Maddenin sirri indd


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə53/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
205
Bundan  başqa,  insanın  bütün  dünyəvi  istəklərini  təbii  olaraq  aradan 
qaldıran,  Allaha  heç  bir  şirk  qoşmadan  iman  gətirməsini  təmin  edən  vacib 
məlumatdır. Çünki: “Allahdan başqa da mütləq varlıq  var”, -dedikdə o varlığı 
Allaha ortaq qoşur, ona Allahın gücündən başqa güc aid etmiş olur. Amma bu 
həqiqəti bilən insana belə vəziyyət şamil edilə bilməz. Belə bir insan Allahdan 
başqa heç kimdən qorxmaz. Bir 
güc və ya imkan əldə etdikdə bunun əslində Allaha 
aid olduğunu bilir. 
Allahın yaratdığı hər zaman ən gözəl və ən xeyirlidir. Bu həqiqət heç vaxt 
unudulmamalıdır. Allah bir ayəsində belə bildirir:
Dön Rəbbinə, sən Ondan və O da səndən razı olmuş şəkildə! (Fəcr surəsi, 
28)
İnsan  daima  Allahın  yaratdığı  hər  hadisədən  razı  qalmalıdır.  Onda  bu 
məlumatın  insanların  Allaha  olan  yaxınlıqlarını  necə  artıracağı  daha  yaxşı 
qavrana bilər. Bundan əlavə, bu böyük həqiqəti nəzərə alaraq Quran bir daha 
oxunduqda bir çox ayənin hikməti daha yaxşı başa düşülər.
Ancaq  Allaha  iman  gətirməyən,  dünya  həyatına  bağlı  olan,  axirəti 
istəməyən, materialist fikrə malik olan insanlar üçün bu həqiqətin narahatlıq 
verən, “vahiməli” vəziyyət olması həqiqətdir. Çünki həvəslə bağlandıqları hər 
şeyin, mütləq varlıq zənn etdikləri şəxslərin əslində xəyalı ilə təmasda olduqlarını 
anlamaq  onlar  üçün  böyük  ümidsizlik  və  məhvdir.  Bunu  anladıqda  bütün 
həyatları boyu xəyalın ardınca qaçaraq, həvəslənərək boş yerə yorulduqlarını 
anlayacaqlar  və  mənasız  işlərlərlə  məşğul  olub,  həqiqətləri  inkar  etdiklərini 
görüb çox peşman olacaq, hətta son dərəcə alçalacaqlar. Bu insanların xəyal olan 
şeyləri həqiqət zənn edərək aldanmaları isə onları axirətdə məhv edəcəkdir.
Onlar  özlərinə  zərər  eləyənlərdir.  Yalandan  uydurduqları  bütlər  də 
onlardan  uzaqlaşıb  qeyb  olacaqlar.  Şübhəsiz  ki,  axirətdə  də  ən  çox 
ziyana uğrayanlar onlardır! (Hud surəsi, 21-22)
Amma Allahı tək dost və vəkil kimi qəbul edən, Allaha könüldən bağlı 
qullar  üçün  hər  şeyin  xəyal,  Allahın  tək  mütləq  varlıq  olması  böyük  sevinc 
vəsiləsi və gözəllikdir.
Etiraz: “Xəyali mühitin sona çatması heçlikdir? İnsan bu heçliyin içində 
qala bilərmi?”
Cavab: İnsanların bu mövzu üzərində düşünmələrinə mane olan, onları 
qorxudan səbəblərdən biri bu mövzu üzərində fikirlərini cəm edərək dərindən 
düşündükdə özlərinin və toxunduqları hesab etdikləri cisimlərin əslini heç vaxt 


XƏYALIN DİGƏR ADI: MADDƏ
206
görə bilməyəcəklərini anlamaq və heçliyin içində qalmaqdan qorxmaqdır. Ancaq 
Allahın  istəyi  xaricində  Allah  bu  imtahan  dünyası  üçün  yaratdığı  səbəbləri 
ortadan  qaldırmaz.  Bu  səbəblər  biz  ölənə  qədər  bizim  üçün  yaradılmaqda 
davam edəcək.
Toxunduqda  stolun  bərkliyini  hiss  edəcəyik,  əlimizi  kəsdikdə  əlimiz 
qanayacaq,  ağrı  hiss  edəcəyik,  aclıq,  qorxu,  ağrı,  xəstəlik  kimi  imtahanları 
yaşayacağıq.  Xəyallar  dünyasında  yaşamağımız  bizi  bu  səbəblərə  bağlı 
olmaqdan ayırmayacaq. Ölümümüzlə birlikdə isə yenə də  heçlik olmayacaq, 
Allahın  Quranda  bildirdiyi  kimi,  fərqli  ölçüyə  və  səbəblərə  bağlı  həyatımız 
başlayacaq.  Beləliklə,  insanın  heçlik  içində  qalacağından  qorxması  yersizdir, 
çünki Allah bu imtahan mühitində insanı yaratdığı üçün bu hissləri yaratmaqda 
davam edəcək. Belə ki, Allah Quranda bildirdikləri bu yöndədir. İnsanın dünya 
həyatına aid hissləri bitdikdə axirət həyatına dair hissləri başlayacaq və insan 
heç vaxt heçlik içində olduğunu hiss etməyəcək.
Etiraz:  “Beynindən  kənarda  mövcud  olan  dünya  ilə  əsla  təmasda 
olmayacağını  anlayan  insan  üçün  dünya  həyatındakı  imtahan  davam 
edir?”
Cavab: Bu, çox mühüm məsələdir. Bəzi kütlələr bu həqiqətin qavranılması 
ilə imtahan mühitinin sona çatdığını irəli sürərək səmimiyyətsiz düşüncə ortaya 
atırlar. Ancaq imtahan mühiti əvvəlki cavablarda da bildirildiyi kimi, biz ölənə 
qədər davam edir.
Allah bizi maddənin əsli ilə təmasda olmayacaq şəkildə yaşatsa da, bizə bu 
dünyanı müəyyən səbəblərə bağlı şəkildə göstərir. Məsələn, biz acdıqda: “Necə 
də olsa, xəyaldır, heç nə olmaz”, -demirik, yemək yeyirik. Yemədikdə zəifləyər, 
bir  müddət  sonra  həyatımızı  itirə  bilərik.  Allah  istədiyi  vaxt  istədiyi  şəxsə 
istədiyi şeylər vasitəsi ilə bu səbəbləri aradan qaldıra bilər. Biz bunu bilmərik. 
Ancaq bu, çox vacib həqiqətdir: Allah bizim boynumuza Qurandakı hər şeyə 
görə  məsuliyyət  qoymuşdur  və  biz  Qurandakı  ibadətləri  və  saleh  əməlləri 
yerinə yetirə bilmək üçün bu səbəblər çərçivəsində yaşamalıyıq.
Məsələn, Allah  insanlara  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirməyi  əmr 
edir. Məzlum qadın və uşaqların zülmdən, sıxıntıdan xilas edilməsini əmr edir. 
Allah Quranda: “Nə üçün onlar üçün mübarizə aparmırsınız?” -deyə soruşur. 
Allahın bu səbəblər daxilində insanların üzərinə qoyduğu bu vəzifələri yerinə 
yetirməmək isə əsla doğru və səmimi davranış olmaz.
Əksinə, gördüyü hər hadisəni Allahın ona seyr etdirdiyini dərk edən insan 
gördüyü  hər  görüntüyə  görə  əvvəlcə  məsuliyyət  hiss  edər.  Bir  çox  insanın 
əksinə, qarşılaşdığı hər hadisədə daim yaxşılığı əmr edib pisliklərə mane olmağa 
çalışar. Bu vəzifəni heç vaxt başqalarına aid etməz, heç vaxt: “Bir azını da başqası 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
207
etsin, mən bu qədər edə bilirəm”, -deyə bunun kimi bəhanələr gətirməz. Bu 
elmə vaqif olan insan: “Allah mənə bu görüntünü göstərirsə, mənim bunu həll 
etməyimi istəyir, bunun məsuliyyəti mənim üzərimə düşür”, -deyər.
Beləliklə,  bir  insan,  əvvəla,  Allahın  Quranda  onun  üzərinə  qoyduğu 
vəzifələri vicdanı ilə əlindən gəldiyi qədər yerinə yetirməlidir. Maddənin əslini 
bilmək və bu həqiqətə əsasən dünyaya dair fikir əldə etmək isə insanın Allah 
rizası üçün göstərdiyi səylərini daha da gücləndirər, qətiyyətini qat-qat artırar.
Etiraz:  “Allahın  hər  yerdə  olduğunu  söyləmək  doğrudur?  Allahın 
hökmranlığı göylərdə deyil?”
Cavab:    İnsanlardan  bəziləri  özlərini,  maddəni,  ətraflarında  gördükləri 
dünyanı  mütləq  varlıq  zənn  edirlər.  Allahı  isə  (Allahı  tənzih  edirik)  bu 
mütləq  maddəni  əhatə  edən  xəyal  kimi  düşünürlər  və  ya  Allahı  gözləri  ilə 
görə bilmədikləri üçün: “Hər halda Allah bizim görə bilmədiyimiz bir yerdə, 
kosmosun və ya göyün uzaq bir yerindədir”, -deyirlər (Allahı tənzih edirik). 
Bunların hamısı səhvdir.
Çünki Allah sadəcə göydə deyil, hər yerdədir. Allah tək mütləq varlıq kimi 
bütün kainatı, bütün insanları, yerləri, göyləri – hər yeri əhatə etmişdir və Allah 
bütün kainatda təzahür edir. Hara çevrilsəniz, Allahın üzü oradadır. Hədislərdə 
rəvayət  edildiyinə  görə,  Peyğəmbərimiz  (s.ə.v.)  Allahın  göydə  olduğunu 
söyləyən şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət Allahın hər 
yerdə olması həqiqətinə zidd deyil. Belə ki, dünyanın sizin olduğunuz nöqtədəki 
şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, 
cənub qütbündə başqa hər hansı bir insan da eyni şəkildə Allaha yönəlsə, şimal 
qütbündə insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı, ekvatordakı 
insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu halda hər hansı 
sabit istiqamətdən bəhs etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun 
fərqli  nöqtələrindəki  cinlər,  mələklər,  şeytanlar  da  göyə  doğru  dua  etsə,  hər 
hansı sabit  göydən və ya istiqamətdən bəsh etmək mümkün olmayacaq, bütün 
kainatı əhatə edən vəziyyət olacaq. Siz hara üz tutsanız, Allah orada təzahür 
edir. Daha əvvəlki mövzularda da bildirildiyi kimi, Allahın üzünü görəcəyimiz 
bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah “Bəqərə” surəsinin 255-ci 
ayəsində: “...Onun kürsüsü göyləri və yeri əhatə etmişdir...”, -deyə bildirir. 
“Hud”  surəsinin  52-ci  ayəsində  isə:  “Həqiqətən,  Rəbbim  nə  etdiklərinizi 
biləndir!” -deyilərək Allahın insanları da, etdiklərini də bildiyi xəbər verilir.
Quranda da bildirildiyi kimi, Allah sadəcə göylərdə deyil. Allah hər yeri 
əhatə edəndir. Bu məlumat bizə Quran vasitəsilə verilir. Maddənin ardındakı 
sirr ilə bağlı həqiqətin izah edilməsi isə bu ayələrin insanlar tərəfindən daha yaxşı 
başa  düşülməsinə  və  qavranılmasına  səbəb  olacaq.  Maddənin  mütləq  varlıq 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə