Maddenin sirri indd


HƏQİQƏTLƏRİ İNADKARLIQLA İNKAR EDƏNLƏR



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə54/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

208
HƏQİQƏTLƏRİ İNADKARLIQLA İNKAR EDƏNLƏR 
CƏHƏNNƏM ƏZABI İÇİNDƏ MÜBAHİSƏ ETMƏKDƏ 
DAVAM EDƏCƏKLƏR


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
209
olmadığını anlayan insanlar Allahın hər an, hər yerdə olduğunu, hər an onları 
gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından 
daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyi açıq şəkildə anlayacaqlar.
Nəticə: Mübahisələrin yurdu cəhənnəm
Allah Quranda “Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. 
İnsan  isə  ən  çox  mübahisə  edəndir”,  (Kəhf  surəsi,  54)  ayəsilə  insanların 
mübahisəçi xüsusiyyətlərinə diqqət çəkir. Bəzi insanlar, xüsusilə mənfəətlərinə 
zidd  olduğunu  düşündükləri  məsələlərdə,  həqiqətlər  çox  açıq  olduğu  halda 
özlərini bilməməzliyə vururlar. Lazımsız təfərrüatlara aparan, hər hansı bir nəticə 
gətirməyən mənasız suallar verərək mübahisə edirlər. Bu xüsusiyyətlərinə görə, 
insanlardan  bəziləri  tarix  boyu Allahın  seçdiyi  bütün  peyğəmbər  və  elçilərlə 
mübahisə  etmiş,  onların  gətirdikləri  açıq-aşkar  həqiqətlərə  qarşı  həqiqətdən 
kənar misallar gətirmişlər. Bu qarşı çıxmalarındakı məqsəd isə səmimi şəkildə 
həqiqətləri  öyrənmək  deyil,  əksinə,  həqiqətləri  görməməzliyə  vuraraq  öz 
fikirlərinə görə çətinlik yaratmaqdır.
Səmimi  şəkildə,  həqiqətən  öyrənmək,  düşünmək  və  anlamaq  məqsədilə 
sual  verənləri  bu  açıqlamadan  kənar  etmək  lazımdır.  Əlbəttə,  insanların  bir 
çoxunun ilk dəfə qarşılaşdıqları və həyata baxışlarını tamamilə dəyişdirəcək belə 
vacib mövzuda sual vermək, daha yaxşı anlamaq üçün araşdırmaq və bilənlərlə 
məsləhətləşmək son dərəcə doğru və vacibdir. Suallarında və araşdırmalarında 
səmimi  və  xoş  niyyətli  olan  insanların  üslublarının  mübahisəçi,  şübhəçi  və 
anlayışsız insanlarla eyni olmayacağı məlumdur. Ona görə, burada haqqında 
danışılan  şəxslər  həqiqətləri  qəbul  etməkdə  inadkarlıq  edən,  mübahisəni  və 
inkarı vərdiş halına gətirən insanlardır.
Allah bir ayəsində mübahisəçi insanların halını belə açıqlayır:
Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə 
yalnız mübahisə etmək xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən 
bir qövmdürlər! (Zuxruf surəsi, 58)
Quranda  inadkar  və  mübahisəçi  insanlara  verilən  nümunələrdən  biri 
də  firondur.  Firon  hz.  Musanın  ona  bütün  həqiqətləri  tam  açıq  şəkildə  izah 
etməsinə baxmayaraq, onun izah etdikləri ilə heç bir əlaqəsi olmayan, bundan 
başqa, cavabını alsa belə, ona heç bir fayda verə bilməyən sual vermişdir. Ona 
Allahın varlığını izah edən hz. Musaya fironun sualı belədir:
(Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” (Taha surəsi, 51)


XƏYALIN DİGƏR ADI: MADDƏ
210
Aydındır  ki,  firon  bu  sualı  “sadəcə  mübahisə  olsun  deyə”  vermişdir. 
Sualında  səmimi  öyrənmə  istəyi  yoxdur  və  öz  zəif  ağlına  görə,  hz.  Musanın 
cavabsız qalaraq çətin vəziyyətə düşəcəyini hesab edir. Ancaq hz. Musa onun 
bu sualı verməsindəki məqsədini dərhal anlayır, ayədə də bildirildiyi kimi, ona 
çox açıq və qəti cavab verir:
Cavab  verdi:  “Onlara  dair  bilik  yalnız  Rəbbimin  dərgahında  olan  bir 
kitabdadır. Rəbbim xəta etməz və unutmaz!” (Taha surəsi, 52)
Mübahisəçi  və  qəsdən  həqiqətləri  bilməməzliyə  vuran  xarakter,  əlbəttə, 
sadəcə firona və ya keçmişdə yaşayan bir sıra inkarçılara aid deyil. Dövrümüzdə 
də  insanların  böyük  hissəsi  mənfəətlərinə  zidd  olan  məsələlərdə,  xüsusilə, 
dinlə  bağlı  məsələlərdə  dərhal  mübahisə  etməyə  başlayırlar.  Səmimiyyətlə 
yanaşdıqda  dərhal  anlayacaqları  mövzuları  qəsdən  anlamaq  istəmədikləri 
suallarında və üslublarından bəlli olur. Xüsusilə bu kitabda izah edilən qədər 
gerçəyi və maddənin həqiqi mahiyyəti kimi mövzular insanların ən çox özlərini 
bilməməzliyə vurduqları mövzulardır. Bunda görə də bu mövzularda verdikləri 
suallar həqiqəti araşdırıb öyrənməyə yönələn səmimi araşdırmadan çox öz ağlına 
görə bu həqiqəti əsassız etməyə yönəlir. Məsələn: “Əgər hər şey görüntüdürsə, 
nə üçün ibadətlərimizi yerinə yetirək?” -deyə sual verənlər verdikləri sualın nə 
qədər mənasız olduğunu dərk etmirlər. Bir insanın görüntü kimi yaradılması 
nə üçün onun namaz qılmasına mane olsun və ya bir yeməyin görüntü olması 
nə üçün onun haram olmasına mane olsun, bunu düşünmədən, sadəcə etiraz 
etmək üçün bu sualları verirlər. Tək məqsədləri heç bir məntiq olmadan, sadəcə 
qarşı çıxmaq, doğru olanları qəbul etməmək və inadkarlıq etməkdir.
Möminlər isə həqiqətləri gördükdə heç mübahisə etmədən, Quranda da 
bildirildiyi kimi: “Eşitdik və itaət etdik”, -deyərək dərhal qəbul edir və əməl 
edirlər. Onlara mübahisəçilərin verdiyi suallara isə onlarla mübahisə etmədən, 
qəti və açıq cavablar veririlər. Allah onlar ilə mübahisə edənlərə möminlərin 
belə cavab vermələrini bildirmişdir:
“Siz  Allah  barəsində  bizimlə  mübahisəmi  edirsiniz?  Halbuki  O, 
həm  bizim,  həm  də  sizin  Rəbbinizdir.  Bizim  əməllərimiz  bizə,  sizin 
əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!” (Bəqərə surəsi, 139)
Möminlərlə  mübahisə  edənlər,  qədəri  və  Allahın  tək  mütləq  varlıq 
olduğunu, özlərinin isə Allaha aid bir varlıq olduqlarını inkar edərək çox açıq 
həqiqətlər barədə özlərini bilməməzliyə qoyanlar, məntiqsiz suallarla cənnətin, 


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
211
cəhənnəmin varlığını, Allahın mərhəmətini və ədalətini öz zəif ağılları ilə sorğu-
sual edənlər bunu çox yaxşı anlamalıdırlar: bu mübahisələrinə cəhənnəmdə də 
davam edəcəklər. Quran ayələrində cəhənnəm əhlinin davamlı olaraq mübahisə 
edib çəkişəcəklərini xəbər verilmişdir:
Onlar orada  çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz  açıq-
aydın azmışdıq! (Şüəra surəsi, 96-97)
O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür 
göstərənlərə  deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun  bir 
hissəsini  bizdən  dəf  edə  bilərsinizmi?!”  Təkəbbür  göstərənlər  deyəcəklər: 
“Biz hamımız atəşin içindəyik. Allah artıq Öz bəndələri arasında hökmünü 
vermişdir! (Mumin surəsi, 47-48)
Yuxarıdakı  ayələrdən  də  göründüyü  kimi,  inkar  edənlər  atəşin  içində 
olarkən  də  mübahisəyə  davam  edəcəklər.  Başqa  ayələrdə  də  inkar  edənlərin 
sözləri ilə möminlərlə mübahisə etməyə çalışdıqları və belə dediklərini Allah 
bildirir:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını 
cəhənnəmdə  ikiqat  elə!”  Deyəcəklər:  “Pis  adamlar  saydığımız  kəsləri 
niyə  burda  görmürük?  Biz  onları  məsxərəyə  qoyurduq.  Yoxsa  onlar 
gözə dəymirlər?!” Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür 
çəkişməsi  bir həqiqətdir! (Sad surəsi, 61-64)
Cəhənnəm  əhli  cəhənnəmin  dar  və  sıx  yerlərində  dəmir  qamçılarla, 
üzərlərinə  tökülən  qaynar  su  ilə  oddan  dəriləri  əriyərkən  yenə  mübahisə 
etməyə davam edəcəklər. Nəticəsiz mübahisələri heç bitməyəcək, özlərinin nə 
üçün əzab çəkdiyini bir-birlərindən soruşacaqlar, Allah və möminlər haqqında 
mübahisə etməkdə davam edəcəklər:
Bunlar Rəbbi barəsində mübahisə aparan iki zümrədir. Onu inkar edənlər 
üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su tökülür. O su 
ilə qarınlarında olanlar və dəriləri əridilmişdir. Hələ onlar üçün dəmir 
qamçılar da vardır. Oradan çıxmaq istədikcə, yenidən ora qaytarılar və 
(onlara:) “Dadın atəşin əzabını!” (deyilər). (Həcc surəsi, 19-22)
Ancaq bu mübahisələrdən də heç bir nəticə əldə etməyəcəklər. Dünyada 
həqiqətlər haqqında özlərini bilməməzliyə qoyaraq mübahisə edən inkarçılar, 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə