Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə73/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   69   70   71   72   73   74   75   76   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

142 



 

İnteqrasiya  termini  XX  əsrin  sonundan  istifadə  olunmağa  başlasa  da,  onun  ifadə  etdiyi  mahiyyət 

zəngin  tarixə  malikdir.  İnteqrasiya  anlayışı  əsrlər  boyu  təhsilin  məzmununda  birləşmə,  bağlılıq,  sintez 

mənasını  verən  müxtəlif  terminlərlə  adlandırılmışdı.  “İnteqrasiya”  anlayışı  ilk  dəfə  ingilis  alimi  Q.Spenser 

tərəfindən  söylənmiş  və  elmdə  istifadə edilməsi təklifi irəli sürülmüşdür.  İnteqrasiynın  mahiyyətini  bir  çox 

lüğətlər  açıqlayır.  Belə  ki,  qısa  psixoloji  lüğətdə  inteqrasiya  qrupdaxili  proseslər  sisteminin  uyğunluğu, 

ardıcıllığı və sabitliyi kimi dəyərləndirilir.  

Biologiyanın tədrisində fənlərarası inteqrasiya bir neçə istiqamətdə, müxtəlif metod və yollarla həyata 

keçirilə  bilər.  Birinci  istiqamət  məzmun  xətlər  üzrə  inteqrasiyanın  təşkili  yollarıdır.  Məzmun  xətləri  üzrə 

fənlərarası  inteqrasiya  təlim  nəticələrinə  dair  ümumi  orta  və  tam  orta  təhsil  səviyyələri  daxilində  aparılır. 

Eyni  zamanda  təhsil  səviyyələri  arasında  fəndaxili  inteqrasiya  həyata  keçirilir.  Məzmun  xətlərinin  təlim 

nəticələri əsasında siniflər arasında fənlərarası inteqrasiya yaradılır. Məzmun xətləri üzrə aparılan fənlərarası 

inteqrasiya bilik və bacarıqların şagirdlər üçün aydın olmasına, bilikləri müstəqil əldə etməsinə, uzun müddət 

yadda  saxlanmasına,  vərdişə  çevrilməsinə  təminat  verir.  Məzmun  xətləri  üzrə  fənlərarası  inteqrasiyanın 

yaradılması bir sıra metodlardan, forma və yollardan istifadə edilməsini tələb edir. 

Dərslərdə fəal təlim metodlarının tətbiqi fənlərarası inteqrasiyanın yaradılmasına geniş imkanlar açır. 

Klaster  üsulundan  istifadə  edərkən  müəllim  istər-istəməz  şagirdlərin  keçmiş  bilikləri  ilə  inteqrasiya 

yaradılmasını  həyata  keçirir.  Məsələn,  VIII  sinifdə  “Xordalılar  tipi.  Kəlləsizlər  yarım  tipi.  Başıxordalılar 

sinfi”  mövzusunun  tədrisində  klaster  tətbiq  etdikdə  müəllim  şagirdlərə  tanıdıqları  heyvanların  adlarını 

deməyə  və  klasterin  şaxələrində  qeyd  etməyi  təklif  edir.  Şagirdlər  müxtəlif  heyvanların  adını  çəkir,  qeyd 

edir,  müəllim  onları  sistemləşdirərkən  xordalıları  ayırır.  Onların  xüsusiyyətlərini  aydınlaşdırır.  Şagirdlər 

indiyə qədər öyrəndikləri heyvanları yada salmaqla fənlərarası inteqrasiyanı yaratmış olurlar. 

Beləliklə,  Orta  məktəbdə  biologiya  fənninin  tədrisinin  keyfiyyətinin  yüksəldilməsində,  şagirdlərin 

təfəkkür  qabiliyyətinin  inkişafında  fənlərarası  əlaqədən  istifadənin  yolu  mühümdür  və  bu  problem  həmişə 

diqqət mərkəzində olmalıdır. 

 

 

AZƏRBAYCANIN QƏDĠM VƏ PRIMĠTĠV HƏġƏRAT QRUPLARININ  

(ƏQRƏBMĠLÇƏKLƏR VƏ DƏVƏCĠKLƏR) TƏDQĠQĠNƏ DAĠR 

 

Qurbanova X.V. 

AMEA Zoologiya institutu Quru onurğasızları laboratoriyası 

 

Əqrəbmilçəklər  (Mecoptera)  və  dəvəciklər  (Raphidioptera)  qədim  və  primitiv  həşərat  qrupuna 

aiddirlər.  Əqrəbmilçəklərin  (Mecoptera)  dünya  faunasında  681,  dəvəciklərin  isə  271  növü  məlumdur. 

Azərbaycanda  A.V.Boqaçov  tərəfindən  əqrəbmilçəklərin  Panorpidae  fəsiləsinə  aid  3  növün  (Panorpa 



communis  Linnaeus,  1758,  P.connexa  MacLachlan,  1869)  və  Bittacidae  fəsiləsindən  1  növün  (Bittacus 

tipularius (Fabricius, 1775)) yayıldığı qeyd edilir. N.H.Səmədov tərəfindən bu siyahıya Panorpa caucasica 

MacLachlan,  1869  növü  də  əlavə  edilmişdir.  Lakin  hər  iki  fəsiləyə  aid  kolleksiya  bizim  günlərədək 

saxlanmamışdır. Tezisdə İ.Q.Kərimovanın 2002-2012-ci illər ərzində topladığı, lakin işlənməmiş materiallar 

analiz edilmişdir.  

Material  Azərbaycanın  Balakən,  Şamaxı,  İsmayıllı,  Siyəzən  və  Lənkəran  rayonlarının  müxtəlif 

kəndlərindən  entomologiyada  qəbul  olunmuş  ümumi  metodlardan  istifadə  edilməklə  toplanmışdır. 

Əqrəbmilçəklərin və dəvəciklərin imaqolarının səhər və gündüz saatlarında fəal, günün ikinci yarısında isə 

passiv olduğu müşahidə edilmişdir. Buna görə də günün birinci yarısında imaqolar yüngül qaz materialından 

hazırlanmış entomoloji tor vasitəsilə bitkilər üzərindən çalma yolu ilə, günün ikinci yarısında isə oturduqları 

kolların budaqlarının silkələnməsi ilə, ağ rəngli parçadan hazırlanmış və budaqların altına sərilmiş “yapon 

çətiri”nin  üzərinə  düşən  fərdlər  toplanmışdır.  Toplanmış  materiallar  95%-li  spirtə  yığılmış  və  üzərində 

toplanma yeri və vaxtı qeyd edilmiş etiketlə təmin edilmişdir.  

Yuxarıda  adları  çəkilən  əqrəbmilçəklərin  ikisi,  əsil  əqrəbmilçəklər  (Panorpidae)  fəsiləsinə  aid  olan 

P.communis  əsasən  Böyük  Qafqaz  təbii  vilayətində  (1♂,  1♀,  Balakən,  Cicixana  k-di,  meşədə  kolların 

üzərindən,  25.05.2012,  H  244m,  N  41.67492,  E  046.46249;  1♂,  1♀,  Şamaxı,  Dəmirçi  k-di,  su  hövzələri 

yaxınlığında bitən bitkilər üzərindən, 07.07.2017, H 1613m, N 40°50'31.88", E 48°33'48.12"; 1♀, Siyəzən, 

Səadan k-di, meşədə ağaclar üzərindən, pıtraq birkisinin (Xanthium sp.) yarpaqlarının altından, 20.05.2013, 

H 518m; N41° 3'23.50"; E 49° 3'9.95") və Lənkəran təbii vilayətində (1♂, Lənkəran, Bürcəli k-di, meşədə 

kollar  üzərindən,  15.04.2002,  Н  3m,  N  38°40'34.90",  E  48°48'0.05"),  P.connexa  isə  yalnız  Böyük  Qafqaz 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

143 



 

təbii vilayətində (1♂, Balakən, Cicixana k-di, meşədə kolların üzərindən, 25.05.2012, H 244m, N 41.67492, 

E 046.46249) qeydə alınmışdır. Dəvəciklərdən əsil dəvəciklər (Raphidiidae) fəsiləsinə aid olan Xanthostigma 

sp.  Böyük Qafqaz təbii vilayətində (1♀, Balakən, Cicixana k-di, meşədə kolların üzərindən, 25.05.2012, H 

244m,  N  41.67492,  E  046.46249),  Phaeostigma  sp.  isə  Orta  Araz  təbii  vilayətində  (10♀,  15♂,  Naxçıvan 

MR, Ordubad, Ağdərə, 07-13.VI.2017, H 1919, N 39

0

05´38.3´´, E 045



0

54´42,6) toplanmışdır. Xanthostigma 

sp.  –  nin  Balakəndə  tək-tək  rast  gəlindiyi  halda,  Naxçıvan  MR-da  Phaeostigma  sp.-nin  stabil 

populyasiyasına  rast  gəlinmişdir.  Bu  növ  əsas  etibarilə  qanqal  (Carduus  sp.)  bitkisinin  üzərində  təsadüf 

edilmişdir. Əqrəbmilçəklər əasən su hövzələri yaxınlığında, kölgədə, rütubətin yüksək olduğu yerlərdə bitən 

bitkilər  üzərindən,  dəvəciklər  isə  meşələrdə  ağac  və  kolların  üzərindən  və  ya  çəmənliklərdə  ot  bitkilərinin 

üzərindən toplanmışdır. Demək olar ki, materialın toplandığı ərazilərin heç birində əqrəbmilçəklərin çoxsaylı 

populyasiyasına rast gəlinməmişdir.  

Mecoptera  və  Raphidioptera  nümayəndələri  Azərbaycanda  azsaylıdırlar.  Bu  dəstələr  üzərində  ətraflı 

tədqiqat işi aparılmadığından onların qorunması üçün hələlik heç bir tədbir görülməmişdir.  

 

 

BĠOTEXNOLOGIYA FƏNNĠNĠN ALĠ TƏHSĠL MÜƏSSĠSƏLƏRĠNDƏ LABORATORĠYA 



MƏġĞƏLƏLƏRĠNĠN TƏġKĠLĠ VƏ TƏDRĠSĠNDƏ VACĠB OLAN ÜMUMĠ MÜDDƏALAR 

 

Maliyeva S.İ. 



Odlar Yurdu Universiteti  

 

Biotexnologiya  fənnini  laboratoriya  dərslərində  biotibbi  cihazlarda  işləməyə  aşağıdakı  tələbələr 



buraxılır:  texniki  təhlükəsizlik  və  istesalat  sanitariyası  təlimatını  keçənlər,  yanğın  təhlükəsizliyi  təlimatını 

keçənlər,  bu  tip  işləri  görməyə  tibbi  əks  göstəricisi  olmayanlar.  Təhlükəsiz  iş  metodlarını  təmin  etmək, 

istehsalat  zədələrinin,  yanğın  təhlükəli  hadisələrin  və  peşə  xəstəliklərinin  qarşısını  almaq  məqsədilə 

tələbələrə mühazirələr oxunmalı, təlimatlar keçirilməlidir. 

Əmək təhlükəsizliyi təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik öyrətmələri , yanğına qarşı 

təhlükəsizlik üsulları, istehsalat sanitariya qaydaları müxtəlif vasitələrlə aparılır. 

Texniki təhlükəsizlik və yanğına qarşı təhlükəsizlik qaydalarını pozan tələbələr həmən laboratoriyadan 

çıxarılırlar. 

Məşğələ rəhbəri iş yerində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi təlimatlarını 

keçirmək və bu haqda həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi jurnallarında qeydlər etməli, 

dərs  vaxtı  laboratoriyada  olmalı,  tələbələrin  işinə  nəzarət  etməli, inventarın  və  cihazların  korlanmasına  yol 

verməməli,  dərsdən  əvvəl  və  dərsin  sonunda  sinifin  texniki  vəziyyəti  haqqında  müvafiq  jurnalda  qeydlər 

etməlidir.  Laboratoriya  işinin  hesabatında  birinci  səhifənin  yuxarısında  laboratoriya  işinin  adı  və  sıra  sayı 

göstərilir. Sonra bütün zəruri məlumat əlaqəli mətnlə yazılır. Səhifələrin, şəkillərin, cədvəllərin, ədəbiyyatın 

sıra sayı hər bir hesabatda ayrıca göstərilir. Hesabat  Times New Roman şriftilə, 14 ölçüdə, 1,5 interval ilə, 

soldan 3 sm, qalan yerlərdən 2 sm sahə ilə çap edilir. 

Ədəbiyyata müraciət mətndə kvadrat mötərizələrdə -  həmin ədəbiyyatın hesabatın sonunda göstərilən 

istifadə  olunmuş  ədəbiyyat  siyahısındakı  sıra  sayı  göstərilir.  Ədəbiyyat  siyahısı  müvafiq  qaydalara  uyğun 

yazılmalıdır.Jurnal  materiallarından  istifadə  edərkən  məqalə  müəllifinin  soyadını,  inisiallarını,  məqalənin 

adını, jurnalın adını, nəşr ilini, səhifənin nömrəsini göstərmək lazımdır. Kitablara müraciət edərkən soyadı və 

inisiallar, kitabın adı, çap olunduğu şəhər, nəşr olunduğu il, səhifə göstərilməlidir. Kollektiv monoqrafiya və 

məqalələr toplusu üçün redaktor, məqalələr toplusu üçün həm də ilk üç müəllif göstərilir. 

İnternet materiallarına müraciət edərkən biblioqrafik materialların çapına qoyulan tələblərə tam əməl 

etmək, internet materialının tam ünvanını, o cümlədən saytın adını göstərməli. 

Qanunvericilik aktlarına müraciət edildikdə onun rəsmi adı və rəsmi mənbəyi göstərilməlidir. Hesabat 

tələbənin özü tərəfindən yazılmalı, internetdən olduğu kimi köçürülməməli və ya kompyuterdə bu metodik 

göstərişdən  mətn  kimi  yığılmamalıdır.  Haradansa  olduğu  kimi  götürülən  material  dırnaq  arasında 

göstərilməlidir. 

Məlumdur ki, “ köhnə “ yazılara xas olan stil aşağı kurs tələbələrinin yazı stilindən çox fərqlənir. Ona 

görə də müəllim çətinlik çəkmədən başqasından köçürülən materialı təyin edə bilir. Bundan əlavə internetin 

köməyilə    “şübhəli”  mətndən  hər  hansı  bir  söz  yazmaqla  “mənbəni”  tapmaq  olur.  Həm  də  bu  yoxlamanı 

həyata keçirən xüsusi sayt mövcuddur  www.antiplagiat.ru . 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə