Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə30/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
117
Maddənin həqiqətinin bilinməsi 
materializmin sonudur
Həyatımız  boyu  maddənin  əsli  ilə  təmasda  olmadığımız  həqiqətindən 
ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. 
Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi tərifinə baxmaq 
kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə 
tərif edilir:
Materializm  dünyanın  əzəli  və  əbədiliyini  (əvvəli  və  sonu  olmadığını),  Tanrı 
tərəfindən yaradılmadığnı və zaman və məkanda sonsuzluğunu qəbul edir.
36
Meydan Larousse Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə 
belə tərif edilir:
Materializm “maddə”dən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən 
təlimdir.  Bütün  həqiqətlərin  cövhərini  və  əsasını  ruhun  meydana  gətirdiyini 
söyləyən “ruhçuluğun” əksidir...
Bu  qısa  təriflərdən  də  göründüyü  kimi,  materialist  fəlsəfə  maddəni 
tək  mütləq  varlıq  kimi  qəbul  edir  və  maddədən  başqa  heç  bir  varlığı  və  ya 
məfhumu qəbul etmir. Məsələn, materialist fəlsəfə ruhun varlığını qəbul etmir, 
insan  şüurunu  beynin  fəaliyyətlərinin  məhsulu  kimi  görür  (materialistlərin 
bu  iddialarının  əsassızlığına  “materializmin  düşdükləri  ən  böyük  çıxılmaz 
vəziyyətlərdən  biri:  insan  şüuru”  başlıqlı  bölmədə  yer  verilmişdir).  Bu  kitab 
boyu izah edilənlərin ən vacib və tarixi cəhəti isə materialist fəlsəfəni tamamilə 
əsassız etməsidir. Çünki bu gün artıq açıq şəkildə bilinir ki, maddə dediyimiz 
şeylərin sadəcə zehnimizdəki hallarını bilirik və zehnimizdən kənarda maddənin 
necə olduğunu göstərməyimiz mümkün deyil. Çünki zehnimizdən kənara çıxıb 
maddə  dediyimiz  şeyin  əsli  ilə  təmasda 
olmağımız mümkün deyil. İki cümlə ilə tərif 
edilən  bu  həqiqəti  qəbul  etdikdən  sonra 
artıq ortada nə maddə, nə materializm qalır. 
Xarici  aləmdəki  maddi  varlıqlarla  heç  vaxt 
təmasda  ola  bilməyəcəyimizə  görə,  heç 
vaxt  görməyəcəyimiz  maddələr  haqqında 
fəlsəfə  yürütməyin,  onlar  haqqında  fikir 
söyləməyin məntiqsizliyi və lüzumsuzluğu 
Həyatı boyu tərəfdarlarına maddənin mütləq 
gerçək varlıq olması xətasını izah edən Lenin 
ən atəşli nitqlərini əslində beynində əmələ 
gələn insan görüntülərinə söyləyirdi. Güc 
topladığı tərəfdarları da beynində əmələ 
gələn görüntülər idi.


XƏYALIN DİGƏR ADI: MADDƏ
118
da açıq şəkildə ortadadır.
Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin 
açıqlanmasından son dərəcə narahat olmalarının, bu sirrin çox açıq olmasına 
baxmayaraq,  onu  anlamaq  istəməmələrinin  əsas  səbəbi  bu  mövzunun 
fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər 
maddənin  həqiqətinin  açıqlanmasından,  hətta  materializm  tərəfdarlarının  bu 
həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə 
gətirmişlər.  Rusiyadakı  qanlı  kommunist  inqilabının  liderlərindən  biri  olan 
Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı “Materializm və empiriokritisizm” 
adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir: 
Duyğularımızla qavradığımız maddi həqiqəti bir dəfə inkar etdinsə, şübhəçiliyə 
(agnostisizm)  və  fərdiliyə  (subyektivizmə)  meyl  edəcəyin  üçün  fideizmə  (dini 
inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi 
şeydir. Barmağını verdinsə, əvvəlcə qolun, sonra bütün mənliyin gedər. Duyğuları 
maddi dünyanın görüntüsü kimi deyil, xüsusi bir komponent kimi aldıqda, başqa 
Lenin, Mao və Stalin kimi 
kommunist liderlərin arxasınca 
gedənlər, onları güclü liderlər 
kimi görənlər, nitqlərini 
böyük diqqət və coşğunluqla 
dinləyənlər bu insanları özlərinə 
aid gücləri olan varlıqlar zənn 
edirlər. Əslində isə hər biri 
beyinlərində əmələ gələn 
varlıqlardır.


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
119
sözlə, materializmə güzəştə getdikdə, mənliyini fideizmə verərsən. Sonra duyğular 
heç kimin duyğularına çevrilər, zəka heç kimin zəkası, ruh heç kimnin ruhu, iradə 
heç kimin iradəsi olar.
37
Bu  sətirlər  Leninin  böyük  qorxuyla  anladığı  və  həm  öz  başından,  həm 
də  “tərəfdaş”larının  başlarından  silmək  istədiyi  həqiqətin  materialistləri  nə 
qədər  narahat  etdiyini  göstərir. Ancaq  dövrümüzün  materialistləri  Lenindən 
də narahatdırlar. Çünki bu həqiqət bundan 100 il əvvələ nisbətən daha çox açıq, 
qəti və güclü şəkildə ortaya qoyulmuşdur.
Keçmişdə hər hansı bir fəlsəfə və ya izah kimi düşünülən bu mövzu bütün 
dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə və elmi tapıntılara 
əsaslanaraq  izah  edilir.  Elmi  yazıçı  Lincoln  Barnett  bu  mövzunun  təkcə 
“sezilməsinin” belə materialist elm adamlarını qorxu və həyəcana saldığını belə 
bildirir:
Filosoflar bütün maddi həqiqətləri hisslərdən ibarət kölgə dünya formasına salarkən 
elm adamları insan hisslərinin hüdudlarını qorxu və həyəcan ilə sezdilər.
38
Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşılaşan hər materialistdə bu 
“qorxu və həyəcan” çox güclü şəkildə üzə çıxır. Məsələn, ölkəmizdə fəlsəfələrinin 
“əsası” olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsində onsuz da 
ciddi sarsıntı keçirən materialistlər indi də darvinizmdən daha vacib əsaslarını, 
məhz  maddənin  özünü  itirdiklərini  anlamağa  başlamışlar.  Buna  görə, 
mövzunun əhəmiyyətinə diqqət çəkərək bu  mövzunun öz fikirlərinə görə, “ən 
böyük  təhlükə”  olduğundan,  öz  “sivil  quruluşlarını  tamamilə  yıxdığından”  
bəhs edirlər.
Əslində bu, Allahın Quranda inananlara bildirdiyi  vədinin təzahürüdür. 
Haqqın ortaya çıxdığı yerdə batil olan fikirlər yox olmağa 
məhkumdur.
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa  məhkumdur! (İsra 
surəsi, 81)
Xeyr, Biz batili haqla rədd edərik  və o da onu  yox edər. (Bir də baxıb 
görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz 
sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Materializm bəşəriyyət tarixi boyu mövcud olmuş və bu fəlsəfəni müdafiə 
edənlər maddəni özləri üçün “dəlil” qəbul edərək onları yoxdan var edən, heç 
ikən  onlara  can  verən,  içində  yaşaya  biləcəkləri  kainat  yaradan Allaha  qarşı 
çıxmışlar. “Maddə varsa, Allah bu maddənin harasında ola bilər?” kimi səthi 
və cahil məntiqlərlə Allahın varlığını inkar edən və insanların da inkar etmələri 
üçün səy göstərən bu şəxslər dövrümüzdə ən böyük əsaslarının məhv olduğuna 
şahid  olurlar.  Çünki  burada  bəhs  edilən  həqiqət  fəlsəfələrini  kökündən 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə