Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə57/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   53   54   55   56   57   58   59   60   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

113 



 

sentnerdən  çox  dəniz  sıfı  ovlanırdı.  Dənizdə  neft-çıxarmanın  inkişafı  və  geniş  miqyasda  seysmik  kəşfiyyat 

işlərinin  aparılması  nəticəsində  dəniz  sıfının  ehtiyatı  kəskin  şəkildə  azalmış,  Xəzərin  şərq  və  qərb 

sahillərində çox az təsadüf edilən balığa çevrilmişdir. Beləliklə dəniz sıfı Azərbaycanın «Qırmızı kitabına» 

daxil edilmişdir.Hazırda dəniz sıfının süni sürətdə çoxaldılması üzrə işlər görülür.Xanı balığı Xəzərə tökülən 

çayların  aşağı  hissələrində  və  az  miqdarda  çayların  dənizə  qarışan  hissəsində  yayılmışdır.  Azərbaycanda 

Kürətrafı göllərdə, Dəvəçi limanında,bəzən dənizin Samurdan başlanmış Bakıya qədər olan sahil zonasında 

təsadüf olunur. 

Marfoloji  qruluşuna  görə  ,  DXIII  –XV,  I-  III  13-14,  A  II  8-9,  fəqərələrin  sayı  41,  birinci  qəlsəmə 

qövsünün alt şəxəsindəki dişciklərin sayı 15-20-dir.Bədəni yanlardan basılmış oval şəklindədir.Üzəri xırda 

pulcuqlarla və eyni zamanda yanları pulcuqlarla tam örtülüdür.Pulcuqları ktenoiddir,başının örtük sümükləri 

üzərində  sikloid  pulcuqlarda  olur.Yanaqları  pulcuqlarla  örtülüdür  .Bədəninin  uzunluğuna  görə  başının 

uzunluğu 27-33%,bədəninin maksimum hündürlüyü 26-31%,antedoksal məsafə 29-33% ,postdorsal məsafə 

18-23%,quyruq gövdəsinin uzunluğu 20-26% təşkil edir.Bədəninin yanlarında 7-9 tünd zolaqlar olur.Birinci 

bel üzgəcinin dal tərəfində müəyyən şəkildə olmayan qara ləkə olur .Bel tərərfi yaşılımtıl rəngə çalır. Qarın 

üzgəcləri qırmızı rəngdə olur. 

Xanı balığı durğun və zəif axan şirin sularda yaşayır. Uzunluğu 28 sm-ə, çəkisi 420 q-a qədər olur. 

Fərdi dolğunluq əmsalı 2,13- 2,80, orta hesabla 2,44-dür. 5 ilə qədər yaşayır. Azərbaycan sularında yaşayan 

xanı balığı Avropa sularında yaşayan xanı balıqlarına nisbətən  sürətlə böyüyür. Xanı balığı yırtıcı balıqdır. 

Kürüdən çıxmış sürfələr 2 ay müddətində planktonla qidalanır, sonra yırtıcı həyat tərzi keçirməyə başlayır. 

Başqa balıqların körpələri ilə qidalanır. Azərbaycanda Kiçik Qızılağac körfəzində, başqa balıqlarla birlikdə, 

az miqdarda ovlanır.                                                                                                                                                           

                                                                                                                

 

SÜD VƏ SÜD MƏHSULLARININ ÇEġĠDĠ, XÜSUSĠYYƏTLƏRĠ VƏ MÜALĠCƏVĠ ƏHƏMĠYYƏTĠ 

 

Balakişiyeva S.A. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

İnsanlar  süd və süd məhsullarından  çox qədimdən istifadə edirlər. Onun kimyəvi tərkibi və bioloji 



dəyərliliyi  təbiətdə  olan  bütün  qidalardan  üstündür.  Məlumdur  ki,  südün  tərkibində  200-dən  çox  müxtəlif 

maddə, o cümlədən 20-dən artıq aminturşu, 40 yağ turşusu, 25 mineral maddə, 20 vitamin, onlarca ferment, 

müxtəlif növ şəkər, piqment və s. vardır. Südü çox yüksək qiymətləndirən və ona «təbiətin özünün bişirdiyi 

xörəkdir» deyən İ.P.Pavlov göstərirdi ki, «süd üçün iştaha lazım deyil, halbuki başqa qidalar iştahasız həzm 

olunmur», «südün həzm edilməsinə çox az qüvvə sərf olunur».  

Südün tərkibi heyvanın növündən, cinsindən, yemindən, sağım dövründən, saxlanma şəraitindən və bir 

çox  başqa  amillərdən  asılıdır.  İnək  südünün  quru  qalığı  12,5%-dir  ki,  bunun  da  təxminən  3,3%-i  bioloji 

cəhətdən  olduqca  qiymətli  zülallardan,  2,8%  kazein  və  təxminən  0,5%  albuminlərdən  ibarətdir.  Süd 

turşuduqda  kalsium  kazeinat  parçalanır  və  o  keyfiyyətini  itirir.  Albuminlər  südün  tərkibindəki  ən qiymətli 

zülallardır.  Südü  qaynatdıqda  albuminlər  köpük  əmələ  gətirib  pıxtalaşırlar  və  qismən  də  qabın  dibinə 

çökürlər. Süddə 3,2%-dən 5%-ə qədər, orta hesabla 3,7% miqdarda yağlar vardır ki, onlar da o zərif emulsiya 

halındadır.  Süd  yağında  lipoidlər,  həll  olmuş  halda  olan  A  və  D  vitaminləri  olduğu  üçün  o  qiymətli  yağ 

sayılır.  Yayda  sağılan  və  payızdakı  süddə  bu  maddələrin  miqdarı  artır.  Karbohidratlardan  süddə  əsasən 

laktoza  (4,7%)  olur.  O  isə  südə  azca  şirintəhər  dad  verir.  Süddə  orqanizm  üçün  lazım  olan  bütün  mineral 

duzlar  vardır.  Lakin  burada  yaxşı  həzm  olunan  kalsium  daha  çoxdur  (120  mq%).  Suda  həll  olan 

vitaminlərdən süddə riboflavini, piridoksini, pantoten turşusunu, C vitaminini göstərmək olar.  

Südü  içdikdə  onun  tərkibindəki  laktozanın  sayəsində  bağırsaqlarda  çürümə  proseslərini  ləngidən 

mikroflora  inkişaf  edir.  Süddə  natrium-xlorid  azdır  deyə,  onu  nefriti  və  ödemi  olan  xəstələrə  də  içmək 

tövsiyə edilir. Süddə nuklein birləşmələri olmadığından, onu həm də purin mübadiləsi pozulmuş adamlara 

məsləhət  görmək  olar.  Qızdırmalı  xəstələr  üçün  isə  süd  həm  yüngül  yeməkdir,  həm  də  susuzluğu  yatırdır. 

Süddə  qanda  xolesterinin  miqdarını  azaldan  çoxlu  komponentlər  də  vardır  (metionin,  xolin,  tokoferol,  B 

qrupu vitaminləri). Qida payına süd və süd məhsulları daxil etdikdə qidanın bioloji dəyəri xeyli artır.  

Təzə  südün  mikrobiotası  müxtəlifdir.  Onda  yağ  turşusu,  süd  turşusu  bakteriyaları,  bağırsaq  çöpləri, 

enterokokklar  və  həmçinin  mayalar  müşahidə  olunur.  Onların  içərisində  elə  mikroorqanizmlər  vardır  ki, 

onlar  südə  acılıq,  özgə  tam  və  iy,  rəngin  dəyişilməsi,  yapışqanlıq  (göylük,  qızartılıq)  kimi  müxtəlif  yad 

xassələr verir. Süddə müxtəlif infeksion xəstəliklərin (qanlı ishal, qarın yatalağı, bruselloz, vərəm və s.) və 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə