Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə78/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   74   75   76   77   78   79   80   81   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

152 



 

sağlamlığın  şərtlərinə  əməl  etmək,  xəstəliklər,  zədələnmələr  zamanı  özünə  və  ətrafındakılara  ilk  yardım 

göstərmək bacarığına yiyələnmiş olurlar (1). 

Biologiya  fənninin  xüsusiyyətləri  nəzərə  alınaraq  şagirdlərə  elmi  şəkildə  zərərli  adətlərin  nəticələri 

dərk etdirilməli, şagirdlərin ondan uzaq olmalarına səy göstərilməlidir.  

Müəllim  insan  kursunun  tədrisinə  başlayarkən  sağlam  yaşamaq  üçün  əhəmiyyətli  olduğunu  göstərir. 

Qeyd  edir  ki,  insan  xəstəliklərin  qarşısını  almaq,  sağlamlığını  qorumaq  üçün  bədən  quruluşunu  bilməlidir. 

Orqaizmin  normal, fizioloji  vəziyyətini  öyrədən insan  kursunun  məzmununda  orqanizmdə  gedən  proseslər, 

dəyişikliklər, patoloji vəziyyətlərin səbəbləri də izah olunur.  

«Sinir  sistemi»  bəhsində  şagirdlər  sinir  sisteminin  quruluşu  və  funksiyası  ilə  tanış  olurlar.  Bəhsin 

axırında  «Sinir  sisteminin  fəaliyyətinin  pozulmaları  və  bunların  qarşısının  alınması»  mövzusunda  sinir 

sisteminin  normal  fəaliyyətinə  mənfi  təsir  göstərən  siqaret,  spirtli  içkilər,  narkotik  maddələr,  infeksiyalarla 

yanaşı mənfi emosiyaların da rolu qeyd edilir. 

«Qan»  bəhsində  qan  və  qan  dövranı  orqanları  haqqında  geniş  məlumat  verilir,  qan-damar  sistemi 

orqanlarının  quruluşu,  funksiyası,  ürək  və  onun  işi  öyrədildikdən  sonra  qan-damar  sistemi  üzvlərinin 

xəstəlikləri  haqqında  material  verilir.  «Leykositlər.  İmmunitet»  mövzusunda  qanın  funksiyası  ilə  bağlı 

immunitet, onun növləri, peyvəndlər və s. haqqında material izah edilir. Buraya bəşəriyyətə ölüm təhlükəsi 

bəxş  edən  QİÇS  (Qazanılmış  İmmun  Çatışmazlığı  Sindromu)  xəstəliyi  haqqında  məzmunun  gətirilməsi 

şagirdlərin  tibbi  biliklərini  daha  da  zənginləşdirilir.  Müəllim  QİÇS  xəstəliyinin  mənşəyi,  İİV  –  İnsanın 

İmmun Çatışmazlığı Virusunun insanlara necə yoluxduğu, yoluxduqdan sonra hansı əlamətlərin baş verdiyi, 

xəstəliyin  mərhələləri  və  ölümə  səbəb  olması  nəticələrini  qeyd  edir.  Şagirdlərə  yoluxma  yollarını  izah 

edərək, onları həyatda düzgün mövqe tutmalarına kömək etmiş olur (2). 

Tənəffüs  orqanlarının  xəstəliklərində  siqaret  çəkilməsinin  zərəri  xüsusi  olaraq  şagirdlərə 

aydınlaşdırılır.  Bunun  üçün  əyanilikdən,  yəni  siqaretin  yandırılması  ilə  havanın  korlanması,  siqaretin 

tüstüsündə  olan  his,  digər  maddələrin,  zərərli  qazların  sağlamlığa  mənfi  təsirini  təcrübələr  qoymaqla 

şagirdlərə izah edilir (3). 

Siqaret və alkoholun zərərinin şagirdlərə öyrədilməsinə dair qabaqcıl iş təcrübəsinə, metodist-alimlərin 

məsləhətlərinə uyğun olaraq insan kursunun tədrisində tibbi biliklərin öyrədilməsinin yollarına dair dərslərin 

təşkili  ilə  müəllim  müsbət  nəticələr  əldə  edir.  O,  siqaret,  alkoqollu  və  narkotik  maddələrin  qəbulunun 

orqanizm üçün yaratdığı problemləri şagirdlərə izah edir. Bunun üçün mövzuların imkanlarına arxalanır. 



 

 

STRES FAKTORLARININ MĠKROORQANĠZMLƏRDƏ YARATDIĞI  

FUNKSĠONAL DƏYĠġĠKLĠKLƏR 

 

Məsimova V.İ. 

Sumqayıt Dövlət Universiteti 

 

Mühitin  müxtəlif  amilləri  orqanizmlərin  inkişafında  ona  təsir  edərək  dəyişkənlik  əmələ  gətirir. 

Mikroorqanizmlərdə  əsasən  iki  formada  dəyişkənlik  nəzərə  çarpır.  Bunlardan  biri  irsiyyətlə  əlaqədar  olan 

dəyişkənlik,  digəri  isə  geri  qayıda  bilən  və  genetik  aparatla  əlaqədar  olmayan  dəyişkənlikdir. 

Mikroorqanizmlər  də  digər  orqanizmlər  kimi  daima  ətraf  mühit  amillərinin  təsirinə  məruz  qalırlar.  Bunlar 

stres  amilləri  hesab  olunur.  Mikroorqanizmlərin  stres  amillərinə  cavab  reaksiyaları  müxtəlifdir.  Bu 

reaksiyalar içərisində isə ən önəmlisi genetik aparatın reaksiyasıdır.Orqanizmlərin əlverişsiz mühit şəraitində 

yaşaması üçün onlarda stresin təsirindən ekspressiyası sürətlənən genlərin olması vacibdir. Orqanizmin gen 

ekspressiyasını  dəyişdirən  siqnalların  tanınma  mexanizminin  müəyyən  edilməsi,  fərqli  stres  şəraitində 

genlərin ekspressiyasının tənzimlənməsinə fayda verə bilər. 

Stresə cavab genlərinin induksiya mexanizmi öyrənilmiş fərqli orqanizmlərdə oxşardır. 

Eyni zamanda, müxtəlif stres amillərin təsiri ilə genlərin ekspressiyasında baş verən dəyişmələr bir-

birinə çox oxşardır. Xarici mühitdə baş verən hər hansı dəyişmələr hüceyrədə müxtəlif streslər və ya şoklar 

əmələ gətirir. Bu stres və ya şok siqnallarına mikroorqanizm genomu proqramlaşmış şəkildə cavab verməli 

və bununla da orqanizm öz yaşam tərzini davam etdirməlidir. 

Stres  ətraf  mühit  amillərinə  daxil  olub  mikroorqanizmlərdə  genetik  potensialın  ekspresiyasına  təsir 

edir, normal proseslərin getməsini ləngidir. 

Hazırda mühit stres siqnallarının genoma ötürülməsi və genomun bu siqnallara reaksiyası nəticəsində 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

153 



 

hansı fizioloji və biokimyəvi dəyişikliklərin baş verməsini öyrənmək imkanı verən müasir metodlar işlənib 

hazırlanmışdır. Hər hansı orqanizm hüceyrələrinin xarici mühit siqnallarına cavab verməsi üçün onların bu 

siqnalları qəbul etməsi və uyğun bir cavaba çevirə bilməsi  lazımdır. Bunun üçün də bu hüceyrələrdə qəbul 

etmə  və  duyma  mexanizmi  olmalıdır.  Bu  siqnalların  əksəriyyəti,  bəlkə  də  hamısı  hüceyrə  səthində  olan 

plazma  membran  reseptorları  tərəfindən  qəbul  edilir.  Mikroorqanizmlər  xarici  mühit  amillərinin 

dəyişilməsinə  həmin  mühit  şəraitinə  adaptasiyanın  yaranmasını  təmin  edən  xüsusi  genlər  qrupunun 

ekspressiyasının  dəyişilməsi  ilə  cavab  verir.  Gen  ekspressiyasının  transkripsiya  səviyəsində  baş  verməsi 

onun ən mühüm cəhətlərindən biridir və eukariot hüceyrələrdə bu proses xromatinin struktur vəziyyətindən 

asılı  olur.  Yəni,  transkripsiya  prosesi  xromatinin  funksional  cəhətdən  fəal  hissəsi  olan  dekompaktlaşmış 

euxromatin  sahəsində  yerləşən  labil  xromatin  DNT-si  üzərində  baş  verir.  Genetik  aparatın  fizioloji 

labilliyinin və funksional fəallığının yüksəlməsi daha çox protein sintezinə səbəb olur və nəticədə hüceyrənin 

stres amillərə qarşı müqaviməti artır. Həssas  nümunələrdə isə əksinə, stresin təsirindən DNT və RNT-nin 

deqradasiyası  baş  verir.  Mikroorqanizmlər  stres  amillərə  müqavimət  göstərmək  üçün  müxtəlif  müdafiə 

mexanizmlərinə malikdirlər..  

 

 

TÜND ALKOQOLLU ĠÇKĠLƏRIN ALINMASININ TEXNOLOJĠ PROSSESLƏRĠ 

 

Mirzəyeva X.Ş. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Bütün alkoqollu içkilər tərkibində olan etil spirtinin miqdarından asılı olaraq qruplara, qruplar isə öz 

növbəsində istifadə olunan xammal və texnologiyadan asılı olaraq yarımqruplara bölünürlər. Yarımqruplar 

növlərə,  yarımnövlərə  və  ayrı-ayrı  adlara  bölünür.  Təsnifləşdirici  əlamət  kimi  istifadə  olunan  yardımçı 

xammal (məsələn, ədviyyat toplusu və balzam üçün ətirli bitkilər), yaxud spesifik texnoloji üsullar (konyak, 

rom və viskinin palıd çəlləklərdə yetişdirilməsi) götürülə bilər. 

Alkoqollu içkilər tündlüyündən asılı olaraq zəif, orta, tünd və yüksək alkoqollu olmaqla qruplaşdırılır. 

Tündlüyü 80%-ə çatan içkilərdir. Onlara aşağıdakılar aiddir:  

 Araq - yeyinti spirtinə su və digər inqredientlər qatmaqla hazırlanır;   

Konyak - üzüm şərabının qovulması və alınan spirtin yetişdirilməsi ilə hazırlanır;  

 Rom, yaxud qamış arağı - şəkər qamışı istehsalı qalıqlarından – qamış şərbətindən hazırlanır;   

Sambuka – həmçinin araq olub, yalnız anis və xüsusi məxfi otlar qarışığı əlavə olunmaqla hazırlanır;  

Tekila – meksika mavi aqavasının qıcqırmış şirəsinin qovulmasından alınır;   

Cin – ardıc giləmeyvəsinə malik olan buğda spirtindən alınan məhsuldur;   

Viski  –  kifayət  qədər  mürəkkəb  qıcqırma  prosesi,  səməni  qoyma  və  dənli  bitkilərin  qovulmasından 

alınır;   

Brendi – üzüm yaxud alma şərabının qovulma məhsuludur.  

Likor - müxtəlif şirələr əsasında hazırlanan alkoqollu içkidir;   

Absent  –  yovşandan  istifadə  edilməklə  hazırlanır.  Ən  tünd  spirtli  içkilərdən  olub,  tündlüyü  bəzən 

70%-ə qədər olur.   

Nastoyka – müxtəlif giləmeyvə və ədviyyatların spirtdə saxlanması yolu ilə alınır. 

Likor araq məmulatları – tündlüyü 12-60% olan içkilər olub, yarımfabrikatların rektifikasiya spirti ilə 

qarışdırılması  ilə  hazırlanır.  Likor-araq  istehsalında  yarımfabrikatlar  spirtləşdirilmiş  şirələr,  cövhərlər, 

morslar,  ətirli  spirtlər,  efir  yağları,  qida  rəngləyicilərinin  su  və  spirt  məhlullarıdır.  İçkiləri  almaq  üçün 

həmçinin şəkər şərbəti, qida turşuları və digər komponentlərdən istifadə olunur. 

Tündlüyündən,  ümumi  ekstraktın  və  şəkərin  kütlə  qatılığından  asılı  olaraq  likor-araq  məmulatları 

standarta  uyğun  olaraq  on  dörd  qrupa  bölünür:  tünd  likorlar,  desert  likorlar,  emulsiya  likorları,  nalivkalar, 

punşlar, şirin cövhərlər, kəmşirin nastoykalar, acı nastoykalar, zəif tündlüklü acı nastoykalar, desert içkilər, 

aperetivlər,  balzamlar,  kokteyllər.  Likor-araq  məmulatları  hazırlanmasının  əsas  texnoloji  mərhələləri 

aşağıdakılardır: spirtləşdirilmiş şirələr, morslar, cövhərlər, ətirli spirtlərin hazırlanması; şəkər şərbətinin və 

kolerin  hazırlanması;  inqredientlərin  reseptə  uyğun  hazırlanması;  kupajın  hazırlanması  və  nizamlanması; 

kupajın süzülməsi; likorların yetişdirilməsi; məmulatın doldurulması və tərtibatı. 

Araq tünd alkoqollu içki olub, rektifikasiya olunmuş etil spirti ilə yumşaldılmış suyun qarışdırılması, 

40-45  h.%  tündlükdə  alınan  su-spirt  məhlulunun  fəal  kömürlə  işlənməsi  və  müxtəlif  inqredientlər  əlavə 

olunaraq sonrakı süzülməsi ilə hazırlanır. Hazırda ölkəmizdə çoxlu çeşiddə araqlar hazırlanır ki, bu məqsədlə 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə