Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə39/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

154
Lut qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq 
qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və 
faydası olmayan peşmançılıq içində əzab çəkirlər. 
Allah  bu  görüntülərin  hamısını  “hal-hazırkı  anda”  bizim  bilməyimiz 
mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz 
və olmadığımız bütün hadisələr və bütün səslər Allah qatında hər an hazırdır 
və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman 
Allahın hafizəsində bütün detalları ilə yaşanır.
Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin 
bünövrəsi  əslində  hal-hazırda  qoyulur. Atanız  bu  evdə  hal-hazırda  doğulur. 
Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən 
tam 10 il sonra yediyiniz yeməyi əslində hal-hazırda yeməkdəsiniz.
Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir 
an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. 
Necə  televizorda  seyr  etdiyimiz  bir  film  lentinə  qeyd  edilmişdirsə,  müxtəlif 
kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı 
mənasına gəlmirsə, bizim “keçmişdə yaşanmış” və ya “gələcəkdə yaşanacaq” 
dediyimiz hadisələrə də eyni şey aiddir.
Ancaq bir cəhətin səhv başa düşülməməsi çox vacibdir: bu səhnələrin heç 
Keçmişdə qalmış 
hadisələr “hal-hazırda” 
Allahın hafizəsində çox 
canlı və aydın şəkildə 
yaşanır. Məsələn, 
piramidaları inşa edən 
işçilər materialları 
hal-hazırda daşıyırlar, 
hal-hazırda yorulurlar, 
hal-hazırda susayaraq su 
içirlər.


155
Hz. Musa və yanındakılar 
hal-hazırda yarılan 
dənizdən keçərək 
qurtulurlar. Fironun 
ordusu hal-hazırda 
birləşən dənizin içində 
boğulur. Hz. Nuhun 
gəmisi və hz. Süleymanın 
sarayı hal-hazırda 
inşa edilir və bütün 
bu hadisələr bizim 
bildiyimizdən daha 
aydın və canlı şəkildə 
hal-hazırda Allahın 
hafizəsində mövcuddurlar.


XƏYALIN DİGƏR ADI: MADDƏ
156
Bir banan ağacının toxumunun torpağa düşməsindən bananların ağacdan 
dərilməsinə, o bananların marketə gətirilməsinə, marketdə satılıb nəhayət 
meyvə səbətinə qoyulmasına qədər hər anı tək bir an şəklində Allahın 
hafizəsində saxlanılır. Hər anı Allahın qatında canlı şəkildə yaşanır. 
Bananın heç bir halı Allah qatında yox olmaz, sonsuzluğa qədər saxlanılır.


Sonsuz Zaman Allahın Hafizəsində  Qorunur
157
biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız 
an kimi canlıdır. Hər şey diri şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri 
vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi 
vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də 
bu hadisələri yaşada bilər.
Bu  misallardan  da  göründüyü  kimi,  Allah  üçün  keçmiş,  gələcək,  indi-
hamısı birdir. Elə buna görə, Allaha heç bir şey gizli qalmır. Belə ki, ayədə də 
Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:
Dedi: “Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, 
yaxud  göylərdə  və  ya  yerin  təkində  olsa  da, Allah  onu  ortaya  gətirər. 
Həqiqətən, Allah lətifdir,  xəbərdardır! (Loğman surəsi, 16)
Allah cənnətdə istəyənə keçmişi eynilə göstərə bilər
Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə 
göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, cənnətdəki insan Allahdan ölmüş 
itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin 
batmadan  əvvəlki  halını  görmək  istədikdə  Allah  ona  bunların  hamısını 
göstərəcəkdir.  Həm  də  o  ankı  ən  canlı  hallarını.  Məsələn,  Titanik  dənizdə 
səyahət  edərkən,  o  anda  ətrafda  olan  bütün  balıqlar  yenə  eyni  yerlərində 
olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. 
Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluşları ilə, 
zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan 
bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allahın hafizəsində 
Bu uçan binanın hər anı 
Allahın hafizəsində hər 
an hazır durur. Binanın 
bünövrəsinin ilk dəfə 
qoyulduğu andan uçub 
yerlə bir olduğu ana qədər 
hər anı sonsuzluğa qədər 
itmədən hazır duracaq.


XƏYALIN DİGƏR ADI: MADDƏ
158
YAŞANAN HEÇ BİR AN ALLAH QATINDA YOX OLMAZ


159
İNSAN YAŞADIĞI HƏR ANI FİLMİN KADRLARI KİMİ 
NÖVBƏSİ ÇATDIQDA İZLƏYƏR


XƏYALIN DİGƏR ADI: MADDƏ
160
hər  hadisə  sonsuzluğa  qədər  eyni  canlılıqla  yaşanmaqda  davam  etdiyi  üçün 
insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır. 
Allah  bir  ayəsində  “...orada  sizin  üçün  nəfsinizin  çəkdiyi,  istədiyiniz 
hər  şey  vardır”  (Fussilət  surəsi,  31),  -deyərək  cənnətdə  insanın  istədiyi  hər 
şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyəcək, onları sevindirəcək, 
dünyaya aid hər görüntü və hadisəni Allah cənnətdəki qullarına istədikləri anda 
göstərəcəkdir.  Bu,  Rəbbimizin  cənnətə  layiq  qulları  üçün  hazırladığı  böyük 
nemətdir.
Bu mövzunun insanlar üçün əhəmiyyəti
Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində 
yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər danışığımız, hər 
davranışımız, hər baxışımız, fikrimizdən keçirdyimiz hər düşüncə Allah qatında 
unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-
qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu 
etdiyi an Allah qatında sonsuzluğa qədər qalır. İçindən müsəlmanlar əleyhinə 
fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən 
keçirdiyi  cümlələr, Allah  qatında  sonsuzluğa  qədər  durur.  Özü  ac  olmasına 
baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı 
vəziyyəti,  baxışı,  düşüncələri  də  Allah  qatında  itmədən  sonsuzluğa  qədər 
qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbir edən, ona sıxıntı 
verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən 
sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və 
pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları 
şeylər heç unudulmadan və ya  dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. 
Hətta  bəzi  şəxslər  sorğu-sual  zamanı  ona  verilən  kitabın  nə  qədər  hərtərəfli 
olduğuna təəccüb edəcək və belə deyəcəklər:
Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada olanlardan 
qorxduqlarını  görürsən.  Onlar  belə  deyirlər:  “Vay  halımıza!  Bu  necə 
bir  kitab  imiş!  O,  bizim  heç  bir  kiçik  və  böyük  günahımızı  gözdən 
qaçırmadan  hamısını  sayıb  yazmışdır  ki!”  Onlar  etdikləri  bütün 
əməllərin hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! 
(Kəhf surəsi, 49)
Buna görə, bu həqiqətin fərqində olan hər bir insan hər davranışının və 
düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allahın hafizəsində 
mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan 
qorxub çəkinməlidir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə