Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
102
məhsulda qida maddələrinin insan orqanizminin fizioloji tələbatına uyğunluğunu təmin etməklə yanaşı, eyni
zamanda onların mənimsənilməsi və sərf edilməsi prosesləri arasında müəyyən tarazlıq olmasını və
orqanizmin böyümə və inkişafı ilə əlaqədar olaraq, qidaya olan əlavə ehtiyacların ödənilməsini nəzərdə tutur.
Rasional qidalanma insan həyatının yaş, peşə, istehsalat, iqlim, coğrafi mühit, məişət və fərdi
xüsusiyyətlərinə müvafiq olaraq qurulmalıdır. Qidalanma insan sağlamlığını müəyyənləşdirən mühüm təbii
amillər sırasına aiddir. Orqanizmin həyat fəaliyyəti, onda baş verən qurulma və bərpa prosesləri, onlara sərf
olunan enerji və tikinti materialı bilavasitə qidalanmadan asılıdır.
Ərzaq problemi insan yarandığı gündən mövcud olmuş, insanın inkişafı ilə öz xüsusiyyət və
miqyaslarını dəyişmiş və artıq XX əsrin ikinci yarısından başlayaraq ümumbəşəri problemə çevrilmişdir.
Qida məhsulları lazımi həcmdə istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq
çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir. Təbii fəlakətlər, müharibələr,
ölkədə iqtisadi böhranlar, ictimai quruluşda radikal dəyişikliklər, əhalinin və qida istehsalı obyektlərinin
əraziyə görə qeyri- proporsional yerləşməsi və s. qida çatışmazlığı problemini yaradan səbəblərdəndir.
Bununla əlaqədar olaraq, dövlət və eləcə də bütün bəşəriyyət üçün qida və onun təhlükəsizliyinin təminatı ən
vacib problemlərdəndir.
Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida
normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən yüksək kalorili məhsulların
istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: “Ət və ət məhsulları istehlakının adambaşına illik
norması 84 kq-dır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kq ət istehlak edir. Süd və süd
məhsullarının istehlak norması adambaşına 360 kq müəyyən olunsa da, il ərzində 248 kq, balıq və balıq
məhsulları üzrə norma 20 kq olduğu halda 6,8 kq, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun
yarısından da az, yəni 131 ədəd istehlak edilir”.
İqtisadi böhran nəticəsində - qida məhsullarının qiymətinin artması, ucuz məhsullara olan tələbatın
çoxalması, bazarlara saxtalaşdırılmış və keyfiyyətsiz məhsulların gətirilməsinə şərait yaratmışdır. Qida
məhsulları içərisində ət və ət məhsullarının rolu əvəzsizdir. Qidanın enerjiliyi və bioloji dəyəri, birinci
növbədə, onun tərkibində olan heyvani mənşəli məhsulların, xüsusilə də ət və ət məhsullarının miqdarından
asılıdır. Qidada ət və ət məhsullarının xüsusi çəkisinin artması onun bioloji dəyərinin yüksəlməsinə səbəb olur.
Çünki ətin tərkibi insan orqanizminin böyüməsi, inkişafı və normal həyat fəaliyyəti üçün lazım olan bütün
maddələrlə (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) zəngindir. Ona görə də əhalini kifayət qədər ət
və ət məhsulları ilə təmin etmək günün ən vacib məsələlərindən biridir. Bununla belə keyfiyyətin artırılmasını,
məhsulun keyfiyyətcə dünya standartları tələblərinə cavab verməsi də nəzərə alınmalıdır.
Hazırda qida məhsullarının artırılması ilə yanaşı, onların qidalılıq dəyərinin, dad göstəricilərinin və
enerjililiyinin yüksəldilməsinə, xüsusilə orqanizm üçün zərərsizliyinin təmin edilməsinə böyük əhəmiyyət
verilir. Ətraf mühitin çirklənməsi, eləcə də elm və texnikanın inkşafı nəticəsində qida məhsullarına müxtəlif
ksenobiotiklər (yabançı maddələr) daxil olur.
Müasir dövrdə ksenobiotiklərin spektri və miqdarı ilbəil artır. Onu qeyd etmək kifayətdir ki, hazırda
süni yolla alınan kimyəvi maddələrin sayı 6 milyondan çoxdur. Hər il 250 minədək yeni-yeni maddələr
sintez edilir. Müxtəlif yollarla orqanizmə daxil olan bu maddələrin gələcəkdə orqanizmə necə təsir
göstərəcəyini qabaqcadan demək çətindir. Mütəxəssislər geniş yayılan ürək-damar, onkoloji, mədə-bağırsaq
və s. xəstəliklərin əsas səbəbini məhz orqanizmin “kimyəvi təmizliyi”nin pozulmasında görürlər. Aparılan
tədqiqatlar nəticəsində aydın olur ki, insan orqanizminə yabançı maddələrin əksəriyyəti (metalların 70%-i,
üzvi xlor birləşmələrinin 25-50%-i və s.) məhz qida ilə daxil olur.
Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə qida məhsullarının təmizliyinin qorunub saxlanılması
sahəsində müəyyən işlər görülmüş və həyata keçiriləcək böyük tədbirlər hazırlanmışdır. Bu tədbirlər
gələcəkdə qida məhsullarının çirklənməsini xeyli azaldaçaqdır.
Heyvandarlıq məhsullarına yabançı maddələr mal-qaranın, ev quşlarının, balıqların tez böyüməsi,
məhsuldarlığın yüksəldilməsi, yemdən istifadə olunma əmsalının artırılması, profilaktiki tədbirlər və ya
müalicə zamanı antibiotiklərdən və antibakterial maddələrdən sulfanilamidlər, nitrofuran törəmələri,
hormonlardan, o cümlədən sintetik hormonlardan (dietilstilbestrol DES), metandrostenolon (dianobol),
metilandrostendiol (MAL) və digər kimyəvi maddələrdən istifadə edildikdə daxil olur.
Kənd təsərrüfatı xammalının yeyinti sənayesində emalı zamanı alınacaq məhsulun qidalılıq və fizioloji
dəyərini artırmaq və yaxud baş verə biləcək xəstəliklərin qarşısını almaq (vitaminlər, fosfatidlər, mineral və
üzvi turşuların bəzi duzları və s.), istənilən fiziki quruluşu yaratmaq və ya qarşısını almaq (yumşaldıcılar,