Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə56/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   52   53   54   55   56   57   58   59   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

111 



 

 



fiziki,  kimyəvi,  bioloji  amillərin  canlı  varlıqlara  mənfi  təsiri  barədə  nəzəri  biliklərdən  ekoloji 

problemlərin aradan qaldırılmasında istifadə edir; 

 

zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.  



Qeyd etdiyim kimi, Biologiya dərslərində yeni təhsil sistemindən istifadə edilməsi şagirdlərin müstəqil 

düşüncə və fikir yürütmə qabiliyyətlərinin inkişafına səbəb olur bu da öz növbəsində dərsə verilən tələblərin 

çoxluğunu  göstərir.  Onlar 2  qrupa  bölünür:  ümumi  və  xüsusi tələblər.  Dərsə  verilən  ümumi  tələblər  təlim 

prinsiplərində istifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq 

və fəallıq, əyanilik, müvafiqlik, fərdi yanaşma və s.) kompleks həyata keçirilməlidir. 

Xüsusi tələblər isə bilavasitə dərslə bağlıdır: 

1.

 

Dərsdə  yüksək  təhsil,  inkişaf  və  tərbiyə  səmərəsi  əldə  edilməlidir.  Hər  bir  fəalliyyət  nəticə  ilə 



ölçülür.  Dərsdə  təhsil,  tərbiyə  və  inkişaf  vəzifələri  vəhdətdə  həyata  keçirilməli,    real  nəticələr  əldə 

edilməlidir. Proqram material dərsdə mənimsənilməlidir. 

2.

 

Dərsdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir. Müəllim dərsin qarşısında duran 



məqsəd və vəzifələrdən şagirdlərin hazırlıq səviyyəsindən çıxış edərək, öyrənilən materialın həcmini çətinlik 

dərəcəsini  başlıca  məsələlərini  fənlərarası  əlaqə  imkanlarının  müəyyənləşdirilməli,  dərs  zamanı  məzmunun 

mənimsənimsənilməsinə nail olunmalidır. 

3.

 



Dərsdə səmərəli metodik variant seçilib tədbiq edilməlidir. Dərs o zaman səmərəli olur ki, müəllim 

biliyi  hazır  şəkildə  şərh  etməsin,  şagirdləri  fəal  axtarışa  cəlb  etsin,  onların  müstəqil  fikrini  oyatsın.  Bu 

məqsədlə, problemli vəziyyət yaratmaq, evristik musahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı 

təklif etmək, təfəkkürə qida verən məntiqi metodlara (müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və s.) istinad 

vermək yaxşı nəticə verir. 

4.

 



Dərs  təşkilatı  cəhətdən  mütəşəkkil  və  çevik  olmalıdır.  Dərs  zamanı  vəziyyətdən  asılı  olaraq, 

müəllim  dərsin  məzmununda,  quruluşunda,  vaxt  bölgüsündə  çevik  dəyişikliklər  aparmalıdır.  Yaxşı  dərs 

məntiqi və psixoloji cəhətdən tam olmalıdır.  

5.

 



Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır.  

Göstərilən  tələblərə  cavab  verən  dərs  yaxşı  dərs  hesab  olunur,  belə  dərsdə  yüksək  səmərə,  müsbət 

təlim-tərbiyə nəticələri əldə edilir. 

 

 



ÇOXĠLLĠK BĠTKĠLƏRDƏ YENĠ FORMALARIN ALINMASINDA SUNĠ 

MUTAGENEZDƏN ĠSTĠFADƏ YOLLARI 

 

Bağırova Ə.Z. 

Sumqayıt Dövlət Universiteti 

 

          Süni  yolla  alınmış  kənd  təsərrüfatı  bitkilərinin  mutantları  qiymətli  əlamətlərə  malik  olmaqla  bir  çox 

məqsədlər  üçün  istifadə  oluna  bilər.  Hal-hazırda  mutasiya  əmələ  gətirən  faktorlar  kimi  ionlaşdırıcı  şüalar, 

kimyəvi  birləşmələr  və  digər  faktorlardan  istifadə  edilir.  Bu  agentlərlə  müxtəlif  dozalarda  təsir  edilərək 

meyvə,  giləmeyvə,  subtropik  bitkilər,  üzüm  və  digər  bitkilərdə  müxtəlif  dəyişkənliyə  uğramış  müsbət 

əlamətli  formalar  alınmışdır.  Eksperimental  yolla  vegetativ  orqanların  morfoloji  və  fizioloji  dəyişilməsini 

aşağıdakı qruplara bölmək olar: 

1.

 



Yarpaqların  düzülüşünə  görə  mutasiya  (yarpağın  forması,  səthi,  düzülüşü,  zoğun  uzunluğu  və 

budağa bitişmə bucağı). 

2.

 

Yarpağın budaqda düzülüşü mutasiyası (iki cərgə və ya spiral şəkilli, növbəli, salxımşəkilli, qarışıq 



düzülüşlü olması) 

3.

 



Plastid mutasiyası (xlorofilli və ksantofilli) 

4.

 



Çətirin formasına görə mutasiya (əyilən, sərilən, piramidal, az və ya çox şaxələnmiş, ağacşəkilli və 

ya kolşəkilli formalar) 

5.

 

Boy əlamətlərinə görə mutasiya (tez və ya gec böyüyən, xırda boylu olan) 



6.

 

Yarpağın açılması və tökülməsi müddətinə görə mutasiya (vegetasiya müddətinin uzunluğu və ya 



qısalığı). 

           Meyvəçilikdə  mutant  formalar  alınması  çoxdan  məlumdur  və  geniş  yayılmışdır.  Bizim  apardığımız 

tədqiqatda kimyəvi mutagenlərin meyvə bitkilərindən toplanmış qələmlərə təsirini öyrənmək üçün DMS və 

DES  mutagenlərinin  0,03,  0,05  və  0,1  faizli  məhlulları  hazırlanmış,  metodikaya  əsasən  əvvəlcədən 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

112 



 

hazırladığımız  qələmlər 24 saat ərzində həmin məhlullarda saxlanmışdır. Tədqiqatda nəzarət variantı kimi 

adi sudan istifadə edilmişdir. Hər bir variant üzərində müşahidələr aparılmışdır. 

           Aparəlan müşahidələr göstərdi ki, kökvermə faizinin aşağı olması ilə bərabər bitkilərdə boy artımının 

zəifliyi,  cırtdanboyluluq,  ətrafa  sərilmə,  yarpaqların  rənginin  dəyişməsi  və  s.  əlamətlər  meydana  çıxmışdır. 

Aparılan  müşahidələr  göstərmişdir  ki,  kimyəvi  mutagenlərin  qatılığı  artdıqca  kökvermə  zəifləmiş  və  buna 

uyğun olaraq da kökvermə faizi də aşağı olmuşdur. Bitkilərdə şüalanmanın təsiri nəticəsində mutasiyaların 

tezliyi təbii mutasiya prosesinə nisbətən təxminən 1000 qat artır. 

           Əmələ  gələn  mutasiyaların  miqdarı  şüalanma  dozasından  asılıdır,  belə  ki,  məlum  hüduda  qədər 

dozanın artması müvafiq olaraq mutasiyaların miqdarını da artırır. 

            Fiziki  və  kimyəvi  mutagenlərin  təsirini  müqayisə  etdikdə,  ionlaşdırıcı  şüalanmalar  əksər  hallarda 

ikinci  qrupa-  xromosom  strukturunun  dəyişilmələrinə  gətirib  çıxarır.  Belə  dəyişilmələrin  əksəriyyəti 

orqanizm üçün zərərli olur. Kimyəvi mutagenlər isə spesifik təsirə malikdir. Bunlar xromosom mutasiyaları 

ilə yanaşı əksər hallarda nöqtəvi (gen) mutasiyaların əmələ gəlməsinə səbəb olur. Bu da əsasən fizioloji və 

kəmiyyət  əlamətlərinə  təsir  edir.  Beləliklə  apardığımız  tədqiqatları  ümumiləşdirərək  belə  nəticəyə  gəlmək 

olar ki, seleksiya işində təcrübəvi mutagenezdən istifadə edərək yeni bitki formalarının əldə edilməsi, onların 

möhkəmləndirilməsi və yeni genetik tiplərin yaradılmasını təmin etmək olar. 

 

 



VARVARA SU HÖVZƏSĠNDƏ OVLANAN XANIKĠMĠLƏR FƏSĠLƏSĠNƏ AĠD OLAN  

BALIQLAR HAQQINDA MƏLUMAT   

 

Balakişiyeva A.Z.  

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Bel üzgəci iki hissədən ibarət olub, bir hissəsi yumşaq digəri isə tikanlı şüalardan əmələ gəlmişdir.Bu 

balıqların anal üzgəcində 1-2 tikan olur və qarın üzgəcləri döş üzgəclərinin altında yerləşir.Qəlsəmə pərdələri 

qəlsəmə  arası  məsafədən  səbəst  durur.Hər  tərəfdə  iki  burun  dəliyi  vardır.Udlaq  sümükləri  ayrılmışdır.Üst  

çənə  sümükləri  zəif  hərəkətlidir.Çənələrin    xış  və  damaq  sümüklərin  üzərində  qılşəkilli  dişlər  olur  .Bu 

dişlərin arasında bəzən köpək dişləri də yerləşir.                 

 Bu fəsiləyə aid olan balıqlar şimal yarımkürəsində yayılmış şirin su balıqlarıdır.Azərbaycanda isə iki 

cinsi yaşayır.Bu cinslər müxtəlif əlamətlərinə görə bir birindən fərqlənirlər.                           

1)  Qarın  üzgəcləri  yaxın  durur    onların  arasındakı  məsafə  2/3  dən  azdır.Köpək  dişləri  yoxdur  ,bel 

üzgəcində 15-ə qədər şaxəli şüa olur.Yan xətt quyruq üzgəcinə qədər davam edir.    

2) Qarın üzgəcləri aralı durur onların arasındakı məsafə qarın üzgəci əsasındakı eninin 2/3 dən çoxdur 

Köpək dişləri isə az və ya çox  dərəcədə inkişaf etmişdir.Yan xətt quyruq üzgəcinin üzərinə kecir və burada 

alt üst hissələrə gedən qollara ayrılır.   

Yırtıcı balıq olan çay sıfı Azərbaycanda Kür və Araz çaylarında, kürətrafı göllərdə, su anbarlarında, 

Qızılağac  körfəzində,  Qumbaşı  çayında  və  Dəvəçi  limanında  yayılmışdır.  Dənizdə  yaşayan  sıf  balıqları 

yarımkeçici  həyat  tərzi  keçirir.  Onlar  ildə  2  dəfə  Kür  çayına  daxil  olur.  Kür  çayında  qışda  ovlanan  sıf 

balıqlarının uzunluğu 35-75 sm-ə çatır. Ovda çoxluq təşkil edən kütləsi 1,0 - 2,8 kq, uzunluğu isə 41 -56 sm 

olan balıqlardır. Yarımkeçici sıflar 4-5 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 8-12°C 

olduqda başlayır. Yetkin balığın verdiyi kürünün miqdarı 130 mindən 8 50 min ədədə qədər olur. 

Körpələr  fəal  qidalanmaya  keçən  ilk  vaxtlarda  zooplanktonla  qidalanır,sonra  qammarid,  mizid  və 

cırcırama sürfələrini tutub yeyirlər. 1,5-2 aylığından artıq yırtıcılıq fəaliyyətinə başlayır. Yaşlı sıf balıqları 

başqa  növ  balıqlarla  külmə,  mərsin  və  xul  balıqları  ilə  qidalanır.Sıf  vətəgə  əhəmiyyətli  balıqdır.Əvvəlki 

illərdə sıf balığı çoxlu miqdarda ovlanmışdır. Lakin son illərdə təbii kürütökmə sahələrinin sıradan çıxması 

və  digər  antropogen  təsirlər  nəticəsində  ehtiyatı  xeyli  azalmış  və  illik  ovu  0,7-29  sentnerdən  çox 

olmur.Ehtiyatını  balıqartırma  təsərrüfatlarında  bərpa  etmək  üçün  mütəxəssislər  tərəfindən  biotexniki 

normalar işlənib hazırlanmışdır. Bu istiqamətdə aparılan işlərin miqyasının artırılması vacibdir.                                                                                              

Dəniz  sıfı  əsl  dəniz  balıqlarının  tipik  nümayəndəsidir.  O,  Cənubi  Xəzərin  şimal  hissəsində  

yayılmışdır. Hazırda dənizdə neft və qaz istehsalı ilə əlaqədar onun yayılma arealı məhdudlaşmış, ehtiyatı isə 

kəskin  azalmışdır.Dəniz  sıfı  3-4  yaşında  cinsi  yetişkənliyə  çatır.  Kürüsünü  aprel-may  aylarında,  10-17°C 

temperaturda,dərinliyi  10  m-dək  sahilə  yaxın  daşlı  yerlərdə  tökür.  Hər  bir  dişi  balığın  verdiyi  kürünün 

miqdarı 24,9 mindən 45,1 min-ə qədər olur. Cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 28,6-40 sm, kütləsi 

435-1200  q  olur.Dəniz  sıfı  Xəzərin  qiymətli  vətəgə  balıqları  sırasındadır.  60-cı  illərdə  Xəzərdə  ildə  4  min 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə