Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə67/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   63   64   65   66   67   68   69   70   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

132 



 

BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ ġAGĠRDLƏRĠN YARADICILIQ QABĠLĠYYƏTĠNĠN 

FORMALAġMASI YOLLARI 

 

Həsənova G.H. 

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

Yaradıcılıq mürəkkəb psixoloji proses hesab edilir və demək olar ki,fərdi xarakter daşıyır.Yaradıcılıq 

idrak  fəaliyyətinə  əsaslanır.Yəni  idrak  prosesi  nə  qədər  inkişaf  edərsə  yaradıcılıq  qabiliyyətinin  də 

formalaşması bir o qədər sürətlə baş verər. 

Yaradıcılıq  qabiliyyəti  fərdi  xarakter  daşıdığına  görə  ayrı-ayrı  şagirdlərdə  fərqli  istiqamətlər  üzrə 

inkişaf edir. Bu həm də şagirdlərin tələb olunan qabiliyyətlərə müxtəlif səviyyədə malik olması ilə bağlıdır. 

Məsələn,bir şagird şeir yaza bilər , digərinin riyazi təfəkkürü digərlərindən üstün ola bilər, yaxud başqa bir 

şagirdin  fiziki  qabiliyyəti  daha  yüksək  inkişaf  etmiş  olar.  Müəllimin  əsas  vəzifəsi  şagirdlərdə  bu 

qabiliyyətlərin  vaxtında  aşkar  etməsidir.Şagirdlərdə  yaradıcılıq  qabiliyyətinin  formalaşdırılması  müəllimin 

öhdəsinə düşür. 

Yaradıcılıq  prosesində  şagirdin  bütün  psixi  prosesləri,  onun  duyğu,  qavrayış,  hafizə,  təfəkkür  və 

təxəyyülü iştirak edir. Müəllim bunu nəzərə almalıdır.Bu əsasən dərs prosesində mümkün olur.Dərs müvafiq 

cədvəl  üzrə  müəyyən  vaxt  ərzində  tədris  proqramına  uyğun  təşkil  edilən  məşğələ  növüdür.  Dərs  təlimin 

daimi  forması  olub  ,şagirdlərin  müntəzəm  olaraq  biliklərə  ,bacarıq  və  vərdişlərə  yiyələnməsini  təmin  edir. 

Dərsin  əsas  vəzifələrindən  biri  təhsilverici  vəzifədir.Bu  vəzifə  müəllimin  konkret  anlayışları  ,prosesləri 

öyrətməklə dərsdən-dərsə şagirdlərin biliklərini, ümumi və xüsusi qabiliyyətlərini inkişaf etdirir. 

Qabiliyyətlərin formalaşdırılması iki formada həyata keçirilir: 

1) ümumitəhsil  bacarıq  və  vərdişlərin  formalaşdırılması:buraya  dərsliklə,  dəftərlə  iş,  lövhədə  və 

dəftərdə sxem qurmaq, obyekt və hadisələri adlandırmaq və s. kimi qabiliyyətlər aid edilir. 

2) Xüsusi bacarıq və vərdişlərin inkişaf etdirilməsi:buraya təbiətdə ,məktəbyanı sahədə evdə fenoloji 

müşahidə  aparmaq,  kolleksiya  toplamaq  ,herbari  düzəltmək  ,sadə  alət  və  cihazlardan  istifadə  etmək 

qabiliyyəti aid edlilə bilər. 

Şagirdlərdə  yaradıcılıq  qabiliyyətinin  formalaşdırılması  həm  dərs  müddətində  deyil  həm  də 

dərsdənkənar  tədbirlərdə  inkişaf  etdirməlidir.  Dərs  prosesində  həmin  şagirdlərdə  yaradıcılıq  qabiliyyətinin 

formalaşdırması  üçün  müəllim  həmin  qabiliyyətlərə  malik  olmalıdır.Çünki  müəllim  həmin  qabiliyyətləri 

dərk etməsə, özündə onları inkişaf etdirməsə, şagirdlərə onları ötürməkdə çətinlik çəkər. 

Pedaqoji  fəaliyyətin  müvəffəqiyyətini  təmin  etmək  üçün  lazım  olan  müəllimin  şəxsi  pedaqoji 

qabiliyyətlərindən  biri  də dözümlülük  və  özünəsahib  olmaq  qabiliyyətidir. Müəllim  həmişə  hər  cür,  hətta 

gözlənilməyən  şəraitdə  özünü  ələ  almağı,  öz  hisslərini,  temperamentini  cilovlamağı  bacarmalı,  öz 

davranışına nəzarəti itirməməlidir. Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq 



üçün  psixi  vəziyyət  yarada  bilməsidir. Bu  cür  qabilliyətə  malik  olan  müəllimlər  özlərinin  gümrahlığı, 

həyatsevərliyi,  kifayət  qədər  canlılığı  ilə  fərqlənirlər.  Nə  olursa  olsun,  müəllim  həmişə  nikbin,  arzuolunan 

əhval-ruhiyə  ilə  sinfə  daxil  olmalıdır.  Məhz  buna  görə  də  müəllim  özünün  əhvalını  idarə  etməyi, 

tənzimləməyi bacarmalıdır.Buraya stimullaşdırma amilləri də  aid edilir. 

 

 

AZƏRBAYCANDA YETĠġDĠRĠLƏN KORTOF SORTLARININ ZƏRƏRSĠZLĠK 



GÖSTƏRĠCĠLƏRĠ 

 

Hüseynli N.F. 

Azərbaycan Dövlət Iqtisad Universitetİ(UNEC) 

 

Yüksək  məhsul  almaq  üçün  kartofun  bioloji  xüsusiyyətlərini,  torpaq-iqlim  şəraitini,  kübrələnməsini, 

aqrotexnikasını,  ziyanvericilərə,  xəstəliklərə  qarşı  mübarizə  üsullarını  və  onların  kartofun  keyfiyyətinə, 

pestisidlərin kartof bitkisinə və yumrulara təsirini nəzərə almaq lazımdır.  

Kartof  qiymətli  ərzaq  məhsuludur.  Eyni  zamanda  o,  həmdə  heyvandarlıqda  yem  kimi  və  müxtəlif 

texniki  məqsədlər  üçün,  nişasta  və  spirt  istehsalında  istifadə  olunur.  Kartofun  yumrularında  16-25% 

karbohidratlar  və  3%-ə  qədər  qiymətli  zülal  maddaləri  vardır.  Kartofda  çoxlu  şəkərlər,  mineral  duzlar, 

vitaminlər  toplanır.  Onun  tərkibində  insan  orqanizmi  üçün  əvəzolunmaz  valin,  lizin,  fenilalanin,  triktofan, 

leysin, izoleysin, metionin, trsonin zülalları vardır. 300 qram bişmiş kartof insanın bir günlük C vitamininə 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

133 



 

olan  tələbatının  50%-ni  və  kaloriyə  olan  tələbatının  isə  10%-ni  təmin  edir.  Kartofdan  müalicə  kimi  ürəyin 

fəaliyyətini  yaxşılaşdırlmaqda  istifadə  olunur.  Bu  baxımdan  kartofun  çeşidini,  sortlarını,  keyfiyyətini 

yüksəltmək çox  vacibdir. Kartof kütləvi istehlak edilən məhsullar sırasına daxildir. Kartofdan 100-ə yaxın 

məhsul istehsal edilir, onun emal sənayesində də əhmiyyəti böyükdür. 

Son  illərdə  kartof  bitkisi,  onun  yumruları  bir  çox  təhlükəli  xəstəliklərlə  zədələnir.  Bu  baxımdan  da 

kartofun  göbələk  xəstəliklərinin  faraş  məhsul  üzərində  öyrənilməsinə  böyük  diqqət  yetirilir. Kartof  tez-tez 

infeksion  göbələk,  bakterial,  funksional  və  ya  fizioloji  xəstəliklərlə  xəstələnir.  Bu  xəstəliklər  kartofun 

keyftyyətini,  məhsuldarlığını  aşağı  salır  və  ciddi  surətdə  itkilərə  gətirib  çıxarır.  Həmin  xəstəliklər  tarlada, 

vegetasiya dövründə, məhsul yığımı zamanı, daşınmağa hazırlanan vaxt, saxlanmaya hazırlanan vaxtı inkişaf 

edirlər.  Respublikanın  kartof  becərən  zonalarında  kartof  sortlarında  az  və  çox  miqdarda  yarpaq  burulması, 

alabəzəklik,  bitkilərin  cırtdan  boyluğu,  eybəcər  yumrular,  yarpaqların  qıvrılması,  bükülməsi  və  s.  bu  kimi 

virus  xəstəlikləri  müşahidə  olunur.  Kartofun  viruslarla  yoluxma  dərəcəsini  öyrənmək  üçün  sahədən  100 

yarpaq  yığıb  mənənələri  sayırlar.  Əgər  yarpaq  üzərində  20  mənənə  varsa  sahənin  sanitariya  vəziyyəti 

yaxşıdır.  Mənənələrin  sayı  80-100  ədəd  olarsa,  onda  kartof  əkinləri  virusla  çox  yoluxmuşdur.  Aparılan 

təcrübələr nəticəsində aydın olmuşdur ki, aran rayonu kimi Tovuz və dağlıq zona kimi Gədəbəydə virusların 

yayılmasında əsas rolu adi kartoə mənənəsi, yaşıl şaftalı mənənsi və bostan mənənəsi oynayır. 

Beləliklə,  müəyyən  edildi  ki,  mənənənələr  ən  çox  may  və  iyun  aylarında  kartofa  ziyan  vurur.  Bu 

ziyanı aradan qaldırmaq üçün aqrotexniki, seleksiyanı və kimyəvi üsullardan istifadə edilir. Kimyəvi üsulla 

mənənələri  məhv  etmək  üçün  kartofu  70%-li  Sayfos  preparatı  ilə  çilədikdə  (hektara  1,5  kq)  yaxşı  nəticə 

alınır. Bunun üçün 1,5 kq sayfos preparatını 600 litr suda həll edib, sahəyə çiləmək lazımdır. Bu preparat 

bitkinin  daxilinə  və  ordanda  yumrulara  keçir,  bu  faraş  kartof  üçün  təhlükəlidir,  çünki  onun  qalığı  kartofda 

qalır, məhsul isə pestisidlərlə çirklənir. 

Kartofa  çoxlu  miqdarda  qorxulu  zərərvericilər  ziyan  vurur.  Bu  zərərvericilərə  aşağıdakılar  aiddir: 

kolorado  böcəyi,  kartof  mənənəsi,  kartof  nematodu,  payızlıq  sovka,  sovka-qamma,  məftil  qurdları,  adi 

danadişi və s. Kolorado böcəyi müxtəlif torpaq-iqlim şəraitinə yüksək dərəcəcə uyğunlaşmaq qabiliyyətinə, 

həmdə qeyri əlverişli mühitə dözmək xüsusiyyətinə malikdir. Bununla əlaqədar o Avropa ölkələrində geniş 

arealda yayılmışdır. Kolorado böcəyi asanlıqla yüksək və aşağı temperaturanı keçirir, rütubət çoxluğuna və 

azlığına dözür, müvəqqəti aclığa dözür. O, dənih suyuna düşərək, oarda çoxlu qalır, dalğa vasitəsilə sahilə 

atılır  və  orada  fəaliyyətini  normal  davam  etdirir.  Onun  kartof  üçün  təhlükəli  olmasının  bir  çox  səbəbləri 

vardır, onun sayının çox olması, böcəyin yüksək məhsuldarlığa malik olmasıdır. O, 150-600, bəzəndə 1200 

qədər  yumurta  qoyur,  onun  böcək  və  sürfələri  acgöz,  çox  yeyəndir. Kolorado  böcəyi  ilk  dəfə  1824-cü  ildə 

Şimali Amerikada tapılmışdır. 1845-ci ildə ABŞ-ın Kolorado ştatında kartofun ciddi zərərvericisi kimi qeyd 

edilmişdir.  15  il  ərzində,  yəni  1860-cı  illərdə  Amerikanın  qərbindən  Şərqinə  kimi  yayılmış  və  Atlantik 

okeanının  sahillərinə  gəlib  çıxmışdır.  Birinci  dünya  müharibəsi  dövründə  onu  Fransanın  Bordo  limanına 

gətirilmiş,  1922-ci  ildə  onun  sayı  o  qədər  çoxalmışdır  ki,  onun  yayıldığı  mənbələri  məhv  etmək  mümkün 

olmamışdır.  1935-ci  ildə  böcək  bütün  Fransaya  yayılmışdır.  Elə  həmin  ildə  onu  Belçika  və  Ispaniyada 

tapmışlar, bir ildən sonra o Almaniya, Lyuksemburqda, daha bir ildən sonra isə Niderland və Şvetsariyada 

qeyd edilmişdir. 1941-ci ildə Kolorado böcəyi Avstriyaya keçmiş, 1943-cü ildə Macarıstan, Çexoslovakiya, 

Yuqaslaviyaya  keçmişdir.  1945-1955-ci  illər  ərzində  o  Qərbi  Avropadan  şərqi  avropaya  qədər  800  km 

əraziyə  yayılmışdır.  1958-ci  ildə  Macarıstandan  Zakarpatye  vilayətinə  keçmişdir.  Kolorado  böcəyinin 

zərərindən  məhsul  itkisi  bir  sıra  səbəblərlə  əlaqəlidir:  kartof  bitkisi  üzərində  böcəyin  sayından,  zərərvermə 

dövründən, sortundan, iqlim şəraitindən asılıdır. Kolorad böcəyinin zərəri yaz və yayda eyni olmur. Yazda 

kartof üzərində 15 böcək olanda məhsul 39%, yayda-76,1% azalır. Ziyanın qarşısını almaq üçün kolorado 

böcəyinə və onun sürfələrinə qarşı müxtəlif pestisidlərdən (80%-li xlorofos, 35%-li fozalan, 3%-li dizlordan) 

istifadə edilir, bunlarda kartof üçün təhlükəli olub, məhsulu çirkləndirir. 

Beləliklə, faraş kartofun əsas zərərvericilərinin öyrənilməsi göstərdi ki, kartofa kolorado böcəyi, kartof 

mənənəsi,  kartof  nimatodu,  payızlıq  sovka,  sovka-qamma,  məftil  qurdları,  adi  danadişi  ciddi  zərər  vurur, 

bunlardan  ən  təhlükəlisi  kolorado  böcəyidir  ki,  oda  məhsulu  30%-dən  90%-ə  qədər  azalda  bilir  və 

keyfiyyətini  də  aşağı  salır.  Bunun  qarşısını  almaq  tez-tez  pestisidlərdən  istifadə  edilir,  onlarda  məhsulu 

çirkləndirir. 

Ziyanın  qarşısını  almaq  üçün  kolorado  böcəyinə  və  onun  sürfələrinə  qarşı  müxtəlif  pestisidlərdən 

(80%-li  xlorofos,  35%-li  fozalan,  3%-li  dizlordan)  istifadə  edilir,  bunlarda  kartof  üçün  təhlükəli  olub, 

məhsulu  çirkləndirir.  Beləliklə,  faraş  kartofun  əsas  zərərvericilərinin  öyrənilməsi  göstərdi  ki,  kartofa 

kolorado  böcəyi,  kartof  mənənəsi,  kartof  nimatodu,  payızlıq  sovka,  sovka-qamma,  məftil  qurdları,  adi 

danadişi  ciddi  zərər  vurur,  bunlardan  ən  təhlükəlisi  kolorado  böcəyidir  ki,  oda  məhsulu  30%-dən  90%-ə 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə