Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə50/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
195
Bizim yaşıl dediyimiz rəngi yanımızdakı digər şəxs eyni şəkildə görür? Bunu heç vaxt 
bilmərik. Məsələn, bu şəkil iki insanın beynində fərqli rənglərdə görünə bilər. Birinin 
yaşıl dediyini digəri eyni cür adlandırmasına baxmayaraq, mavi görə bilər. Bu, heç vaxt 
müəyyən edilə bilməz.


XƏYALIN DİGƏR ADI: MADDƏ
196
... Bir şeyə baxdıqda sizin və mənim eyni rəngi gördüyümüzü haradan bilərəm? 
İkimizə də rəng adları, ümumi şəkildə rəngli cisimlərdə göstərilərək öyrədilmişdir, 
tamamilə fərqli rəng təcrübələri keçsək də, bu rəngləri sözlə ifadə etməyimiz oxşar 
olacaqdır. Məsələn, qırmızı şeylərin mənə görünməsi yaşıl şeylərin sizə görünməsi 
kimi olsa da.
50
Harvard  Universitetindən  psixologiya  professoru  Drew  Westen  isə 
elmi  cəhətdən  digər  şəxsin    gülü  bizimlə  eyni  cür  qavrayıb-qavramadığını 
bilməyəcəyimizi belə açıqlayır:
Əgər  qavrayış  yaradıcı  və  ya  struktural  prosesdirsə,  insanlar  dünyanı  hansı 
dərəcəyə qədər eyni şəkildə qavrayırlar? Qırmızı bir insana göründüyü kimi digər 
insana da eyni şəkildə görünür? Əgər bir insan sarımsağı xoşlayırsa və digəri 
xoşlamırsa, bu eyni dadı xoşlayan və xoşlamayan 2 fərqli insandır, yoxsa sarımsaq 
hər biri üçün fərqli dada malikdir? Qavrayışın struktural təbiəti insanların dünyanı 
hansı dərəcəyə qədər həqiqətdə olduğu kimi görüb-görmədikləri problemini yaradır. 
Platon bizim qavradıqlarımızın hər hansı bir mağaranın divarındakı kölgələrdən 
bir az daha çox olduğunu iddia edir. Bir fincan qəhvənin isti olduğunu söyləmək 
nə  məna  verir?  Ot  həqiqətən  yaşıldır?  Görmə  sistemi  işığın  müəyyən  dalğa 
uzunluqlarını ayırd etməkdən məhrum olan və yaşıl rəng korluğu olan insan otu 
yaşıl görməz. Yaşıllıq obyektin (ot), qavrayanın  xüsusiyyətidir, yoxsa müşahidəçi 
ilə müşahidə edilən arasındakı bir növ əlaqələrdir? Bütün bunlar duyğu və hissin 
həlledici cəhətindəki fəlsəfi suallardır.
51
Göründüyü  kimi,  eyni  tərifləri  verməyimiz  və  ya  eyni  rəngin  adını 
söyləməyimiz eyni şeyləri görməyimiz demək deyil. İnsanların qavrayışlarını 
müqayisə etmək isə tamamilə mümkünsüzdür, çünki hər kəs beyninin içindəki 
özünə  aid  dünyanı  görür.  Bu  etirazla  bağlı  başqa  bir  açıqlama  isə  sonrakı 
etirazda verilir.
Etiraz: “Mənimlə birlikdə üç nəfər bağda gəzir və üçümüz də eyni şeyləri 
görürük.  Hamımızın  zehnində 
gördükləri  bir-birinin  eynidirsə, 
onda  zehnimizdəki  görüntülərin 
xəyal olduğunu necə deyə bilərik?”
Qırmızı lalələrə baxan iki 
insan bir-biri ilə tamamilə eyni 
tonda qırmızı görür? Bunu əsla 
müəyyən edə bilmərik.


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
197
Cavab: Sizinlə birlikdə başqa insanların da eyni şeyləri görməsi maddənin 
xarici aləmdəki əslini görməyiniz mənasına gəlməz. Çünki siz ətrafınızdakıları 
da beyninizin içində görürsünüz. Məsələn, meyvə bağında dostlarınızla birlikdə 
gəzərkən gördüyünüz alma, ərik, tut ağacları, rəngarəng çiçəklər, quşların səsi, 
əsən meh, xoş çiçək və meyvə ətri necə beyninizdə əmələ gəlirsə, dostlarınız 
da  onların  danışıqları  da  beyninizdə  əmələ  gəlir.  Yəni  dostlarınız  xarici 
aləmdəki bağda deyil, sizin zehninizdə gördüyünüz bağda gəzirlər. Ona görə, 
dostlarınızın sizinlə eyni görüntünü görməsi gördüklərinizin əsli ilə təmasda 
olmağınız demək deyil.
Hətta böyük stadion dolu insanla hər hansı bir futbol matçını seyr etdikdə 
minlərlə insanın vurulan qolu eyni anda görməsi və buna eyni anda münasibət 
göstərməsi də nə o stadionun, nə futbolçuların, nə hakimlərin, nə də stadionu 
dolduran insanların əsl varlıqlarını gördüyünüzə dəlil deyil. Çünki stadion və 
içindəki  futbolçular,  tamaşaçılar,  alqışlar  və  orada  gördüyünüz  hər  şey  sizin 
beyninizdə  əmlə  gəlir.  Qol  vuran  futbolçu  da,  bu  qola  sevinən  tamaşaçılar 
da  sizin  içinizdədir.  Siz  beyninizdə  atılan  qola  sevinirsiniz,  beyninizdəki 
insanlarla birlikdə alqışlayırsınız. Nəticədə ətrafınızda gördüyünüz insanların 
sizin gördüklərinizi təsdiqləməsi xarici aləmdəki əslləri ilə təmasda olduğunuz 
demək  deyil.  Çünki  “yanımda”  dediyiniz  insanlar    nə  qədər  çox  olsalar  da, 
əslində beyninizin içindədirlər.
Etiraz: “Xarici aləmi olduğu kimi qavrayırıq, ona görə də davranışlarımızda 
hər  hansı  bir  anormallıq  yoxdur.  Məsələn,  uçurumun  kənarında  düz 
yolda olduğu kimi düz yerimirik. Uçurumu görüb dayanırıq”.
Cavab: Bu etiraz bu şəxsin düşüncə qarışıqlığı içində olduğunu və izah 
edilənləri heç anlamadığını göstərir. Çünki bu şəxsin etirazı belə bir iddiaya 
əsaslanır: “Xarici aləmdə maddi gerçəklik var. Ancaq hər kəs bu maddi dünyanı 
öz zehnində fərqli görə bilər”. Bu şəxs ortada belə  bir iddianın olduğunu zənn 
edir  və  buna  etiraz  edərək:  “Xarici  aləmdə  maddi  gerçəklik  var  və  biz  onu 
olduğu kimi görürük, kimsə xarici aləmi olduğundan fərqli görə bilməz. Bunun 
dəlili də budur ki, xarici aləmdə uçurum olduqda onu uçurum kimi görürük və 
kənarına çatdıqda dayanırıq”, -deyərək bu iddianı əsassız etdiyini zənn edir.
Əslində isə burada haqqında danışılan həqiqət bu şəxsin anladığından çox 
fərqlidir. Burada: “Xarici dünya var, amma bu dünyanı biz eynilə deyil, fərqli 
görürük”, -deyilir. Burada: “Biz bütün yaşadıqlarımızı zehnimizdə görürük və 
əslləri ilə heç vaxt təmasda ola bilmərik. Buna görə, xarici aləmdəki əsllərinin 
necə olduğunu biz bilmərik”, -deyilir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə