Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə49/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   45   46   47   48   49   50   51   52   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

98 



 

Şagirdlər  hər  tərəfli  biliklərlə  təmin  edilməsi  onlarda  bacarıq  və  vərdişlər  formalaşdırılmalı,yüksək 

mədəniyyətə  və  dünyagörüşünə  malik  şəxsiyyət  kimi  yetişdirilməlidir.Belə  tədris  prosesi  şagirdlərdə 

özünəinam  hissi  oyadır  ki,  bu  da  onlara  sinfin  və  dərsin  təşkilində  iştirak  etməyə  ,öz  fikirlərini  sərbəst 

şəkildə ifadə  etməyə  şərait  yaradır.Müasir  təlim  metodları  və  İKT  –dən  istifadə  sinif  mühitində  dəyişiklik 

etməyə  və  cəmiyyətin  dəyərli  vətəndaşları  olmağa  çalışan,  aktiv,hər  şeylə  maraqlanan  şagirdlərin  təhsil 

aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərir.Təlim prosesinin daha yaradıcı olmasına,şagirdlərin 

müzakirə,mühakimə  qabiliyyətlərinin  formalaşmasına  stimul  yaradan  bu  üsul  və  vasitələtr  eyni  zamanda 

şagirdlərin təlim prosesinə daha maraqla və həvəslə yanaşmasını təmin edir. 

Bütün  bunlar  şagirdlərin  dünyaya  baxışını  dəyişir,onları  kamil  bir  şəxsiyyətə  çevrilir.Bioloji  elmlər 

planetimizdə  unikal  hadisə  olan  həyatın  qanunlarını  açmaqla  məktəblinin  bioloji  mədəniyyətini 

formalaşdırır. 



 

 

RESPUBLĠKAMIZIN ĠSTEHLAK BAZARINDA REALĠZƏ OLUNAN QARAĞAT VƏ ZĠRĠNCĠN 

QĠDALILIQ DƏYƏRĠ VƏ KEYFĠYYƏT GÖSTƏRĠCĠLƏRĠNĠN TƏDQĠQĠ 

 

Abdullayeva M.S. 



Azərbaycan Dövlət İqtisad Universteti 

 

Qarağat.  Qarağat    Azərbaycan  meyvəçiliyində  bir  o  qədər  əhəmiyyətli  yer  tutmur.  Bu  yalnız 

həvəskarlar  tərəfindən  bağlarda  və  həyatyanı  sahələrdə  becərilir.  Qarağat  Azərbaycanda  cır  halda  dağlarda 

rast gəlinir. Isti iqlimi sevmədiyi üçün aran yerlərində becərilmir. Qarağat vitaminli, dadlı və qidalı meyvələr 

verir,  konserv  istehsalında  geniş  istifadə  olunur.  Iqlim  şəraiti  uyğun  olan  yerlərdə  qarağatı  bağlarda  cərkə 

aralarında bitki kimi istifadə etmək mümkündür. 



Bioloji xüsüsiyyətləri və növləri 

Qarağat kiçik kol halında bitir, iki əsas növü vardır:  

 

Qara 



 

Qırmızı  



Qara  qarağat.  Bu  növün  iki  çeşidi  vardır.  Avropa  və  Sibir  çeşidi  cır  halında  şimal  ölkələrində  və 

cənub  ölkələrində  geniş  sahələrdə  bitir.  Qara  qarağatın    kolları  1-2  metr  hündürlüyünə  çatır.  Kolları  yaxşı 

qol-budaqlı  olur,  tikansızdır,  yarpaqları  çox  və  kənarları  dişlidir,  çiçəkləri  ağ-çəhrayıdır.  Meyvəsi  yumru, 

tünd-qara  rənli,  qabıqları  bərk  və  içində  balaca  toxumları  vardır,  turşdur,  xüsusi  dadı  və  ətirləri  olur, 

vitaminlə  zəngindir.  Tərkibində  75-85

   su,      7-10    şəkər,  2-4    müxtəlif  turşular  olur.  Qara  qarağatın 

bütün sortları C vitamini ilə çox zəngindir həmcinin A, B və P vitaminləri də vardır. Elmi-Tədqiqat İnistitun 

məlümatına görə qara qarağatın meyvəsinin tərkibində C vitaminin miqdarı başqa çeşidlərə nisbətən  5 dəfə, 

limon,  portaqal,  narinği  və  moruqdan  7-10  dəfə,  almadan  isə  10-20  dəfə  çoxdur.  Qırmızı  qarağatda  C 

vitamini azdır. 



Qırmızı qarağat. Qara qarağatdan kolun xırda olması, budaqlarının və meyvələrin rəngi ilə fərqlənir. 

Cavan budaqları bozdur, yarpaqları 3 və 5 dilimli, xırda və ətrafı dişlidir, çiçəkləri xırdadır. Meyvəli yumru, 

rəngi isə qırmızı və ya açıkdır. Içlərində olan cəyirdəkləri və qabıq damarları görünür. Turş,  xoşməzə dadı 

vardır. Limon və alma turşuları ilə zəngindir, vitaminləri azdır, bitməsi 2-3 illik budaqlanır üstündə meyvələr 

əmələ gəlir.  

Hər iki növün çiçəkləri beşkasalı, beşləçəkli, beşerkəkli və birdişlidir. Kökləri üzdə olur. Budaqları bir 

neçə il meyvə verdikdən sonra qocalır, onları tədricən cavan növləri ilə əvəz etmək lazımdır. 

Qarağat  soyuğa  davamlıdır,  çox  isti  və  quraqlıq  sevmir.  Quraqlıqda  meyvələrinin  qabığı  qalınlaşır, 

keyfiyəti aşağı düşür, bəzi hallarda meyvəsi və yarpaqları tökülür. Qara qarağat rütübətə tələbkardır, qırmızı 

və  ağ  qarağat  isə  quraqlığa  xeyli  davamlıdır.  Ona  görə  də  qırmızı  və  ağ  qarağat  aşağı  yerlərdə  yaxşı  bitir, 

qara qarağat üçün isə bir az kölgəlik lazımdır. 

Zirinc.  Zirinc  Azərbaycanın  dağlıq  yerlərində  xırda  kol  şəklində  bitir.  Zirinc  Naxcıvanda  və  əlaxsus 

Cənub  Azərbaycanda  bir  bağ  meyvəsi  kimi  becərilir.  Quru  zirinc  Azərbaycan    xörəklərində  çox  işlədilir. 

Zirincdən  mürəbbə,  şirə  və  qənnadı  məmulatı  hazırlanır.  Şirin  və  xoşməzə  meyvələri  vitaminlidir  və  geniş 

sürətdə istifadə olunan bir meyvədir.  



Sortları. Azərbaycanda çox yararlı zirinc formaları vardır. Bunlardan ən çox iki əsas növü vardır:  

 



Qara 


 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

99 



 

 



Qırmızı 

Qara  zirinc.  Kolu  hündür,  meyvələri  o  biri  zirinclərə  nisbətən  böyükdür.  Dadı  tuşa-şirindir. 

Toxumları xırdadır. Cənub Azərbaycanda və Naxcıvanda çox becərilir. Qurutmaq üçün ən yararlı sortdur. 



Qırmızı  zirinc.  Bu  növün  kolları  qara  zirincə  nisbətən  xırdadır.  Meyvəsi  çox  turş,  qara  zirincdən 

xırdadır. Mürəbbə bişirmək və qurutmaq üçün sərf olunur. 



Becərmə  üsülları.  Zirinc  kontinental  iqlim  bitkisidir.  Soyuğa  və  istiyə  dözümlüdür.  Şimal  ölkərində 

dağlıq yerlərdə bitdiyi kimi cənub isti aran yerlərdə də çox yaxşı əmələ qəlir. Mayın axırlarında çiçəkliyir. 

Zirinc hər bir torpaqda əmələ qəlir.   

   Zirinci  həmdə  bağlarda  becərmək  olar.  Kolların  arası  3  metr  saxlanılır.  Kolda  8-9  budaqdan  artıq 

saxlanılmır. Artıq cavan şivlər və budaqılar vaxtında təmizlənməlidir. Bu şivlər qaldıqda meyvə budaqları 

zəifləyir  və  meyvənin  toplanmasına  da  çətinlik  törədir.  Quraq  yerlərdə  suvarılır.  Mümkün  olan  yerlərdə 

peyinlə gübrələyirlər.  

Əkinə bir az qalmış sahə hamarlanır və 3-5 hektarlıq taxtalara bölünür.  

Taxtaların  arasında  əsas  və  kömək  yollar  ayrılır,  sonra  cərgələr  və  ting  əkiləcək  yerlər  nişanlanır. 

Düzənliklərdə  zirinc  plantasiyasında  cərgəarasında  3  metr,  bitkiarasını  isə  2  metr  saxlamaq  məsləhətdir. 

Dağlıq yerlərdə, yamaclarda cərgə və bitkiarası yerin relyefinə görə müəyyənləşdirilir. Əkinqabağı 40-50sm 

dərinliyində  calalar  qazılır.  Bitkilərin  daha  yaxşı  inkişaf  etməsindən  ötrü  hər  çallaya  bir  vedrə  çürümüş 

peyin, 300 qr superfosfat və 50 qr kalium qübrəsi çaladan çıxmış torpaqlara yaxşı qarışdırılı, yarısı çalanın  

dibinə tökülü, qalan hissəsi isə ting əkəndə verilir. 

Çoxalmış budaqları 5 ildən sonra budağı cavan budaq ilə əvəz edirlər. 

Zirinc  bitkisinin  ən  aşağı  əkilməsi  vaxtı payızda  yarpaqlar töküləndən  başlayaraq  yazda  tumurcuqlar 

alınana qədər sayılır. 

Məhsulun yığılması və sərf olunması. Zirincin meyvəsi avqustda yetişir,  əl ilə yığılır. Meyvəsi təzə 

halda çox az sərf olunur. Meyvəsindən sirkə, jele, şirə hazırlayırlar, mürəbbə bişirirlər, qurudurlar.  Bir qədər 

kal yığılıb sumaq hazırlayırlar, şorbaya da qoyurlar. Vitaminli meyvə olduğundan olduqca xeyirlidir. 

 

 



UġAQLARIN  QĠDA RASĠONUNDA ZÜLALLARIN, KARBOHĠDRATLARIN, YAĞLARIN, 

VĠTAMĠNLƏRĠN, MĠNERAL MADDƏLƏRĠN  ROLU 

 

Abdullazadə  N.E. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Əhalinin  zəruri  qida  məhsulları  ilə  təmin  edilməsi  və  rasional  qidalanmasının  təşkili  məsələsi 

bəşəriyyət  qarşısında  duran  ən  vacib  və  daimi  poblemlərdəndir.  Qidalanma  canlı  orqanizmin  böyümə  və 

inkişafı, həyat fəaliyyəti, mövcudluğu və artımı kimi əzəli funksiyaların həyata keçilməsi üçün  vacib olan 

bioloji  (fiozioloji)  xassə,  motiv  və  tələbat  kimi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Rasional  qidalanma,  düzgün 

təşkil  edilmiş  elə  qidalanmadır  ki,  qəbul  edilən  hazır  məhsulda  qida  maddələrinin  insan  orqanizminin 

fizioloji  tələbatına  uyğunluğunu  təmin  etməklə  yanaşı,  eyni  zamanda  onların  mənimsənilməsi  və  sərf 

edilməsi prosesləri arasında müəyyən tarazlıq olmasını və orqanizmin böyümə və inkişafı ilə əlaqədar olaraq, 

qidaya  olan  əlavə  ehtiyacların  ödənilməsini  nəzərdə  tutur.  Rasional  qidalanma  insan  həyatının  yaş,  peşə, 

istehsalat,  iqlim,  coğrafi  mühit,  məişət  və  fərdi  xüsusiyyətlərinə  müvafiq  olaraq  qurulmalıdır.  Qidalanma 

insanın sağlamlığını müəyyənləşdirən mühüm təbii amillər sırasına aiddir. Orqanizmin həyat fəaliyyəti, onda 

baş verən qurulma və bərpa prosesləri, onlara sərf olunan enerji və tikinti materialı bilavasitə qidalanmadan 

asılıdır. 

İnsanın  uşaqlıq  dövrü  intensiv  böyümə  və  boy  atma  prosesləri  ilə  səciyyələnir.  Bu  dövrdə  uşaq 

orqanizminin normal inkişafı və saglamlıgı  ən vacib şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir 

fəaliyyəti,  intelekti  və  aktiv  hərəkətləri  formalaşır,  xarici  mühitlə  əlaqələri  zənginləşir,  mühit-amillərinin 

qeyri-əlverişli  təsirinə  reaksiyaları  zənginləşir.  Bir  sözlə,  uşaq  orqanizminin  böyümə  və  fəallıgı,  yaşadıgı 

mühitə  adaptasiyası  və  ona  müdaxiləsinin,  qurulma  və  energetik  proseslərin  yüksək  səviyyələrdə  həyata 

keçməsini  tələb  edir.  Uşaq  orqanizmində,  əsas  mübadilə  və  enerji  məsrəfləri  xeyli  böyükdür,  bu  da  əsas 

etibarilə  böyümə,  bədən  kütləsinin  artması,  əzələ  işinin  fəallaşması  ilə  əlaqədardır.  Uşaqlarda  assimilyator 

(anabolik  sintektik)  proseslər  dissimilyator (katabolik,  deqrativ)  proseslər  üzərində  dominantlıq edir.  Erkən 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə