Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə58/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   54   55   56   57   58   59   60   61   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

114 



 

qida  zəhərlənmələrinin  (qızılı  stafilokokklar,  salmonella)  törədicilərinə  də  rast  gəlinə  bilər.  Südün  sonrakı 

saxlanılması zamanı onda olan mikroorqanizmlərin miqdarı və ayrı-ayrı növləri arasındakı nisbəti dəyişilir. 

Bu  dəyişmənin  xarakteri  temperaturadan  və  saxlanma  müddətindən,  həmçinin  südün  mikrobiotasının  ilkin 

tərkibindən asılıdır. Təzə sağılmış süddə xüsusi bakteriosid maddənin (laktenin) təsirindən mikroblar süddə 

sağımın birinci saatında inkişafını dayandırır, hətta onlardan çoxu məhv olur. Südün bakteriosid xassəsinin 

saxlanma müddəti bakteriosid faza adlanır.  

 

 



STRESƏ MÜXTƏLĠF  DAVAMLILIĞI OLAN SĠÇOVULLARIN BEYĠN  

NAHĠYYƏLƏRĠNĠN  PROTEOM ANALĠZĠ  

 

Baxışova M.C.  



AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu 

 

Hal-hazırki  dövrümüzdə  elm  və  texnikanın  inkişafı  cəmiyyət  üçün  faydalı  olsada,  lakin  neqativ 



təsirləri  də  qaçılmazdır.  Beləki,  elm  və  texnika  inkişaf  etdikcə  bir  sıra  stressor  faktorların  da  sayı 

artmaqdadır.  Ətraf  mühitin  bu  cür  neqativ  təsirləri  zehni  saglamlığa,  ümumiyyətlə  ruhi  dəyişikliklərə, 

emosional  gərginliklərə  gətirib  çıxarır.  Bu  təsir  eyni  zamanda  homeostazın  göstəricisi  kimi  xidmət  edən 

fizioloji  dəyişiklərə  səbəb  olur.    Buna  görə  də  stresə  davamlı  və  davamsız  heyvanların  müxtəlif  beyin 

nahiyyələrində  zülal  profilində  nə  kimi  fərqlər  olmasını  öyrənməyi  qarşımıza  məqsəd  qoymuşuq. 

Ədəbiyyatlardan məlumdur ki, stresə davamlılığına görə heyvanlar stresə davamlı və davamsız heyvanlara 

ayrılırlar.  Audiogen  stressorun  təsiri  ilə  davamlı  və  davamsız  qruplara  ayrılan  heyvanların  beyninin 

amiqdala, hippokamp və prefrontal qabığında tədqiqat aparılmışdır. Streslə bağlı hormonların reseptorları bu 

nahiyyələrdə sıx olduğuna görə aparılan tədqiqatlar bu nahiyyələrə yönəlmişdir. 

Aparılan  poliakrilamid  gelin  4-30%-lı  qradientində  nativ  elektroforez  tədqiqatlarının  nəticəsində  hər 

bir  tədqiq  olunmuş  beyin  nahiyyələrinin  nümunəsində  14-15  zülal  fraksiyaları  əldə  olunub.  Tədqiqatlarda 

alınan nəticələr göstərir ki, stresə davamsız heyvanların beyninin müəyyən nahiyələrində zülal profillərində 

ciddi  dəyişikliklər  qeyd  olunur.  Xüsusən,  stresə  davamlı  heyvanlara  nisbətən  davamsız  heyvanların 

amiqdalasında  suda  həll  olunan  4-saylı  zülal  fraksiyasının  miqdarında  artım,  halbuki  14-cü  zülal 

fraksiyasında əksinə tənəzzül müşahidə olunur. Digər tərəfdən, stresə davamlı heyvanlara nisbətən davamsız 

heyvanların prefrontal qabığında suda həll olunan 2- və 4-saylı zülal fraksiyalarının miqdarında azalma qeyd 

olunur.  Alınmış  nəticələr  yenə  də  təsdiq  edirlər  ki,  amiqdala  və  prefrontal  qabığı  beyin  strukturları 

heyvanların  stresə  davamlılığının  yaranmasında  mühüm  rol  oynayırlar  və  həmin  davamlılığın  əsasında 

müxtəlif zülal fraksiyaların differensial ekspressiyası durur. 

 

 

BĠOLOGĠYA TƏDRĠSĠNDƏ PRAKTĠK ĠġLƏRĠN FƏNNĠN MƏNĠMSƏNĠLMƏSĠNDƏ ROLU 

 

Bəndəlizadə G.S.  

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

XXI  əsrin  müəllimi  tədris  etdiyi  fənnin  nəzəri  əsaslarını  dərindən  bilməli,  pedaqoji  hazırlığa  malik 

olmalıdır.  O,  qarşısındakı  təlim-tərbiyə  ilə  məşğul  olduğu  uşaqların  psixologiyasına  bələd  olmalı,  elmi-

pedaqoji,  metodik  bilik  və  bacarıqlar  nümayiş  etdirməlidir.  Şagirdlərinin  müstəqil  fəaliyyətinə  şərait 

yaratmalı,  onların  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürünü  inkişaf  etdirməlidir.  Elmi-texniki  inkişafın, 

qloballaşma prosesinin sürətlənməsi müəllimdən təlim-tərbiyəyə yeni yanaşma, yaradıcı fəaliyyət tələb edir. 

Müəllim həm öyrətmək, həm də öyrənmək səriştəliliyinə nail olmaqla məqsədinə çata bilər. Müəllim tarixən 

nümunə modelidir, gənc nəslin öz gələcəyinə baxdığı pəncərədir. 

Pedaqoji  cəhətdən    hazırlıqlı  müəllimin  uğuru  onun  fənnini  dərindən  bilməsini  tələb  edir.  Bu 

baxımdan  biologiya  müəllimi  fənnin  nəzəri  əsasları  ilə  yanaşı  onun  praktik  fəaliyyətlərini,  laboratoriya 

işlərini,  təcrübələrin  aparılması  ilə  nəzəriyyənin  praktika  ilə,  onu  digər  fənlərlə,  həyatla  əlaqələndirməyi 

bacarmalıdır. O, tədris etdiyi biologiya fənninin cəmiyyətin inkişafında rolunu qiymətləndirməyi bacarmalı, 

şagirdlərdə  fənnin  öyrənilməsinə  maraq  oyatmalı,  onların  idrak  fəallığına  nail  olmalıdır.  Bunun  üçün 

biologiya  müəllimi  daim  yeni  yollar,  ideyalar,  sistemlər  və  yanaşmalar  axtarışında  olmalıdır.  Fəal  təlim 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

115 



 

metodların,  mövzuların  xüsusiyyətlərini,  şagirdlərin  yaş  səviyyələrini,  maraq  və  meyllərini  nəzərə  alaraq, 

tətbiq etməyi bacarmalıdır (3). 

Laboratoriya  işi  dedikdə  belə  bir  iş  forması  nəzərdə  tutulur  ki,  bu  iş  tapşırıq  əsasında  şagirdlər 

tərəfindən  yerinə  yetirir,  işin  gedişinə  müəllim  nəzarət  edir,  lakin  öyrəncilərin  fəaliyyətinə  birbaşa  nəzarət 

etmir. Laboratoriya işinin yerinə yetirilməsinə müəyyən vaxt ayrılır. Bu zaman öyrəncilər şüurlu sürətdə əqli 

fəaliyyətlərindən  istifadə  edərək,  qarşıya  qoyulmuş  nəticələrə  çatmağa  çalışırlar.  Sonda  əqli  və  fiziki 

fəaliyyətlərinin  nəticələrini  bu  və  ya  digər  formada  (şifahi  cavab,  qrafik  cədvəl,  hesablamalar,  təcrübənin 

aparılmasının şərhi və s.) ifadə edirlər. 

Praktik  biliklərin  əsas  məqsədi-  tələbələrə  nəzəri  biliklərini  təcrübədə  tətbiq  etməyə  kömək  edir, 

öyrənilən  materialı  daha  dərindən  dərk  erdirir  və  möhkəm  mənimsəməyə  yardım  edir,  həmçinin  praktik 

bacarıq və vərdişlərin formalaşmasına yardım edir (2). 

Laboratoriya işinin aparılması zamanı ilk öncə nəzəri material öyrənilir. Sonra onun yerinə yetirilmə 

üsulları nümayiş etdirilir. Laboratoriya işlərinin şagirdlərlə aparılması üsulları, tədris prosesindəki yerindən 

və onun aparılması zamanı müəllimin qarşıya qoyduğu məqsəddən asılı olaraq çox müxtəlif ola bilər. 

Belə  ki,  laboratoriya  işləri  əldə  edilmiş  biliklərin  möhkəmləndirilməsi  məqsədilə  aparıla  bilər. 

Məsələn, Botanika kursunda praktiki işlər herbari nümunələri əsasında bitkilərin bu və ya digər fəsilələrə aid 

olmasının müəyyən edilməsi üzrə aparıla bilər (1). 

Laboratoriya  işləri  əldə  edilmiş  biliklərin  təcrübədə  tətbiqi  məqsədi  daşıya  bilər.  Məsələn,  Ümumi 

biologiya kursunda plazmoliz və deplazmoliz hadisəsi. Laboratoriya işləri bəzi hallarda nəzəri materialların 

öyrənilməsinə şagirdlərin cəlb edilməsinə zəmin yaradır.    

Beləliklə,  laboratoriya  işləri  biologiyanın  tədrisi  zamanı  müxtəlif  məqsədlərlə  aparılır.  Lakin  onların 

hamısı  üçün  ümumi  cəhət  ondan  ibarətdir  ki,  hər  bir  laboratoriya  işdən  əvvəl  müəllim  öyrənciləri 

təlimatlandırır,  üsulları  və  işin  ardıcıllığını  nümayiş  edir,  hansı  tədris  materialında  istifadə  olunacağını 

göstərir.  Işin  yerinə  yetirilməsi  prosesinə  nəzarət  edir,  işin  yerinə  yetirilməsi  prosesində  göstərilən 

tələblərdən kənara çıxmağa imkan vermir. 

 

 

 



LƏNKƏRAN BÖLGƏSĠNDƏ BĠTƏN BƏZĠ DƏRMAN BĠTKĠLƏRĠNĠN GENETĠK 

DAVAMLILIĞININ ARTIRILMASINDA ROLU 

 

Cavadova A.M.  

Lənkəran Dövlət Universiteti 

 

Müasir  ədəbiyyat  məlumatlarının  təhlili  göstərir  ki,  dərman  bitkilər  mühüm  sənaye,  əkinçilik  və 

praktiki  imkanlarına  malik  bitkilərdir  və  hal-hazırda  öyrənilməsinə,  praktiki  istifadə  imkanlarının  tədqiq 

olunmasına xüsusi önəm verilir. Ona görə ki ətraf mühitdə baş verən dəyişikliklər bütün bioloji növlərə təsir 

etdiyi kimi bu bitkilərədə təsir göstərərək onların arealının azalmasına və tədricən təbii landşaftdan itməsinə 

gətirib çıxarır. 

Bunu  nəzərə  alaraq  bu  işin  məqsədi  zəngin  floraya  malik  olan  Lənkəran  bölgəsində  bitən  bir  sıra 

dərman  bitkilərin  yayılma  arealının  və  praktiki  istifadə  imkanlarının  öyrənilməsidir.  Belə  bitkilərdən 

boymadərəni, razyananı, vəcələni tədqiq etmişik. 

Bu  bitkilər  bölgənin  aran  hissəsindən  başlayaraq,  yüksək    dağ  massivlərinə  qədər  yayılmışdır.  Lakin  

bölgənin  müxtəlif    hissələrinə  təşkil  olunmuş  ekspedisiyalar  göstərmişdir  ki,  bu  tip  bitkilərin  arealı 

əhəmiyyətli  dərəcədə  azalmaqdadır.  Bölgənin    istər    düzənlik,  istərsədə  dağlıq  ərazilərin  şoranlaşması, 

meşələrin    qırılması,  normadan  bir    neçə   dəfə  artıq   otarılma  və  s.  nəticəsində  təbii  bitki    örtüyünün  yox  

edilməsi,  həmin    yerlərdə  antropogen  mənşəli  eroziyasının  inkşafına,  ekosistemlərdə  təbii    rejimin 

pozulmasına, torpağın humus qatının strukturunun dəyişməsinə gətirib çıxaran səbəblərdir.  

Buna  səbəb  isə  müxtəlif sahələrin  yaşayış  məskənləri altında  qalmasıdır.  Bu  isə   müxtəlif   bitkilərin  

arealının    azalmasına  xüsusilə    birillik  və  ikiillik    dərman    bitkilərinin    vegetasiya  müddətini    başa  vura 

bilməsinə  gətirib    çıxarır.  Bu  amillər  bioloji  müxtəlifliyin  azalmasına  və  bütövlükdə  təbiətdə  vəhdətin 

pozulmasına  və  vahid  zəncirin  parçalanmasına səbəb olmuşdur. Bitkilərin arealının azalması isə onların 

praktiki istifadə imkanlarını  məhdudlaşdırır.  Amma  biz  tədqiqatlarımızda    bu  bitkilərin  həm  ayrı-ayrılıqda, 

həm də kompozisiya halında antimutagen xüsusiyyətlərini öyrənmişik. Ekstraktlar təcrübə mühitinə mutagen 

amildən əvvəl daxil edilmişdir. Aparılan tədqiqatlardan aydın olmuşdur ki, bu bitkilərdən alınmış ekstraktlar 

müxtəlif  dozalarda  istifadə  edilərkən  genlər  davamlılığının  yüksəldilməsində  seçici  xüsusiyyətlərini  biruzə 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə