Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə71/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   67   68   69   70   71   72   73   74   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

139 



 

hüceyrəxarici  maye  ilə  tarazlanması  bir  neçə  saat  müddətində  baş  verir.  CO

2

  bütün  hüceyrə  zarlarından 



asanlıqla  keçə  bilir.  Hidrokarbonat  bufer  sisteminin  komponentlərinin  bu  diffuziyası,  hüceyrəxarici  pH 

səviyyəsində  dəyişikliklər  olduğu  zaman  hüceyrədaxili  mayelərin  pH-nın  dəyişməsinə  səbəb  olur.  Bu 

səbəbdən hüceyrələrin daxilindəki bufer sistemləri, hüceyrəxarici mayelərin pH dəyişikliklərinin qarşısı alır, 

amma tam aktiv olmaları üçün bir neçə saat vaxt lazım olur. 

 

 

 



 

 

 



Orqanizm  mayelərindəki  ümumi  kimyəvi  buferin  60-70%-ə  qədəri  hüceyrə  daxilində  baş  verir  ki, 

bunun böyük bir qismini hüceyrədaxili zülallar təşkil edir. Ancaq eritrositlər istisna olmaqla, hüceyrədaxili 

turşu-əsas homeostazının tənzimlənməsində zülal bufer sistemləri bir neçə saat müddətinə təsir göstərir.  

Hüceyrə  daxilindəki  yüksək  zülal  konsentrasiyasına  əlavə  olaraq  zülal  sisteminin  pK  dəyərinin, 

hüceyrədaxili pH dəyərinə yaxın olması da bufer gücünü daha da artırır.  

Zülalların buferlik xüsusiyyəti onların amfoterliyi ilə izah olunur. Zülallar dissosiasiya edərkən  H

+

 və 


  

 

  əmələ  gəlməsinə  səbəb  olur.  Əsasi  məhlulda  zülallar  H



+

  ionlarını  ayıraraq  özlərini  turşu  kimi  aparır, 

turş məhlulda isə 

  

 



 ionlarını ayırır və özünü əsas kimi aparır.  Belə maddələr amfoter elektrolitlər və ya 

amfolitlər adlanır. Plazmanın quru qalınlığının 7-8% zülallar, 4-5% albuminlər və 2,5-3% qlobulinlər təşkil 

edir.  Zülalların bufer tutumu hidrokarbonat buferi ilə nisbətdə çox deyil. 

 

Qanın  zülalları  qüvvətli  bufer  təsir  göstərib  qanın  pH-nı  7,35-7,65  daxilində  saxlayır. 



   (  

 

)   



 

 quruluşlu zülal anionu turşularla (məsələn karbonat turşusu) reaksiyaya girərək ionlaşmış 

zülal molekulu əmələ gətirir. 

   (  


 

)   


 

   


 

  

 



     (  

 

)          



 

 

 



Bu reaksiya sayəsində pH-ın qiyməti nəinki sabit saxlanılır, həm də karbon 4-oksidin daşınması təmin 

edilir.Məhluldakı  bütün  bufer  komponentlərin  cəmi  H



+

  konsentrasiyasının  tənzimlənməsində  eyni  zamanda 

iştirak edir. Orqanizm mayelərindəki bufer sistemləri ayrı-ayrılıqda deyil, birlikdə fəaliyyət göstərir.  

 

 



     

 

 



  

 

 



 

   


 

 

  



 

 

 



   

 

 



  

 

 



 

 

K



1

, K


2

, K


3

 uyğun olaraq, HA

1

, HA


2

 və HA


3

 olan üç turşunun dissosiasiya sabitləridir; A

1

, A


2

, A


3

 isə üç 


bufer  sistemindəki  əsasları  əmələ  gətirən  sərbəst  mənfi  ionların  konsentrasiyalarıdır.  Bu  prinsipin  mənası 

belə  izah  olunur:  bufer  sistemlərinin  birini  dəyişdirən  hər  hansı  bir  səbəb,  digər  bufer  sistemlərinin  də 

tarazlığını dəyişdirəcək.  

  

 



ġAGĠRDLƏRƏ BĠOLOGĠYA DƏRSLƏRĠNDƏ LABORATORĠYA ĠġLƏRĠNĠN  

APARILMASININ ƏHƏMĠYYƏTĠ 

 

İsmayilova N.V.  

Sumqayıt Dövlət Universiteti 

 

Son  illər,  xüsusilə  XXİ-ci  əsrin  ilk  illərindən  başlayaraq  biologiya  dərslərində  laboratoriya  işlərinin 

aparılması daha da təkmilləşdi və genişləndirildi. Bu dövrdən başlayaraq nəşr olunan Biologiya proqramında 

(VI-XI  siniflər  üçün)  IX  siniflərdə  minimum  və  maksimum,  qalan  siniflərdə  isə  maksimum  proqram 

saatlarında laboratoriya işlərinin sayı əvvəlki illərə nisbətən daha da artırılmışdır. Digər fənlərdə olduğu kimi 

biologiyadan  da  aşağı  siniflərdə  şagirdlərə  ilkin  biliklər  verilir.  Sonrakı  illərdə  isə  bu  biliklər  getdikcə 

çətinləşir  və  elə  bu  çətinliyi  aradan  qaldırmaq  üçün  fənnin  tədrisində  laboratoriya  işlərinin  aparılması 

məqsədəuyğundur. 

Biologiya  dərslərində  laboratoriya,  praktik  və  digər  müstəqil  işlərin  aparılması  zamanı  müəllim 

aşağıdakı  məsələlərin  şagirdlərlə  birgə  həyata  keçirilməsinə  nail  olur:  əvvəlki  qazanılan  biliklərə  istinadən 

şagirdlərin  yeni  mövzunu  mənimsəməsi;  problem-situasiya  yaratmaqla,  şagirdlərin  laboratoriya  işlərində 

qoyulan  problemlərin  həllinə  nail  olmaq;  şagirdlərin  təfəkkürünü  inkişaf  etdirmək  məqsədilə  keçmiş 

mövzuda  verilən  laboatoriya  işi  ilə  eyni  mövzu  arasında  əlaqə  yaratmaq;  şagirdlərin  müstəqil  işləməsində 

onların bilik  və  bacarıqlarından  maksimum  istifadə  etmələrinə nail  olmaq;  praktik  işləri  həyata  keçirərkən 

şagirdlərin  təcrübələri  sərbəst  həyata  keçirmələrinə  nail  olmaq,  laboratoriya  işlərində  aldıqları  bilikləri 

təcrübədə tətbiq etmək üçün verilən müqayisə cədvəllərinin, sxemlərin doldurulması və yazılmasına nəzarət; 

Laboratoriya  işlərinin  aparılmasının  keyfiyyətə  müsbət  təsiri  fəal  təlim  metodlarının  və  yeni  təlim 

texnologiyalarının  tətbiqi  nəticəsində  daha  da  səmərəli  olur.  Bu  zaman  əsas  məsələ  fənni  tədris  edən 

müəllimin həmin  metodlardan düzgün istifadə etməsidir. Laboratoriya işlərinin aparılması şagirdlərin bilik 

və bacarıqlarının qiymətləndirilməsində də əhəmiyyətlidir. Biologiyanın ayrı-ayrı kurslarına aid laboratoriya 

işlərinin aparılması təlimin keyfiyyətini yüksəldən əsas amillərdən biridir. 

 

 



 

 

Laboratoriya işlərini hər müəllim öz iş metoduna, biologiya fənn kabinetinin vəziyyətinə uyğun aparır. 



Belə  işlər  hər  mövzunun  özünə  aid  metodla  da  aparıla  bilər.  Məsələn:  şəhər  məktəblərində  aparılan 

laboratoriya işləri texniki vasitələrin köməyi ilə aparıla bilər. Video filmlər, diafilmlər, kompyuter və digər 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə