Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə45/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
178
Sahib olduğumuz və ya 
ətrafımızda gördüyümüz 
bütün gözəlliklər və 
nemətlər Allahın Vəhhab 
(çox bəxş edən, qarşılıqsız 
hədiyyə edən) sifətinin 
təzahürüdür.
BÜTÜN GÖZƏLLİKLƏR ALLAHIN 
YARATMASININ ƏSƏRİDİR


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
179
İmam Rəbbani maddənin xəyal mərtəbəsində yaradıldığını izah edərkən 
Allahın adlarını hiss və xəyal mərtəbəsində təzahür etdirdiyini belə açıqlamışdır:
... Sübhan Haqq kəmali-qüdrətilə adəm (yoxluq) aləmində adlardan hər bir 
ad üçün əşyalardan bir əşya təyin etdiVə onu hiss və xəyal mərtəbəsində 
yaratdı. Həm də istədiyi vaxtda və istədiyi şəkildə... Aləmin sübutu (sabitliyi)  
hiss və xəyal mərtəbəsində olub xarici mərtəbədə deyil... Xaricdə (kənarda) 
belə  uca  Vacib  Zatın  (Allahın)  zat  və  sifətlərindən  başqası  da  sabit  və 
mövcud deyil... 
48
Bu həqiqəti anlayan insanın uğurlarını, əldə etdiyi zənginliyi, əşyalarını 
özü  sayəsində  olduğunu  bilməsi,  bunlara  sahib  çıxaraq  lovğalanması  da 
mümkünsüz olur. Çünki hər an, hər yerdə Allahın isminin təzahürünü, Allahın 
ona hiss etdirdiyi görüntünü çox yaxşı bilir. Allaha nə qədər möhtac və aciz 
olduğunu  əsla  unutmaz.  Allahın  aşağıdakı  ayəsində  də  bildirdiyi  həqiqətə 
“haqqül-yakin” (qəti həqiqət olaraq) iman gətirər:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə  möhtac deyildir. O, şükrə 
layiqdir! (Fatir surəsi, 15)
Etiraz: “Bu, keçmişdə idealistlərin irəli sürdüyü köhnə fəlsəfədir”.
Cavab: Bəzi kütlələr maddənin həqiqətinin izah edilməsindən çox narahat 
olduqları üçün maddənin beynimizdə əmələ gələn surətilə təmasda olduğumuz 
həqiqətini keçmişdə irəli sürülmüş fəlsəfələrdən biri kimi göstərməyə çalışırlar. 
Əslində isə elmi irəliləyişlər bu mövzunun fəlsəfə deyil, elmi həqiqət olduğunu 
göstərir. Ona görə də sözügedən şəxslərin səyləri boş yerədir.
Bir  fikrin  daha  əvvəlki  dövrlərdə  də  başqa  mütəfəkkirlər  tərəfindən 
müdafiə edilməsi həmin fikri nə əsassız edər, nə də dəyərdən salar. Maddənin 
xəyalı  ilə  təmasda  olduğumuz  həqiqəti  keçmişdə  də,  dövrümüzdə  də  bəzi 
insanlar tərəfindən başa düşülmüş və ifadə edilmişdir.
Bundan başqa, keçmişdə yaşamış idealistlərin fikirləri onlara qarşı çıxmış 
materialistlər tərəfindən əsassız edilməmişdir ki, “keçmişdə bu mövzudan bəhs 
edilib”, -deyənlərin haqlı tərəfi olsun.
Dünyanı beynimizdə görməyimiz 
mövzusu fəlsəfə deyil
Maddənin əsli haqqındakı həqiqətlər ilk dəfə kəşf edilmiş bir mövzu deyil, 
keçmişdə bu həqiqətin sadəcə bir fəlsəfə kimi izah edildiyi doğrudur. Ancaq 
dövrümüzdə bu həqiqət elmi cəhətdən sübut edilmişdir.
Tarix boyu bir çox mütəfəkkir, din və elm adamı bu mövzunu gündəmə 


XƏYALIN DİGƏR ADI: MADDƏ
180
gətirmiş,  maddənin  sadəcə  surəti  ilə  təmasda  olduğumuzu  izah  etmişdir. 
Məsələn, qədim yunan filosoflarından Pifaqor, Elea məktəbi, xüsusilə “Mağara 
ideyası”  ilə  Əflatun  (Platon)  kimi  bir  çox  mütəfəkkir  bu  mövzunu  birtərəfli 
açıqlamışdılar. Zərdüştlük, Buddizm, Taorizm kimi batil inancların, yəhudilik 
və xristianlıq kimi dinlərin əlimizə gəlib çatan mətnlərində də bu mövzudan 
bəhs edildiyi görünür. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Cami kimi 
böyük  İslam  alimləri  də  maddənin  əsli  mövzusunu  bütün  açıqlığı  ilə  izah 
etmişlər.  Bu mövzuda fikirlərinə yer verilməli olan digər alim irlandiyalı din 
alimi və filosof Berkeleydir. 
Maddənin  sadəcə  zehnimizdəki  surətini  bildiyimizi  açıqlayan  Berkeley 
dövründə yaşayan və maddəni mütləq varlıq qəbul edən materialistlər tərəfindən 
təzyiqlərə  məruz  qalmış,  təhqir  və  iftira  yolu  ilə  susdurulmağa  çalışılmışdır. 
Ancaq nə Berkeley, nə də digər mütəfəkkirlər yaşadıqları dövrdə mövcud olan 
elmi tapıntıların çatışmazlığına görə, bu fikirlərini elmi dəlillər ilə dəstəkləyə 
bilməmişlər. Buna görə, qarşı fikirlərin təzyiqinin də təsiri ilə mövzunun tam 
şəkildə başa düşülməsi və ya yayılması mümkün olmamışdır. Bir qismi isə kəşf 
etdikləri bu mühüm həqiqəti səhv dəyərləndirmiş, həqiqətə yaxınlaşsalar da, 
ən doğru nəticələri çıxara bilməmişlər. Bəzi bədniyyət kütlələr də bu həqiqəti 
təhrif etməyə çalışmışdır.
Maddənin əsli mövzusu texniki həqiqətdir
Ancaq dövrümüzdə “maddənin zehində hiss edilməsi halını bildiyimiz” 
fəlsəfi  mövzu  olmaqdan  çıxmış,  elmi  dəlillərlə  sübut  edilən  həqiqətə 
çevrilmişdir.  Elm  dünyasındakı  irəliləyişlər  insanın  duyğu  orqanlarının 
funksiyasını  öyrənmişdir.  Bu  funksiya,  kitabın  əvvəlində  də  izah  etdiyimiz 
kimi, hər duyğu orqanı üçün eynidir: xarici aləmdən duyğu orqanlarına gələn 
təsirlər hüceyrələrimiz tərəfindən elektrik siqnallarına çevrilir və sinirlər yolu 
ilə  beyindəki  qavrama  mərkəzlərinə  çatdırılır.  İnsan  xarici  aləmi  beynindəki 
kiçik qavrama mərkəzlərində görür, eşidir, qoxulayır, dadır və ya hiss edir.
Bu texniki həqiqətlər bu gün hər hansı bir fiziologiya kitabında və ya orta 
məktəb  biologiya  kitablarında  belə  rast  gəlinəcək  qədər  açıq  həqiqətlərdir. 
Görüntünün və hisslərin beyində necə əmələ gəlməsi bütün tibb fakültələrində 
ətraflı  şəkildə  öyrədilir.  İnkişaf  edən  elmlə  bərabər  fizika,  kvant  fizikası, 
psixologiya,  nevrologiya,  biologiya,  tibb  kimi  elmlər  bu  həqiqətin  texniki 
tərəflərini açıq şəkildə üzə çıxarmışdır.
Apardığı  fəaliyyətləri  ilə  böyük  marağa  səbəb  olan,  hamısı  mükafata 
layiq görülmüş 8 kitabın müəllifi, nəzəri fizika alimi dr. Fred Alan Wolf elmi 
irəliləyişlərin,  xüsusilə  də,  kvant  fizikasında  əldə  edilən  nəticələrin  insanlara 
görünən dünyanın beynimizdə təmasda olduğumuz xəyali varlıqlardan ibarət 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə