Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə65/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   61   62   63   64   65   66   67   68   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

128 



 

buğda ununun çörəkbişirmə keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Qliadin və qlütenin daha yaxşı 

hibrid formalar üzərində öyrənilmişdir.  

Tədqiq  etdiyimiz  hibrid  kombinasiyaları  üzərində  aparılan  qliadin  elektroforetik  spektrlərinin  analizi 

göstərir ki, valideynlərlə müəyyən oxşarlıq və fərq mövcuddur. Bu onu bildirir ki, hibrid formalar eyni ilə 

valideyn formalar deyil. Hər bir sort və növ özünəməxsus elektroforetik zülal komponentlərinə malikdir və 

bu  komponentlər  xarici  mühit  şəraitinin  təsirindən  dəyişmir.  Morfologiyasına  görə  sabit  olan  hibridlər  EF 

spektrlərinə görə homogen və heterogendirlər. T.durum v.leucurum x Ae.ventricosa hibrid kombinasiyasına 

daxil olan xətlər bir-biri ilə oxşar və fərqli blok qruplarına malikdir. 8,10,11-№-li xətlər homogen, 9 və 12 

№-li  xətlər  isə  heterogendirlər.  Sabit  buğda-egilops  hibridlərində  qlütenin  elektroforetik  spektrləri 

valideynlərlə  v  bir-biri  ilə  müqayisəli  surətdə  öyrənilmişdir.  T.diccocum  v.atratum  x  Ae.ovata  hibrid 

kombinasiyasına daxil olan 1 və 2 №-li xətlər qlüyeninin elektroforetik spektrinə görə eynidirlər, 3 və 4 №-li 

xətlərdə  1B  xromosomu  tərəfindən  nəzarət  olunan  komponentlər  eynidir.  1A  xromosomunda  yerləşən 

qlütenin  geninə  görə  1,  2,  4,  7-ci  xətlər  sıfır  allel  daşıyır.  3  və  6  №-li  xətlərdə  isə  eyni  allellərdir.  1B 

xromosomunda  yerləşən  qlütenin  genlərinə  görə  1,  2  və  5-ci  xətlər  eyni  allelə  malikdirlər.  T.durum 

v.leucurum x Ae.ventricosa hibrid kombinasiyasında 1A xromosomuna görə 3allel, 1B xromosomuna görə 

isə 2 allelə rast gəlinir. 

Ehtiyyat  zülalların  polimorfizminin  öyrənilməsinin  əsas  əhəmiyyəti  ondan  ibarətdir  ki,  qliadin  və 

qlütenin  ehtiyyat  zülallarının  elektroforetik  komponentləri  dənin  keyfiyyəti  ilə  əlaqədardır.  Bizim  tədqiq 

etdiyimiz  buğda-egilops  hibridlərində  də  bu  əlaqə  öyrənilmişdir.  Bu  əlaqəni  öyrənməklə  uzun  illər  sərf 

etmədən seleksiya işinin ilk illərində düzgün seçmə aparmaq mümkündür. Buna görə də ehtiyyat zülallarının 

polimorfizminin öyrənilməsi çox əhəmiyyətlidir. 



 

 

XƏZƏRĠN ABġERON KÖRFƏZĠNDƏ OVLANAN KREVETLƏRĠN ƏMTƏƏLĠK 

GÖSTƏRĠCĠLƏRĠNĠN TƏDQĠQĠ VƏ KEYFĠYYƏTĠNĠN EKSPERTĠZASI 

 

Hacıyeva R.C. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Xəzər dənizi unikal su hövzəsi olub, özünəməxsus ekoloji xüsusiyyətləri ilə xarakterizə olunur. Lakin 

Xəzər dənizi coğrafi vəziyyətinə, hidrobioloji və hidrokimyəvi rejiminə görə digər qapalı su hövzələrindən 

fərqlənir. Xəzər dənizi nərə balıqların ehtiyatına görə dünyada aparıcı rol oynayır. Belə ki, dünya miqyasında 

ovlanan nərə balıqların 70-80% -Xəzər dənizinin payina düşür. 

Son dövrlərdə Xəzər dənizinin səviyyəsinin qalxması, qlobal iqlim dəyişikləri və eləcə də  antropogen 

amillərin  təsiri  nəticəsində  Xəzərin  ekoloji  vəziyyətində  dəyişiklər  müşahidə  edilir.  Məhz  buna  görə 

yaranmış yeni ekoloji şəraitdə bentik faunanın, o cümlədən krevetlərin növ tərkibinin və xüsusən insanların 

qidasında  xüsusi  yer  tutan  krevetin  (Palaemon  elegans)  kimyəvi  tərkibinin  və  qidalılıq  dəyərliyinin 

öyrənilməsi mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.  

Delikates  qida  məhsulu  olan  krevetlərin  son  zamanlar  qısa  məqsədi  üçün  geniş  istifadə  olunmağa 

başlanmışdır. Krevetlərin əti yüksək qidalılıq dəyərinə və müalicəvi əhəmiyyətə malikdir. O, insan orqanizmi 

tərəfindən tez və asan mənimsənilir. Krevetin ətindəki zülallarda əvəzedilməz üçün turşuları daha çoxdur. B

1



B

2

,  B



6

,  B


12

  vitaminləri,  mikroelementlərdən  yod,  manqan,  kobalt,  mis  və  digər  elementlər,  quruda  yaşayan 

heyvanların əti ilə müqayisədə onlardan qat-qat çoxdur. 

Krevetlər  diri,  soyudulmuşvə  dondurulmuş  halda  satışa  verilir.  Eyni  zamanda  krevetlər  qurudulur, 

duza qoyulur,onlardan müxtəlif çeşiddə konservlər və kulinariya məmulatları hazırlanır. Krevetlər satış üçün 

ticarət şəbəkələrinə diri halda gətirilir. Diri krevet yüksək keyfiyyətli olub, insan hazırlanan məhsullar dadlı, 

ətirli və yüksək qidalıdır. 

Orqanoleptiki üsulla krevetin keyfiyyət göstəricilərinin ekspertizası.         

 Xərçənglərin  krevetlərə    aid  6  növü  Xəzər  dənizində  və  Azərbaycanın  şirin  sularında  tapılmışdır.  2 

növ krevet Palaemon adspersus  və  Palaemon elegans 1931-1934-cü illərdə kefal balığının introduksiyası 

zamanı  təsadüfən  Qara  dənizdən  Xəzər  dənizinə  gətirilmiş  və  Azərbaycanın  faunasına  daxil  olmuşdur. 



Palaemon  elegans  kreveti    hazırda  Xəzərin  Azərbaycan  sahilində  və    Azərbaycanın  şirin  su  hövzələrində 

yayılmışdır. 

Krevetlər  tez  xarab  olan  qida  məhsulları  sırasına  aiddir.  Ona  görə  də  krevetlər  ovlandıqdan  dərhal 

sonra  satış  müəssisələrinə  çatdırılır.  Krevetlər  soyudulur  və  ya  dondurulur.  Təzə,  soyudulmuş  və 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

129 



 

dondurulmuş  krevetlərdən ev şəraitində, ictimai iaşə müəssisələrində lazımi kulinariya məmulatı hazırlamaq 

olur. Təzə, soyudulmuş, dondurulmuş krevetlərdən hazırlanan yeməklər yüksək keyfiyyətli olmaqla bərabər, 

həm də   insan orqanizmi  tərəfindən  tez  həzm  olunur.  



Krevetin ayrı-ayrı hissələrinin kütlə tərkibinin təyini 

Tədqiqat  üçün  götürülmüş  krevetin  ümumi  kütləsi  41,2  q-dır,  baş-döş  hissəsi  23,73  q,  xitin  tərkibli 

zireh 2,24 q, daxili orqanları 4,70 q, ətrafları 4,88 q və yeyilən  quyruq hissəsi 5,65 q-dır.  Hesablama 0,1 

dəqiqliklə aparılmış və nəticələr  1 saylı cədvəldə  verilmişdir. 

Cədvəl 1.                                           

Krevetin ayrı-ayrı hissələrnin kütlə tərkibi 

№ 

 Krevetkanın hissələrinin adları 

Kütləsi, q 

Krevetin kütləsinə görə 

çıxarı,%-lə 

1. 


Krevetkanın bütöv bədəni 

41,2  


100 

2. 


Baş-döş  hissəsi 

23,73  


57,58 

3. 


Xitin tərkibli zireh 

2,24  


5,44 

4. 


Daxil orqanları 

4,70  


11,42 

5. 


Ətrafları 

4,88  


11,85 

6. 


Quyruq hissəsi  

5,65 


13,71 

Cədvəl 1-dən  göründüyi kimi krevetin yeyilən quyruq hissəsi (abdomen)  5,65 q  olmaqla,  bədənin 

13,71%  - ni təşkil edir.   

Krevetin ətində azot əsaslı uçucu maddələrin təyini 

Krevetin  ətində  uçucu-əsaslı  maddələrin  ümumi  miqdarı  0,1n  natrium  qələvisinin  metil  qırmızısının 

iştirakı  ilə  titrlənməsinin    nəticəsi    əsasən  təyin  edilmişdir.  Krivetin  ətindən  trimetilaminin  qovulması 

formalinlə  titirlənməyə  əsaslanır.  Bu  zaman  ammonyak  və  ilk  uçucu  amin  formalinlə  birləşir.  Azot 

trimetilamininin miqdarı uçucu əsaslı azotun, ammonyakdakı və ilk aminlərdəki azotun fərqinə əsasən təyin 

edilir. 


Uçucu-əsaslı maddələrin ümumi miqdarı 0,1n Na qələvisinin metil qırmızısının iştirakı ilə titrlənməsi 

nəticəsində  təyin  edilir.  Krevetin  ətindən  trimetilaminin  quvulması  formalinlə  titirlənməyə  əsaslanır.  Bu 

zaman ammonyak və ilk uçucu amin formalinlə birləşir. Azot trimetilamininin miqdarı uçucu əsaslı azotun, 

ammonyakdakı və ilk aminlərdəki azotun fərqinə əsasən təyin edilir. 

Aparılan tədqiqat zamanı krevetin ətində uçucu əsaslı azotun miqdarı:  

I mərhələdə - 15,4 mq%; 

           II mərhələdə - 15,96 mq%; 

           III mərhələdə -16,38 mq% olmuşdur. 

Beləliklə,  krevetin  üzərində  3  mərhələdə  aparılan  analizin    nəticəsi  göstərdi  ki,  krevetin  ətində  azot  əsaslı 

uçucu maddələrin miqdarı orta hesabla -15,91  mq% olmuşdur. 

 

 

ORTA MƏKTƏBLƏRDƏ EKOLOJĠ BĠLĠKLƏRĠN ÖYRƏDĠLMƏSĠNĠN NƏZƏRĠ ƏSASLARI 

 

Həmidova S.R. 

Lənkəran Dövlət Universiteti 

 

Müasir  zamanda  bizi  əhatə  edən  mühit-  biosfer  kəskin  təbii  və  antropogen  çirklənməyə  məruz 

qalmışdır.  Bu  çirklənmədə  əsas  pay  antropogen  amillərə  aiddir.  Ona  gərə  də  insanlarda  ekoloji  biliklərin 

formalaşdırılmasına  böyük  ehtiyac  vardır.  Xüsusilə  məktəblərdə  ekoloji  biliklərin  verilməsi  cox  zəruridir. 

Aparılan araşdırmalar göstərir ki, hazırkı dövrdə məktəblilərin ekoloji tərbiyəsində diyarşünaslıq istiqamətinə 

üstünlük verilməsi, ekoloji vəziyyətin, ekoloji problemlərin doğma diyarın nümunəsi əsasında öyrədilməsi və 



bu zaman şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması olduqca mühüm əhəmiyyət daşıyır.   

Ekoloji  təhsilin  məqsədi  təbiətə  məsuliyyət  hissi  formalaşdırmaqdır.  Bu  hissin  formalaşmasında  isə 

yaş  xüsusiyyətləri  önəmli  rol  oynayır.  Ekoloji  təhsil  və  maarifləndirmə  zamanı  əldə  olunan  biliklər, 

qazanılan  təcrübələr  ekoloji  mədəniyyətin  yaranmasına  səbəb  olur.  Başqa  sözlə,  ekoloji  təhsil  dedikdə, 

ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf 

prosesi  başa  düşülür.  Ekoloji  təhsilə  ehtiyac,  insan   həyatı  üçün  əlverişli  mühitin  təmin  edilməsinə  olan 

zərurətdən  yaranmışdır.  Ekoloji  mədəniyyətin  formalaşmasında  əsas  vasitələrdən  biri  məqsədyönlü  ekoloji 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə