Maddenin sirri indd


Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə46/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

Maddənin Həqiqəti Mövzusuna Gələn Etirazlara Cavablar
181
olduğunu göstərdiyini belə açıqlayır:
Bütün materializmin, fiziki dünyanın, bizə məlum olan gerçəkliyin, bütün varlığın 
fövqündə bir şey var. Bu ənənəvi dualizmi də təkzib edir. Mən bunu mistik görüş 
kimi deyil, kvant fizikası kimi görürəm. Bizim ən müasir fiziki dünya anlayışımıza 
görə, tərif edilməz dünya, mistik dünya, “xəyali” dünya ola bilər. Alman fiziki və 
kvant mexanikasının qabaqcıllarından Werner Heisenbergin irəli sürdüyü kimi, 
şüuru daha fərqli görürəm. Həqiqət daha çox yuxu kimidir, mən yuxuda gerçəklik 
görürəm. Hamımızın bir hissəsi olan, bu yuxunu əmələ gətirən varlığı və 
ya böyük Ruhun varlığını qəbul edirəm və bu, elmi açıqlamalarla əldə edə 
biləcəyimiz nəticədir.
49
Bu  elm  adamı  maddi  dünyanın  əslində  zehnimizdə  qavrandığını  elmi 
kəşflərlə  görmüş  və  qavramış  bir  çox  elm  adamından  yalnız  biridir.  Bu  çox 
açıq elmi həqiqəti qəbul etməyənlərin inkar etmələrindəki səbəb isə elmi deyil, 
ideoloji səbəbdir. Çünki bu elm adamları böyük mühafizəkarlıqla bağlı olduqları 
materializmi təməlindən əsassız edəcək bu həqiqəti göz görə-görə qəbul etmək 
istəmirlər. Belə ki, dr. Wolf bu həqiqətin materializmi təkzib edəcəyini bildirir.
XIX əsrdə əldə edilən elmi nəticələr nəzərə alındıqda xarici aləmin beyində 
qavranması  həqiqətini  hər  hansı  bir  fəlsəfə  kimi  qəbul  etmək  heç  inandırıcı 
deyil. Çünki bu  fəlsəfə deyil, elmi kəşflərin açıq şəkildə göstərdiyi texniki 
həqiqətdir.  Bu,  insanların  məhz  içində  yaşadıqları,  inkar  edilməz  məsələdir. 
Dinsiz də olsa, dindar da olsa, hər insan bu mövzunu qeyd-şərtsiz bilir, inkar 
etməyinin də mənası yoxdur.
Etiraz: Maddənin həqiqəti mövzusu vəhdəti-vücud düşüncəsi ilə eynilik 
təşkil edir?
Cavab: Vəhdəti-vücud düşüncəsini izah edən bir çox böyük İslam aliminin 
keçmişdə  bu  kitabda  yer  verilən  bəzi  mövzuları  düşünərək  izah  etdikləri 
doğrudur. Ancaq burada izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil. 
Tarix boyu bir çox alim və mütəfəkkir bu həqiqəti izah etmişlər. Ancaq bir qismi 
səhv fikirlərə düşərək Allahın yaratdığı varlıqları tamamilə yox hesab etmişlər. 
Əslində isə maddənin beynimizdə əmələ gələn xəyalını gördüyümüzü söyləmək 
“gördüyümüz varlıqların heç biri yoxdur” demək deyil. Çünki gördüyümüz 
bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, 
gördüyümüz hər şey, Allahın Quranda mövcud olduğunu bildirdiyi hər varlq 
yaradılmışdır və vardır. Ancaq bunların hər biri görüntü kimi var.
Allahın  yaratdığı  hər  varlıq,  biz  görsək  də,  görməsək  də,  vardır.  Çünki 
onsuz da bu varlıq yaradılmışdır və daha əvvəl də deyildiyi kimi, ilk yaradıldığı 
halından öldüyü ana qədərki hər halı Allahın hifzində sonsuzluğa qədər mövcud 


XƏYALIN DİGƏR ADI: MADDƏ
182
olmaqda davam edəcəkdir (bu mövzu haqqındakı ətraflı məlumat üçün bax: 
Sonsuzluk Başlamış Durumda”, Harun Yahya, Araştırma Yayıncılık).
Beləliklə, maddənin beynimizdə əmələ gələn xəyalı ilə təmasda olmağımız 
onu “yox” halına salmaz. Ancaq bizə maddənin mahiyyəti haqqında məlumat 
verir ki, bu da maddənin görüntü olması həqiqətidir.
Etiraz:  “İnsan  xəyal  olduğunu  bildiyi  şeyi  necə  sevər?  Hər  şeyin 
zehnimizdə əmələ gələn xəyal olduğunu qəbul etsək, anamızı, atamızı, 
dostlarımızı, Peyğəmbərimizi (s.ə.v.) necə sevərik?”
Cavab: Bu sualı verən insan hər şeydən əvvəl özünün də  xəyal olduğunu 
bilmir  və  ya  dərk  etmir.  Özünü  mütləq,  dostlarını,  yaxınlarını,  ailəsini  isə 
xəyal kimi qəbul edir. Əslində isə özü də digər yaxınları kimi xəyal varlıqdır. 
Gördüyü, toxunduğu bədəni eynilə yaxınlarının bədənləri kimi beynində əmlə 
gələn görüntüdür.
Bundan  başqa,  bu  sualı  verən  insanların  yaxınlarının,  dostlarının 
zehinlərində  meydana  gələn  hiss  olmaları  onların  sevilmələrini  əngəlləyir. 
Əgər  insan  yaxınlarını  və  dostlarını,  onların  bədənlərindən  və  ya  maddi 
varlıqlarından  ötrü  sevirsə,  bu  yanlış  sevgi  formasıdır.  Doğru  olan,  insanı 
Allahın  o  insanda  təzahür  edən  xüsusiyyətlərinə  görə  sevməkdir.  Məsələn, 
biz Peyğəmbərimizi (s.ə.v.) heç görmədiyimiz halda, onda Allahın Vəli, Məlik, 
Kərim, Vəkil, Hadi kimi bir çox isminin çox gözəl təzahür etdiyini,  Allahın ən 
bəyəndiyi əxlaqı onda təzahür etdirdiyini bildiyimiz üçün ona qarşı çox böyük 
sevgi  və  məhəbbət  duyuruq.  Amma  bu  sevgimizin  yeganə  qaynağı  əslində 
Peyğəmbərimizin (s.ə.v.) əsl sahibi olan Allaha olan sevgi və məhəbbətimizdir.
Müsəlmanları, insanları, digər bütün varlıqları da Allaha olan sevgilərinə, 
bu varlıqlar Allahın təzahürü olduqlarına görə sevirlər. Məsələn, hər hansı bir 
ceyran balasını sevən müsəlman o ceyranda Allahın mərhəmətinin, şəfqətinin  
təzahürünü, Allahın o ceyranda yaratdığı sevimliliyi bəyəndiyi üçün, görüntüsü 
mərhəmət hissini təhrik etdiyi üçün ona qarşı sevgi göstərir. Ceyranı və ya hər 
hansı başqa bir canlını tək başına, müstəqil varlıq kimi sevməz.
Bir müsəlman heç bir insana və ya varlığa müstəqil sevgi və ya bağlılıq 
duymaz. Bütün sevgilərin mənbəyi Allah sevgisidir. Quranda “...sizin Allahdan 
başqa  bir  dostunuz  və  yardımçınız  yoxdur”  (Bəqərə  surəsi,  107)  ayəsi  ilə 
insanın Allahdan başqa dostu olmadığına diqqət çəkilmişdir. Başqa bir ayədə isə 
insandan: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zumər surəsi, 36), 
-deyə soruşulur. Elə isə sevdiklərimiz də Allahdan ayrı, müstəqil varlıqlar kimi 
bizim dostumuz və köməkçimiz ola bilməzlər. Ona görə, bütün yaxınlarımızın, 
dostlarımızın  zehnimizdə  hiss  olması  bu  həqiqəti  daha  da  qüvvətləndirir. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə