Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə38/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

148


149
SONSUZ ZAMAN 
ALLAHIN 
HAFİZƏSİNDƏ 
QORUNUR


XƏYALIN DİGƏR ADI: MADDƏ
150
elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)
M
addənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz 
hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam 
qavraya bilməyən bəzi insanlar müxtəlif  səhv fikirlərə düşür, bu 
həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin 
xəyal  olduğuna  dair  izahları  “maddə  yoxdur”  kimi  anlayırlar.  Bir  qismi  isə 
maddənin  ancaq  biz  gördüyümüz  zaman  xəyal  kimi  mövcud  olduğunu, 
ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil. 
Əvvəla,  “maddə  yoxdur”  və  ya  “insanlar,  ağaclar,  quşlar...  bunların  heç  biri 
yoxdur” demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını 
Allah  yaratmışdır.  Ancaq  Allah  bütün  bu  varlıqları  kitabın  əvvəlindən  bəri 
izah  etdiyimiz  kimi  bizim  üçün  görüntü,  hiss  kimi  yaratmışdır.  Yəni  Allah 
bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar 
etməmişdir. Hər birini hər an yaratmaqda davam edir. Biz görsək də, görməsək 
də,  bu  varlıqlar  Allahın  hafizəsində  sonsuzluğa  qədər  mövcuddur.  Bizdən 
əvvəlkilər kimi, bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da 
yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi, zamanı da 
Allah yaratmışdır və Allah zamandan uzaqdır. Ona görə, bizim üçün gələcəkdə 
var olacaq varlıqlar da əslində Allah qatında “tək bir an” içərisində yaradılmışlar 
və  hal-hazırda  mövcuddurlar.  Ancaq  biz  zamandan  asılı  olduğumuza  görə, 
onları hələ görə bilmərik.
Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq 
varlıqlar necə Allahın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni 
şəkildə, heç itmədən Allahın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym 
kimi ana bətnindəki halınız, oxuma-yazmağa başladığınız bu günkü halınız, ilk 
dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etdiyiniz 
an, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının üzündəki 
təbəssümün  olduğu  an  kimi,  keçmişdə  yaşadığınız 
bütün  anlarla  yanaşı  gələcəkdə  yaşayacağınız  bütün 
anlar da hal-hazırda Allahın hifzindədir və heç itmədən 
sonsuzluğa qədər qalacaqlar.
Yolda  gedərkən  ayağınıza  ilişən  daş  parçası 
qədərdə  siz  hələ  doğulmamış  ayağınıza  ilişəcəyi 
vaxt  müəyyən  edilmiş  şəkildə  yaradılmışdır.  O 
İnsanın yaşadığı heç bir an itməz, Allahın hafizəsində 
bütün canlılığı ilə sonsuzluğa qədər saxlanılır.


151
ALLAH BİZİM KEÇMİŞİMİZİ VƏ GƏLƏCƏYİMİZİ 
TƏK BİR AN KİMİ BİLİR VƏ GÖRÜR


XƏYALIN DİGƏR ADI: MADDƏ
152
daşın daha böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi 
hər mərhələ Allah qatında siz hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. 
Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən 
quru  yarpaq  üçün  də  keçərlidir.  Kəpənəyin  hələ  tırtıl  halından  baramadan 
çıxmasına,  qanadlarını  qurutduğu  andan  yerdəki  zibilə  qarışdığı  ana  qədər 
hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah qatında bu kəpənəyin 
canlı  halları  və  ölü  halı  heç  itmədən  durur  və  sonsuzluğa  qədər  durmaqda 
davam edəcəkdir.
Bütün hadisələr “Lövhi-məhfuz” adlı 
kitabda qeyd olunmuşdur
Əvvəlki  bölmədə  də  izah  etdiyimiz  kimi,  Allah  bizim  üçün  keçmiş  və 
gələcək  bütün  hadisə  və  varlıqları  tək  bir  anda  yaratmışdır.  Quranda  bütün 
insanların və varlıqların qədərlərinin Allah qatında Lövhi-məhfuz adlandırılan 
əsas kitabda qorunduğu belə bildirilir:
Şəkildə gördüyünüz kəpənəyin hələ yumurta olduğu anından barama halına, 
baramadan çıxıb uçmağa başladığı andan ölüb zibillərə qarışdığı halına qədər 
hər halı hal-hazırda Allah qatında canlı şəkildə mövcuddur. Kəpənək Allahın 
hafizəsində hal-hazırda baramadan çıxır, hal-hazırda uçmağa başlayır və hal-
hazırda ölərək yerə düşür.


Sonsuz Zaman Allahın Hafizəsində  Qorunur
153
... Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-
Məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Allah başqa ayələrində də göylərdə və yerdə olan hər şeyin bu  kitabda 
olması həqiqətini belə xəbər verir:
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” - dedilər. De: “Xeyr, qeybi 
bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə 
də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud 
böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Səba surəsi, 
3)
Ayələrdə  də  bildirildiyi  kimi,  kainat  yaradıldığından  bəri  mövcud  olan 
canlı-cansız  hər  şey,  baş  verən  hər  hadisə Allahın  yaratmasıdır  və  ona  görə, 
bunlardan Onun xəbəri vardır; yəni bütün bunlar Allahın hifzindədir. Lövhi-
məhfuz da Allahın Hafiz sifətinin bir təzahürüdür.
Keçmiş və gələcək əslində “hal-hazırda” yaşanmaqdadır
Allah qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata 
keçir və o, “hal-hazırki an”dır. “Hal-hazırda” bizim üçün keçmiş və gələcək olan 
bütün hadisələr Allah qatında bizim hadisələri gördüyümüzdən daha aydın və 
canlı şəkildə baş verir. Məsələn, hz. Yunus hal-hazırda gəmidəki tələ nəticəsində 
dənizə  atılır,  hz.  Yusif  hal-hazırda  qardaşları  tərəfindən  quyuya  atılır,  hal-
hazırda zindandakı ilk yeməyini yeyir, zindandan hal-hazırda çıxaraq yeriyir. 
Hz. Məryəm hal-hazırda Cəbrayıl ilə danışır, hz. İsa hal-hazırda doğulur. Hz. 
Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, hz. Nuh və ailəsi hal-hazırda 
gəmidən  Allahın  onları  üçün  seçdiyi  torpaqlara  enirlər.  hz.  Musanın  anası 
onun beşiyini hal-hazırda gəmidən buraxır, hz. Musa hal-hazırda sıx meşəlikdə 
Allahdan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda 
dənizdən keçərkən Firon hal-hazırda ordusu ilə birlikdə boğularaq ölür. Hz. 
Musa hal-hazırda Xızırla görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda 
sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər 
tələblərini hal-hazırda ona çatdırırlar və hz. Zülqərneyn qiyamətə qədər deşilməz 
və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət 
edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı 
atəş hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Muhəmməd (s.ə.v.) hal-hazırda 
Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-həramdan əl-Əqsa məscidinə aparılır. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə