Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə62/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   58   59   60   61   62   63   64   65   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

122 



 

rəsmlər  və.s    mənbələrdən  əldə  olunan  nəticələr  deməyə  əsas  verir  ki,təxminən  e.ə  3-cü  minilliyin 

başlanğıcında  belə  qədim.Azərbaycan  əraziləri  mədəni  üzümçülük  vətənlərindən  biri  olaraq 

tanınırdı.Üzümün  insanların  həyatında  zəruri  qida  maddəsi  kimi  cıxış  etməsinin  bariz  nümunəsi    olaraq 

qədim  romalıların  “  Həyata  yol  üzümdən  kecir”  misalını  göstərmək  kifayətdir.  Üzümün  sənayə  təsərrüfatı 

baxımından  olduqca  qiymətli  xüsusiyyətlərini  öyrənmək  bu  sahədə  nəzəri  və  eksperimental  tədqiqatların 

həyata  keçirilməsi    zamanı  iqtisadi  cəhətdən  yüksək  səmərəli  nəticələr  əldə  etmək  üçün,üzümü  hərtərəfli 

tanımaq onun bioloji, texnoloji, morfoloji, anotomik və digər xüsusiyyətlərini dərindən öyrənmək  lazımdır. 

Azərbaycan  ərazisində  aborigen  ve  introduksiya  olunmuş  ümumilikdə  600-ə  yaxın  üzüm  sortları 

becərilmişdir  ki,  bunlardan  təqribən  400-ü  yerli  üzüm  sortlarına  aid  edilir,70  -dən  artıq  üzüm  sortu 

itirilmiş,80-dən  artıq  üzüm  sortu  isə  itirilmək  təhlükəsi  ilə  üz-üzədir,xüsusi  ilə  Ermənistanın  Azərbaycana 

qarşı  təcavüzü  dönəmlərində  Azərbaycana  məxsus  neçə-neçə  üzüm  sortlarının  adları  dəyişdirilmiş  və 

özəlləşdirilmişdir. 

Üzüm meyvəsinin tərkibindəki quru maddələri karbohidratlar, üzvi turşular, fenol birləşmələri, azotlu 

və mineral maddələr, yağlar və digərləri təşkil edir. Dünya miqyasında istehsal olunan üzümün yalnız 90%-ə 

qədəri  sənaye  müəssisələrində  emal  üçün  nəzərdə  tutulmuşdur  və  bu  sənaye  emalının  nəticəsi  olaraq  60 

addan  çox  qida  və  dad  məhsulları  hazırlanmışdir.  Üzümün  emalı  nəticəsində  alınan  üzüm 

məhsullarına,şərabçılıq  məhsullarını,üzüm  şirələrini,  üzüm  konsentratlarıni,üzüm  konservlərini,üzümün 

tullantısız emalını həyata keçirmək məqsədi ilə əldə olunan ikinci dərəcəli məhsulları aid etmək olar,bundan 

əlavə  üzümdən  kişmiş,marinadlar,mürəbbələr,şərq  şirniyatları  digər  spirtsiz(alkoqolsuz)  içkilər  alınırki  bu 

məhsullar  insanların  qida  rasionunda  oz  əhəmiyyəti  ilə  fərqlənirlər.  Bütün  istehsal  sənayə  müəssisələrində 

olduğu kimi,qida məhsullarının istehsalını həyata keçirən müəssisələrdə də ən böyük problem tullantısız və 

ya  az  tullantılı    texnologiyanın  təmin  olunmasıdır  ki,bu  problemin  həlli  üzümçülük  və  şərabçılıq 

məhsullarının  yüksək  keyfiyyətdə  istehsalı  ilə  yanaşı,xalq  təsarrüfatı  üçün,tibb  sənayəsi  üçün,parfumeriya  

və  digər  sahələr  üçün  əhəmiyyətli  olan  ikinci  dərəcəli  məhsulların  alınmasına  imkan  yaratmaqla  mümkün 

olmuşdur.Üzümün emal tullantıları (bu tullantılar üzümün  həcminin 20%-ni təşkil edir) hesab olunan üzüm 

cecəsinin,daraqının,maya və qatı çöküntülərinin kompleks emalı nəticəsində olduqca qiymətli məhsullar əldə 

olunmuşdur.Şərabçılığın ikinci dərəcəli emal məsulları kimi etil spirtini,caxır turşusunu,vitamin preparatları 

və 

ferment 


preparatları,tanin,yem 

mayaları,üzümün 

toxumundan 

alınan 


üzüm 

yağı,boyaq 

maddələri,gübrələr,heyvandarlıq üçün yem məhsullarını misal göstərmək mümkündür.Müasir dövrdə istehsal 

müəssisələrində tullantısız texnologiyaların tətbiqi və ya tullantıların minimuma endirilməsi nəinki olduqca 

əhəmiyyətli  ikinci  dərəcəli  məhsulların  əldə  olunmasında    eyni  zamanda  ətraf  mühütün  çirklənməsinin 

qarşısının  alınmasında,əhalinin  sağlamlığının  qorunmasında  və  fərqli  istehsal  sahələri  üçün  xammal 

bazasının  yaradılmasında  olduqca  əhəmiyyət  kəsb  edən  məsələlərdən  biridir  və  bu  məsələlər  daim 

aktuallığını qorumaqdadır. 



 

 

MĠNGƏCEVĠR SU HÖVZƏSĠNDƏ OVLANAN SĠYƏNƏKKĠMĠLƏR 

 FƏSĠLƏSĠNDƏN OLAN KĠLKƏ BALIQLARI HAQQINDA ÜMUMĠ MƏLUMAT 

 

Ələkbərzadə E.Ş. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

 



Siyənəkkimilər fəsiləsi-Clupeidae  

Siyənəkkimilər  dəniz,şirin  su  hövzələrində  sürü  halında  yaşıyan  balıqlardandır.300-ə  yaxin  növü 

vardır.Sümüklü  balıqlar  növünə  aiddir.Bədəni uzunsov,yanlardan sıxılmış rəngi gümüşü  rəngdədir.

 

Bir  bel 



üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır.Bəzi növlərində qarınlarında üzgəcləri olmur..Xəzər dənizində iki 

cinsin nümayəndələri yaşayır:kilkələr və siyənəklər.  

 

Kilkələr cinsi-Clupeonella 



Xırda  balıqlardır.Boğazından  anal  dəliyinə  qədər “kil”  olduğuna  görə  kilkə  adlanır..Xəzər  dənizində 

üç növü yaşayır:adi kilkə-Cl delicatula caspia,ançousabənzər kilkə-C.engrauliformes Borodin,irigöz kilkə-



Cl.grimmi 

 



Adi kilkə- Cl delicatula caspia  

İtilənmiş və qısa döş üzgəcləri,bədənin və başın daha hündür olması,gözlərinin kiçikliyi ilə seçilir.Beli 

və  başın  üst  hissəsi  boz-yaşlımtıl  və  ya  qızılı-sarıdır.Fəqərələrin  sayı  42-55,qəlsəmə  dişciklərin  sayı  53-

65,omurğa pulçuqlarının sayı 24-29 olur.Başı kiçikdir,orta hesabla bədən uzunluğunun 22,1%-ni təşkil edir 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

123 



 

Xəzərin müəyyən sahələrinə uyğunlaşmış və ölçülərinə,bioloji xüsusiyyətlərinə görə öz aralarında fərqlənən 

yerli  populyasiyalar  və  ya  bioloji  irqlər  əmələ  gətirir.Xəzərin  hər  yerinə  əsasən  sahilə  yaxın  10-60m 

derinlikdə    yayılmışdır.Əsas  kütləsi  dənizin  başlıca  olaraq  qerb  və  şərq  sahillərində  toplaşır.  Kilkələr 

Volqa,Ural,Terek çaylarının deltalarına girirlər. 

Kürü  tökmək  üçün  əsasən yazda  dənizin  cənub  rayonlarından  şimala  və  sahillərə  qışlamaq  üçün isə 

əksinə,şimaldan cənuba köç edir.Adi kilkələr mühüm vətəgə əhəmiyyətli balıqlardır.Xəzərdə onun ehtiyati 

416,1 min tondur.Ondan 231,1 min tonu Şimali Xəzərin,185 min tonu Cənubi Xəzərin payına düşür.Lakin 

bəzi  çətinliklərlə  əlaqədar  onun  mövcud  ehtiyatlarından  tam  istifadə  olunmur.Adi  kilkələr  planktonla 

qidalanır.Həyat müddəti 6 ilə qədərdir. 

 

Ançousabənzər kilkə-C.engrauliformes Borodin 



Bədəni oxlovşəkilli,alçaq,qarıncığı dəyirmiləşmişdir,kili güclə seçilir.Qalınlaşmış beli tünd göy rəngdə 

yaşıl  və  ya  zeytun  çalarlıdır.Qarın  tikanları  yaxşı  inkişaf  etmişdir.Başında  və  bel  tərəfində  yaxşı  görünən 

tünd rəngli piqmentlər vardır.Başı,ağzı  kiçikdir,gözləri xırdadır anal üzgəcin iki son şuası uzanmışdır.Döş 

üzgəclərinin uzunluğu döş və qarın üzgəcləri arasındakı mesafə iki dəfədən artıq yerləşir.Uzunluğu 155-165 

mm olur.Nisbətən istisevərdirlər (6-28˚),qışda isə (9-11˚) temperaturda rast gəlinirlər.Bəzi əlamətlərinə görə 

o,adı  kilkə  ilə  irigöz  kilkə  arasında  keçid təşkil  edir.Dəniz  balığıdır.Uzunluğu  14,5sm,çəkisi  20q  olur.Orta 

uzunluğu müxtəlif illərdə 11,5-12,7sm,orta çəkisi 10,7-16,5q olur.Digər kilkələrə nisbətən daha uzun ömürlü 

olurlar.7 ilə qədər yaşayırlar.Ançousabənzər kilkə digər kilkələr kimi planktonla qidalanır.Onlar ən çox kiçik 

xərçənkkimilərlə  əsas  etibarilə  kurəkayaqlılarla  qidalanır.Qidalanma  gündüzlər  davam  edir,gecələr  isə 

qidalanmır  yada  çox  zəif  dərəcədə  qidalanır.Qidalanma  dərəcəsi  yayda  sürətli,qışda  isə  zəif 

olur.Ançoubənzər kilkə kürüsünü aprelin axırlarından başlayaraq noyabr ayına qədər müddətə tökür 

 



İrigöz kilkələr-C.grimmi Kessler 

İrigöz kilkələr adi və ançousabənzər kilkə növlərinə nisbətən başı böyük,gözləri iri ,üzgəclərı isə uzun 

olur.Başı  böyük  hündür  və  böyükdür,başının  uzunluğu  bədən  uzunluğunun  23,5%-dən  çoxdur.Gözləri 

iridir,diametri  başı  uzunluğun  23%  dən  çoxdur.Antedorsal  məsafə  bədən  uzunluğunun  48%-dən  az 

deyildir.Döş üzgəcləri çox uzundur və qarın üzgəcləri ilə döş üzgəcləri arasındakı məsafənin 62-63% təşkil 

edir.Bədəni  hündür  və  yanlardan  basıqdır.Qışda  və  payızda  16-32m  dərinlikdə,yazda  isə  üst  qatlarda 

dolanır.İrigöz kilkələrin süfrələri 300m və daha artıq dərinliklərdə təsadüf edilir.Dəniz balığıdır.Şirin sularda 

təsadüf  edilmir.Uzunluğu  14,5sm-ə  qeder,çəkisi  20q-a  qədər  olur.Torlarda  tutulan  irigöz  kilkələrin  orta 

uzunluğu  10,6-11,2sm,çəkisi  7,1-10,9q  olur.İrigöz  kilkə  6  ilə  qədər  yaşayır.Cinsi  yetkinliyə  2  yaşında 

çatır.Drifted  toplara  düşən  kilkələrin  çox  qismini  3-4  yaşlı  balıqlar  təşkil  edir.Bir  yaşı  olduqda  kilkənin 

uzunluğu 46-54mm çatır.İki yaşında uzunluğu 78-90mm,üç yaşında 96mm,dörd yaşında 109mm olur.  

Kilkə  balığının  orqonoleptiki  keyfiyyət  göstəriciləri(xarici  görünüşü,dadı,iyi,konsistensiyası)  tədqiq 

edilmişdir.  Kilkə  balığının  xarici  görünüşünü  qiymətləndirərkən  ilk  növbədə  balıqların  qəlsəmələrin 

rəngi,qarın  nahiyəsinin  vəziyyəti,anal  dəliyinin  seyiliyinin  rənginə  və  iyinə  diqqət  yetirilməlidir.  Belə 

ki,tədqiqat    obyekti  kimi  götürülmüş  kilkə  balığının  dərisi az  miqdarda  zədələnmiş,pulcuqları isə  bir  qədər 

tökülmüş  vəziyətdə  olmuşdur.Bədənlərinin  üzəri  təmiz  və  təbii  rəngdə,qəlsəmələrinin  rənginin  isə  tünd 

qırmızı  olması  qeyd  edilmişdir.Qarın  nahiyəsinin  analizi  zamanı  isə  qarın  nahiyəsində  şişlərə  rast 

gəlinmiş,seliyi isə iysiz və şəffaf olmuşdur. 

Konsistensiyasına  görə  aparılan  analiz  zamanı  isə  müəyyən  olunmuşdur  ki,tədqiqat  obyekti  kimi 

götürülmüş Kilkə balıqlarının konsistensiyası bərk olmuş,ən enli və ətri hissəsini barmaqla basmaqla əmələ 

gələn  balığın  əvvəlki  vəziyyətinə  dərhal  qayıtması  qeyd  edilmişdir.İy  və  dadına  görə  aparılan 

qiymətləndirmə  zamanı  isə  müəyyən  olunmuşdur  ki,bu  balığın  iyi  təzə  balığin  iyini  xatırlatmış  və  onlarda 

kənar iylər hiss edilməmişdir.Bu məqsədlə iti bıçaqla kilkə balığının əzilmiş hissələrinə anal dəliyinə və bel 

hissəsinə  dərhal  batırıb  çıxarmaqla  da  onun  iyi  təyin  edilmişdir.Beləliklə  kilkə  balığının  orqonoleptiki 

keyfiyyət  göstəriciləri  üzrə  aparılan  ekspertizanın  nəticəsi  göstərdi  ki,bu  balıqların  orqonoleptiki  keyfiyyət 

göstəriciləri  mövcud  dövlət  standartlarına  və  normativ-texniki  sənədlərin  tələblərinə  cavab  verir  və  bu 

standartlardan ferqli olan xüsusi kənarlaşma halları qeyd edilməmişdir. 

Kilkə  balığının  fiziki-kimyəvi  keyfiyyət  göstəriciləri  üzrə  aparılan  ekspertiza  zamanı  isə  balıqlarda 

kütlə  tərkibi,  azot  əsaslı  uçucu  maddələrin  lipidlərin  və  amonyakın  miqdarı  təyin  edilmişdir. 

Saxlanmanın  qısa  müddətində  olan  belə  temperatur  şəraitinin  böyük   

əhəmiyyəti vardır.   

 

 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə