Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə44/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
176
ortaya  çıxarmamaları  təbiidir.  Bundan  başqa,  maddənin  əsli  ilə  təmasda  ola 
bilməməyimiz həqiqətini bəzi kütlələr təhrif edilmiş inancla açıqlamış və dinin 
hökmlərini  və  qaydalarını  bu  şəkildə  aradan  qaldırmağa  çalışmışlar.  Bu  cür 
təhrifedici və səmimiyyətsiz axınlara görə, bəzi İslam alimləri müsəlmanları bu 
cür təhlükələrə qarşı xəbərdar etmişlər. Ancaq bunlar bu həqiqətin təhrifedici 
şərhləridir. Burada izah edilənlərlə qarışdırılmamalıdır.
Doğrusu, başdan bəri vurğuladığımız kimi, maddəni Allah yaratmış və biz 
onun əsli ilə təmasda ola bilmirik. 
Etiraz: “Hər şeyin xəyalı ilə təmasda oluruqsa, Allahın bəzi sifətlərini 
necə açıqlaya biləcəyik?”
Cavab: Bəzi inananlar maddənin həqiqi mahiyyətinin qəbul edilməsi ilə 
Allahın  bir  çox  isminin  “pərdələndiyini”,  madənin  xəyal  olması  ilə  Allahın 
bəzi isimlərinin, təzahürlərinin açıqlana bilməyəcəyini zənn edirlər. Bu da yenə 
dərin düşünməməkdən və izah edilənləri tam qavraya bilməməkdən irəli gələn 
xətadır.
Hər şeydən əvvəl, Allahın isimlərini heç bir düşüncə, heç bir güc pərdələyə 
bilməz.  Heç  bir  elmi  həqiqət Allahın  isimlərinin  təzahür  etməsinə  mane  ola 
bilməz. Onsuz da bu elmi həqiqətləri yaradan da Allahdır. Allah Öz yaratdığı 
varlıqlardan və qanunlardan uzaqdır. Ona görə, yer üzündə mövcud olan heç bir 
güc və ya heç bir məlumat Allahın isimlərinin təzahürlərini aradan qaldırmaz. 
Belə bir şeyi düşünmək Allahın sonsuz qüdrətini təqdir etməmək olar.
Bundan  başqa,  maddənin  zehnimizdə  əmələ  gələn  surəti  ilə  təmasda 
olduğumuz həqiqəti bu şəxslərin fikirlərinin əksinə, Allahın isimlərinin hər an, 
hər yerdə dayanmadan təzahür etdiyini göstərən vacib dəlildir. Çünki eyni ilə 
film görüntüsü kimi, hiss və xəyal mərtəbəsində əmələ gələn  görüntü öz-özünə 
meydana  gələ  bilməyəcəyinə  görə  və  mütləq  onu  göstərən  bir  varlıq  olmalı 
olduğuna görə, bunu var edən bir Yaradan var deməkdir. Bu Yaradan üstün 
güc və qüdrət sahibi olan uca Allahdır.
Görüntünün  fasiləsiz,  davamlı  olması  isə  Yaradanımız  Allahın  hər  an 
yaratmanı  davam  etdirməsinin  açıq  dəlilidir.  Belə  ki,  göylərin  və  yerin,  yəni 
kainatın  sabit  və  dəyişməz  olmadığını,  sadəcə  Allahın  yaratması  ilə  var 
olduqlarını  və Allah  yaratmanı  dayandırdıqda  yox  olacaqları  bir  ayədə  belə 
ifadə edilir: 
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. 
Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya 
bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
177
Allah “Nəml” surəsinin 64-cü ayəsində isə “insanları davamlı yaratmaqda 
olan” olduğunu xəbər vermişdir. “Məgər heç bir şey yaratmağa qadir olmayıb 
özləri  yaradılanımı  şərik  qoşarlar?”  (Əraf  surəsi,  191)  ayəsində  isə  yenə 
insanların hər an yaradılmaqda olduqlarına diqqət çəkilir.
Yəni  gördüyümüz  görüntülərin  fasiləsiz,  davamlı  olmasının  səbəbi 
bu  görüntülərin  sabit  varlıqlarının  olması  deyil,  Allahın  onları  hər  an 
yaratmasıdır. Ona görə, insan hər anda hər gördüyü, hiss etdiyi varlıqda Allahın 
davamlı yaratmasının təzahürünü görür.
Beləliklə,  bu  həqiqət  Allahın  isimlərinin  kainatdakı  təzühürlərinin 
görünməsini  daha  da  aydınlaşdırır.  Məsələn,  bir  bağa  girdikdə  bağdakı 
meyvələrin,  çiçəklərin,  ağacların  əslində  zehnində  ona  göstərilən  xəyalı  ilə 
təmasda  olduğunu  bilən  insan  dərhal  bu  xəyalı  ona  göstərən,  ona  saysız-
hesabsız neməti və gözəlliyi bəxş edən, Rəzzaq olan Allahı xatırlayar. Çox gözəl 
ev sahibi olan, ancaq bu evin, içindəki bütün əşyaların, antik şeylərin, qızılların, 
gümüşlərin həqiqi mahiyyətini bilən, yəni hamısının beynindəki görüntüsü ilə 
təmasda olduğunu anlayan insan bu mülk ilə azğınlaşıb lovğalanmaz. Eynilə 
hz. Süleyman kimi ona bu mülkün gözəlliyini göstərən, onu bununla zəngin 
edən Vəhhab (bəxşişi çox olan, qarşılıqsız bəxş edən) olan Allahı xatırlayar. Bir 
insana Allahın varlığını, birliyini, Allahın tək mütləq varlıq olduğunu, cənnətin 
və  cəhənnəmin  varlığını  anladan  insan  qarşısındakı  insan  iman  gətirdikdə 
Allahın Hadi (hidayət verən, lütf edən, doğru yol göstərən) isminin təzahürünü 
görər.
Bu həqiqəti yenidən xatırlatmaq lazımdır ki, hər insanın beynində əmələ 
gələn  görüntüləri  seyr  etməsi,  bu  görüntülərin  səslərini  beynində  eşitməsi, 
beynindəki  görüntülərə  toxunması  elmi  həqiqətdir  və  biz  sahib  olduğumuz 
hisslərimizlə beynimizdən kənarda nə olduğunu əsla bilmirik. Elə isə, bizə bu 
görüntüləri  göstərən,  bu  səsləri  dinlədən  və  görüntünü  daima  səbəb-nəticə 
əlaqəsi içində yaradan gücün varlığından əmin oluruq. Bu güc Allahdır və Allah 
bizim üçün bu görüntüləri yaratmadıqda bizim üçün dünya həyatı həyat olmaz. 
Elə isə bizim hər anımızda Allahın yaratması və Allahın isimlərinin təzahürləri 
fasiləsiz davam edir. Məsələn, bu kitabı oxuyan şəxs üçün Allah fasiləsiz şəkildə 
bu kitabın və içindəki yazıların, rəsmlərin görüntülərini yaratmağa davam edir.
Bu, bizə Allahın Xaliq sifətini və yaratmadakı gücünü göstərir. Allah hal-
hazırda yer üzündəki milyardlarla insana milyardlarla fərqli görüntünü seyr 
etdirir və bu görüntülərin hər biri fasiləsiz, böyük ahənglə, ən incə təfərrüatına 
qədər yaradılır. Heç bir insanın görüntüsündə ən kiçik detal belə əksik olmadan 
ona göstərilir. Bu həqiqəti düşünmək insanlara Allahın sonsuz gücünü, aləmlərin 
tək hakimi olduğunu göstərəcəkdir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə