Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə55/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
212
Allahın  istəyi  xaricində,  sonsuzluğa  qədər  davam  edəcək  cəhənnəm  əzabı 
içində, faydası olmayan peşmançılıqla mübahisə edərək yaşayacaqlar.
Cəhənnəm əhlinin cəhənnəmdə də mübahisələrinə davam etməsi onların 
cəhənnəm  atəşini  gördükdə  belə  iman  gətirməyəcəklərinin,  mübahisələrə 
davam  edərək  həqiqətləri  anlamayacaqlarının  göstəricisidir.  Bu  insanlar 
cəhənnəm əzabının içində ikən belə inkarlarına davam edirlər:
Od  içində  olanlar  cəhənnəm  gözətçilərinə  dedilər:  “Rəbbinizə  dua 
edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Cəhənnəm 
gözətçiləri)  dedilər:  “Məgər  sizə  öz  peyğəmbərləriniz  açıq-aşkar 
möcüzələr  gətirməmişdilər?”  Onlar:  “Bəli”,  -  deyə  cavab  verdilər. 
(Cəhənnəm  gözətçiləri  onlara:  )  “Elə  isə  özünüz  dua  edin!”  -  dedilər. 
Kafirlərin duası isə boşunadır. (Mumin surəsi, 49-50)
Cəhənnəm atəşinin içində olarkən də: “Rəbbim”, -deyərək dua etməyən 
və təkəbbür göstərməkdə davam edən bu insanların sahib olduqları davranış 
və  əxlaq  pozğunluğu  ortadadır.  Bu  insanlara  bütün  nümunələr  verilsə  də, 
bütün  dəlillər  göstərilsə  də,  anlamazlar.  Allah  bir  ayəsində  bəzi  insanların 
inanmayacaqlarını belə bildirir:
Allaha  ürəkdən  and  içdilər  ki,  əgər  onlara  bir  ayə  gəlsə,  ona  mütləq 
inanacaqlar. De: “Ayələr ancaq Allahın Qatındadır. Onlara ayə gəldikdə 
yenə də iman gətirməyəcəklərini dərk etmirsiniz?!” (Ənam surəsi, 109)
Buna  görə,  bəzi  insanların  burada  izah  edilən  həqiqətləri  çox  açıq  və 
anlaşılan  olmasına  baxmayaraq,  anlamamalarına  təəccüblənmək  lazım  deyil. 
Bu  insanların  həqiqətlər  qarşısında  boyun  əyməmələrini  də  əslində  Allahın 
ayəsidir.


Nəticə: Həqiqətlərdən Qaçmaq Olmaz
213
İ
nsanların fikirlərini kökündən dəyişdirən, insanları Allaha qəti iman 
etdirən,  Quranda  bəhs  edilən  bütün  gözəl  əxlaq  xüsusiyyətlərinin 
sevərək  və  istəyərək  yaşanmasını  təmin  edən,  insanlardakı  həvəs, 
rəqabət, kin, düşmənçilik, paxıllıq hisslərini aradan qaldıraraq sevgi, 
mərhəmət, şəfqət, təvazökarlığı hakim edən bu qeyri-adi vacib həqiqəti, yəni 
maddənin xəyal olması həqiqətini öyrənən və anlayan insanların sayı sürətlə 
artır.  “Bu  qədər  açıq  həqiqəti  necə  olub  ki,  bu  günə  qədər  anlamamışam”, 
-deyən insanlar çoxluq təşkil edir.
İnsanların qədər, zaman, ölüm, dirilmə, cənnət, cəhənnəm kimi mövzuları 
qəti şəkildə başa düşmələrini təmin edən bu böyük sirri qavrayan hər insanın 
digərlərini də bu mühüm məlumatdan xəbərdar etməsi çox vacibdir. Bunu edən 
insan bu sayədə həm insanların Quranı daha yaxşı və asan anlamalarını təmin 
edəcək, həm də insanların sürətlə hidayətlərinə səbəb olacaqdır.
Allah  Ona  gizli  və  açıq  şəkildə  şirk  qoşulmadıqda,  yalnız  Ona  ibadət 
edildikdə, tək İlah və tək güc kimi Allah qəbul edildikdə Quran əxlaqını dünyaya 
hakim edəcəyini müjdələyir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət 
edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər 
kimi  yer  üzünün  varisləri  edəcəyini,  onlar  üçün  bəyəndiyi  dinini 
möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz 
edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, 
əsl fasiqlərdir! (Nur surəsi, 55)
Quran  əxlaqının  dünyaya  hakim  olması  üçün  ən  mühüm  məsələ  olan 
şirkdən,  yəni  Allahdan  başqa  güclərin  olduğuna  inanmaqdan  çəkinmək 
lazımdır.  Allahdan  başqa  maddənin  mütləq  olduğunu  iddia  etmək,  Allahın 
maddəni ancaq xəyal kimi əhatə edəcəyini düşünmək, Allahı ağıl kimi mücərrəd 
varlıq  kimi  görmək,  Allahdan  başqa  gücdən  qorxmaq,  insanın  istədikdə 
qədərini  dəyişdirə  biləcəyini  düşünmək  (hamısından  Allahı  tənzih  edirik), 
zamanı,  məkanı  mütləq  zənn  etmək  kim  şirk  olan  inanclardan  qurtulmaq 
üçün bu kitabda izah edilən mövzular yaxşı başa düşülməlidir. Bu səbəbdən: 
“Bu mövzunun nə əhəmiyyəti var? Nə üçün hər fürsətdə, hər kitabınızda bu 
mövzuya yer verirsiniz?” -deyənlər bu vacib həqiqəti yenidən düşünməlidirlər.
Tək mütləq varlıq Allahdır və Allah biz bu kitabı yazarkən də, oxuyarkən 
də, bu kitab haqqında düşünərkən də bizi seyr edir, görür, eşidir, gizlimizin 
gizlisini bilir. Allah bizi hər tərəfdən əhatə etmişdir. Gerçək mütləq varlıq olan 
NƏTİCƏ: HƏQİQƏTLƏRDƏN 
              QAÇMAQ OLMAZ


XƏYALIN DİGƏR ADI: MADDƏ
214
Allahdır, ağıl kimi görünməyən və mücərrəd olan isə biz qullarıq. Bu həqiqət 
Allahı  sevən  və  Allaha  qul  olduğunu  dərk  edən  biri  üçün  böyük  şərəf  və 
gözəllikdir. Bu həqiqətdən müsəlmanların qaçması doğru olmaz. Müsəlmanlar 
haqq  olanı  könüldən  qəbul  etməli,  görməməzliyə  vurmağa  çalışaraq  Allah 
qatında alçalmamalıdırlar. Allah inanan qullarını Quranda belə xəbərdar edir:
Siz  bilə-bilə  haqqı  batillə  qarışdırmayın,  haqqı  gizlətməyin!  (Bəqərə 
surəsi, 42)
Bunu da unutmaq olmaz ki, bu həqiqətin açıqlanması materializmin süqut 
etməsinə və bütün dünyada mənəviyyatın və gözəl əxlaqın hakim olmasına vəsilə 
olacaqdır. Bunu anlayan materialist kütlələr bu həqiqətin açıqlanmasından çox 
narahat olur, fəlsəfələrini kökündən məhv edəcəyini anladıqları bu həqiqətin 
insanlara açıqlanmasına mane olmaq üçün son dərəcə gülünc və çarəsizliklərini 
göstərən yollara əl atırlar. Ancaq bu gün maddənin həqiqəti mövzusu bütün 
açıqlığı ilə üzə çıxmışdır. Keçmişdə sadəcə bir fəlsəfə kimi qalan, elmi kəşflərin 
dəstəkləyə bilmədiyi bu həqiqət dövrümüzdə elm tərəfindən açıq şəkildə ortaya 
qoyulmuşdur. Frederick Vester bu həqiqəti qavramış biri kimi bu mövzuda belə 
deyir:
Bəzi mütəfəkkirlərin “insan xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, 
bu kainat  kölgədir” kimi sözləri günümüzdə elmi cəhətdən sübut edilir.
52
Materialistlərin səyləri artıq boş yerədir. Məlumatın böyük sürətlə bütün 
dünyaya qısa zamanda ötürülə bildiyi dövrümüzdə əsrlərdir gözdən qaçırmağa 
çalışdıqları  bu  böyük  həqiqət  bu  gün  Qayanadan  İngiltərəyə,  Amerikadan 
İndoneziyaya,  Sinqapurdan  İsveçə,  materialistlərin    qalaları  olan  Rusiyadan 
Çinə,  Kubadan Albaniyaya  qədər  hər  yerdə  oxunur,  öyrənilir  və  izah  edilir. 
Materializm  böyük  gurultu  ilə  süqut  edir.  Çünki  bu  gün  başa  düşülmüşdür 
ki,  maddənin  əsli  ilə  heç  vaxt  təmasda  ola  bilmərik.  Maddə  ilə  təmasda  ola 
bilmədiyimizə və ola bilməyəcəyimizə görə materializm də yoxdur.
Quranın bəzi ayələrində işarə edilən və bir çox mövzunun başa düşülməsini 
daha da asanlaşdıran bu vacib həqiqətin materializm kimi batil və din əleyhinə 
olan  bir  fəlsəfəni  məhv  etməsi  çox  mühüm  irəliləyişdir.  Quranda Allah  belə 
bildirir:
Xeyr, Biz batili haqla rədd edərik  və o da onu  yox edər. (Bir də baxıb 
görərsiniz ki) o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay 
halınıza! (Ənbiya surəsi, 18)
Ayədə də xəbər verildiyi kimi, doğru olan batilin üstünə atıldıqda batil 
bir 
inanc olan materializmin beyni maddə də yox olub gedər. Hər hansı bir materialistin 
bu həqiqətin qarşısını almaq və ya dəyişdirmək imkanı da qətiyyən yoxdur.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə