Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə60/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   56   57   58   59   60   61   62   63   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

118 



 

Üzüm şərabları yalnız bir sortdan hazırlanırsa - bir sortlu və çoxlu sortlardan hazırlanırsa – çox sortlu 

şərablar adlanır. Bir sortlu üzüm şərablarının hazırlanmasında 15%-ə qədər digər üzüm sortu, yaxud şərab 

materialından istifadə etməyə icazə verilir.  

Çoxsortlu şərablar hazırlanma üsuluna görə sepaj və kupaj şərabları kimi fərqləndirilir. Sepaj şərabları 

emala  müəyyən  nisbətlərdə  sortlar  qarışığı  şəklində  daxil  olan  üzümdən  hazırlanır  (bir  neçə  sortun 

qıcqırması). Kupaj şərabları artıq hazır şərab materiallarının (ayrıca qıcqırdılmış sortların) qarışdırılmasından 

hazırlanır. 

Azərbaycan  şərabçılıq  istehsalının  aktual  vəzifələrindən  biri  süfrə  şərablarının  keyfiyyətinin 

yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi sayılır. Onların içərisində çəhrayı şərab qrupu xüsusi olaraq 

fərqlənməklə ölkəmizdə lazımi inkişafını indiyədək tapmamışdır. 

Bununla  yanaşı  beynəlxalq  bazarda  çəhrayı  süfrə  şərablarına  yüksək  tələbat  olmaqla,  Fransa  və 

İtalyada bu qrup süfrə şərabları ağ və qırmızı sortlu şərablara nisbətən daha yüksək qiymətə satılır.   

Çəhrayı  şərablar  istesalında  üzümün  xırdalanması  və  daraqlardan  ayrılmasını  vallı  əzici-daraqlayıcı 

maşınlarda  aparmaq  daha  məqsədəuyğundur.  Çəhrayı  şərabların  prinsipial  texnologiyası  3  istiqaməti 

mövcuddur. Birinci  istiqamətdə ağ  və qırmızı üzüm sortları xırdalanma və daraqlardan ayrılmadan qabaq 

müəyyən nisbətdə sepaj edilərək alınmış əzintinin qısa müddətli saxlanılması nəzərdə tutulur. Bu yolla, bir 

qayda olaraq, zəif rəngli çəhrayı şərablar alınır.  

Keyfiyyətli  şirə  fraksiyaları  əzintidə  ayırmaqla  tərkibinə  75-100  mq/dm

miqdarda sulfid turşusunun 



anhidridi  daxil  edilir  və  12-18  saat  müddətində  şəffaflaşdırılır  və  sonra  ağ  üsulla  16-18

0

C  temperaturda 



qıcqırdılır. Alınmış şərab materialları sonra təsdiq edilmiş texnoloji seçimlər üzrə emal edilərək saxlanmaya 

göndərilir. Bu üsulla hazırlanmış çəhrayı süfrə şərabları xoşa gələn moruq rənginə, incə ətirə və ahəngdar 

dada  malik  olmuşdur.    Aparılan  tədqiqatlar  nəticəsində  çəhrayı  süfrə  şərabları  üçün  bu  optimal  tərkib 

göstəriciləri təklif olunur: spirtlər, qalıq şəkər, titirlənmiş turşuluq, ekstraktiv maddələrin miqdarı.  

 İkinci istiqamətdə üzüm və alınmış əzintinin 45-50

0

C temperaturda termiki emalı və sonra 6-12 saat 



müddətdə  saxlanılması  nəzərdə  tutulur.  Bu  yolla  orta  rəng  intensivliyinə  malik  şərablar  alınır.  Nəhayət, 

üçüncü istiqamətdə şirənin əzinti ilə birlikdə istənilən rəng intensivliyi alınana qədər qıcqırdılması nəzərdə 

tutulur. Alınmış çəhrayı şərabların tərkibində 100 mq/dm

3

 qədər antosianların olmasına yol verilir. 



Fransada “kleret”adı altında çəhrayı süfrə şərabları hazırlanır. Bu şərabların istehsalında Senso, Qara 

Qrenaş,  Qara  Pino,  Kaberne  fran  qırmızı  üzüm  sortlarından  istifadə  olunur.  Şərabların  istehsal 

texnologiyasının  əsasında  şirənin  əzinti  ilə  birlikdə  6-24  saat  müddətində  saxlanılması,  bəzən  əzintinin 

qırmızı üsulla azacıq qıcqırdılması kimi üsullar, lakin son halda alınmış şirənin tez bir vaxtda soyudulması, 

durulaşdırılması durur. 

Azərbaycanda çəhrayı süfrə şərabları Tavkveri üzüm sortundan hələ 1948-ci ildən Dağlıq Qarabağda 

istehsalı  başlanmaqla  kupaj texnologiyasından  istifadə  olunur.  Şərab  çəhrayı  rəngə,sort  ətrinə  və  ahəngdar 

dada malikdir. 



 

 

KSĠLOTROF GÖBƏLƏKLƏRĠN HĠDROLĠTĠK TƏSĠRLĠ FERMENTLƏRĠNĠN  

PROTEOLĠTĠK AKTĠVLĠYĠNĠN TƏYĠNĠ 

 

Ceyranova G.Ə. 

Sumqayıt Dövlət Universiteti 

 

Azərbaycan  Respublikasının  ekoloji  cəhətdən  müxtəlif  ərazilərində  yayılmış  ksilotrof 



bazidiomisetlərin  afilloforoidli  göbələklərə  aid  25  ştammının  proteolitik  fermentləri  sintez  etməsi 

xüsusiyyətinə  görə  skrininqi  aparılmış  və  onların  arasında  proteazaların  aktiv  produsentlərinin  olması 

müəyyən  edilmişdir.  Proteolitik  fermentlərin  aktivlik  səviyyəsi  ksilotrof  göbələklərin  təbii  şəraitdə 

törətdikləri  çürümə  tipi  ilə  deyil,  ekolo-trofik  əlaqələri  ilə  sıx  bağlıdır  və  fermentin  aktivlik  səviyyəsi 

saprotroflara nisbətən biotroflarda daha yüksək kəmiyyət göstəricisinə  malikdir.  

Ksilotrof makromistelərin afilloforoidli nümayəndələrinin sintez etdiyi proteazaların aktivliyinin pH-

ın 2,5-9,5 diapozonunda təyin edilməsi zamanı turş proteazaların (pH=5,5) daha yüksək aktivlik səviyyəsinə 

malik  olmasını,  biotrofların  sintez  etdiyi  proteolitik  fermentlərin  isə  aktivliyinin  təyin  edildiyi  mühitin 

turşuluğuna  daha  həssas  olduğunu,  eləcə  də  saprotrofların  müvafiq  ferment  sisteminə  xas  aktivlik 

səviyyəsinin turşuluğun daha geniş diapozonunda saxlanması müəyyən edilmişdir.  




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

119 



 

Müəyyən edilmişdir ki, ksilotrof makromisetlərdə proteazaların sintezi üçün mühitdə karbon mənbəyi 

kimi zülali maddələrin olması vacib deyil və proteazaların sintezi mühitdə istənilən karbon mənbəyinin əlavə 

edilməsi halında baş verir ki, bu da proteazaların sintezinin konustitutiv yolla baş verməsinin göstəricisi kimi 

qəbul edilə bilər. 

Ksilotrof makromistlərin afilloforoidli nümayəndələrində proteolitik fermentlərin intensiv sintezi üçün 

mühitin aqreqat halının dəyişməsi ciddi təsir effektinə malik bir faktor olmasa da, azot mənbəyi, temperatur, 

mühitin  pH-ı,  əkin  materialının  hazırlanması  üsulu  və  müddəti  kimi  faktorlar  proteolitik  fermentlərin 

sintezinin  tənzimlənməsində  müəyyən  rola  malikdirlər.  Azot  mənbəyinin  seçilməsində  və  onun  təsirinin 

xarakterinin aydınlaşdırılmasında hətta göbələklərin ekolo-trofik bölgüsü də rol oynayır. 

Ksilotrof makromisetlərin afilloforoidli nümayəndələrinin sintez etdiyi proteinazaların molekul kütləsi 

36-95  kDa  arasında  yerləşir  və  proteolitik  ferment  sisteminin  formalaşmasında  iştirak  edən  proteinazaların 

tipi ilə onların ekolo-trofik əlaqələri arasında müəyyən bağlılıq var. Belə ki, biotrofların proteolitik ferment 

sistemində serin və sistein proteazalarının, saprotroflarda isə metalloproteazaların xüsusi çəkisi daha yüksək 

olur.  

Proteolitik fermnetlərin aktiv produsentlərindən qismən təmizlənmiş ferment preparatlarının alınması 



üçün  çökdürücü  kimi  asetondan  (1:2  nisbətində)  iastifadə  edilməsi  məqsədəuyğundur,  belə  ki,  spirtin  bu 

məqsədlə istifadəsi göbələklərin sintez etdiyi proteolitik fermen sisteminə xas olan serin, sistein və metallo-

proteinazaların  nisbətinin  dəyişməsinə  səbəb  olur.  Ilkin  skrininq  prosesində  duru  sintetik  qidalı  mühitdən 

isifadə  edilmişdir  ki,  onunda  tərkibi  10  q/l  qatılığında  olan  kazeindən  istifadə  edilmiş  və  becərilmə  5  gün 

müddətinə  dərin  becərilmə  şəraitində  aparılmışdır.  Ilkin  skrininqin  nəticəsi  kimi  mühitin  turş  və  neytral 

proteazaların  hüceyrəxarici  aktivliyinin  səviyyəsi  əsas  götürülmüşdür  ki,  bu  tip  fermentlər  texnoloji 

baxımdan daha üstün hesab edilirlər. 

 

 



ORTA MƏKTƏBDƏ ġAGĠRDLƏRĠN TƏFƏKKÜR FƏALLIĞININ ĠNKĠġAF  ETDĠRĠLMƏSĠNDƏ 

BĠOLOJĠ QANUNLARIN ROLU 

 

Cümşüdlü S.C.  

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

Bu gün orta məktəblərimizin qarşısında mühüm tələblər qoyulmuşdur. Onlardan biri və başlıcası təlim 

və  tərbiyyənin  yenidən  qurulması,  dünya  standartlarına  çatdırılmasıdır.  Bu  baxımdan  biologiya  tədrisinin 

başlıca  vəzifələrindən  biri şagirdlərə  hərtərəfli  bilik,  bacarıq  və  vərdişlər  aşılamaqdır.  Bu  vəzifənin  həyata 

keçirilməsində bioloji anlayışların öyrədilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də məktəblərdə 

bioloji qanunların tədrisi əsas yer tutur. 

Təəssüflə  deməliyik  ki,  orta  məktəbdə  oxuyanda  və  pedaqoji  təcrübələrdə  bioloji  qanunların 

məzmununun  öyrədilməsinə  az  əhəmiyyət  verilirdi.  İstər  metodik  ədəbiyyatdan  və  eləcə  də  məktəb 

təcrübəsindən  aydın  olur  ki,  qanunlar  haqqında  şagirdlərə  dərin  bilik  verilmir.  Müəllimlər  qanun  və 

nəzəriyyələrin  öyrədilməsinə  az  əhəmiyyət  verir,  eləcə  də  onların  öyrədilməsi  yollarını  yaxşı  bilmirlər. 

Anlayışların, xüsusən bioloji qanunların tədrisi sistemlə öyrədilmir. Bunun nəticəsi olaraq şagirdlər ayrı-ayrı 

prosesləri, qanun və qanunauyğunluqları pis mənimsəyirlər (1). 

Metodik  ədəbiyyatda  isə  qanunların  məzmunu,  onun  öyrədilmə  sistemi  və  metodları  haqqında  az 

məlumat verilir. Ona görə ümumbioloji qanun və  nəzəriyyələrin öyrədilməsinə aid daha az ədəbiyyata rast 

gəlirik. Bunları nəzərə alaraq bu mövzuda dissertasiya işi yazmağı qarşıya məqsəd qoyduq. 

Biologiya  qanunu  -  təbiətdə  mövcud  olan,  bütün  canlı  orqanizmlərdə  gedən  proses  və  hadisələrdəki 

obyektiv,  mühüm,  ümumi,  zəruri,  təkrarlanan  və  dayanıqlı  əlaqələrin  elmi  ifadəsidir.  Biologiyada  bəzən 

qanun  anlayışı  müxtəlif  məzmunda  işlədilir:  «Qanun»,  «qayda»  və  «hipotez».  Məsələn:  Q.Mendelin  «İlk 

nəslin eyniyyət qanunu» bəzən «qayda», «qametlərin saflığı qanunu» «hipotez», Çarqaff qanunu isə «qayda» 

kimi  ifadə  olunur.  Bunun  başlıca  səbəbi  qanun  anlayışının  elmi  mahiyyətini  bilməməkdən  irəli  gəlir. 

Metodik  ədəbiyyatın  təhlilindən  aydın  olur  ki,  hələ  heç  bir  ədəbiyyatda  biologiya  (təbiət)  qanunlarının, 

nəzəriyyələrin  miqdarı  qəti  müəyyən  olunmamışdır  (2).  Bizim  apardığımız  araşdırmalar  nəticəsində 

müəyyən  etmişik  ki,  biologiya  elmində  və  ali  məktəblərin  müxtəlif  dərsliklərində  (genetika,  biofızika, 

biokimya və fiziologiya) 25-30 qanun vardır. Bunlardan orta məktəbdə yalnız 6- sı öyrədilir: 

Q.Mendelin irsiyyət haqqında iki qanunu

1)

 



N.İ.Vavilovun «irsi dəyişkənliyin homoloji sıralar» qanunu; 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə