Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə70/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   66   67   68   69   70   71   72   73   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

137 



 

maddələrin gələcəkdə təbii boyaq maddəsi kimi qida məhsulları texnologiyasında tətbiqi imkanlarını nəzərə 

alaraq, gülöyşə narı qabığından boyaq maddəsinin alınması texnologiyası da işlənib hazırlanmışdır. 

Hazırda  bütün  dünyada  o  cümlədən  Azərbaycanda  tullantısız  texnologiya  tətbiq  edilməsi  sahəsində 

çalışılır. Tullantısız  texnologiya  istehsal  texnologiyasının  elə  bir  üsuludur  ki,  burada  xammal  və  enerjidən 

səmərəli  və  kompleksli  şəkildə  istifadə  edilir.  Bu  baxımdan  nar  şirəsi  istehsalı  zamanı  əldə  edilən  ikinci 

dərəcəli  (qabığ  və  s.)  məhsullardan  yeni  məhsul  istehsal  edilməsi  daha  sərfəlidir.  Tullantısız  texnologiya 

tətbiq etməklə xarici ölkələrdə meyvə tərəvəzlərin ikinci dərəcəli emal məhsullarından pektin istehsal edilir 

ki,  bu  da  tərəvəz  qurutmada  konservləşdirmədə  və  umumiyyətlə  istehsal  olunan  məhsulların  quruluşunun 

yaxşılaşdırılmasında mühüm rol oynayır.   

Pektin maddələri bitkilərdə və bəzi su yosunlarında, əsasən isə meyvə və tərəvəzin tərkibində vardır. 

Pektin  maddələrinə  protopektin,  pektin,  pektin  turşuları  aid  edilir.  Hazırda  alınan  şirə  istehsalının 

tullantılarından,  sitrus  meyvələrinin  qabığından,  şəkər  çuğunduru  cecəsindən,  günəbaxan  çətirindən  alınan 

pektin konsentratları əczaçılıqda, sənayedə və tibbdə geniş istifadə olunur. Funksional texnoloji xassələrinə 

və  öz  zərərsiz  təsirinə  görə,  pektinlər  kombinələşdirilmiş  yeni  qida  məhsulları  üçün  müstəsna  əhəmiyyət 

kəsb  edirlər.  Pektinin  istifadəsi  yalnız  yeyinti  sənayesi  ilə  məhdudlaşmır.  Dərman,  kosmetika,  kağız  kimi 

cəlbedici  xüsusiyyətləri  tələb  edən  vahidlərdən  istifadə  olunur.Pektin  maddələrinin  böyük  müalicəvi 

əhəmiyyətinə,  görə  onlardan  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsi,  insan  bədənində  duzlaşmanın  və 

orqanizmdə radioaktiv şüaların təsirinin azaldılması zamanı istifadə olunur. 

Pektin saf açığ rəngli və suda cox yaxşı həll olan bir maddədir.Pektinin ən vacib funksiyası jele əmələ 

gətirməsidir.Bu  xassəsinə  görə  pektindən  qida  sənayesi  sahəsində    geniş  şəkildə  istifadə  edilir.Pektinlər 

efirləşmə  səviyyəsinə  görə  2  qrupa  bölünürlər:  yüksək  metoksilləşmiş  (alma  şirniyyatlarından,  sitrus 

meyvələrindən, şəkər çuğundurundan alınır) və ya aşağı metoksillənmiş (günəbaxandan alınmış). 

Bütün  bunları  nəzərə  alaraq,respublikamızda  bu  günə  qədər  pektin  istehsalı  üçün  zəngin  xammal 

sırasında  olan  narın  emal  məhsullarından  pektin  istehsal  edilmir.  Biz  bu  məlumatları  əsas  götürərək  nar 

cecəsindən pektin istehsalında reagentlərdən az istifadə etməklə yüksək metoksilli pektin istehsalının müasir 

problemləri üzərində çalışırıq ki bu da fikrimizcə elmi və praktiki cəhətdən maraq doğurur. 

Əlbətdə ilk əvvəl xammal mənbələri tam araşdırılmalı və digər məsələlər təhlil edilməlidir. 

 

 

AZƏRBAYCANIN DAXĠLĠ SU HÖVZƏLƏRĠNDƏ OVLANAN VƏTƏQƏ ƏHƏMĠYYƏTLĠ 

BALIQLARIN ƏMTƏƏLĠK GÖSTƏRICĠLƏRĠNĠN TƏDQĠQĠ 

 

Hüseynova T.Z. 

Azərbaycan DövləT İqtisad Universiteti (UNEC) 

 

 

İnsan  orqanizminin  normal  inkişafında  vətəgə  balıqların  böyük  rolu  vardır.  Onlara    capaq,  naxa, 

kütüm, külmə, durna balıqları aiddir. Vətəqə əhəmiyyətli balıqların kimyəvi tərkibi ilk öncə onların qidalılıq 

dəyəri və dadverici tərkibindəki su, yağların, zülallların, karbohidratların, mineral maddələrinvə vitaminlərin 

miqdarı  ilə  müəyyən  edilir.  Bunların  icərisində  vətəqə  əhəmiyyətli  balıqlarda  üstünlüyü  su,  zülal,  yağ  və 

mineraə maddələr təşkil edir. Belə ki, balıq ətinin tərkibində 60-a yaxın kimyəvi elementlər aşkar edilmişdir. 

Ən cox  O2 (75%),, H2 (10%), S (0,3%), C (9,5%), N2(2,5-3,0%), Ca (1,2-1,5%) bu kimi elementlər taşkil 

edir.Digər kimyəvi maddələrin miqdarı isə 0,01-0,000001% arasinda olur. 

Vətəgə  əhəmiyyətli  balıq  ətinin  əsasını  təşkil  edən  maddələrin  miqdarı  aşağıdakı  miqdarda 

müəyyənləşdirilir:  suyun  miqdarı  46,1-  92,9%,  yağ  0,1-54%,  azotlu  maddələrin  miqdarı  –  5,4-  26,8  %, 

mineral maddələrin miqdarı isə 0,1- 3,0% qədər olur. Ümumiyyətlə, vətəgə əhəmiyyətli balıqların kimyəvi 

tərkibi onların növündən, cinsindən, qidalanmasından və yaşadığı mühitdən asılı olaraq dəyişir və ona görə 

də stabil deyil. Adətən, balığı xammal kimi qiymətləndirmək ücün onun tərkibində olan yağ, zülül, mineral 

maddələrin və suyun miqdarı ilə təyin edirlər. 

Su  balığın  əsas tərkib hissəsini  təşkil edərək,  miqdarı  balığın  növündən,  yaşından,  mğvsümdən  asılı 

olaraq dəyişə bilir.  Daxili su hövzələrində ovlanan vətəqə əhəmiyyətli balıqların ətində suyun miqdarı 76,3-

78,2% -ə qədər olur. Zülalllar balıq ətinin ən vacib tərkib hissəsi sayılır. Azərbaycanın daxili su hövzələrində 

ovlanan  vətəqə  əhəmiyyətli  balıqların  tərkibində  zülal  maddələrin  miqdarı  onların  növündən  asılı  olaraq 

17,5-18,9%-ə qədər dəyişə bilər. 

Balıq ətinin tərkibində 25 cox yüksək molekullu yağ turşuları təşkil edir (20-30% doymuş, 70-80% isə 

doymamış yağ turşularından ibarətdir). Azərbaycanın daxili su hğvzələrində vətəqə əhəmiyyətlu balıq ətində 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

138 



 

yağın miqdarı onların növündən asılı olaraq 2,1-4,8%-ə qədər dəyişə bilir (Cədvəl 1). Balıqlarda heyvan və 

quşlara  nisbətən  mineral  maddələrin  miqdarı  coxdur.  Vətəqə  əhəmiyyətli  balıqların  tərkibində  mineral 

maddələrin  miqdarı  növündən  və  yaşadığı  şəraitdən  asılı  olaraq  1,0-1,2%  qədər  dəyuşə  bilir.  Balıq  ətinin 

tərkibində  karbohidratların  miqdarı  azdır  və  növündən  asılı  olaraq  0,05%-dən    0,85%  -ə  qədər  ola  bilər. 

Vətəgə  əhəmiyyətli  balıqların  kimyəvi  tərkibi  haqqında  aşağıdakı  1  saylı  cədvəldə  ətraflı  məlumat 

verilmişdir. 

Vətəgə əhəmiyyətli balıqların kimyəvi tərkibi (miqdarı  %-lə xammalda           Cədvəl 1. 

Balıqlar 

su 

yağ 


zülal 

Mineral maddələr 

Çapaq 

77,4 


2,6 

18,9 


1.1 

Külmə 


78,2 

1,7 


18,9 

1,2 


Naxa 

77,2 


3,9 

17,8 


1,1 

Durna  


79,4 

0,7 


18,8 

1,1 


Kütüm 

76,5 


3,4-4,0 

18,4-19,1 

1,1 

 

 



DUZLU MÜHĠTĠN SĠMBĠOTĠK SĠSTEMƏ VƏ AZOT METOBOLĠZMĠNƏ TƏSĠRĠ 

 

Xəlilli A.M. 

Sumqayıt Dövlət Universiteti 

 

Duz stresinin paxlalı bitkilərə təsiri hazırda əksər tədqiqatların maraq dairəsində olmasına baxmayaraq 

bütövlükdə müxtəlif faktorların paxlalı bitkilərə təsiri məsələ hələ tam həllini tapmamışdır. Duzlu mühitdə 

paxlalı bitkilərlə rizobium bakteriaları arasında simbiozun yaranmasına çoxu iş həsr edilməsinə baxmayaraq, 

effektiv  simbiozun  yaranmasına  və  kök  yumrularında  nitratreduktaza  fermentinin  aktivliyinə  kalium 

hummatın  təsirini  özündə  əks  etdirən  məlumatlara  çox  az  təsadüf  olunur.  Ona  görə  də,  duzlu  mühitdə 

mərcimək  bitkisinin  simbiotik  aparatının  formalaşmasına  və  nitratreduktaza  fermentinin  aktivliyinə  kalium 

hummatın təsiri öyrənilib. 

Bu bitkidə olan kök yumrularının sayının və ümumi çəkisinin analizi göstərdi ki, nümunə variantında 

bir  bitkidə  kök  yumrularının  sayı  38±2,01  ədəd,  ümumi  çəkisi  isə  55,6±4,45  mq-dır.  Xlorid  duzlarının 

təsirindən  isə  həm,  kök  yumrusunun  orta  çəkisi  22%,  həm  də  sayı  62%  azalır.  Nümunə  variantına  kalium 

hummatın əlavə edilməsi kök yumrularının orta çəkisində dəyişiklik etməsədə onların ümumi sayını artırır, 

50  ədəd,  bu  isə  bir  bitkidə  olan  kök  yumrularının  ümumi  çəkisinin  nümunə  variantına  nisbətən  33,4% 

artmasına səbəb olur. 

Duzluluq  NR  aktivliyini  daha  çox  kök  yumrularında  40%,  sonra  isə  köklərdə  azalır.  Yarpaqlar 

duzların toksiki təsirinə daha az məruz qalırlar. Kalium hummat  məhlulu ilə çilənən adi mühit bitkilərinin 

kök yumrularında və köklərdə nitratreduktaza fermentinin aktivliyi demək olar ki, dəyişmir, yarpaqlarda isə 

fermentin  aktivliyi  az  da  olsa  yüksəlir.  Duzlu  mühitdə  yetişdirilən  bitkinin  orqanlarında  kalium  hummat 

fermentin aktivliyini artırır. Bu özünü kök yumrularında 66% olmaqla, daha çox göstərir,  

Nitratların  reduksiya  mərhələlərinin  mexanizmi  hələ  ki,  tam  aydınlaşdırılmıyıb.  Aşağı  potensiallı 

elektron donoru olan ferredoksin bitkilərdə NR-in elektron donoru ola bilər. Hansı ki, ammoniumun  əmələ 

gəlməsində  substratın  (nitrit)  birləşmə  yeri  xidmət  edir.  Nitratın  nitritə  fermentativ  çevrilməsi  zamanı 

substrat  reduksiyadan  əvvəl  fermentin  molibden  tərkibli  mərkəzi  ilə  -  molibdokofaktorla  birləşir.  Nitrat 

reduksiyaedici  sistemin  son  məhsulu  ammonium  olur.  O  həm  də  mikroorqanizimlər  tərəfindən  fiksasiya 

olunan azotun son məhsuludur. Bu proses isə kök yumrularında NG fermenti tərəfindən həyata keçirilir. 

 

 



ZÜLAL  BUFER   SĠSTEMĠ 

 

Xudiyev O.F. 

Naxçıvan Dövlət Universiteti 

 

Zülallar  hüceyrələrin  daxilində  yüksək  konsentrasiyaya  malik  olub,  orqanizmdə  ən  çox  olan  bufer 

sistemlər  arasındadır.  Hüceyrələrin  pH-ı  hüceyrəxarici  mayenin  pH-dan  cüzi  miqdar  aşağı  olmasına 

baxmayaraq  hüceyrəxarici  maye,    pH  səviyyəsi  ilə  mütənasib  olaraq  dəyişir.  Hüceyrə  zarında  cüzi  H

+

  və  


   

 

 



  diffuziyası  vardır.  Eritrositlərdəki  sürətli  keçmə  istisna  olmaqla,  hüceyə  daxilində  bu  ionların 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə