Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə61/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   57   58   59   60   61   62   63   64   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

120 



 

2)

 



Alman alimləri F.Müller və E.Hekkelin «biogenetik» qanunu; 

3)

 



Təkamül nəzəriyyəsinə aid Hardi - Vaynberq qanunu; 

4)

 



Morqan qanunu. 

Müşahidələrdən  aydın  olur  ki  bioloji  qanunlar  şagirdlər  tərəfindən  əksər  hallarda  əzbərlənir.  Yəni 

qanunun mahiyyətini, praktik və nəzəri əhəmiyyətini düzgün dərk edə bilmirlər Qanunların mahiyyətini daha 

yaxşı başa salmaq üçün müəllim aşağıdak qaydaları yaxşı bilməlidir: (3). 

a)

 

biologiya qanunlarının əsas xüsusiyyətlərini, elmi mahiyyətini, tətbiqi sahələrini; 



b)

 

təlim metodları və priyomlarını düzgün seçməyi; 



v) ümumbioloji və xüsusi qanunları əlaqələndirməyi; 

q)  qanunların  mahiyyətini düzgün  şərh etmək  üçün müxtəlif  anlayışlar,  hadisə  və  proseslər  arasında 

qarşılıqlı əlaqə yaratmağı. 

Tədqiqatın  nəticəsindən  aydın  olur  ki,  əksər  müəllimlər  qanunların  tədrisinə  vahid  tələb  və  eyni 

metodla yanaşırlar. Əsas etibarı ilə şifahi metodlar seçilir. 

Beləliklə, qanunların tədrisinin öz xüsusiyyəti var. Bioloji anlayışların, fərziyyələrin öyrədilməsindən 

sonra  qanunları  daha  yaxşı  öyrətmək  olur.  Şagirdlər  qanunları  öyrənənə  kimi  xüsusi  təlim  (hazırlıq 

mərhələsi) keçməlidir. Bunsuz qanunları şagirdlər yaxşı dərk edə bilməzlər. 

 

 

ABġERON YARIMADASINDA TORPAĞIN RADĠOAKTĠV TULLANTILARLA ÇĠRKLƏNMƏSĠ 

 

Dəmirçiyeva A.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Abşeron  yarımadası  –  Xəzər  dənizinin  qərb  sahilində,  Azərbaycan  dövləti  ərazisində  yarımada. 



Yarımadada  Bakı,  Sumqayıt  və  Xırdalan  şəhərləri  ilə  yanaşı,  32  qəsəbə  yerləşir.  Respublikada  həlli  vacib 

olan  məsələlərdən  biri  də  ekoloji  problemlərdir.  Ölkə  əhalisinin  40%-i,  sənaye  potensialının  isə  70%-i 

Abşeron  yarımadasında  yerləşir.  Abşeron  yarımadasının  ümumi  sahəsi  222  min  hektardır,  onun  33  min 

hektarı yararsız torpaqlardır. 

Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il 

ərzində  41,5  mln.

  

 

  müxtəlif  tərkibli  çirkab  suları  axıdılır.  Suların  tərkibində  neft  məhsullarının,  ağır 



metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin dib 

çöküntülərində radionukloidlərin artması müşahidə olunur. Qala gölünün ətrafının 10-20 m enində radioloji 

monitorinqi  və  bütün  göl  ətrafı  zolaqda  dozimetrik  ölçmələr  nəticəsində  müəyyən  olunmuşdur  ki,  gölün 

şimal-qərb  sahilində  bəzi  nöqtələrdə  qamma  şüalanmanın  ekvivalent  doza  gücü  0,3-0,7  mkR/saat 

intervalındadır.  Bu  adi  fon  səviyyəsindən  yüksəkdir.  Çirklənmə  lokal  xarakter  daşıyır.  Gölün  ətrafındakı 

digər  sahələrdə  qamma  şüalanmanın  ekvivalent  doza  gücü  adi  fon  səviyyəsinə  uyğun  olaraq  0,06-0,14 

mkR/saat intervalındadır. 

Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv elementlər 

ola  bilər.  Radioaktiv  və  kimyəvi  çirklənmə  zamanı  radionuklidlərin  radiasiya  təhlükəliliyi,  onların 

yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma müddəti və s. nəzərə alınmalıdır. 

Radioaktiv  elementlərlə  çirklənmiş  torpaq  sahələrinin  çirklənmə  dərəcəsi,  torpaq  qatının  çirklənməsi 

dərinliyindən,  torpağın  tipi,  növü,  geomineraloji  və  ətraf  mühitin  coğrafi  xüsusiyyətlərindən  asılı  olaraq 

konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir: 

a)  təhlükə  ehtimalı  torpaq  sahələrində  çirklənməyə  təbii  radioaktiv  izotoplar  səbəb  olduqda,  həmin 

sahələrdə  təsərrüfat  fəaliyyəti  və  təmas  üçün  xüsusi  qaydalar  müəyyən  olunur.  Bu  sahələrdə  radioaktiv 

maddələrin  tərkibi,  aqreqat  halı,  ionlaşdırıcı  şüaların  mənşəyi  və  intensivliyi  müəyyən  edilir.  İlk  növbədə 

çirklənmə  dərəcəsinin  artmasının  qarşısının  alınması  və  sonrakı  çirklənmənin  azalmasına  yönəlmiş  elmi-

texniki işlər aparılır; 

b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə edilməlidir. Çirklənmə 

mənbəyinin  xarakteri,  tərkibi  və  şüa  növü  tədqiq  olunaraq  ətraf  mühitə  təhlükə  ehtimalını  müvəqqəti 

azaltmaq  üçün  işçi  planı  hazırlanıb  yerinə  yetirilməlidir.  Sonralar  isə  əsaslı  təmizləmə  və  radioaktiv 

dezaktivasiya texnologiyası əsasında tədbirlər planı yerinə yetirilməlidir. 

Abşeron  yarımadasında  ekoloji  vəziyyətin  yaxşılaşdırılması  məqsədilə  Azərbaycan  Respublikasının 

Prezidenti  tərəfindən  28  sentyabr  2006-cı  il  tarixli  “Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin 

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunub. 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

121 



 

Aparılan  araşdırmalardan  məlum  olur  ki,  yarımadada  torpağın  və  göllərin    radioaktiv  çirklənmədən 

mühafizəsi    bu  gündə  öz  aktuallığını  saxlayır.  Tədqiqat  işində  bu  problemin  yaranma  səbəbi  və  aradan 

qaldırılması üsullarının araşdırılmasına cəhd olunur. 

 

 

BĠOLOGĠYA FƏNNĠNĠN TƏDRĠSĠNDƏ MÜSTƏQĠL ĠġLƏRDƏN ĠSTĠFADƏ OLUNMASI 

 

Əhmədli S.E.  

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

Təlim prosesi həm muəllimlərin, həm də  şagirdlərin aktiv fəaliyyətini nəzərdə tutur. Müəllim nə qədər 

səy  göstərsə  də,  əgər  şagirdlər  işləmirlərsə  idrak  prosesi  olmur.  Bu  baxımdan  tədris  prosesinin  ən  önəmli 

vəzifəsi şagirdlərə müstəqil fəaliyyət göstərməyi öyrətməkdir. Həqiqi müəllim öyrədən şəxs deyildir, əksinə 

şagirdləri  öyrənən  müəllim  həqiqi  müəllimdir.  Bu    gün  müasir  təlim  prosesi  aşağidaki  prosesi  ön    planda 

saxlayir.  Müəllim  müəyyən  bilikləri  öyrədir  və  onlarin  mənimsənilməsi  prosesini  idarə  edir.  Təkcə 

məlumatin  verilməsi  kifayət  deyil,  ən  vacib  cəhət  şagirdlərdə  tədris  əməyi  vərdişlərinin  yaranmasina,  əldə 

edilmiş biliklərdən istifadə etmək bacarıqlarının inkişaf etdirilməsinə yardım etməkdir (1). 

Biologiyanın öyrədilməsi yalnız təlimin fəal forma və metodlarının tətbiqi vasitəsi ilə aparıla bilər. Bu 

aspektdən  şagirdlərin  idrak  fəaliyyətinin  aktivləşdirilməsi  metodlarından  biri  də  müxtəlif  müstəqil  işlərin 

təşkili  və  aparılmasıdır.  Müstəqil  işlərin  təşkili  və  aparılması  müasir  dərsdə  xüsusi  əhəmiyyətli  yer  tutur. 

Çünki,  şagird  bilikləri  məhz  müstəqil  fəaliyyət  prosesində  əldə  edə  bilir.  Şagird  dərs  zamanı  müəllimin 

rəhbərliyi  altında  çalışmalıdır.  Passiv  formada  dinlənilən,  dərslikdən  öyrənilən  məlumat  həqiqi  bilikdən 

uzaqdır. Əsl möhkəm, yaxşı mənimsənilən bilik fəal şəxsi zəhmətlə əldə edilən bilikdir. 

Müstəqil  iş  şagirdləri  əvvəlcə  fəaliyyət  göstərməyə  məcbur  edir,  sonra  isə  onlara  suallara  cavab 

tapmağı, əlavə ədəbiyyat oxumağı,ən vacib olanı müəyyən etməyi, təbiət hadisələrini izah etməyi və təhlil 

etməyi, fikirləşmək, axtarmaq, hipotez irəli sürməyi, yəni son nəticədə bilikləri əldə etməyi öyrədir. 

Müstəqil  iş  isrənilən  dərsin  ən  mühüm,ayrılmaz  hissəsidir.  Çünki,  bu  fəaliyyət  növü  dərs  vaxtının 

səmərəsiz  keçməsinə  imkan  vermir,  zehni  işləməyə  məcbur  edir,  öyrənilən  materialı  möhkəm  və  dərindən 

mənimsəməyə kömək edir. Müstəqil işlər rəngarəng olmalıdır, onların davamiyyəti hər bir dərs ücün optimal 

olmalıdır.  Müstəqil  təlim  işi  didaktik  məqsədin  yerinə  yetirilməsini  nəzərdə  tutan  və  xüsusi  olaraq  ona 

ayrılmış vaxtda biliklərin axtarışı, onların dərkini möhkəmləndirilməsini, bacarıq və vərdişlərinin inkişafı və 

formalaşmasının  ümumiləşməsini  və  sistemləşdirilməsini  təmin  edən  şagirdlərin  istənilən  təşkili 

fəaliyyəridir. 

Tədris  proqramının  hər  bir  mövzusunun  planlaşdırılması  zamanı  müəllim  müəyyən  etməlidir  ki, 

mövzunun tədrisi zamanı həyati müşahidələrin və  biliklərin hansı ehtiyatından istifadə etmək olar. Öncədən 

proqramın tələbləri və  dərslik üzrə materialın məzmunu ilə əlavə ədəbiyyatla, ekskursiyaların obyektləri ilə, 

təcrübələrin aparılma vaxtları ilə, müşahidə mövzuları ilə tanış olmaq vacibdir. 

Dərsə  hazırlaşarkən  öncədən  şagirdlərdə  maraq  doğura  bilən,  onları  dərsə  həvəsləndirə  bilən  bütün 

vasitələr müəyyən edilməlidir. 

Beləliklə,  biologiya  dərslərinə  dair  dərs  və  dərsdən  kənar  məşğələlərdə  şagirdlərin  müstəqil  işlərinin 

təşkili  zamanı  xüsusən  yeni  təhsil  islahatlarının  qarşıya  qoyduğu  distant  təhsil  modelindən,inteqrativ, 

interaktiv  dərs  üsullarından,  informasiya  və  kommunikasiya  texnologiyalarından  istifadə,  gənc  nəsli  yeni 

informasiya cəmiyyətinin tələb etdiyi kimi geniş dünyagörüşə malik, dünya standartlarına uyğun bacarıq və 

vərdişlərlə təhsilləşdirmək ümumitəhsil məktəblərinin 1-ci dərəcəli vəzifəsi hesab olunmalıdır. 

 

 



ÜZÜMÇÜLÜK-AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATININ ƏN  

PERSPEKTĠV SAHƏSĠ KĠMĠ 

 

Ələkbərzadə A.M. 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 

  

Üzümçülük  –  tarix  etibari  ilə  kənd  təsərrüfatının  ən  qədim,  ən  zəngin  və  ən  perspektiv  sənaye 

xarakterinə  malik  olan  sahələrindən  biri    hesab  olunur.Həyata  keçirilən  müxtəlif  saysız  hesabsız  arxeoloji 

qazıntılar,  ampeloqrafiya  işləri,  dil  folklor  nümünələr,  müxtəlif  yazılı  mənbələr,toponomika,qaya  üstü 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə