Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə72/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   68   69   70   71   72   73   74   75   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

140 



 

texniki  vasitələrin  imkanlarından  istifadə  edərək  aparılan  laboratoriya  işləri  daha  effektli,  canlı  və  yadda 

qalan  olur.  Rayon  və  kənd  məktəblərində  texniki  avadanlıqların  və  sinif  otaqlarında  lazimi  şəraitin 

olmamasına  görə  laboatoriya  işlərinin  aparılması  müəllimlərin  qarşısında  çətinlik  yaradır.  Bu  problem 

ənənəvi təhsil sistemində də mövcud idi, müasir dövrdə də əsas problem kimi qalır.  

 

 

Biologiya  dərslərinin  tədrisinə  daxil  olan  mövzulara  aid  olan  laboratoriya  və  praktik  işlərin  yerinə 

yetirilməsi  mövzuların  daha  da  yadda  qalmasına  səbəb  olur.  Bu  problemə  aid  yazılan  hər  hansı  bir  dərs 

vəsaiti  lazımlıdır.  Yeni  modellə  yazılan  laboratoriya  işlərində  bitkilər  və  heyvanlar  kursuna  aid  müxtəlif 

cədvəllərin,  sxemlərin  verilməsi  məqsədəuyğundur.  Bir  laboratoriya  işində  şagird  eyni  zamanda  müxtəlif 

formalı  tapşırıqları  yerinə  yetirir.    Biologiya  fənninin  tədrisinin  effektli  olması,  verilən  biliklərin  səmərəli 

təcrübələrə  tətbiq  olunması,  mövzunun  dərk  edilməsi,  idrak  fəaliyyətinin  aktivləşməsi  biologiya  fənninin 

tədrisi prosesində laboratoriya və praktik işlərin aparılmasından çox asılıdır. 

 

 

EFĠRYAĞLI ÖRTÜLÜTOXUMLU BITKILƏRĠNĠN ANTĠFUNQAL AKTĠVLĠYĠ 

 

Qəhramanlı G.Ə. 

Sumqayıt Dövlət Universiteti 

 

           Efir yağlı dərman bitkilərinin terapevtik xüsusiyyətlərə malik olması eksperimental olaraq öz təsdiqini 

tapmışdır.  Qeyd  edək  ki,  təbii  və  ya  sintetik  mənşəli  antifunqal  dərman  preparatları  içərisində  efir  yağlı 

dərman  bitkilərindən  alınan  preparatlar  aşağı  toksikliyi  və  yüksək  aktivliyi  ilə  fərqlənirlər.  Ona  görə  də, 

yabanı bitki florası içərisində göbələk əleyhinə vasitələrin axtarılması daha məqsədəuyğun hesab olunur və 

perspektiv  tədqiqatlara  yol  açır.    Ədəbiyyat  məlumatlarının  analizi  göstərir  ki,  tədqiq  olunan  bitkilərin 

tərkibində müalicəvi xüsusiyyətlər daşıyan müxtəlif növlü bioloji aktiv maddələr mövcuddur.  

          Apardığımız  tədqiqatlar  göstərir  ki,  tədqiq  edilən  bitki  növlərinin  və  onların  sulu  ekstraktlarının 

Trichoderma  lignorum,  Fusarium  oxysporium  və  Aspergillus  niger  göbələklərinə  qarşı  göstərdikləri 

antifunqal aktivliklər bir-birindən fərqlənirlər. Belə ki, bərk qidalı mühitdə göbələk koloniyalarının böyümə 

prosesinin analizi göstərir  ki,  Trichoderma  lignorum  göbələk  koloniyalarının diametri becərilmənin 3-cü 

günü 4,7-5,8-ə bərabər olur. Böyümə prosesinin bu göstəriciləri Anthemis rigescens, Euratorium cannabinum 

və Erigeron canadensis (Conyza canadensis) substratları olan bərk qidalı mühitdə müşahidə olunur. Hansı ki, 

bu göstəricilər kontrol variantla müqayisədə 0,2-1,3 sm çox olur. 

 

 

 



          Qeyd  edək  ki,  Trichoderma  göbələk  koloniyasının  böyüməsi,  başqa  sözlə,  koloniyanın  diametri 

Chenopodium  botrys  bitki  substratı  olan  bərk  qidalı  mühitdə  ən  aşağı  göstəricilərlə,  yəni,  d

k

=1,3  sm-ə 



bərabər olur.  Trichoderma göbələk koloniyası diametrinin orta böyüməsi isə müvafiq olaraq Leucanthemum 

vulgare substratı olan bərk qidalı mühitdə d

k

=2,4 sm-ə, Phlomis pungens substratı olan qidalı mühitdə d



k

=2,7 


sm-ə  bərabər  olur.  Becərilmənin  5-ci  günü  Trichoderma  göbələk  koloniyasının  tədqiq  olunan  bütün  bitki 

substratları olan bərk qidalı mühitdə kontrol variantla müqayisədə 2 dəfə artır.  

Trichoderma  göbələk  kulturasının  becərilməsinin  7-ci  günü  koloniyanın  diametri  Erigeron  canadensis 

substratı olan mühitdə d

k

=1,2  sm  əlavə  olaraq  artır.  Lakin,  Chenopodium  botrys,  Anthemis  rigescens  bitki 



substratları  olan  mühitdə  Trichoderma  koloniyasının  diametrində  artım  müşahidə  olunmur  və  5-ci  günün 

böyümə  göstəricilərinə  oxşar  olur.  Tədqiq  edilən  digər  bitkilərin  substratları  olan  qidalı  mühitlərdə 

Trichoderma  lignorum  göbələk  koloniyasının  böyümə  prosesində  çox  cüzi  dəyişikliklər  müşahidə  olunur. 

Belə ki, bu zaman göbələk koloniyasının diametri 0,5-2,8 sm arasında dəyişir. 

 

 

GĠLƏMEYVƏ PÜRESI ƏSASINDA ÇALINMIġ ġĠRĠN MƏMULATLARIN ĠSTEHSAL 



TEXNOLOGĠYASININ ĠġLƏNMƏSĠ 

 

Qəhrəmanlı N.A. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Günəşli  respublikamızın  müxtəlif  guşələrində  yayılmaqla  giləmeyvə  xalqın  tükənməz  sərvəti  olub, 

iqtisadi və mənəvi qida mənbəyidir. Bu giləmeyvəlilərin əksəriyyəti həm təzə halda qidalanmaq üçün və həm 

də  emal  sənayesində  istifadə  edilmək  üçün    olduqca  yararlıdır.  Giləmeyvələrin  tərkibində  olan  şəkər, 

turşular, vitaminlər, ətirli və aşı maddələri, insanların iqtisadi  ehtiyacını qismən ödəməklə, onların sağlam 

və gümrah olmasına müsbət təsir göstərir. Giləmeyvələrin insan həyatında rolu olduqca böyükdür, insanlar 

hələ çox qədimdən   giləmeyvəyə qida ilə yanaşı, müalicə  vasitəsi kimi də geniş istifadə etmişlər. 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

141 



 

Giləmeyvələr  şəkərli  və  şəkərsiz  diabet,  taxikardiya,  qan  azlığı,  ürək  çatışmazlığı,  müxtəlif  mədə-

bağırsaq  xəstəlikləri,  göz  xəstəlikləri  və  s.  müalicəsində  əvəzedilməz  əhəmiyyət  kəsb  edirlər.  Belə  ki,  bu 

səbəbdən  də  yerinə  yetirilməsi  nəzərdə  tutulan  bu  tədqiqat  işində  alınan  giləmeyvə  püresi  əsasında    pəhriz 

xassəli  kərəyağlı krem texnologiyasının işlənib hazırlanması, istehsalda tətbiq olunması qida sənayesi üçün 

həm  də  iqtisadi  cəhətdən  sərfəlidir.  Alınan  məmulatlar  qida  sənayesi    texnologiyası  istiqamətində  elmi 

fikirlərin  inkişafı  və  zənginləşdirilməsi  üçün  də  əhəmiyyət  kəsb  edir.  Aparılmış  tədqiqatlar  nəticəsində 

yüksək həlməşik əmələ gətirən meyvə giləmeyvə püresinin texnologiyası və resepturası müəyyən edilmişdir. 

Cədvəl 1.də yüksək həlməşik əmələ gətirən   giləmeyvə püresinin resepturası verilmişdir.                                                                                                     

Yüksək həlməĢik əmələ gətirən giləmeyvə püresinin resepturası                 Cədvəl 1 

Xammalın adı 

Quru maddəyə görə 

kütləsi, % 

1 kq məhsul üçün xammal sərfi, q 

Naturada                quru maddə 





Giləmeyvə püresi 

25,0 

890 


222,5 

Su 


178 


Çay sodası 

100 

8,9 


8,9 

Cəmi: 


 

1100,6 


2504 

Çıxarı 


 

1000,0 


 

Giləmeyvə  püresinin  texnoloji  prosesi  aşağıdakı 

kimi aparılır. Meyvə  giləmeyvə  yuyulur,  təmizlənir, pH 

3,55 çatdırılır. Hazırlanmış kütlə  90 dəqiqə müddətində 

50

o

S temperaturada hidrotermik üsuldan keçirilir. Sonra 



həmin  kütləyə  50%-li  NaHCO

məhlulu  əlavə  edib,  pH 



4,33-4,62%-ə çatdırılır.  Bundan sonra həmin giləmeyvə 

püresi  30-40  dəqiqə  müddətində  yumşalana  qədər 

qarışdırılır. Bunun nəticəsində giləmeyvə sintezi özündə 

yüngülvari  kütlə  əmələ  gətirməklə  meyxoş  tama  malik 

giləmeyvə hissəciklərindən ibarətdir. 

Hazır  edilmiş  püre  80

o

S  temperaturada  2  saat 



müddətində  saxlanılır.  Aşağıda  jele  əmələgətirən 

giləmeyvə  püresinin  sxematik  istehsal  texnologiyası 

göstərilmişdir (şəkil1). 

Şirin  çalınmış  məmulatların  keyfiyyət  amillərini 

təmin  edən  göstəricilərdən  biri  onların  struktur 

quruluşunun 

isitmə 

prosesində 



dəyişmə 

xüsusiyyətləridir. Buna görə də çalınmış kütlənin quruluş 

formasına  təsir  edən  şəkər  zülalla  yanaşı  çalma 

müddətinin effektivliyi də müəyyən edilir. 

 

 

BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ ĠNTEQRATĠV ƏLAQƏLƏRĠN YARADILMASI  

 

Quluzadə A.Ş.  

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

Bioloji  təlimin  fənlərarası  inteqrasiya  prinsipi  əsasında  təşkili  şagirdlərdə  təbiətin,  dünyanın  tamlığı, 



vahidliyi ideyasının formalaşdırmağın metodologiyası kimi qiymətləndirilir. Canlının hüceyrədən orqanizmə 

qədər  inkişafının,  bu  inkişafa  təsir  edən  amillərin  vəhdətinin,  canlıların  inkişafında  cansız  aləmin  rolunun, 

həyatın yaranmasının və davamlı inkişafının səbəb və nəticələrinin dərk edilməsinə yönəldilir. Biologiyanın 

tədrisində fənlərarası inteqrasiyanın tətbiqi VI-XI siniflərdə inkişafetdirici təlimə tam uyğundur. Fənlərarası 

inteqrasiya məlum təkrarlarla deyil, məlumda yenini araşdırmaq, müşahidə etməklə inteqrativ nəticələr əldə 

olunması kimi aparılmalıdır. 

Pedaqoq və metodist alimlərdən B.A.Əhmədov (1), N.M.Kazımov (2), Ə.M.Hüseynov (5), P.Paşayev 

(4),  F.Orucov  (3),  H.M.Hacıyeva  (6)  və  b.  tədris  prosesində  ümumi  aspektdə  fənlərarası  inteqrasiya 

probleminə münasibət bildirmişlər, lakin fənlərarası inteqrasiyanın tətbiqi yollarını göstərməmişlər.  

Şəkil 1. Giləmeyvə 

püresinin yüksək jele 

əmələgətirmə 

xüsüsiyyətlərinin 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə