Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə34/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
132
“Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)
Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə 
axdığı  xəbər  verilir.  Məsələn, Allah  qatındakı  bir  günün  insanların  min  ilinə 
bərabər  olduğu  bildirilir.  (Həcc  surəsi,  47)  Bu  mövzu  ilə  bağlı  digər  ayələr 
belədir:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir 
gündə qalxarlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) 
sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. 
(Səcdə surəsi, 5)
Quranın daha bir çox ayəsində istifadə edilən üslüb zamanın hiss olduğunu 
açıq  şəkildə  ortaya  qoyur. Allah  Quranda  bəhs  edilən  mömin  cəmiyyət  olan 
Kəhf  əhlini  300  ildən  çox  müddət  ərzində  dərin  yuxuya  vermişdir.  Daha 
sonra oyandırdıqda isə bu şəxslər zaman cəhətdən çox az müddətdə yuxuda 
olduqlarını düşünmüş, nə qədər çox yatdıqlarını təxmin edə bilməmişlər.
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının 
onların  (mağarada)  qaldıqları  müddəti  daha  düzgün  hesabladıqlarını 
bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)
Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların 
biri dedi: “Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” 
-  deyə  cavab  verdilər.  Onlardan  (bəziləri  isə)  belə  dedi:  “Qaldığınız 
müddəti Rəbbiniz daha yaxşı bilir...” (Kəhf surəsi, 19)
Aşağıdakı ayədə bəhs edilən vəziyyət də zamanın əslində psixoloji hiss 
olmasının vacib dəlilidir. 
Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? 
O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” 
-  demişdi.  Belə  olduqda,  Allah  onu  yüz  il  ölü  halında  saxladı,  sonra 
dirildərək ondan: “Nə qədər yatmısan?” - deyə soruşdu. O da: “Bir gün, 
bəlkə, bir gündən daha az”, - deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il 
yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir 
də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü 
belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, 
sonra da onların üzərini ətlə örtürük?” - deyə buyurdu. O kimsəyə bunlar 


Zaman da Hissdir
133
aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” - dedi. (Bəqərə 
surəsi, 259)
Göründüyü  kimi,  bu  ayələrdə  zamanın  nisbi  olduğu,  mütləq  olmadığı 
açıq  şəkildə  bildirilir.  Yəni  zaman  qavramaya  və  qavrayana  görə  dəyişir; 
qavrayandan kənar öz-özlüyündə bir varlığı olan sabit varlıq deyil.
Zamanın nisbiliyi 
qədər həqiqətini də açıqlayır.
Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi, 
zaman  hiss  ilə  bağlı  dəyişən,  qeyri-sabit    anlayışdır.  Məsələn,  bizim  üçün 
milyonlarla il davam edən zaman kəsiyi Allah qatında bir andır. Bizim üçün 50 
min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür. 
Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. 
Çünki qədər Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” içərisində 
yaratmasıdır. Bu da Allah qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan 
hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allahın 
hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah qatından keçmiş 
və  gələcək  bütün  hadisələrin  necə  yaşanıb  bitdiyini  və  qədərin  gerçəkliyini 
heç cür qavraya bilmirlər. Əslində isə “yaşanmamış hadisələr” bizim nöqteyi-
nəzərimizdən  yaşanmamış  hadisələrdir.  Çünki  biz Allahın  yaratdığı  zamana 
bağlı şəkildə yaşayırıq və hafizəmizə verilən məlumatlar olmadan heçnə bilə 
bilmərik. Allah dünyadakı imtahan mühitinə görə, “gələcək” adlandırdığımız 
hadisələri hafizəmizə vermədiyi üçün gələcəkdə nə olacağını da bilmərik. Allah 
isə zaman və məkandan asılı deyil, onsuz da bunların hamısını yoxdan yaradan 
Özüdür. Buna görə, Allah üçün keçmiş, gələcək və hal-hazırkı an hamısı birdir 
və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. 
Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun qatında tək bir anda yaşanır. 
Məsələn,  Fironun  sonunun  necə  olduğunu  Allah  hələ  hz.  Musanı  Firona 
göndərmədən, hz. Musa hələ doğulmadan,  hətta Misir dövləti hələ qurulmadan 
əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah qatında tək bir 
an kimi yaşanmışdır. Bundan əlavə, Allah üçün keçmişi xatırlama deyə bir şey 
də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daima qarşısındadır,  hamısı 
eyni anda mövcuddur.
İnsan bütün həyatını film lenti kimi düşünsə, biz bu lenti videokassetdən 
seyr edən kimi seyr edirik və kasseti irəli fırlatmaq kimi imkanımız yoxdur. 
Allah  isə  bu  film  lentini  bütünlüklə  eyni  anda  görür  və  bilir.  Onsuz  da  bu 
filmi  bütün  detalları  ilə  müəyyən  etmiş  və  yaratmış  olan  Odur.  Biz  necə  bir 
xətkeşin başını, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı 


XƏYALIN DİGƏR ADI: MADDƏ
134
olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq əhatə etmişdir. 
İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayaraq Allahın onlar üçün 
yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədərləri üçün 
də etibarlıdır. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq 
bütün insanların dünya və axirətdəki həyatları hər anları ilə Allahın qatında 
hazır və yaşanmış şəkildə mövcuddur. Allahın sonsuz “hifzində” milyardlarla 
insanla  birlikdə  bütün  canlıların,  planetlərin,  bitkilərin,  əşyaların  qədərində 
yazılmış  hadisələr  də  heç  əskilmədən  və  ya  itmədən  durur.  Qədər  həqiqəti 
Allahın Hafiz (mühafizə edən, qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin 
və böyüklüyünün təcəllilərindən biridir.

Keçmiş” anlayışı hafizəmizdəki 
məlumatlara görə əmələ gəlir 
Biz bizə verilən təlqinə görə, keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə 
ayrılmış  zaman  kəsiklərini  yaşadığımızı  zənn  edirik.  Əslində  isə  “keçmiş” 
anlayışına  malik  olmağımızın  tək  səbəbi  daha  əvvəl  də  bildirdiyimiz  kimi, 
hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə 
getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş 
hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna 
görə,  biz  hələ  xəbərdar  olmadığımız  bu  hadisələri  “yaşanacaq”,  “gələcəkdə 
baş  verəcək”  hadisələr  kimi  qəbul  edirik.  Əslində  keçmiş  necə  bizim  üçün 
yaşanmış,  təcrübədən  keçirilmiş,  görünmüş  hadisələrdirsə,  gələcək  də  eyni 
şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz 
bunları bilə bilmərik.
Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək 
də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşında bir insanın hafizəsində 30 
illik xatirələr, hadisələr var və buna görə, bu insan 30 illik  keçmişi olduğunu 
düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair 
hadisələr verilsə, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 
yaşı arasındakı “gələcəyi” keçmişə çevrilər. Çünki bu halda keçmişi də, gələcəyi 
də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görünmüş, 
təcrübədən keçirilmiş hadisələr olacaqdır.
Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru 
axacaq  şəkildə,  sanki  keçmişdən  gələcəyə  axan  zaman  var  imiş  kimi  hiss 
etdirdiyi üçün  bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında 
məlumatı hafizəmizə vermir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın 
sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl 
də  bildirildiyi  kimi,  bir  insanın  öz  həyatını  artıq  mövcud  olan  filmdən  seyr 
etməsinə  bənzəyir.  Film  artıq  çəkilmiş  və  bitmişdir.  Ancaq  bu  filmi  irəliyə 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə