Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə69/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   65   66   67   68   69   70   71   72   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

135 



 

rütubəti  95-98%  olmalıdır.  Saxlanma  kamerasında  havanın  dəyişdirilməsi  saxlanmanın  vacib  şərtlərindən 

hesab  edilir.  Saxlanma  kamerasında  tempaturun  1

0

C  azalma  və  artmasına  icazə  verilir.  Kartofun 



saxlanmasının şəraiti və rejimi bütün saxlanma dövrü ərzində nəzarətdə saxlanmalı və stabil olmalıdır. 

 

 



YADDAġ MƏKTƏBĠNDƏN  DÜġÜNCƏ VƏ TƏFƏKKÜR MƏKTƏBĠNƏ 

 

Hüseynova Ü.N. 

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

İnformasiyaların  çoxaldığı  bir  dövrdə  informasiya  cəmiyyətinin  fəal  üzvünə  çevrilmək,xüsusi 



bacarıqlara  yiyələnmək,  kreativ  keyfiyyətləri  icra  etmək,  yaradıcı  təfəkkür  mədəniyyətinə  sahib  olmaq 

qloballaşan dünyanın  hər bir nəfəri üçün həyati tələbata çevrilib.Təhsil humanist və humanitar olmaqla daim 

insanlara  xidmət  göstərir. Təhsilin inkişafı üçün  həyati  tələbat  kimi  daim  yeniləşmə  istiqamətində tədbirlər 

həyata keçirilir.Azərbaycan Respublikasının inkişaf yönümlü fəaliyyəti nəticəsində təhsildə daim yeniləşmə 

baş verir.”Azərbaycan 2020 Gələcəyə baxış” İnkişaf konsepsiyasında qeyd olunduğu kimi”Son illərdə nəzərə 

çarpan  nailiyyətlərin  əldə  olunmasıda  bilavasitə  ölkəmizin  modernləşdirilməsinə  istiqamətlənmiş  sosial-

iqtisadi siyasətlə bağlıdır” (1).Təhsil insanı formalaşdırmaq,inkişaf etdirmək  kimi müqəddəs vəzifəyə qulluq 

etmişdir.  XXI  əsr  elm  və  texnikanın  inkişaf  etdiyi  bir  dövrdə  cəmiyyətdə  dəyişməyə  başlayır,bu  dəyişmə 

zamanı  artık  yeni  tələblər  böyük  əhəmiyyət  kəsb  edir.Yaddaş  məktəbi  daim  akademik  biliklər 

vermiş,şagirdlərin əldə etdiyi biliklərin həcminə daha çox üstünlük verilmişdir.Müasir dövrün məktəblərində 

artık şagirdlərin nailiyyətləri, kreativ bacarıqlarının səviyyəsi ölçülür.Müasir dövr təhsilində mühüm atribut 

məntiqi  ,tənqidi  ,yaradıcı  təfəkkürün  formalaşdırılmasıdır.Dünyanın  inkişaf  etmiş  ölkələrindən  biri  kimi 

Azərbaycan  məktəblərindədə  bu  keyfiyyətlər  bir  zərurət  kimi  özünü  biruzə  vermişdir.  Azərbaycan  2020 

Gələcəyə  baxış  İnkişaf  konsepsiyasında  məktəb  barədə  müddəa  irəli  sürülür  “  Şagirdlərin  idrak 

fəallığını,inkişafını  ləngidən  mövcud  yaddaş  məktəbindən  “  təfəkkür  və  düşüncə  məktəbinə”  nəkeçidinin 

təmin olunma məqsədilə sistemli tədbirlər görüləcəkdir.(2).Müəllim  həmişə olduğu kimi bu gündə məktəbdə 

əsas sima hesab olunur.Təhsil alan hər kəs öz gələcəyini müəllimində axtarır.Qloballaşan dünyada təfəkkür 

müəlliminin  necə  olmalıdır  hər  zaman  düşünülən  suallardan  biridir?  Professor  Ə.Ə.Əlizadə  pedaqoji 

araşdırmalarında  “Dərsin  maraqlı  olmamasında  Bermud  üçbucağını  göstərmişdir.”  Əslində  belə  bir 

vəziyyətin  yaranması  dərsə  qeyri-peşəkar  ,səriştəsiz  yanaşmasından  irəli  gəlir.Dünyanın  qabaqcıl  təhsil 

təcrübəsi  göstərir  ki,təlim  –tərbiyə  sahəsində,  yaradıcılıq  sahəsində    hər  zaman  müəllimin  yüksək 

peşəkarlığından  aslıdır.Təfəkkür  məktəbində  əsas  məqsəd  müəllim  tədqiqatçı  olmalı,  pedaqoji  fəaliyyətinə 

yaradıcı yanaşmalı,hər bir addımda hər şəraitə uyğun metodik mikrosistemlərdən isdifadə etməlidir. Bu gün 

məktəb  fəaliyyətində  başlıca  isqitamətlərindən  biri  istedadlıların  müəyyən  olunmasından  ibarətdir. 

Azərbaycan məktəbi hər zaman böyüyür inkişaf etməsi üçün yeni islahatlar tərtib olunur.  

 

 



BĠOLOJĠ ELMLƏRĠN TƏDRĠSĠNDƏ FƏNLƏRARASI ƏLAQƏNĠN 

 ĠMKAN VƏ YOLLARI 

 

Hüseynova Ü.S. 

Sumqayıt Dövlət Universiteti 

 

Fənlərarası  əlaqə şagirdlərin  bilik  və  bacarıqlarının inkişaf  etdirilməsində,  onların  idrak  fəaliyyətinin 



gücləndirilməsində, təlim və tərbiyənin səmərəsinin yüksəldilməsində, onlarda elmi dünyagörüşünün inkişaf 

etdirilməsində, təlimin həyatla əlaqələndiriməsində xüsusi əhəmiyyətə malikdur. Lakin biologiya kurslarının 

tədrisi  prosesində  şagirdlərin  bilik  və  bacarıqlarının  inkişafına  fənlərarası  əlaqə  probleminin  kifayət  qədər 

işıqlandırılmadığını nəzərə alaraq biz biologiya kurslarının tədrisi prosesində mövcud əlaqə imkanlarını və 

şagirdlərin  bilik  və  bacarıqlarının  formalaşdırılmasında  fənlərarası  əlaqədən  istifadənin  metodikasının 

əhəmiyyəti, imkanları xüsusi qeyd olunmalıdır.  

Fənlərarası  əlaqə  əvvəllər  keçilmiş,  yanaşı  keçilən  və  gələcəkdə  keçilən  (perspektiv)  proqram 

materialları arasında yaradılır. Bunlar öz məzmunu və həyata keçilməsi ardıcıllığına, metodikasına görə eyni 

səviyyə  daşımır.  Əvvəlcə  şagirdlərə  məlum  olan  anlayış,  proses  və  qanunauyğunluqlar  arasında  əlaqə 

yaratmaq üçün əvvəlki biliklər yada salınır, onların yardımı ilə yeni anlayışlar arasında əlaqə yaradılır. 

 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

136 



 

 “Hüceyrənin kimyəvi” tərkibinin tədrisi prosesində şagirdlərə neçə qrup maddələrin olduğu (üzvi və 

qeyri-üzvi) xatırladılır. Hansı maddələrə üzvi maddələr deyilir? Qeyri-üzvi maddələr üzvi maddələrdən nə ilə 

fərqlənir? Şagirdlər canlılardan ən çox dörd elementin olduğunu (C, H, N, O) bilirlər. Müəllim qeyd edir ki, 

zülalın tərkibində S, Fe, P və digər elementlərə də rast gəlinir. Dəmir hemoqlobinin tərkibinə daxil olur və 

oksidləşmə-reduksiya  funksiyasını  yerinə  yetirir.  Qeyd  olunan  bu  əlaqə  şagirlərin  əvvəlki  biliklərinə 

əsaslanır.  Zülal  molekulunun  quruluşu,  mol  kütləsi,  onun  monomeri  və  özünün  polimer  maddə  olması 

şagirdlərə  kimyadan  məlun  olur.  Bunu  nəzərə  alaraq  müəllim  izah  edir  ki,  zülallar  makromolekullu,  yəni 

polimer maddələrdir. Uşaqlar “polimer “ anlayışını bilmirlər. Ona görə  əvvəlcə  polimerin nə olduğu  izah 

olunur.  Polimer    maddələrin    molekul    kütləsi    çox    böyük    olur.  Məsələn,  əzələ  zülalının  mol  kütləsi  1,5 

milyona çatır. Sonra izah edir ki, zülalın tərkibi  amin  turşularından  ibarətdir. Amin turşusu  tərkibinə NH 

(amin)  qrupu  olan  maddələrdən    məsələn,  sizin  tanıdığınız  sirkə  turşusundan    bir    hidrogen    atomu    NH



2

  

qrupu  ilə  əvəz olunarsa, buna amin turşuları  deyilir. 



Fənlərarası əlaqə tətbiq etmədən bir sıra bioloji prosesləri, onun fiziki, kimyəvi və başqa mahiyyətini 

izah  etmək  imkan  xaricindədir.  Fizikanın  elektron  mikroskopu  kəşf  etmək  kimi  nailiyyəti  olmasa  idi 

hüceyrənin  ən  kiçik  orqanoidlərini  kəşf  etmək,  süzülən  virusların  canlı  materiya  olduğunu  söyləmək 

olmazdı. Fizika elminin son nailiyyətləri nəticəsində orqanizmdə biocərəyanın olduğu, adsorbsiya, diffuziya, 

osmos kimi proseslərin mahiyyətini açmaq mümken olmazdı. Fizika və kimyanın nailiyyətləri nəticəsində ən 

mürəkkəb maddə olan zülalların sintezi mümkün olmuşdur. Əsas məsələ bu elmlərin mahiyyətini və praktik 

rolunu məktəblilərin başa düşəcək səviyyədə izah etməkdən ibarətdir. Bu səbəbdən də məktəb proqramına, 

müasir didaktikanın tələblərinə uyğun olaraq ən mühüm anlayışlar, faktlar, qanunlar, nəzəriyyələr haqqında 

material  daxil  edilməlidir.  Fənlərarası  əlaqədən  hətta  müəllimlərin  başqa  elmlərdən  biliyini  inkişaf 

etdirməklə  yanaşı  təlim  prosesində  biliyini  sintez  və  ümumiləşdirməyə  kömək  edir.  Eksperimental  olaraq 

sübut  olunmuşdur  ki,  fənlərarası  əlaqədən  təlim  prosesində  düzgün  istifadə  etdikdə  şagirdlərin  təbiət  və 

təbiət  elmlərinin  əsas  anlayışı,  dialektikanın  ümumi  qanunları  haqqında  biliklərin  sistemli  formalaşmasına 

nail olmaq olar.  

Bioogiyanın  tarix,  kimya,  fizika,  riyaziyyat,  coğrafiya  və  s.  elmlərlə  əlaqəsinin  mahiyyətini  başa 

düşdükdə və onu həyata keçirdikdə, şagirdlərin bilik və bacarıqları daha da artar və inkişaf edər.   

 

 



NAR MEYVƏLƏRĠNĠN ĠKĠNCĠ DƏRƏCƏLĠ SƏNAYE EMALI MƏHSULLARINDAN YÜKSƏK 

METOKSĠLLĠ QĠDA PEKTĠNĠ ĠSTEHSALININ PERSPEKTĠVLƏRĠ 

 

Huseynova T.Q. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Çox qədimdən becərilən və istifadə olunan bitkilərdən biri də nar bitgisidir.O, Punicaceae fəsiləsinə 

aiddir.  Narin  elmi  adı  iki  latın  sözünün  birləşməsindən  alınmışdır.”Punica”  tünd  qırmızı  və  ya  parlaq 

qırmızı,“granatus”  isə  dənə  deməkdir.  .  Onun  ən  qiymətli  sortları  eramızdan  əvvəl  qədim  Yunanıstanın 

Karfagen  vilayətində  becərilmişdir.  Ölkəmizin  bir  sıra  rayonlarında  Ağsu,  Göyçay,  Ağdaş,  İsmayıllı, 

Lənkəran,  Masallı,  Şəmkir  və  s.zonalarında  çoxdan  nar  bağları  salınıb.  Bundan  əlavə  həmin  rayonların 

meşələrində, dağ yamaclarında cır nara da rast gəlinir.Azərbaycanda becərilən nar öz keyfiyyəti ilə fərqlənir. 

Son  25-30  ildə  Muğan  zonasında  -  Əli  Bayramlıda,  Sabirabadda,  Saatlıda,  Salyanda,  Neftçalada, 

Cəlilabadda, Kürdəmirdə, Beyləqanda  narın  müxtəlif  sortları  müvəffəqiyyətlə  becərilir  və  sahələri ildən-ilə 

genişləndirilir.Azərbaycanda  təbii  sahələrdə  miqdarı  azalmaqda  olan  relikt  növdü  də  vardırki,buda  Ağdaş, 

Dəvəçi,  Ağsu,  Astara,  Lənkəran,  Şəki  rayonlarında,  Türyançay  qoruğunda  və  Naxçıvan  MR  yayılmışdır. 

Hündürlüyü 1-10 m olan, parıltılı uzun lansetvari yarpaqlara malikdir. Çiçəkləri qırmızı rəngdə olur və iyul-

avqust aylarında çiçəkləyir.  

Nar  meyvələrinin tərkibində  8-19%  qlükoza  və  fruktoza,  1%  saxaroza,  şirin  sortlarda  0,2-2%,  turşa-

şirin  sortlarda  2-3%,  turş  narlarda  isə  3-7%  miqdarda  limon  turşusu  vardır.  Bundan  başqa  nar  şirəsində 

0,53%  mineral  maddələr,  0,50%  azotlu  maddələr,  7  mq%  C  vitamini,  qabığında  isə  11,85%  aşı  maddəsi, 

9,07%  sellüloza,  5,38%  pektin  maddələri,  14,1%  reduksiyaedici  şəkər,  1%  turşu  vardır.  Narın  tərkibində 

1,13%-ə qədər aşı maddələri olduğundan,dəri aşılamaq üçün və boya maddəsi alınmasında da ondan istifadə 

edilir.Nar  qabığının  kimyəvi  tərkib  göstəricilərinin  öyrənilməsi  onu  göstərir  ki,  istər  şirin  nar,  istərsə  də 

güleyşə  narı  sortundan  alınan  qabıqlarda  çoxlu  miqdarda  karotin  tərkibli  rəngləyici  maddələr  vardır.  Bu 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə