Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə53/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   49   50   51   52   53   54   55   56   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

105 



 

Azərbaycanın  müxtəlif  biotoplarından  ayrılan  mikromisetlərin  proteolitik  fermentlərin  produsenti  kimi  nə 

dərəcədə əhəmiyyətli olmasının aydınlaşdırılması məqsədəuyğun hesab edilmişdir. 

        Ona  görə  də  Azərbaycanın  müxtəlif      (təbii  və  texnogen  təsirə  məruz  qalmış)  torpaqlarından    ayrılan 

168 mikromiset ştammı qeyd edilən məqsədə müvafiq olaraq tədqiq edilmiş və onların produsent kimi mənfi 

və müsbət cəhətləri müəyyən edilmişdir.  

        Bu  aspektdə  aparılan  tədqiqatlardan  aydın  olmuşdur  ki,  neftlə  çirklənmiş  torpaqlarda  yayılmış 

mikromisetlər içərisində Mucor cinsinə aid  göbələklər daha aktiv təsir bağışlayırlar və onlar xüsusən də  M. 

hiemalis  Wehmer  30  ştammı  proteolitik  fermentlərin,  ilk  növbədə  jelatinazanı  hidroliz  etmə  qabiliyyətinə 

malik proteolitik fermentlərin aktiv produsenti kimi perspektivlidirlər.  Bu göbələyin sintez etdiyi proteaza 

tipinə görə metalloprotezalara aid olmaqla, aktiv produsentlərə xas olan katalitik aktivliyi xarakterizə edən 

göcstəricilərə (pH və termostabilliyə) malikdir. 

 

 

BAKI TĠCARƏT ġƏBƏKƏSĠNDƏ REALĠZƏ OLUNAN NƏRƏ BALIQLARININ ƏMTƏƏLĠK 



GÖSTƏRĠCĠLƏRĠNĠN TƏDQĠQĠ 

 

Ataxanova X.R. 

Azərbaycan DövləT İqtisad Universiteti (UNEC) 

 

Son  illərdə  həm  antropogen,  həm  də  iqlim  və  digər  coğrafi  amillərin  birgə  təsiri  Xəzərin 

ixtiofaunasında  ciddi  dəyişikliklərə  səbəb  olmuşdur.  Belə  yaranmış  yeni  ekoloji  şəraitdə  Xəzər  dənizində 

yaşayan vətəgə əhəmiyyətli balıqların növ tərkibinin, o cümlədən xüsusi qidalılıq dəyərinə malik olan nərə 

balığının keyfiyyət göstəriciləri üzrə ekspertizanın aparılması çox aktualdır. 

Məlumdur ki, yeyinti məhsulları içərisində balıq və balıq məhsulları böyük əhəmiyyət kəsb edir. Balıq 

və balıq məhsulları orqanizmdə çox tez həzm olmaqla bərabər, eyni zamanda digər heyvanat mənşəli zülali 

məhsullara  nisbətən  iqtisadi  cəhətdən  də  çox  sərfəlidir.  Belə  ki,  1  kq  treska  zülali  eyni  miqdarda  toyuq 

zülalından 6 dəfə, inək və qoyun zülalından 3 dəfə ucuzdur. Balıq ətində olan zülalı maddələrin əsas qidalılıq 

dəyəri ondan ibarətdir ki, onların tərkibində insan orqanizminə lazım olan bütün əvəedilməz amin turşuları –

arqinin, histidin, izoleysin, leysin, lizin, metionin, fenilalanin, treonin, triptofan vardır 

Hazırda  respublikamızın  əhalisinin  balıq  və  balıq  məhsullarına  olan  tələbatının  ödənilməsində 

nərəkimilər  fasiləsinə  daxil  olan  balıqlar  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  tərəfimizdən  nərə 

balığının kimyəvi tərkibinin, qidalılıq dəyərinin müəyyən etməklə bərabər, həmçinin orqanoleptiki və fiziki-

kimyəvi metodlardan istifadə etməklə keyfiyyət göstəriciləri də ekspertiza edilmişdir. 

Tərəfimizdən aparılan tədqiqat işinin  əsas məqsədi respublikamızın istehlak bazarında realizə olunan 

nərə  balığının  keyfiyyət  göstəricilərinin  mövcud  standartların  və  normativ-texniki  sənədlərin  tələblərinə 

uyğunluğunu müəyyən etməkdən ibarət olmuşdur. Aparılan ekspertiza zamanı tədqiqat obyekti olaraq əsasən 

nərəkimilər fəsiləsinə daxil olan Kür nərə balığı götürülmüşdür. 

Kür nərəsi əsasən Cənubi Xəzərdə, Orta Xəzərdə və az miqdarda isə Şimali Xəzərdə təsadüf  olunur. 

Bu balığın kürüsü qiymətinə görə beynəlxalq bazarda bölgə kürüsündən sonar ikinci yeri tutur. Belə ki, bu 

balığın  kürüsünün  1  kq-350  dollara  satılır.  Kür  nərəsi  əsasən  50  m-ə  qədər  dərinliklərdə  yayılıb,  qışda  və 

payızda isə Cənubi Xəzərin qismən isti sularında üstünlük təşkil edir 

Xəzər dənizində bir-birindən morfoloji və bioloji xüsusiyyətlərinə görə fərqlənən 3 növü-Volqa, İran 

və Kür yayılmışdır. Kür nərəsi keçici balıq olub, bütün ömür boyu dənizdə yaşayır. Yalnız kürüləmə zamanı 

çaya  girir.  Kütləvi  şəkildə  cinsi  yetkinliyə  12-13  ildən  sona  çatır.  Nərə  balığı  42  il  yaşayır.  Kür  çayında 

ovlanan  nərələr  başqa  nərələrdən  iri  olub,  kütləsi  80  kq  gəlir.  Onun  kürüləmə  qabiliyyəti  84-837  mindir. 

Kürünün  miqdarı  bütöv  balığın  kütləsinin  14-15,9%  təşkil  edir.  Nərə  xarici  görünüşünə  bölgəyə  oxşayır, 

lakin ondan kiçikdir. Həm də nərənin başı uçbucaq şəklindədir. Bədənin rəngi isə boz və qaradır. 

Nərə mühüm vətəgə əhəmiyyətli balıqlarındadır. Son illərdə Azərbaycanın sularında 1,6 min ton nərə 

tutulmuşdur. Tərəfimizdən aparılan tədqiqat zamanı götürülmüş nərə balığının uzunluğu 7 sm, çəkisi isə 23,5 

q  olmuşdur.  Tədqiqat  obyekti  kimi  götürülmüş  bu  balıqda  ilk  növbədə  orqanoleptiki  metodla  keyfiyyət  

göstəriciləri  (xarici  görünüşü,  iyi,  dadı,  konsistensiyası)  qiymətləndirilmişdir.  Nərə  balıqlarının  xarici 

görünüşü qiymətləndirilərkən ilk növbədə balıqların qəlsəmələrinin rəngi, qarın nahiyəsinin vəziyyəti, anal 

dəliyinin  seliyinin  rənginə  və  iyinə  diqqət  yetirilmişdir.  Belə  ki,  tədqiqat  obyekti  kimi  götürülmüş  balığın 

bədəni  az  miqdarda  zədələnmiş  vəziyyətdə  olmuşdur.  Bədənlərinin  üzəri  təmiz  və  təbii  rəngdə, 

qəlsəmələrinin rəngləri isə tünd qırmızı rəngdə olması qeyd edilmişdir. Qarın nahiyəsinin analizi zamanı isə 

qarın nahiyəsində şişlərə rast gəlinmiş, seliyi isə iysiz və şəffaf olmuşdur. 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

106 



 

 

Konsistensiyasına  görə  aparılan  analiz  zamanı  isə  müəyyən  olunmuşdur  ki,  tədqiqat  obyekti  kimi 



götürülmüş balığın konsistensiyası bərk olmuş, ən enli və ətli hissəsini barmaqla basdıqda əmələ gələn balıq 

əvvəlki vəziyyətinə dərhal qayıtması qeyd edilmişdir.  

 

 

BIOLOGIYA DƏRSLƏRINDƏ TƏDQIQATÇILIQ BACARIĞININ INKIġAF 

 ETDIRILMƏSI YOLLARI 

 

Atayeva  G.A. 

Lənkəran Dövlət Universiteti 

 

Müasir  dövrün  ən  mühüm  problemlərindən  biri  respublikanın  ümumtəhsil  məktəblərində  biologiya 

fənni  üzrə şagirdlərə dərs  prosesində bilik vermək və yeri gəldikcə bu biliyi müstəqil şəkildə tətbiq etmək 

bacarığı aşılamaqdır.Ənənəvi dərs anlayışı şagirdlərlərin tədqiqatçılıq bacarığının inkişafına müasir dövrün 

tələbləri  səviyyəsində  təsir  göstərə  bilmir.Bunun    başlıca  səbəbi  kimi  alimlər  ,müəlimlərin  dərs  prosesində 

verdikləri  məlumatların  dinləyiciyə  çatdırılması  səviyyəsinə  həmçinin  dərsliklərin  ,materialların 

məzmununun  şagirdlər  tərəfindən  kor  –koranə  əzbərlədiklərindən    və  yeri  gəldikdə  tətbiq  edə    bilməmək 

,tədqiqatçılıq  bacarığının  aşağı  səviyyədə  olması  ilə  əlaqələndirirlər.Bütün  bu  problemlərin  həlli  yolları 

əsasında inteqrativ təlim materialları, inteqrativ təlim və s.durur. 

Aparılan  tədqiqatlara  əsasən  biologiya  dərslərində  şagirdlərin  tədqiqatçılıq  bacarığının  inkişaf 

etdirilməsinin  imkanlarının  problem  baxımından  araşdırılmasıdır.Araşdırılmalara  əsasən  şagirdlərin 

tədqiqatçılıq bacarıgının inkişaf etdirilməsi yollarının aşağıdakı kimi qruplaşdrmaq olar: 

Biologiyadan  nəzəri  biliklərin  təhlil  etmək  üçün  biliklərin  verilməsi  prosesində  nümayiş  təcrübələri, 

laboratoriya  işləri,  dərslik,sorğu  və  məsələ  kitabları  üzrə  işlər,  eksperimental  və  hesablama  məsələlərinin 

həlli ,kolleksiya, cədvəl ,model və diaqramların əhəmiyyəti vardır. 

Biologiya  dərslərində  şagirdlərdə tədqiqatçılıq bacarığının  inkişaf  etdirilməsi  üçün  frontal,briqada  və 

fərdi  təşkil  edilmiş  laboratoriya  işləri  paylama  materialı  üzrə  müstəqil  işlər,cədvəllər  ,dərslik  və  s.kimi 

müstəqil işlərdən istifadə edilməsi məqsədə uyğundur. 

Ümumtəhsil  məktəblərində  təlim  və  təhsilin  keyfiyyətinin  yaxşılaşdırmaq  fənlərin  tədrisini 

yüksəltmək  təlim  və  tədqiqatçılıq  bacarığının  inkişaf  etdirmək  təhsil  islahatının  əsas  məqsədidir.Bu 

problemin həlli istiqamətində aparılan tədqiqatlar göstərir ki, biologiyanın  tədrisində müəllimlərin  öhtəsinə 

daha  çox  məsuliyyət  düşür.  Belə  ki,  müəllimlər  şagirdlərə  biologiyadan  yalnız  nəzəri  bilik    verməklə 

kifayətlənməməlidir.  Tədqiqatçılıq    bacarığını    inkişaf  etirmək  üçün  şagirdlər    dərs  prosesində  müəllimin 

izahını  diqqətlə dinləməli,müstəqil olaraq onu icra etməlidir. Şagirdlərin tədqiqatçılığa cəlb edilməsi onların  

əvvəlcədən bu işə hazırlanmasını tələb edir. Şagirdlər cihazlarla,maddələrlə işləmək üçün, müəyyən bacarığa 

yiyələnməli,müşahidə  aparmalı  ,nəticə  çıxarmalı,müəyyən  laborator  əməliyyatları  yerinə  yetirməli  və 

ümumiləşdirmə  aparmalıdırlar.  Buna  görə  də  şagirdlərdə  aşağıdakı  bacarıq  və  vərdişlər  yaradılmalıdır: 

qızdırıcı 

cihazlardan,metal 

ştativdən 

istifadə,bioloji 

stəkanlarla,şüşə 

qablarla,cihaz 

və 


kolbalarla,qələvilərlə,duzlarla və onların məhlulları ilə davranmaq,tərəzidə çəkmək,bərk və maye maddələri 

həll etmək,qızdırmaq və başqa vərdişləri iş prosesində yaranır. 

Bu  amiləri  nəzərə  alaraq  belə  nəticəyə    gəlmək  olar  ki,şagirdlər  praktik  işlərdə  laboratoriyalarda  

bioloji  pereparatlarla  onlardan istifadə  qaydalarını bilərlərsə   onların fəallığını artırmaqla  yanaşı müstəqil 

işləmək  bacarığı  formalaşar,tədqiqatçılıq və təfəkkür fəaliyyəti  inkişaf etmiş olar. 

                                

 

KĠVĠ BĠTKĠSĠ MEYVƏLƏRĠNDƏN ALINMIġ  EKSTRAKTLARLA 

ZƏRƏRLĠ MUTASĠYALARIN MODĠFĠKASĠYASI 

 

Abışova M.H. 

Lənkəran Dövlət Universiteti 

 

Orqanizmlərin    təkamülünün  vacib  amillərindən  biri  təbii  mutasiya  prosesidir.  Təbii  mutasiya 

prosesinin  böyük  müsbət  təsiri ilə  yanaşı, son  dövrlər  ətraf    mühitə  daxil olan  maddələri  müəyyən  hissəsi 

mutagen  və  kanserogen  xassəli  olduğu  üçün  neqativ  təsiridə  artmışdır.  Bu  isə  müxtəlif  populyasiyalarda 

mutasiya  yükünün  artmasına  gətirib  çıxarmışdır.  Ətraf  mühitin  intensiv  çirklənməsi  nəticəsində  mutasiya 

yükünün artması öz növbəsində bioloji tarazlığın pozulmasına, qiymətli əlamətlərə malik bitki, heyvan növ 

və  cinslərinin  sayının  azalmasına  və  hətta  ekosistemdən  tamamilə  silinməsinə  səbəb  olmuşdur.  Bununla 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə