Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə68/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   64   65   66   67   68   69   70   71   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

134 



 

qədər azalda bilir və keyfiyyətini də aşağı salır. Bunun qarşısını almaq tez-tez pestisidlərdən istifadə edilir, 

onlarda məhsulu çirkləndirir. Bir çox alimlər tərəfindən aparılan tədqiqatların nəticələri vasitəsilə müəyyən 

edilmişdir  ki,  zəhərli  maddələr  (insektisidlər,  akarisidlər),  pestisidlər  tətbiq  edilən  faraş  kartof  sahəsində 

işləyən  işçilərin  əzələlərində  12-18  saatdan  sonra  gərginlik  yaranmış  və  onların  hərəkətlərinin 

koordinasiyasında  pozğunluq  əmələ  gəlmişdir.  Azərbaycanın  kartofçuluq,  tərəvəzçilik  inkişaf  etmiş 

bölgələrində  uşaqlar  arasında  boğaz  xəstəlikləri  (60-80%)  geniş  yayılmışdır.  Insanlarda  nəfəs  yolu 

xəstəlikləri tez-tez baş verir və bu 30%-ə çatır, görmə orqanlarının xəstəlikləri 10-12%, eşitmə orqanlarının 

xəstəlikləri 5% yayılaraq kütləvi halda qeydə alınmışdır. Bu bölgələrdə yaşayan uşaqlar arasında çox tez-tez 

ürək-damar  sistemi  xəstəlikləri,  orqanizmin  istilk  mübadiləsinin  pozulması,  sinir  sisteminin  pouzlması, 

uşaqların çəki və boyunun standar normalardan aşağı olması kimi hallar qeyd edilmişdir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bizim  respublikamızda  xüsusilə,  faraş  kartof  yığımında, 

becərilməsində  qadın  və  gənclərin  əməyindən  çox  geniş  halda  istifadə  edilir.  Kartof  yığımı  zamanı  və 

vegetasiya  müddətində  onlar  çox  zaman  pestisidlərlə  təmasda  olur  və  əksər  hallarda  zəhərli  maddələrin 

təsirindən  zəhərlənirlər.  Bununla  əlaqadər  olaraq,  pestisidlərin  təzə  doğulmuş  uhşaqlar  üçün  nə  dərəcədə 

təhlükəli olmasını təsəvvür etmək çətin deyildir, suyun, havanın, qida məhsullarının çirklənməsi nəticəsində 

hələ dünyaya gəlməmiş uşaqlar elə anna bətnindəcə zəhərlənirlər. 

Qeyd etmək lazımdır ki, kartofçuluq, tərəvəzçilik inkişaf etmiş bölgələrdə hansı ki, tez-tez və intensiv 

şəkildə pestisidlər tətbiq edilir, belə bölgələrdə uşaq ölümü, ölüdoğulma və sonsuzluq halları 40%-dən daha 

yüksəkdir.  Respublikamızın  bütün  bölgələrində  yuxarıda  qeyd  etdiyimiz  mənfi  hallardan  əlavə  tez-tez  və 

intensiv  şəkildə  pestisidlərin  köməyinə  müraciət  edilir,  belə  bölgələrdə  uşaq  ölümü,  ölüdoğulma  və 

sonsuzluq  halları  daha  yüksək  olur.  Bundan  əlavə  respublikamızın  bütün  bölgələrində  yuxarıda 

sadaladığımız  mənfi hallardan  əlavə tez-tez  mədə-bağırsaq sistemi,  əsəb sistemi, nəfəs yollarının, müxtəlif 

allergik  xəstəliklər,  ankoloji  xəstəliklər  də  qeydə  alınmışdır.  Pestisidlərin  tez-tez  və  külli  miqdarda  tətbiq 

olunduğu  bölgələrdə  havanın  temperaturu  yüksək  olur  və  bu  da  zəhərli  maddalərin  havada  daha  tez 

yayılmasına  və  effektivliyinin  artmasına  kömək  edir.  Bütün  bunları  nəzərə  alaraq,  yüksək  məhsuldar, 

xəstəlik və zərərvericilərə qarşı dözümlü olan sortları yaratmaqla kimyəvi mübarizə proseslərini azaltmaq və 

ya  güclü  zəhərli  pestisidlərin  daha  zəifləri  ilə  əvəz  olunmasına  nail  olmaq  olar.  Kartofun  çirklənməsini 

minimuma endirmək və ya tamamilə məhv etmək üçün aşağıdakı üsullardan istifadə etmək olar: 

1.

 



Genetik üsulları tətbiq etməklə; 

2.

 



Attraktant, repellent, hormonların və s. öyrənilib aşkar edilməsi. 

3.

 



Güclü təsir göstərən zəhərli maddələrin, təbii mühit amillərinə davamlı,  

toplanma qabiliyyətinə malik olan pestisidlərin təcrübədən tamamilə çıxarmaq. 

4.

 

Pestisidlərin tətbiqinin forma və üsullarının təkmilləşdirilməsi. 



5.

 

Inteqrirləşmiş mübarizə üsullarının öyrənilməsi və tətbiqi. 



6.

 

Bioloji vasitələrin və pestisidlərin kombinəlləşmiş üsulları ilə tətbiqi. 



7.

 

Mikrobişmiş vasitələrin tətbiqi. 



Beləliklə,  aparılmış  tədqiqatların  nəticəsindən  məlum  oldu  ki,  pestisidlər  havanı,  torpağı,  bitkiləri, 

faraş kartof sahələrini zəhərləyirlər. Pestisidlər 1 metr dərinliklərə keçə bilir, suvarma kanallarına yol çatır, 

uzun  müddət  öz  təsir  qabiliyyətini  saxlamaqla,  kartof  yumrularının  kimyəvi  tərkibini  də  dəyişmək, 

pisləşdirmək,  xüsusiyyətinə  də  malikdir.  Uzun  illər  və  dəfələrlə  pestisidlərin  tətbiq  olunduğu  ərazilərdə 

qadınlar  və  xüsusən  də  uşaqlar  müxtəlif  xəstəliklərdən  əziyyət  çəkirlər,  beləki,  uşaqlar  arasında  boğaz 

xəstəlikləri  60-80%,  nəfəs  yollarının  xəstəlikləri  30%,  görmə  orqanlarının  xəstəlikləri  10-12%,  eşitmə 

orqanlarının  xəstəlikləri  5%-ə  çatmışdır. Kartofun  keyfiyyətli  saxlanmasına onun  şəraiti,  rejimi  və  üsulları 

əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Beləki,  bu  amillərin  pozulması  nəticəsində  onda  ciddi  keyfiyyət 

dəyişkənliyi  baş  verir.  Faraş  kartofda  baş  verən  tənəffüsə  ən  çox  temperatura  təsir  göstərir.  Tempuraturun 

aşağı düşməsi tənəffüs prosesini zəiflədir və saxlanma müddətini uzadır. Kartofda itkini minimuma və onu 

optimal halda saxlamaq üçün 0.., -1

0

C tələb olunur. Temperatur aşağı düşdükdə tənəffüs pozulur və nəticədə 



fizioloji xəstəliklər baş verir. Xüsusilə, temperaturun sabit olması saxlanmanın sonunda çox vacibdir, çünki 

bu dövrdə onlarda davamlılıq itir. Faraş kartofda 85%-dən artıq su olur, suyun 5-7% azalması onun saxlanma 

qabiliyyətini  tam  itirir.  Saxlanma  zamanı  tənəffüs  nəticəsində  rütubət  itirilir  və  ondan  su  xaric  olur  və 

enerjidə ayrılır, onun kütləsinin üçdə iki hissəsi azalır. 

Beləliklə, kartof yumrularının keyfiyyətinə saxlanma şəraiti, rejimi və üsullarının keyfiyyətə təsirinin 

öyrənilməsi  göstərdi  ki,  saxlanma  zamanı  kartofun  keyfiyyətinə  ən  çox  tempuratura,  havanın  dəyişməsi, 

cərəyanı,  nisbi  rütubəti  təsir  göstərir.  Uzun  müddət  saxlamaq  üçün  optimal  rejim  0…,  -  1

0

C,  saxlanmanın 



əsas  dövründə  havanın  rütubəti  90-92%,  saxlanmaya  qoyulan  zaman  və  saxlanmanın  sonunda  havanın 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə