Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə59/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   55   56   57   58   59   60   61   62   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

116 



 

vermişlər.  onlardan  genetik  davamlılığın  artırılmasında  ən  yüksək  effektivliyin    0,001mkq/ml  doza 

göstərilmişdir.  0,001mkq/ml  dozada  bitkilərin  ekstraktları      istifadə  zamanı  arpa  toxumlarında 

tsiklofosfamidlə  yüksəldilmiş  xromosom  aberrasiyalarının  tezliyini  əhəmiyyətli  dərəcədə  aşağı  salmışdır. 

Bütün  hallarda  müqayisə  edilən  varianlar  arasında  statistik  fərq  ehtimallı  olmuşdur.  Digər  halda  biz  bu 

bitkilərin ekstraktlarının kompozisiyasının antimutagen xüsusiyyətlərini  yoxlamışıq. Təcrübələrdən məlum 

olmuşdur  ki,  bitkilərdən  alınmış  ekstraktlar  kompozisiya  hallında  (0,001+0,001  mkq/ml)  daha  yüksək 

effektivliyə  malikdirlər.  Bu  isə  ilk  növbədə  onların  tərkibində  olan  biololji  aktiv  maddələrin  miqdarının 

yüksək olması ilə əlaqədardır. Bioloji aktiv maddəllər yüksək olduğu üçün onlar çox mərhələli proses olan 

mutasiya  prosesinin  müxtəlif  mərhələlərini  effektivliklə  korreksiya  edə  bilirlər.  Buradan  aydın  olur  ki, 

praktiki istifadə imkanları yüksək olan bu bitkilərin biomüxtəlifliyinin qorunması olduqca zəruridir. 

 

 

BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ MULTĠMEDĠYA VASĠTƏLƏRĠNDƏN 

 ĠSTĠFADƏNĠN ƏHƏMĠYYƏTĠ 

 

Camalzadə L.R. 

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

1980-ci ildə fərdi kompyuterlərin yaradılması ilə tədris fəaliyyəti yeni texnika ilə bərabər yeni didaktik  



imkanlarla  da    təmin  edilmiş  oldu.  Çünki,  tədris  prosesində  kompüterin  köməyi  ilə  təsvir  edilən  qrafiki 

animasiyalardan  istifadə  edilməsi  informasiya  ötürülməsini  sürətləndirməklə  bərabər,  şagirdlərin  dərketmə 

imkanlarını  artırır  və  onların  bədii  təfəkkürlərini  inkişaf  etdirir.  Kompüterlərin  multimediya  imkanlarının 

yaranması hesabına səslənmənin və qrafikanın didaktik imkanlarından istifadə etmək imkanları yaranmışdır. 

Multimediyanın tədrisə tətbiqini ilk dəfə olaraq pedaqoq-psixoloq Recard Meyer işləyib hazırlamışdır. 

O  öz  araşdırmalarında  bu  tədris  usulunun  digər  usullardan  daha  effektiv  olduğunu  müəyyən  etmişdir. 

Tədrisin  metodları  informasiyanın  ötürülməsi,  öyrədən  və  öyrənən  şəxsin  informasiyanı  qəbuletmə 

qabiliyyətləri  ilə  sıx  əlaqəlidir.  Ona  görə  də  yeni  informasiya    texnologiyalarının  tədrisə  tətbiqi 

informasiyanın ötürülməsinə və deməli tədrisin metodlarına təsir edir. Bunun nəticəsində tədris materialının 

dərk edilməsi prosesinə şagirdin dərketmə orqanlarının əksər hissəsi cəlb edilir və tədrisin effektivliyi artır. 

Q.  Kirmayeru  da  yazırdi  ki,  interaktiv  multimedia  texnologiyasının  tədrisə  tətbiqi  onun  dərk  olunmasını 

75%-ə  qədər  artıra  bilər.  Çünki  multimediya  ilə    tədris  olunan  dərsdə  nəzəri  və  vizual  biliklər  birgə  tətbiq 

olunur.  Və  bu  zaman  beyin  iki  müxtəlif  növ  informasiyanı  görüntü  və  səsli  şəkildə  qəbul  etməli  olur. 

Psixoloji araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu cür tədris uşaqlarda hec bir yüklənmə, yorğunluğa 

səbəb  olmur,    əksinə  nəzəri  biliklər  verilən  zaman  şəkillərin  tətbiqi  dərs  materialının  daha  yaxşı  yadda 

qalmasına, mənimsənilməsinə kömək edir. 

1974-cü  ildə  Baddeley  və  Hitch  işlək  yaddaş  nəzəriyyəsini  təklif  etdilər.  Bu  nəzəriyyəyə  görə  işlək 

yaddaş    bir  birindən  asılı olmayan,  bir birinə  paralel  işləyən iki  komponentdən  ibarətdir.  Bunlar  vizual  və 

akustik  komponentlərdir. Bizim beynimiz göz və qulaqlarımız vasitəsilə qəbul etdiyimiz informasiyanı eyni 

anda  mənimsəməmizə  imkan  verir.  Buradan  da  belə  nəticəyə  gəlmək  olur  ki,  qarışıq  tədris  şagirdi 

yükləmədən  daha  yüksək  nəaliyyətlər  əldə  etməsinə  imkan  yaradır,  şagirdlərin  dərketmə  imkanlarını 

intensivləşdirməklə  onların  malik  olduqları    yaradıcı    potensialı  artırır,  onların  məntiqi  təfəkkürünün 

inkişafına səbəb olur. 

İnformasiya texnologiyalarının tədrisdə tətbiqinin  əsas prinsipiərsin animasiyalar və nəzəri biliklərin 

birgə verilməsidir. Dərs materialının yalnız nəzəri yaxud yalnız animasiya şəklində tədrisinin hec bir önəmi 

yoxdur. Amma nəzərə almaq lazımdır ki, dərs materialı da çox olmamalıdır. Çünki bu zaman şagird dərsi pis 

qavrayır və hec nə mənimsəmir. Lakin material prezentasiya şəklində eşidilib göməklə tədris olunarsa daha 

yüksək nəticə əldə oluna bilər. 

Multimediya  texnologiyalarından  istifadənin  ən  effektiv  üsul  olduğunu  sübut  edən  daha  bir  necə 

prinsip vardır. 

- mövzuya dair mətn və müvafiq şəkillər bir birindən ayrı deyil, monitorda eyni səhifədə  olduqda  

- mövzu və ona müvafiq şəkillər sinxron şəkildə verildikdə 

-  dərsdə  mövzudan  kənara  cixaraq  əlavə  məlumat  verilmədikdə  şagird  mövzunu  daha  yaxşı 

mənimsəyir.  

Müasir  təlim  metodlarından  ultimedik  texnologyalardan  istifadə  zamanı  ən  zəif  tələbə  belə  dərsi 

qavrayaraq müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnə bilər. 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

117 



 

Lakin  bütün  prinsiplər  tədqiqatlar  zamanı  öz  sübutunu  tapmamışdır.  Məsələn,  dərsdə  multimediya 

texnologiyalarından  istifadə  zamanı  əlavə  materiallardan  istifadə  etməmək  prinsipini  düzgün  hesab  etmək 

olmaz.  Çünki  sübut  olunmuşdur  ki,  dərsi  daha  maraqlı  və  yadda  qalan  etmək  üçün  ən  azı  50%  əlavə 

materialdan istifadə etmək məqsədə uyğundur. Əlavə məlumatlar həmcinin şagirdin bu elmə marağını artırır. 

 

 



HĠPOKSĠYANIN  FOSFOFRUKTOKĠNAZA-1 FERMENTĠNĠN MĠTOXONDRĠ  

MEMBRANI ĠLƏ ASSOSĠASĠYASINA TƏSĠRĠ 

 

Cəbrayılova L.R. 

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu 

 

Fosfofruktokinaza-1 (KF 2.7.1.11) qlikoliz  prosesini tənzimləyən üç fermentdən biridir. Bu fermentin 

fəallığı qlikolizi tənzimləyən hekzokinaza və piruvatkinaza fermentlərinin fəallığından xeyli azdır. Ona görə 

qlikoliz  prosesinin  sürəti  bu  fermentin  fəallığından  asılıdır.  Ferment  sitozol  fraksiyasında  yerləşir.  Bəzi 

alimlərin fikrinə  görə  hipoksiya  zamanı  fosfofruktokinazanın fəallığı  artır. Məlumdur  ki,  hipoksiya  zamanı 

hüceyrə oksigen çatışmazlığını aradan qaldırmaq üçün və qlikolizin sürətini artırmaq üçün sitozolda yerləşən 

qlikolizin  bəzi  fermentlərini,  məsələn  hekzokinazanı  mitoxondri  membranı  ilə  birləşdirir.  Bu  proses 

fosfofruktokinaza fermenti üçün öyrənilmiyib.  

Ədəbiyyatlardan  məlumdur  ki,  membranlarla  asanlıqla  birləşən  F-zülalı  fosfofruktokinaza-1 

fermentinə identikdir. Bundan başqa bir çox viruslar  normal hüceyrəyə daxil olmaq üçün iki zülalı: G və F-

zülalını  istifadə  edirlər.    G-zülalı  virusun  normal  hüceyrə  ilə  birləşməsini təmin  edir.  F-zülalı  isə  gözənək 

yaradaraq  virusun  DNT-sinin  normal  hüceyrəyə  keçməsi  üçün  imkan  yaradır.  Bu  zülalda 

fosfofruktokinazadır. Son zamanlar  F-zülalın bu xassəsini istifadə etməklə bir çox alimlər bəzi xəstəliklərə 

qarşı güclü vaksin yaradırlar. Yuxarıda deyilənləri nəzərə alaraq, biz hipoksiya şəraitində fosfofruktokinaza-

1-in  fəallığını  sitozol  və  mitoxondri  fraksiyalarında  öyrənmişik.  Bizim  nəticələrə  görə,  hipoksiyadan  sonra  

fosfofruktokinazanın  böyük  bir  hissəsi  mitoxondri  membranları  ilə  assosiasiya  olunur.  Hipoksiyanın 

təsirindən fermentin ümumi fəallığı ( sitozol və mitoxondridə aşkar olunan fəallıq) azalsada  mitoxondrilərlə 

assosiasiya olunan fermentin miqdarı artır. 

Müəyyən  olunmuşdur  ki,  öyrənilən  sağ  və  sol  yarımkürənin  qabığı,  beyincik  və  hipotalamusun 

mitoxondrisi  ilə  assosiasiya  olunan  fosfofruktokinaza  fermentinin  fəallığı  bir  dəfə  keçirilən  hipoksiyadan 

sonra  yalnız  sol  yarımkürənin  qabığında  artır.  Fermentin  xüsusi  fəallığı  təxminən  8  dəfə  artır.  Fermentin 

ümumi  fəallığı  (sitozol  və  mitoxondri  fraksiyalarında  olan  fəallığın  cəmi)  sol  yarımkürənin  qabığı  istisna 

olmaqla  digər  bütün  öyrənilən  toxumaların  sitozol  fraksiyasında  isə  azalır.  Beyincik  və  hipotalamusda  bu 

azalma  daha  çox  olmuşdur.  Diqqət  çəkən  məqam  o  olmuşdur  ki,  beyincik  və  hipotalamus  baş  beyin 

yarımkürələri qabığına nisbətən tez formalaşan strukturlardır və ona görədə, onlar hipoksiyaya daha dözümlü 

olmalıdırlar.  

Üç  dəfə,  aralarında  5  gün  fasilə  ilə  keçirilən  hipoksiya  göstərdi  ki,  heyvanlar  hipoksiyaya  tam 

adaptasiya ola bilmirlər. Fermentin ümumi fəallığı (sitozol və mitoxondri fraksiyalarında olan fəallığın cəmi) 

bir  dəfə  keçirilmiş  hipoksiya  zamanı  olan  fəallığından  yüksək  olmağına  baxmayaraq,  kontrolun  ümumi 

fəallığından aşağıdır. Bu da heyvanların hipoksiya şəraitinə nisbətən adaptasiya olunmasından xəbər verir. 

 

 

ÜZÜMÜN ÇƏHRAYI SÜFRƏ ġƏRABLARINA EMALININ MÜTƏRƏQQĠ TEXNOLOGĠYASININ 

ĠġLƏNĠLMƏSI VƏ ġƏRABLARIN KEYFĠYYƏTININ FORMALAġMASINA TƏSĠR GÖSTƏRƏN 

AMĠLLƏRĠN TƏDQĠQĠ 

 

Cəfərova S.N. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Üzüm  şərabları  üzüm  şirəsinin,  əzintisinin  və  bütöv  giləsinin  tamamilə  və  yaxud  bir  qədər 

qıcqırdılmasından alınan alkoqollu içki olub, tündlüyü 8,5 h%-dən az olmamalıdır. Xüsusi tip şərablar etil 

spirti və şərabçılıq qanunvericiliyində tətbiqinə icazə verilən bir sıra digər əlavələr qatılmaqla hazırlanır. 

Tam  təsnifat  yalnız  üzüm  şərablarına  aid  olub,  digər  şərablar  (meyvə  yaxud  bitki)  adətən  primitiv 

qaydada hazırlanır, yaxud istehsalat şəraitində az miqdarda buraxılır. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə