüntünün və ya səslərin beyninin içində əmələ gəlmədiyini 
elmi cəhətdən sübut etməyi lazımdır. Amma gələn etirazların heç birində heç 
bir  elm  adamı,  nevrologiya  professoru,  beyin  mütəxəssisi,  psixoloq,  psixiatr 
və  ya  biologiya  professoru  –  heç  kim  bütün  hisslərimizin  beynimizdə  əmələ 
gəldiyini inkar etmir. Çünki bu elmi cəhətdən qəti olduğu bilinən həqiqətdir. 
Buna baxmayaraq, bəziləri “görüntü beynimizdə əmələ gəldiyinə görə...” 
-deyə başlayan bir cümlənin ardınca açıq-aşkar bir həqiqətdən qaçmaq üçün 
bəzi söz oyunları edir, bu həqiqətin üstünü söz oyunları və ya təmtəraqlı elmi 
üslubla örtməyə çalışırlar. Bunun ən açıq nümunələrindən biri “görüntü beyində 
əmələ gəlir?” -deyə sual verilən bəzi elm adamlarının verdikləri cavablardır.
Bu  elm  adamlarından  biri  sözügedən  suala  belə  cavab  verirlər:  “Xeyr, 
beyində  görüntü  əmələ  gəlmir.  Gələn  siqnallar  əyani  təcrübənin  əsasını  təşkil  edən 
görüntü əmələ gətirirlər”.
İndi  bu  elm  adamının  həqiqətləri  göz  ardı  etmək  üçün  istifadə  etdiyi 
metodu nəzərdən keçirək. Bu elm adamı “görüntü beyində əmələ gəlir?” sualına 
əvvəlcə  qəti  şəkildə:  “Yox”,  -deyir. Ardınca  da  gələn  siqnallarla  görüntünün 
görməyimizi təmin edən təsviri görüntünü əmələ gətirdiyini bildirir. Nəticədə 
verilən  suala  əslində:  “Bəli”,  -deyir.  Beyində  əmələ  gələn  görüntü,  əlbəttə, 
“təsviri görüntüdür”. Yəni beynin içində heç vaxt masanın, günəşin və ya göy 
üzünün özü olmaz. Təsviri və ya başqa sözlə,  görüntüsü olur. Biz də: “Dünyanı 
görürük”,  -deyərkən  “təsviri  dünyanı”,  “dünyanın  surətini”  və  ya  “xəyali 
dünyanı” görürük. Bunların hamısı eyni həqiqətin fərqli formalarda ifadəsidir. 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
167
Bu elm adamının etdiyi şey “beynimizdə gördüyümüz dünya təsviri dünyadır?” 
sualına: “Əsla yox, beynimizdə gördüyümüz dünyanın surətidir”, -kimi cavab 
verməsidir. Yəni verilən sualı əvvəlcə qətiyyətlə inkar edib sonra ardınca da 
fərqli izahla, bir az daha qarışıq cümlələrlə əslində beynimizdə gördüyümüzü 
təsdiq  edir.  Bu,  bəzi  elm  adamlarının  bu  həqiqəti  qəbul  etdikdə  tək  mütləq 
varlıq kimi qəbul etdikləri maddəni itirməyin gətirdiyi qorxu və həyəcan ilə 
üzləşdikləri səmimiyyətsiz metoddur.
Bəziləri  isə  görüntünün  beynimizdə  əmələ  gəldiyini  inkar  etmir,  amma 
yenə:  “Bəli,  bütün  dünyanı  beynimin  içində  görürəm”,  -deməkdən  qaçmaq  üçün: 
“Beyin  sadəcə  gələn  siqnalları  şərh  edir  və  sinir  fəaliyyətlərini  nizamlayır,  beləliklə, 
görüntünü görür, səsi eşidirsiniz”, -deyərək dolayı yolla cavab verirlər. Onsuz da 
əsas məsələ beyin bütün prosesləri etdikdən sonra görüntünün harada əmələ 
gəlməsidir. Bu elm adamının verdiyi cavab sualın cavabı deyil, görüntü əmələ 
gəlməzdən əvvəlki mərhələnin qısa izahıdır. Beyin gələn siqnalları şərh edir, 
ancaq  sonra  bu  şərh  etdiklərini  yenidən  gözə  və  ya  qulağa  geri  göndərmir. 
Ona görə də görən göz, eşidən də qulaq deyil. Elə isə, beyin gələn siqnalları 
şərh etdikdən sonra nə edir? Bu şərh edilən məlumat harada qalır, bu məlumat 
görüntüyə  və  ya  səsə  harada  çevrilir?  Bu  məlumatı  görüntü  kimi  görən,  səs 
kimi eşidən kimdir? Bu elm adamlarından istənilən cavablar bunlar ikən, onlar 
bir çox dolayı cavabla həqiqəti etiraf etməkdən qaçırlar. Əslində bu qədər açıq 
həqiqətlə bağlı mübahisə edilməsi böyük möcüzədir.
Ancaq  bu  etiraz  və  ya  mövzudan  qaçma  üsullarının  hamısı  əsassız 
və  zəifdir.  Burada  izah  edilənləri  inkar  edən  şəxsin  bütün  hisslərimizin 
beynimizdə  əmələ  gəlməsi  həqiqətini  inkar  edəcək  məlumatlara  gəlmədikcə 
deyəcəklərinin    dəyəri  olmayacaq.  Ancaq  insan  çox  açıq  həqiqəti  qavradığı 
halda,  bu  görüntüləri  əmələ  gətirənin  –  öz  fikrinə  görə  və  cahil  inadkarlıqla 
– Allah olduğunu inkar edə bilər; “Bu mövzu haqqında düşünmək əhvalımı 
pozur”, -deyə bilər; “Maddənin əslini heç vaxt görə bilmədiyimi düşündükcə 
ürəyim sıxılır”, “Həyatımın heç bir mənası qalmadı”, -deyə bilər. Amma bunu 
dərhal  bildirmək  lazımdır  ki,  maddə  mövzusundakı  bu  mühüm  həqiqəti 
öyrənmək  əsla  əhvalı  pozmur.  Əksinə  olaraq, Allahın  üstünlüyü  və  gücünü 
daha  dərindən  təqdir  eməyə,  Allahın  üstün  yaratma  sənətini  daha  yaxşı 
qavramağa, Allahı daha çox sevməyə, beləliklə, gördüyü bütün görüntülərin 
də Allahın təzahürləri olması şüuru ilə daha çox sevməyə, hamısından daha 
çox  şövq  almağa,  imanda  dərinləşməyə  səbəbdir.  Qısaca  desək,  çöx  böyük 
nemətdir. Buna baxmayaraq, heçlik halına gəlib Allahdan başqa heç bir varlığın 
qalmaması imanın dərinləyini qavramamış bəzi insanlara ağır gələ bilər. Ancaq 
bu  insanlar  əsla:  “Gördüklərimi  gözlərimlə  görürəm”  və  ya:  “Gördüklərim 
xarici aləmdəki maddənin əslidir”, -deyə bilməzlər. Çünki bunları sübut edəcək 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə