Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə2/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   2   3   4   5   6   7   8   9   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



səbəbdən də yeni boru kəmərlərinin çəkilişi nəzərdə tutulur. Sözü gedən kəmərlərin çəkilişi, həm də istismarı 

dövründə  boru  kəmərləri  sistemlərinin  etibarlılığının  təmin  edilməsi  üçün  mövcud    risklərin  azaldılması 

vacib amildir. Bu məqsədlə sualtı kəmərlərin cari texniki vəziyyətini qiymətləndirmək üçün vaxtaşırı olaraq  

onlara  baxış  keçirilməlidir.  Bu  nəzarət  qiymətləndirmə  baxışının  sistemli  olaraq  keçirilməsi  üçün  xüsusi 

nəzarət  planı  tərtib  edilir.  Beynəlxalq  müstəvidə  mütəxəssislər  bu    planı  “inspekşn  plan”    adlandırırlar  və 

onun tərtibatının əsas prinsipləri aşağıda təhlil olunaraq , sualtı kəmərlərə şamil edilmişdir: 

1)Risklərin təyini; 2)Nəzarət planının təyinatı;3) Kəmərə baxışın hazırlanması və hesabatın aparılması; 

4) Nəticələrin təhlili; 4a)Nəyə diqqət yetirməli; 4b) Növbəti baxışı nə vaxt keçirməli. 

Ardıcıllığa əsasən ilkin mərhələdə risklər müəyyən edilir. Müəyyən edilən risklər qiymətləndirilir. Hər 

bir  risk  kəmərin  işçi  qabiliyyətinin  azdan  çoxa  müxtəlif  dərəcədə  itirilməsinə  səbəb  ola  bilən  proseslərin 

gedişatı ilə bağlı olur. Məsələn, boruların birləşən yerlərində yaranan deffektlər , kəmərlərdə gedən daxili və 

xarici  korroziya,  sualtı  kəmərlərdə  yerdəyişmələr,  titrəmələr  və  s.  göstərmək  olar.  Bütün  bunlarla  yanaşı 

mövcud    risklər  arasında  neftin  dənizdə  və  ya  quruda  dağılmaları  da  ola  bilir.  Bu  da  birbaşa  insan 

sağlamlığına  və  ekologiyaya  mənfi  təsir  göstərdiyinə  görə  haqqında  danışılan  təhlükələr  riskin 

qiymətləndirilməsi  zamanı  nəzərdən  keçirməlidir.    Risklərin  qiymətləndirilməsi  prosesinin  ardıcıllığı  isə 

belədir :  

1) Kəmərin işçi qabiliyyətinin itirilməsinə gətirib çıxaran proseslərin siyahısı; 2) Proseslərin baş vermə 

ehtimalı ; 3) Nəzarətin aparılma imkanının dərəcəsi ; 4) Risklərin qiymətləndirilməsi ; 5) Risklər əsasında 

nəzarət planının tərtibatı. 

Göstərildiyi kimi ilkin mərhələdə kəmərin işçi qabiliyyətinin itirilməsinə səbəb ola bilən bütün halların 

siyahısı  verilmişdir.  Daha  sonradan  hər  bir  belə  hal  üçün  Boston  Kubu  adlanan  üsulla  risklərin 

qiymətləndirilməsi  aparılır.Riski  hesablamaq  üçün  hər  bir  hala  görə  onun  baş  vermə  ehtimalını,  vaciblik 

dərəcəsini  və  həmin  halın  aşkarlanması  üçün  baxışın  aparılması  imkanının  dərəcəsini  qiymətləndirmək 

lazımdır.Kəmərlərdə  baş  verə  bilən  defektlərin  və  nasazlıq  hallarının  baş  vermə  ehtimalları    və  vaciblik 

dərəcələrini ərazidə istismarda olunan mövcud  kəmərlərdə zədələnmələrin, üzə çıxma və digər hallara aid 

çoxillik  məlumatın  statistik  təhlili  əsasında  qiymətləndirmək  olar.  Hər  bir  halın  aşkarlanmasına  yönələn 

baxışın  aparılması  imkanının  dərəcəsini  isə  zəruri  texniki  vasitələr  və  avadanlıqlarla  təchizatın 

mövcudluğuna görə qiymətləndirmək olar. Məsələn, sualtı kəmərlərdə boruların mexaniki birləşdiricilərində 

əmələ  gələn  nasazlıqlar  onun  işçi  qabiliyyətinin  itirilməsinə  gətirir.  Belə  halların  baş  vermə  ehtimalı  və 

onlara baxışın keçirilməsi zərurəti yüksək dərəcədədir. Lakin həmin nasazlıqların aşkar olunması imkanları 

çox aşağıdır. Baxılan hal üçün riskin qiyməti, göründüyü kimi, kəmərdə həmin halın baş vermə ehtimalının, 

onun kəmərin işçi qabiliyyətinin itirilməsi baxımından vaciblik dərəcəsinin və bu halın aşkarlanmasının təyin 

etmə  imkanının  dərəcəsinin  hasili  kimi  tapılır.  Hesablanmanın  yekun  əmsallarına  görə  kəmərlərin 

vəziyyətinə texniki baxış keçirtdikdə hansı hallar üçün daha yüksək risk alınarsa həmin hala daha çox diqqət 

yetirilməlidir. Yuxarıda haqqında danışdığımız  nəzarət planının tərtibatının qaydalarına uyğun olaraq, Xəzər 

dənizi şəraitində hipotetik sualtı kəmər üçün risklər əsasında nəzarət planı tərtib olunmuşdur. 

 

OPTİMAL TRASSIN SEÇİLMƏSİ ÜÇÜN MODELLƏŞDİRİLƏN YERALTI BORU 



KƏMƏRLƏRİNİN PROFİLLƏŞDİRİLMƏSİ, PROFİL VƏ ONUN ELEMENTLƏRİ 

 

Abdullazadə  Ə.A. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Boru kəmərinin profili dedikdə, onun trass boyu (çəkildiyi marşrut xətti üzrə) mütləq və ya nisbi ölçü 

qeydləri  nəzərdə tutulur.  Qrafiki  profil  çertyoj  (layihə)  şəklində tərtib  olunur;  boru  kəmərinin  oxunun tam 

kəsildiyini təsvir edir və onda qruntun (torpaq qatının) hündürlüyü ; tranşeyin (xəndəyin) dərinliyi; konkret 

sahədə  boru  kəmərinin  mailliyi;  qeyd  olunmuş  nöqtələrin  aralarındakı  məsafə;  piketaj;  boru  kəmərinin 

sahəsinin kateqoriyası(dərəcəsi) , onun diametri və divarının qalınlığı; kəmərin izolyasiya örtüyünün növü; 

qruntun  (torpaq  qatınının) müqaviməti;  boruların  yüklənməsi; tikinti  gedən ərazinin qısa  mühəndis-geoloji 

xarakteristikası  əks  olunur.  Profilləşdirmə  yəni,  kəmərlərin  hündürlük  səviyyəsində  tikilməsi  aşağıdakı 

qaydalar üzrə tətbiq olunur: torpağın üst qatının (qruntun) aşağısında müxtəlif relyefli maneələri dəf etməklə, 

bəzən onun üzərindən keçməklə, kiçik radiuslu kəmərlərin quraşdırılması boru kəmərinin vəziyyətindən asılı 

olaraq  yerləşdirilir.  Profilin  bu  xarakterik  elementlərini  xüsusi  qeyd  etmək  olar:  horizontal  düzxətli  sahə  - 

boru kəməri horizontala i=0,001 qədər maili ola bilər; i˃0,001 ölçülü müsbət mailli olan düz sahə ( məhsulun 

(neftin)  axını  istiqamətdə  olan  maillik  müsbət  sayılır);  i˂0,001  ölçülü  mənfi  mailli  olan  düz  sahə;  əyri, 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



vertikal  sahə;  qarışıq  kəmərlərin  qoyulması.  Yuxarıda  sadalanan  elementlərin  tətbiqi  müxtəlif  şəraitlərdə 

yerli  şəraitə  uyğun  düz  ərazilərdən  tutmuş  kəskin  şəkildə  dəyişən  dağlıq  ərazilərdə  belə  boru  kəmərinin 

uğurlu çəkilişinə imkan verir. Profilin çertyojunda profilin bütün elementləri haqqında mühüm  məlumatlar 

göstərilir.Əyrixətli sahədə mövcud olan dönmə bucağının xarakteristikası aşağıdakı düsturlarla ifadə olunur: 

                l=2R sin(α/2);   T= R tg(α/2);  Б= R (

 – 1);     K=Rπα/180;  fl/2 tg(α/4),                 (1) 

K-əyrinin  uzunluğu,  l-əyrinin  xordu  uzunluğu,f-  əyrinin  oxunun  uzunluğu.  Qarışıq  sahələri 

hesablayarkən radiusun (R) əyriliyinin düzgün müəyyənləşdirilməsi çox vacibdir. Bu zaman minimal radiusu 

aşağıdakı düsturla tapmaq olar: 

                       R

min


= ED

H

/ [2σ



пр

- (0,3pD


ВН

/δ) ± 2(1-β)α

t

ΔtE- (βpD



ВН

)/2δ ]                              (2) 

E-metalın  möhkəmliyinin  modulu;      D

Н,

D



ВН

-  borunun  müvafiq  olaraq    xarici  və  daxili  diametri,  σ

пр

 

=0,75 σ



T

 - boru divarının gərginliyi;  kəmərin metal axınının sərhədinin riyazi gözləntisi 0,75-ə bərabərdir σ

T

 

, p –daxili təzyiq;                  



                                      β= (1+5m

)/(1+m



2

/ n


2

);     m= D

Н

/2l ;    n =   ;                          (3)       



α

t

-  borunun  metalının  genişlənməsinin  əmsalı,  Δt-temperatur  dəyişikliyinin  hesabatı,  δ  -  divarın 



qalınlığı. Əyri və hissələrə bölünmüş boruların radiusuna gəldikdə isə o ərazinin təbii relyefinə uyğun boru 

kəmərinin səmərəli şəkildə uyğunlaşması şəraitindən asılı olur. 

Neftin  nəqli  həyata  keçirilən  nəql  üsullarından  ekologiyaya  ən  az  zərər  verən  neft  və  neft 

məhsullarının  boru  kəmərləri  ilə  nəqlidir.  Bu  səbəbdən  də  istifadə  edilən  üsullardan  ətraf  mühitin 

təhlükəsizliyi  saxlanılaraq  istifadə  edilir.  Nəql  zamanı  muvafiq  neft  dağılmaları  baş  verə  bilər  ki  ,  bu 

dağıntılar  müəyyən  dərəcədə  təhlükə  mənbəyi  olsun.  Bu  dağılmaları  ancaq  müvafiq  sahə  üzrə  səriştəli  və 

təlim  keçmiş  şəxslər  aradan  qaldırmalıdır.  Ümumiyyətlə  neft  saxlanılan  anbarlarda  ekologiyaya  mümkün 

zərər edə  biləcək hər hansı dağılmaya qarşı mühafizə sahəsi olmalıdır ki, bu da dağıntı zamanı məhsulun 

daha böyük əraziyə yayılmasının qarşısını alsın. Mühafizə sahəsinin həcmi çəndə olan məhsulun həcmindən 

10% artıq olmalıdır və bu mühafizə sahəsinin hündürlüyü 70-100sm arasında dəyişir. 

 

İRİ ZİBİLTƏMİZLƏYİCİLƏRDƏ ÇİYİDİN MEXANİKİ ZƏDƏLƏNMƏSİNƏ  

TƏSİR EDƏN AMİLLƏR 

 

Abdullazadə K.S. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Mişarlı barabanlı təmizləyici maşınlarda nəzəri tədqiqatlarla yanaşı təcrübi tədqiqatlar da aparmış və 

mişarlı  barabanın  fırlanma  sürətinin  zibillərin  ayrılması,  çiyidin  mexaniki  zədələnməsi  və  sərbəst  liflərin 

əmələ gəlməsi geniş diapazonda tədqiq edilmişdir. Sınaqlar göstərmişdir ki, mişarlı barabanın sürəti artdıqca, 

təmizləmə  effekti  yüksəlir,  lakin  çiyidin  zədələn-  məsi  və  sərbəst  liflərin  əmələ  gəlməsi  kimi  göstəricilər 

artır.Ona  görə  də  mişarlı  barabanın  optimal  fırlanma  sürətini  müəyyən  etmək  məqsədi  ilə  təqdim  olunan 

tədqiqat işləri aparılmışdır. 

Tədqiqatlar nəticəsindətəsdiq  olunub  ki,maşınla  yığılmışpambığın  tərkibində    zədələnmiş  çiyidin  və 

iri zibillərin miqdarı normativ göstəricilərdən çox olur. 

Respublikamızın  pambıq  zavodlarında  xam  pambığın  iri  zibillərdən  təmizlənməsi  üçün  1XP[1]   

markalı mişarlı təmizləyicilərdən istifadə edilir.Təmizləmə prosesi bu təmizləyicilərin əsas işçi üzv- ləri olan 

mişarlı baraban və kolosnik şəbəkəsi zonasında gedir. 

Nəticədə  mişarlı  barabanın  fırlanma  sürəti  təmizləmə  zamanı  çiyidin  mexaniki  zədələnməsi  və  sər- 

bəst  liflərin  əmələ  gəlməsinə  böyük  təsir  göstərir  [2].  Emal  olunan  xam  pambığın  yüksək  nəmliyə  və 

müxtəlif  morfoloji  tərkibə  malik  olduğunu  nəzərə  alaraq  mişarlı  təmizləyicilərdə  barabanın  fırlanma 

sürətinin dəqiqləşdirilməsi üçün təcrübə aparılmışdır. 

Bu məqsədlə axın xəttində tətbiq olunan 1XP iri zibil təmizləyicisinin bazasında hazırlanmış xüsu- si 

qurğudan istifadə  edilmişdir .Qurğu  qidalandırıcı  valiklərlə  birlikdə  saxta,  qidalanma  sürətini tənzimləmək 

üçün IVA markalı variator, mişarlı baraban və alt hissəsində kolosnik şəbəkəsindən ibarətdir. Xam pambıq 

qurğudan 5 qat buraxılmaqla barabanın fırlanma sürətinin çiyidin mexaniki zədələnməsinə və sərbəst liflərin 

əmələ gəlməsinə təsiri tədqiq edilmişdir. Bu zaman mişarlı barabanın fırlanma sürəti uyğun olaraq 6,7 və 8 

m/san götürülmüşdür. Eyni zamanda mişarlı baraba nın müxtəlif fırlanma sürətlərində qurğunun təmizləmə 

effekti hesablanmışdır. Təcrübənin nəticələ- ri cədvəl şəklində yekunlaşdırılmışdır.  



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə