Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə4/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   2   3   4   5   6   7   8   9   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



fаzаyа,  yəni  nеftdən  suyа  kеçir.  Quyu  dibində  təzyiqin  аzаlmаsı,  əksinə  qаzın  sudаn  nеftə  kеçməsini  

şərtləndirir.     

  Duz  çökməsinə  təsir  еdən  ən  vаcib  fаktоrlаrdаn  biri,  аvаdаnlığın  səthinin  kimyəvi  аktivltiyidir. 

Istismаr  quyulаrındа  nеftin    çıxаrılmа  tеmpinin  аrtırılmаsı  və  yа  vrmа  quyulаrındа  təzyiqin  аrtmаsı  duz 

təzаhürünün  аzаlmаsınа  gətirir,  bu  isə  duzun  su  ilə  kоntаktı  vаxtının    аzаlmаsı  ilə  bаğlıdır.  Nеft  mədən 

аvаdаnlığındа  duz  çökməsi  nəticələrini  ümumiləşdirərək,  qеyd  еtmək  оlаr  ki,      о  fоntаn  və  qаzlit 

аvаdаnlıqlаrındа,  nаsоs-kоmprеssоr  bоrulаrındа,  еlеktrik-mərkəzdənqаçmа  nаsоslаrın  bоrulаrındа,  аtqı 

xətlərində,  ölçimə qrğulаrındа  nеftin yığılmаsı və hаzırlаnmаsı sistеmlərində müşаhidə оlunr.  Bеlə hаllаr 

üçün duz çökməsi şəkil 1-də təsvir еdilmişdir.      

 

5

ч



5

5

5



0

200


400

600


800

1000


1200

Н 

М



ъ

б

а



д

е

ж



MM

 

 



Şəkil  1.  Duz çökməsinin yеrləşmə  sxеmləri: 

а-q-quyunun dərinliyi üzrə; d,е-nаsоs-kоmprеssоr bоrulаrının еn kəsiyi üzrə

 j -аtqı xəttinin bоrusunun еn  kəsiyi üzrə 

 

NKB-nin yuxаrı hissəsində duz çökməsi ən səciyyəvi hаldır (şəkil 1. а,b.), lаkin bir sırа hаllаrdа ( şəkil 



1 c, ç.), nаsоs-kоmprеssоr bоrulаrındа düşən duzlаrın rаdiаl pаylаnmаsı аdətən silindr fоrоmаsını аlır (şəkil 

10.1,  d,  е.),  bundаn  fərqli  оlаrаq,  аtqı  xətlərində  bоrulаrın  аşаğı  hissəsində  ən  böyük  qаlınlıqlı  duz 

çöküntülərinə rаst gəlinir (şəkil 1 j). Çоx gümаn ki, bu, su və nеftin аtqı xətlərində qrаvitаsiyа аyrılmаsı ilə 

əlаqədаrdır.  Sulаşmış  nеft,  qаz  və  qаz-kоndеnsаt  quyulаrının  istismаrı  prоsеsitndə  lift  bоrulаrındа  duz 

çöküntüləri nəticəsində bir sırа tеxnоlоji əngəllər mеydаnа çıxır 

Lаy  sulаrı  tərkibində  həll  оlmuş  minеrаl  duzlаrın  çökməsi  tеrmоdinаmik  şərаitin  dəyişməsi 

səbəbindən  bаş  vеrir.  Bu  çöküntülərin  kimyəvi  tərkibi  əsаsən  qələvi-tоrpаq  mеtаllаrın  kаrbоnаt  və  sulfаt 

duzlаrındаn (CаCо

3

, CаSО


4

, MgCО


3

, BаCО


3

, BаSО


və s.) ibаrətdir. 

Duz çöküntüləri lift bоrulаrının еn kəsiyi sаhəsini qismən  və yа tаmimilə bаğlаdığınа görə quyulаrın 

istismаr  prоsеsi  pоzulr,  yеrаltı  təmir  işləri  аpаrmаq  lаzım  gəlir.  Bu  isə  çоxlu  miqdаrdа  nеft  və  qаz  itkisi, 

əmək və mаddi vəsаit sərfi ilə nəticələnir. 

 

ƏTRAF ƏZƏLƏLƏRİNDƏ ASİMMETRİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ 



 

Allahyarov M.B. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Beyinin  hər  bir  yarısı  quruluş  və  funksional  olaraq  fərqlidir.  Məsələn,  eşitmə  beynin  yalnız  sağ 

yarısındadır. Hər iki gözümüzün görmə dərəcəsi ümumilikdə fərqlidir. Ağciyərlərimiz sağda 3 pay, solda 2 

paydan təşkil olunmuşdur. Ürəyimizin böyük bir qismi soldadır. Öd kisəsi təkdir. Sağ böyrək sol böyrəkdən 

daha  aşağıdadır.  İnsanlarda  nadir  olaraq  sağ  və  sol  göz  rəngi  fərqli  ola  bilər.  Bu  heterokromiya  adlanır. 

Bunun  səbəbi  sağ  və  sol  gözü  təşkil  edən  genlərin  fərqli  funksiyalara  malik  olmasıdır.  Müşahidə  zamanı 

insan gözlərində bütün detallara dəqiqlikdə baxdıqda sağ və sol gözlərin bir-birindən qismən fərqli olduğu 

meydana çıxır. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



Sağ əlli olanlarda sağ  qol və sağ ayaq daha güclüdür. Bu halda sağ ətraflarımızdakı əzələlərin kütlə 

olaraq soldan daha çox olduğunu demək düzgün olardı. 

Bədənin  sağ  və  sol  tərəfində  eyni  genlərin  olması  sağ  əlimizin  güzgü  yansımasının  sol  əl  olmasına 

bənzər halda yerləşməsi ilə əlaqədardır. Sağ əl ilə sol əlin bir-birindən fərqli olduğu  kimi insan bədəninin 

sağında  və  solunda  yerləşən  eyni  genlər  mikro  səviyyədə  demək  olar  ki  ölçülə  bilməyəcək  səviyyədə  bir-

birindən fərqli olmalıdır. 

Sağ  və  sol  müqayisəsi  üçün  ən  yaxşı  nümunələrdən  biri  sağ  və  sol  böyrəklərdir.  Bilaterial 

simmetriyanın az miqdarda olsa da bərabər çıxmamasının təsadüfi deyil, bir təbiət qanunu olduğunun riyazi 

nisbətlərlə əlaqəli olduğu fərziyəsi irəli sürülmüşdür. 

İrəli sürülən ideya ondan ibarətdir ki, eyni genin vücudumuzun sağ və solunda fərqli funksiya yerinə 

yetirməsi sağ və sol asimmetriyasını yaradır.  

Təbiətdə və insanda Qızıl Nisbət. İnsan bədənində qızıl nisbət bədənimizin eyni tərəfi üçün, yəni sağı 

və ya solu götürülərək təyin olunur. Barmaq ucu – dirsək arasının, əl biləyi – dirsək arasına nisbəti; qolun 

orta barmağı qədər olan uzunluğunun bilək orta barmaq uzunluğuna nisbəti kimi. Bu rəqəmlər əsasən qızıl 

nisbət  olaraq  qəbul  edilən    1,618  ədədinə  yaxın  qiymətdir.  Misal  olaraq,  əgər  göbəklə  ayaq  arasındakı 

uzaqlıq  1  vahid  qəbul  edilsə,  insan  boyu  1,618-dir.  Qolumuzu  dirsək  2  hissəyə  ayırır.  Böyük  olan  üst 

hissənin  kiçik  olan alt  hissəyə  nisbəti  yenə  də  qızıl  nisbəti  verir.  Barmaqlarımızın  düyünləri arasında  belə 

qızıl nisbət vardır. 

İnsan bədəninin bilaterial simmetrik quruluşda olduğu qəbul edilir. Bədənimiz tam ortasından keçən 

şaquli bir xəttlə iki hissəyə bölünsə, sağ və sol qolumuzun simmetrik olduğu müşahidə olunur. Lakin dəqiq 

ölçmələr aparsaq bunun əksini isbat etmiş olarıq. Sağ və sol asimmetriya nisbətini tapmağın ən rahat yolu 

çox olanı az olana bölməkdir. Məsələn, sağ ayaq sol ayaqdan 2 sm uzundur. 103/101=1,0198 deyə bilərik. 

Bu vəziyyət yalnız müəyyən bir fakt üçün keçərli olduğu üçün böyük bir önəmi yoxdur.  

Qızıl nisbəti tapma formulunu biraz dəyişdirməklə sağ-sol asimmetriyasına tətbiq edək. 

Sağ ayaq 103 sm, sol ayaq 101 sm. 103/101=1,0918. 103+101=204 sm. Sağ və sol ayaq uzunluqların 

cəmini böyük olan ayaq uzunluğuna bölək; 204/103=1,9805. Bu rəqəmlə ilk əldə etdiyimiz rəqəmi toplayıb 

ikiyə bölürük.  

1,9805+1,0918=3,0723. 3,0723/2=1,53615 

Sağ  və  sol  qolumuzun  tam  simmetrik  olduğunu  fərz  edərək,  bu  formulu  tətbiq etdiyimiz  zaman  hər 

ölçü üçün bu rəqəm 1,5; sağ qolumuz 50 sm, sol qolumuz 50 sm olsun. 50/50=1; 100/50=2; 2+1=3; 3/2=1,5. 

Mütləq  simmetriya  olduqda  bu  formula  görə  ölçü  vahidindən  asılı  olmayaraq  hər  zaman  1,5  əldə 

etməliyik. Bir tərəf 0,000000....1 nisbətində çox olsa ədəd 1,5-dən yuxarı olacaq. 

Canlılarda  və  cansız  varlıqlarda  1,5  ilə  1,618  arasında  dəyişən  asimmetriya  nisbətləri  var.  Bu  ədəd 

simmetrik  görünüşlü  canlılarda  və  bəzi  cansız  varlıqlarda  əsas  sabitdir.  Yəni  1,50  ilə  1,618  arasında  növə 

görə,  hətta  növün  fərdləri  arasında  dəyişən,  lakin  heç  vaxt  bu  nisbətlərdən  az  və  ya  çox  ola  bilməyən  bir 

asimmetriya vardır. Bu qauda  atomun neytron və protonunun, DNT, bütün canlılar, hüceyrə bölünməsi və 

bəlkə də günəş sistemindəki planetlər üçün etibarlı ola bilər. 

Son  olaraq simmetrik  görünüşlü canlılarda  müəyyən  bir  assimmetriya  nisbəti,  başqa  sözlə  sağ  –  sol 

simmetriyasının müəyyən nisbətdə qeyri – bərabərliyi, bilinən canlılıq xüsusiyyətlərinə əlavə oluna biləcək 

başqa  bir  meyar  ola  bilər.  Bu  fakt  eyni  zamanda  yaşamın  və  kainatın  əsaslarını  əmələ  gətirən  məlum 

olmayan təbiət qanunu göstəricisi ola bilər. 

 

MÜXTƏLİF ÖLKƏ POLAD QAYNAQLANMA QABİLİYYƏTİNİN NƏZƏRİ 

QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS ÜSULLARI VƏ KƏMİYYƏT GÖSTƏRİCİLƏRİ 

 

Bağırov İ.E. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Poladların nəzəri qaynaqlanmağını qiymətləndirmək üçün əsas üsul poladların qaynaq edilə biləcəyini 

qiymətləndirməkdir. Poladların qaynaq qabiliyyətinin əmələ gəlməsi prinsipi olan formullar əsas növlərdən 

biridir və praktikada qaynaqlanan birləşmənin əsas və tez-tez çətin qüsurlarından biri soyuq çatlardır. 

Poladların  karbon  ekvivalentliyin  özündə  əks  etdirən  düsturlar  və  qaynaqçılığın  qiymətləndirilməsi 

üçün  digər  parametrik  ifadələr  poladların  qaynaq  edilə  bilmə  qabiliyyətini  qiymətləndirmək  üçün  tətbiq 

olunur  və  bunlardan  biridə  poladların  karbon  ekvivalenti  (C

ek

)  anlayışıdır.  Karbon  ekvivalentini  təyin 



edərkən,  poladın  kimyəvi  tərkibi  nəzərə  alınır.  Poladların  qaynaq  zamanın  poladın  kimyəvi  tərkibi  poladın 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə