Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə50/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   46   47   48   49   50   51   52   53   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

100 



 

yaşda  orqanizmin  quruluş  və  funksiyalarının  düzgun  formalaşması,  həyat  fəaliyyəti  üçün  və  digər 

biokimyəvi fizioloji parametrlərin təşəkkülü və təzahürü üçün, şübhəsiz mənimsənilən qidanın əhəmiyyəti və 

keyfiyyəti  ilə  sıx  baglıdır.  Böyüməkdə  olan  uşaq  orqanizminin  rasional  qidalanmaya  olan  tələbləri, 

yeniyetmə və ya yaşlı dövrlərdəki insan orqanizminin qidaya olan tələblərindən xeyli fərqlənir. Bu tələblərin 

yerinə yetirilməməsi onun böyümə və inkişafının pozulmasına səbəb olur. Ona görə də uşaqlıq dövrü üçün 

qida rasionunun düzgün tərtib edilməsi saglamlıq nöqtəyi nəzərindən həmişə aktual məsələ olub və olaraq da 

qalır. 


Zülallardan  orqanizmin  müxtəlif    toxuma  və  hüceyrələrinin  qurulması  üçün  plastik  tikinti  materialı 

kimi  istifadə  olunur.  Maddələr  mübadiləsinin  tənzimlənməsində  fəal  iştirak  edən  müxtəlif  fermentlər,  bəzi 

hormonlar zülal təbiətlidir. Əzələlərin yığılması və boşalması, onların liflərində fəaliyyət ğöstərən aktin və 

miozin  zülalları ilə bağlıdır. Qanda oksiğen və  karbon qazının daşınmasında da onlar mühüm rol oynayır. 

Həmçinin hemoqlobin tənəffüs zülalı kimi mühümdür. Onlar hüceyrə və toxumaların immunitetini də təmin 

edirlər.  

Bütün  bu  zülali  birləşmələr  qidanın  tərkibində  olan  bitki  və  heyvan  mənşəli  zülalların  həzmi 

(parçalanması)  nəticəsində  əmələ  gələn  müxtəlif  (20-yə  qədər)  amin  turşularından  sintez  olunur.  Qida 

rasionunda  kifayət  qədər  zülal  olduqda,  mədə-bağırsaq  kanalında  onun  həzmi  nəticəsində  bütün  bu  amin 

turşuları  əmələ  gəlir  və  orqanizm  üçün  tələb  olunan  hər  bir  zülalın  sintezi  təmin  olunur.  Zülallar  qida 

rasionunda əsas yer tutur və qidalanmanın bütün xarakterini müəyyən edirlər. 

Böyüyən orqanizmin toxuma və hüceyrələri, orqanları və bütövlükdə bədənin qurulması və fəaliyyəti 

üçün,  zülallar  xüsusi  əhəmiyyətə  malikdir.  Uşaq  orqanizminin  zülala  olan  ehtiyacının  düzgün  müəyyən 

edilməsi  olduqca  vacibdir,  çünki,  zülali  maddələr  tikinti  və  enerji  materialı  olmaqla  yanaşı,  funksiyaların 

əsas daşıyıcısıdır. Orqanizmdə irsiyyətin bioloji katalizatorların (fermentlərin), sinir və əzələ mexanizmlərin, 

immunitetinin  və  sairə  bu  kimi  mühüm  funksional  aparatların  işi  bu  və  ya  digər  dərəcədə  zülallarla 

əlaqədərdir  və  ya  onlardan  asılıdır.  Orqanizmin  azot  balansı  kimi  mühüm  istiqamət  göstəricisi  də  əsasən 

zülal və amin turşuların mənimsənilməsi ilə əlaqədardır. 

Qida  rasionunda  zülal  çatışmazlıgı  və  ya  zülala  görə  qidanın  az  dəyərliyi  uşaq  dietoloqların 

qayğılandıran  əsas  məsələlərdən  biridir.  Bu  məsələnin  əhəmiyyəti  ondan  irəli  gəlir  ki,  orqanizmdə  zülal 

ehtiyatları  olmur.  Zülallar   orqanizmin  böyümə  fazasında  yeni  toxuma  və  hüceyrələrin formalaşması  üçün 

zəruridir.  Uşagın  yaşı  nə  qədər  az  olarsa,  onun  bədən  kütləsinin  hər  kiloqramı  üçün  bir  o  qədər  çox  zülal 

lazımdır. Belə ki, uşaq orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-5.5q, 1-dən 3 yaşa qədər-

4-4.5q,  4-dən  7  yaşa  qədər  3.5-4q,  8-dən  12  yaşa  qədər  -3q,  12-dən  yuxarı  yaşlarda  isə  2-2.5q  zülal  tələb 

olunur. Oglanlarda zülala olan ehtiyac qızlardakından çoxdur. Böyüyən orqanizmdə zülalların sintezi onların 

parçalanmasından üstün olduguna görə uşaqlarda azot balansı müsbət olur. Zülalın optimal sutkalıq dozaları 

mövcuddur  ki,  bu  dozalarda  azotun  orqanizmdə  maksimum  saxlanması  və  ya  retensiyası  müşahidə  edilir. 

Məsələn:1.5-dən 3 yaşa qədər maksimum retensiyası 1 kq bədən kütləsinə 4 q zülal düşdükcə qeyd olunur. 

Zülalın  bu  normadan  yuxarı  artması  orqanizmdə  retesiya  ilə  müşaiyyət  olunmur.  Azotun  retensiyası  təkcə 

qidadakı  zülallardan  deyil,  həmçinin  zülal,  yag  və  karbohidratlar  arasındakı  nisbətlərdəndə  asılıdır.  Ən 

əlverişli retensiya qidada bu maddələrin miqdarca nisbəti 1:1:4 oldugu halda müşahidə edilir. Ən vacibi odur 

ki,  uşaqlar  qida  ilə  kifayət  qədər  əvəzolunmayan  amin  turşularını  ala  bilsin.  Məsələn:böyümə  və  qanın 

yaranmasına  kömək  edən  lizin  amin  turşusunun  sutkalıq  optimal  miqdarı  3.2-4.8  q-a  qədər,  böyümə  üçün 

zəruri  olan  triptofanın  miqdarı  isə  1  q  təşkil  edir  və  s.  1-dən  3  yaşa  qədər  olan  uşaqlarda  qida  ilə 

mənimsənilən zülalın 75%-ə qədəri heyvanat mənşəli, 25%-ə qədəri isə bitki mənşəli olmalıdır. 

Yaş  artiqca  sutkalıq  qida  rasionunda  heyvanat  mənşəli  zülalların  miqdarı  getdikcə  azalmalıdır. 

Məsələn, 5 yaşında olan uşaqlarda hər iki növ qida zülalın miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri  

və  tələbələri  üçün  müəyyən  edilən  qida  rasionlarında  yaşlılarda  oldugu  kimi  heyvanat  mənşəli  zülallar  30, 

bitki zülalları isə 70%-ə yaxın olmalıdır. 

Qidanın zülal kalori çatışmazlığı əhalinin fiziki və əqli fəaliyyətinə çox mənfi təsir göstərən amillərdən 

biridir. Birləşmiş Milllətlər Təşkilatının (BMT) Ümumdünya Səhiyyə Təşkilatının son illərdəki məlumatları 

ğöstərir  ki,  iqtisadi  cəhətdən  zəif  və  ya  orta  inkişaf  etmiş  ölkələrdə  zülal  kalori  çatışmazlığı  halları  geniş 

yayılaraq  bir  xəstəlik  kimi  əhalinan  müxtəlif  təbəqələrini  əhatə  edir.  Qidada  zülal  çatışmazlığının  əsas 

simptomları orqanizmin boy və çəkidən qalması, qaraciyərin piylənməsi, bədəndə şişmə-sızma hallarının baş 

verməsidir. Zülal çatışmazlığı xəstəlikləri uşaq və yeniyetmələr üçün daha təhlükəlidir. 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

101 



 

Karbohidratlar  orqanizmdə  enerji  mənbəyi  kimi  istifadə  olunur.  Onların  qida  ilə  orqanizmə  normal 

daxil  olması  zamanı  onların  toxumalarda  və  qanda  tərkibi  sabit  qalır.  Karbohidratlar  zülal  və  yağların 

parçalanma  məhsullarından  da  sintez  oluna  bilir.  Onlar  nuklein,  əvəzolunan  amin  turşuların, 

qlükoproteidlərin və həyat üçün digər lazımi maddələrin sintezində də mühüm rol oynayırlar. Eyni zamanda 

karbohidratların artıq miqdarda orqanizmə daxil olması və az miqdarda sərfi zamanı onların bir hissəsi yağa 

çevrilir. Beləliklə, karbohidrat mübadiləsi zülal və yağ mübadiləsi ilə sıx əlaqədardır. 

Uşaqlarda  karbohidrat  mübadiləsi  intensiv  gedir  və  bu  orqanizmin  şəkərə  olan  böyük  tələbatları  ilə 

əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə karbohidratların yag və zülallardan əmələ gəlməsi prosesləri 

zəif təmsil olunmuşdur. Adətən, 1-dən 3 yaşa qədər olan uşaqların karbohidratlara olan sutkalıq tələbatı 183 

q, 4-dən 7 yaşa qədər 288 q, 8-dən 13 yaşa kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir. 

Yağlar insan orqanizmində həm enerji mənbəyi, həmdə plastik qurğu  materialı kimi istifadə olunur. 

Qida yağları həm də vitaminlər üçün yaxşı həlledicidir. Onlarda orqanizm üçün zəruri olan bəzi fizioloji fəal 

maddələr toplanır. Yağ qidanın dadını yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır. Çavan və orta yaşlı 

adamların  qidasında  zülal  yağ  nisbəti  1:1  kimi  olmalıdır.  Qida  rasionunda  yağların  düzgün  və  yaxşı 

mənimsənilməsi üçün həm heyvanat mənşəli, həm də bitki mənşəli yağlar qəbul olunmalıdır. Ümumi yağın 

70%-i heyvan yağı, 30% isə bitki yağı olmalıdır. 

Uşaq orqanizminin yaglara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki, 4 yaşa qədər olan dövrdə hər 

kq çəkiyə 3.5-4 q, məktəbəqədər və məktəb yaşlarında isə 2.0-2.5 q yag tələb olunur. Tətqidatlar göstərir ki, 

bu  zaman  yagabənzər  maddələrdən  fosfolipidlərin  miqdarı  artır.  Bu  halda  yaşla  əlaqədar  olaraq  qanda 

xolesterinin, neytral yagların miqdarı artmaga başlayır. 

Orqanizmdə  yağların  miqdarı  artıq  olduqda,  qanda  onun  miqdarı  çoxalır  ki,  bu  da  ürək-damar 

sisteminin aterosklerozla pozulmasına, ağ ciyərin fəaliyyətinin zəifləməsunə səbəb olur. Onların çatışmazlığı 

isə  mərkəzi  sinir  sisteminin  pozulmasına  və  bioloji  mexanizmlərin  zəifləməsinə  səbəb  olur.  Bununla 

toxumalarda  zülal  sintezi,  fosfolipidlərin  mübadiləsi  azalır.  Nəhayət,  yağazlığı  orqanizmdə  böyrəklərin 

funksiyasını, gözün görmə qabiliyyətini aşağı salır. Yağlarla zəngin olan ət, balıq, süd məhsulları və krem 

tərkibli qənnadı məhsulları və unlu qənnadı məmulatıdır. Məsələn, yağlı mal ətində 20%, donuz ətində 30%, 

pendirdə 30%, xamada 25%, süddə3-60%-ə qədər yağ vardır. 

Qidalılıq əhəmiyyəti olmayan, ancaq qidada mütləq zəruri olan üzvi maddələrdən biri də vitaminlərdir. 

Onlar öz kimyəvi təbiətinə görə kiçik molekullu üzvi birləşmələr olub, orqanizmin maddələr mübadiləsində 

və  onun  tənzimlənməsində  mühüm  rol  oynayır.  Onları  nə  zülalara,  nə  yağlara,  nə  də  karbohidratlara  aid 

etmək olmaz. Bütün vitaminlər iki böyük qrupa bölünür: yağda və suda həll olanlar. Yağda həll vitaminlərə 

A, D, E və K vitaminləri aiddir. Suda həll olan vitaminlərə isə B qrupu vitaminləri, PP və C vitaminləri aid 

edilir. 


İnsan  orqanizmi  üçün  zülal,  yağ,  karbohidrat  və  su  kimi  mineral  duzlar  da  çox  zəruridir.  Mineral 

maddələr orqanizmə sümük toxumasının qurulması, yaranması, hyceyrələrdə analitik təzyiqin daxili mayelər 

hesabına  turşu-qələvi  tarazlığının  saxlanılması,  qanın,  normal  duz  tərkibinin  qoruyub  saxlanılması,  su-duz 

mübadiləsinin normalaşması üçün mühüm əhəmiyyət kəsb edir. 

Uşaqların müxtəlif mineral maddələrə olan tələbatları fərqlənir. Uşaq orqanizminin kalsium və fosfora 

olan ehtiyacı xüsusi ilə böyükdür, bu da onların sümük toxunmasının, skeletinin intensiv inkişafı ilə baglıdır. 

Həyatın  birinci  ilində  kalsiuma  olan  tələbat  ikinci  ilində  oldugundan  8  dəfə  artıq  olur.  Məktəbəqədər  və 

məktəb  yaşlarında  orqanizmin  kalsiuma  olan  sutkalıq  tələbatı  0.68-2.36  mq:kq  bədən  kütləsinə  bərabərdir. 

Qanın hemoqlobin tənəffüs funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 

1-1.2 mq:kq çəki qiyməti qədərdir. 



 

 

ƏT MƏHSULLARININ TƏHLÜKƏSĠZLĠYĠ 

 

Abdullazadə  N.E. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Qidalanma  canlı  orqanizmin  böyümə  və  inkişafı,  həyat  fəaliyyəti,  mövcudluğu  və  artımı  kimi  əzəli 

funksiyaların  həyata  keçməsi  üçün  ən  vacib  olan  bioloji  (fiozioloji)  xassə,  motiv  və  tələbat  kimi  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Rasional  qidalanma,  düzgün  təşkil  edilmiş  elə  qidalanmadır  ki,  qəbul  edilən  hazır 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə