Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə51/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   47   48   49   50   51   52   53   54   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

102 



 

məhsulda qida maddələrinin insan orqanizminin fizioloji tələbatına uyğunluğunu təmin etməklə yanaşı, eyni 

zamanda  onların  mənimsənilməsi  və  sərf  edilməsi  prosesləri  arasında  müəyyən  tarazlıq  olmasını  və 

orqanizmin böyümə və inkişafı ilə əlaqədar olaraq, qidaya olan əlavə ehtiyacların ödənilməsini nəzərdə tutur. 

Rasional  qidalanma  insan  həyatının  yaş,  peşə,  istehsalat,  iqlim,  coğrafi  mühit,  məişət  və  fərdi 

xüsusiyyətlərinə müvafiq olaraq qurulmalıdır. Qidalanma insan sağlamlığını müəyyənləşdirən mühüm təbii 

amillər sırasına aiddir. Orqanizmin həyat fəaliyyəti, onda baş verən qurulma və bərpa prosesləri, onlara sərf 

olunan enerji və tikinti materialı bilavasitə qidalanmadan asılıdır. 

Ərzaq  problemi  insan  yarandığı  gündən  mövcud  olmuş,  insanın  inkişafı  ilə  öz  xüsusiyyət  və 

miqyaslarını  dəyişmiş  və  artıq  XX  əsrin  ikinci  yarısından  başlayaraq  ümumbəşəri  problemə  çevrilmişdir. 

Qida  məhsulları  lazımi  həcmdə  istehsal  olunmadıqda  bu  cəmiyyətdə  o,  nəzərə  çarpan  bir  fakta-ərzaq 

çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir. Təbii fəlakətlər, müharibələr, 

ölkədə  iqtisadi  böhranlar,  ictimai  quruluşda  radikal  dəyişikliklər,  əhalinin  və  qida  istehsalı  obyektlərinin 

əraziyə görə qeyri- proporsional  yerləşməsi  və  s.  qida  çatışmazlığı  problemini  yaradan səbəblərdəndir. 

Bununla əlaqədar olaraq, dövlət və eləcə də bütün bəşəriyyət üçün qida və onun təhlükəsizliyinin təminatı ən 

vacib problemlərdəndir. 

Azərbaycan  əhalisi  Ümumdünya  Səhiyyə  Təşkilatının  müəyyən  etdiyi  gündəlik  və  illik  qida 

normasından  xeyli  aşağı  miqdarda  ərzaq  məhsulları  istehlak  edir,  xüsusən  yüksək  kalorili  məhsulların 

istehlakı  müəyyən  olunmuş  normadan  xeyli  aşağıdır:  “Ət  və  ət  məhsulları  istehlakının  adambaşına  illik 

norması  84  kq-dır.  Reallıqda  isə  ölkə  əhalisi  adambaşına  ildə  cəmi  33  kq  ət  istehlak  edir.  Süd  və  süd 

məhsullarının  istehlak  norması  adambaşına  360  kq  müəyyən  olunsa  da,  il  ərzində  248  kq,  balıq  və  balıq 

məhsulları üzrə norma 20 kq olduğu halda 6,8 kq, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun 

yarısından da az, yəni 131 ədəd istehlak edilir”. 

İqtisadi  böhran  nəticəsində  -  qida  məhsullarının  qiymətinin  artması,  ucuz  məhsullara  olan  tələbatın 

çoxalması,  bazarlara  saxtalaşdırılmış  və  keyfiyyətsiz  məhsulların  gətirilməsinə  şərait  yaratmışdır.  Qida 

məhsulları  içərisində  ət  və  ət  məhsullarının  rolu  əvəzsizdir.  Qidanın  enerjiliyi  və  bioloji  dəyəri,  birinci 

növbədə,  onun  tərkibində  olan  heyvani  mənşəli  məhsulların,  xüsusilə  də  ət  və  ət məhsullarının  miqdarından 

asılıdır. Qidada ət və ət məhsullarının xüsusi çəkisinin artması onun bioloji dəyərinin yüksəlməsinə səbəb olur. 

Çünki  ətin  tərkibi  insan  orqanizminin  böyüməsi,  inkişafı  və  normal  həyat  fəaliyyəti  üçün  lazım  olan  bütün 

maddələrlə (zülallar, yağlar, vitaminlər, mineral maddələr və s.) zəngindir. Ona görə də əhalini kifayət qədər ət 

və ət məhsulları ilə təmin etmək günün ən vacib məsələlərindən biridir. Bununla belə keyfiyyətin artırılmasını, 

məhsulun keyfiyyətcə dünya standartları tələblərinə cavab verməsi də nəzərə alınmalıdır. 

Hazırda  qida  məhsullarının  artırılması  ilə  yanaşı,  onların  qidalılıq  dəyərinin,  dad  göstəricilərinin  və 

enerjililiyinin  yüksəldilməsinə,  xüsusilə  orqanizm  üçün  zərərsizliyinin  təmin  edilməsinə  böyük  əhəmiyyət 

verilir. Ətraf mühitin çirklənməsi, eləcə də elm və texnikanın inkşafı nəticəsində qida məhsullarına müxtəlif 

ksenobiotiklər (yabançı maddələr) daxil olur.  

Müasir dövrdə ksenobiotiklərin spektri və miqdarı ilbəil artır. Onu qeyd etmək kifayətdir ki, hazırda 

süni  yolla  alınan  kimyəvi  maddələrin  sayı  6  milyondan  çoxdur.  Hər  il  250  minədək  yeni-yeni  maddələr 

sintez  edilir.  Müxtəlif  yollarla  orqanizmə  daxil  olan  bu  maddələrin  gələcəkdə  orqanizmə  necə  təsir 

göstərəcəyini qabaqcadan demək çətindir. Mütəxəssislər geniş yayılan ürək-damar, onkoloji, mədə-bağırsaq 

və  s.  xəstəliklərin  əsas  səbəbini  məhz  orqanizmin  “kimyəvi  təmizliyi”nin  pozulmasında  görürlər.  Aparılan 

tədqiqatlar  nəticəsində  aydın  olur  ki,  insan  orqanizminə  yabançı  maddələrin  əksəriyyəti  (metalların  70%-i, 

üzvi xlor birləşmələrinin 25-50%-i və s.) məhz qida ilə daxil olur.  

Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə qida məhsullarının təmizliyinin qorunub saxlanılması 

sahəsində  müəyyən  işlər  görülmüş  və  həyata  keçiriləcək  böyük  tədbirlər  hazırlanmışdır.  Bu  tədbirlər 

gələcəkdə qida məhsullarının çirklənməsini xeyli azaldaçaqdır.  

Heyvandarlıq  məhsullarına  yabançı  maddələr  mal-qaranın,  ev  quşlarının,  balıqların  tez  böyüməsi, 

məhsuldarlığın  yüksəldilməsi,  yemdən  istifadə  olunma  əmsalının  artırılması,  profilaktiki  tədbirlər  və  ya 

müalicə  zamanı  antibiotiklərdən  və  antibakterial  maddələrdən  sulfanilamidlər,  nitrofuran  törəmələri, 

hormonlardan,  o  cümlədən  sintetik  hormonlardan  (dietilstilbestrol  DES),  metandrostenolon  (dianobol), 

metilandrostendiol (MAL) və digər kimyəvi maddələrdən istifadə edildikdə daxil olur. 

Kənd təsərrüfatı xammalının yeyinti sənayesində emalı zamanı alınacaq məhsulun qidalılıq və fizioloji 

dəyərini artırmaq və yaxud baş verə biləcək xəstəliklərin qarşısını almaq (vitaminlər, fosfatidlər, mineral və 

üzvi  turşuların  bəzi  duzları  və  s.),  istənilən  fiziki  quruluşu  yaratmaq  və  ya  qarşısını  almaq  (yumşaldıcılar, 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə