Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə54/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   50   51   52   53   54   55   56   57   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

107 



 

əlaqədar  olaraq  ətraf  mühitin  zərərli  amillərinin  təsirindən  bioloji  növlərin,  o  cümlədən  insanın    mühafizə 

edilməsi  müasir  elmin  prioritet    problemlərindəndir.  Bioloji  növlərin  mühafizə  etməyin  konstruktiv 

yollarından  biri  bitki  mənşəli  biokomplekslərin  tətbiqidir.  Çünki  bu  vasitələr    hüceyrədaxili  sistemlərə 

nəzarət edərək orada baş verən proseslərin idarə olunmasına kömək göstərir.  

Tədqiqat  işimizdə  məqsəd,  Azərbaycana  intraduksiya  edilmiş  kivi  bitkisi  meyvələrindən  alınmış, 

tərkibi bioloji aktiv maddələrlə zəngin ekstaktın mühit genotoksinlərinin təsirinə qarşı orqanizmlərin genetik 

davamlılığının  tənzimlənməsi  yollarının  öyrənilməsindən  ibarətdir.  Tədqiqat  obyekti  kimi  baş  soğanın 

toxumlarından istifadə olunmuşdur.  Mutagen  amil  kimi  birbaşa  mutagen  təsir  tipli  mutagenlər  sinifinə  aid 

olan  kimyəvi  birləşmə  (NMSC)  nitrozametilsidikcövhərinin  0,02 %-li  qatılığından  istifadə  edilmişdir.  Kivi 

bitkisi  meyvələrindən  alınmış  ekstraktlar  təcrübə  mühitinə  NMSC-dən  sonra  daxil  edilmiş,  fiksasiyadan 

sonra  cücərmiş  toxumların  apikal  meristem  hüceyrələrində  xromosom  aberrasiyalarının  tezliyi  analiz 

olunmuşdur. Nəticələrdən məlum olmuşdur ki, NMSC baş soğan toxumları apikal meristem hüceyrələrində 

xromosom  aberrasiyaları  tezliyinin  kontrol  göstəricisini  dəfələrlə  yüksəltmişdir.Əgər  kontrol  variantda 

xromosom  aberrasiyaları  tezliyi  2,51±0,56%  olmuşdursa,  NMSC-nin  təsirindən  sonra  bu  göstərici  

9,73±1,02%-ə  bərabər  olmuşdur.  Nəticədə  göründüyü  kimi  NMSC-i  xromosom  aberrasiyaları  tezliyini 

təqribən   4 dəfə yüksəlməsinə səbəb olmuşdur. 

 NMSC-nin  genotoksikliyi  fonunda  ali  orqanizmlər  üzərində  aparılmış  təcrübələrlə  kivi  bitkisi 

meyvələrindən  alınmış  ekstraktların  yüksək  genmühafizəedici  xüsusiyyətə  malik  olduğu  aşkar  edilmiş  və  

daha effektiv qatılığı  müəyyən olunmuşdur. Tədqiq olunan preparat ekoloji və yaş riskli qruplar üçün xüsusi 

qida məhsullarının hazırlanması zamanı tətbiq oluna bilər. 

 

 

LƏNKƏRAN BÖLGƏSĠNDƏ BĠTƏN BĠR SIRA QEYRĠ ƏNƏNƏVĠ BĠTKĠLƏRĠN EKOLOJĠ 

DAVAMLILIĞININ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 

 

Aslanlı A.R.  

Lənkəran Dövlət Universiteti 

 

Müasir  dövrdə  bioloji  növləri  əhatə  edən  yaşayış  mühitin  təbii  və    əsasəndə  antropogen  amillərlə 



çırklənməsi  bioloji  növlərın  hamsı  ilə  bərabər  bitkilərin  normal  həyat  fəaliyyətinə  mənfi  təsir  göstərərək 

onların  müxtəlif  növlərinin  ayrı-ayrı  lokal  populyasiyalarında  mutasiya  yükünün  artmasına  gətirib  çıxarır. 

Bunun nəticəsındə, yüksək heteroziqotluğa malik qiymətli bitki növlərinin təbii landşaftdan tədricən itməsi, 

bütövlükdə bitki genetik ehtiyyatların tükənməsi-genetik erroziya baş verir. Müasir dövrdə müxtəlif ixtisaslı 

alımlərın qarşısında duran əsas vəzifələrdən biri baş verən genetik erroziyanın qarşısının alınması yollarını 

işləyib  hazırlamaqdan  ibarətdir.  Bunun  üçün  bir  sıra  tədbirlərin  həyata  keçirilməsi  zəruridir  ki,  belə 

tədbirlərdən  biri  bioloji  növlərin,  o  cümlədən  bitki  biomüxtəlifliyinin  vəziyyətinə  sistematik  nəzarəti  tələb 

edir. Bu nəzarəti monitorinq sisteminin-müşahidə, qiymətləndirmə və proqnoz sisteminin köməyi ilə həyata 

keçirmək mümkündür. 

Bu istiqamətdə aparılan araşdırmaların təhlili göstərir ki, problemin həllinə düzgün yanaşma və müasir 

dəqiq  metodların  köməyi  ilə  aparılmış  ekoloji-genetik  monitorinq  ekosistemlərin  vəziyyəti,  onların 

dəyişkənlik  dinamikası,  bitkilərin  mövcud  olduğu  şəraitə  qarşı  adaptasiya  imkanları  haqqında  mülahizə 

yürütməyə və biomüxtəlifliyin vəziyyəti haqqında proqnoz verməyə imkan verir. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bizim tədqiqatların məqsədi müxtəlif qeyri-ənənəvi bitkilərinin 

ayrı-ayrı lokal populyasiyalarından götürülmüş nümunələrdə davamlılığın və  müxtəlif mühit amillərinə qarşı 

genomun cavab reaksiyasının səviyyəsini öyrənməkdən ibarətdir.Tədqiqatı aparmaq üçün Lənkəran rayonun 

yüksəkliyinə  və  digər  xüsusiyyətlərinə  görə  fərqlənən  zonaları  müəyyən  edilmişdir  və  həmin  ərazilərdən 

metodik qaydalara uyğun olaraq qeyri-ənənəvi  bitkilərin nümunələri toplanmışdır.  

Toplanmış ərazilərdən götürülmüş bitkilərdə vəcələ, dağ keşnişi, yabanı nanə  bitkilərində xromosom 

aberrasiyalarının tezliyi öyrənilmişdir. Məlum olmuşdur ki,  bir bitkidə statistik ehtimallı yüksək qiymətlə 

yüksək olmuşdur. Digər bitkilərdə bu fərqin cüzi olması yəni, statistik ehtimalı olmaması təcrübə nəticələri 

ilə bağlıdır.  

Vəcələ  bitkisində  xromosom  aberrasiyalarının  tezliyinin  yüksəlməsi  onun  adaptasiya  sistemləri  ilə 

bağlı  ola  bilər.  Əslində  aparılan  müşahidələr  göstərir  ki,  bu  bitkilərin  yayılma  arealında  ciddi  azalma 

müşahidə  olunmur.  Arealın  nisbətən  azalması  yalnız  antropogen  amillərlə  bağlıdır.  Lakin,  xromosom 



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

108 



 

aberrasiyalarında baş verən bu dəyişiklik yəni onun tezliyinin yüksəlməsi bu bitkidə adaptasiya imkanlarının 

nisbətən azalmasını göstərir.  

Digər iki  bitkidə  isə bu hal müşahidə olunmur və xromosom aberrasiyalarının tezliyində olunan bu 

fərq təcrübə xətaları çərçivəsindədir. bu nəticələr güman etməyə əsas verirki, hər iki bitkinin xüsusi mühafizə 

olunan ərazilərdə yəni, hələlik  həm antropogen amillərin təsirinə ciddi məruz qalmaması, həm də adaptasiya 

imkanlarının tükənməməsi haqqında mülahizə irəli sürək. 

 

 

BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ ANLAYIġLAR VƏ ONLARIN ÖYRƏDĠLMƏSĠNĠN 

ƏHƏMĠYYƏTĠ 

 

Babazadə P.B.  

Azərbaycan Dövlət Pedoqoji Universiteti 

 

Müasir  elmdə  otuza  qədər  anlayışların  mənası  məlumdur.  Anlayışlar  cisim  və  hadisələrin  mühüm 

əlamətləri tərəfindən əks olunan düşüncədir; ətraf reallığın cisim və hadisələrini mühüm xüsusiyyətləri haqda 

bilikdir;  reallığın  əks  olunması  vasitəsidir;  mühüm  əlamətlərə  görə  hadisə  və  ya  cisimlərin 

ümumiləşdirilməsi  nəticəsini  ifadə  edən  fikirdir.Anlayışların  məntiqi  quruluşu  onun  məzmunu  və  həcmini 

özündə birləşdirir. Anlayışların məzmunu altında cisimlərin anlayışlarda əks olunan əsas əlamətləri nəzərdə 

tutulur.  Anlayışların  həcmi-cisimlərin  anlayışlarda  nəzərdə  tutulan  əlamətlərin  toplusudur.  Həcm  və 

məzmundan  başqa  anlayışların  daha  bir  xarakteristikası  müəyyən  edilir  ki,  bu  da  pedaqogika  üçün  çox 

vacibdir-bu mövcud anlayışın digər anlayışlar ilə əlaqəsi və münasibətidir (3). 

Elmdə  sadə  və  mürəkkəb  cins  və  növ,  nəzəri  və  empirik  anlayışlar  müəyyən  olunur.  Mürəkkəb 

anlayışlar elə anlayışlardır ki, onların formalaşması orta məktəbdə biologiyanın bütün tədrisi mövzu boyunca 

davam  edir.  Növ  anlayışı-cins  anlayşının  bir  hissəsidir.  Müəyyən  cins  anlayışına  bir  neçə  növ  anlayışları 

uyğundur. Məsələn, “enliyarpaqlı ağaclar”-növ anlayışı olub özündə bir çox növ anlayışını birləşdirir-palıd, 

çökə, söyüd və s. (2). 

Dərketmə  səviyyələrinə  uyğun  olaraq,  empirik  və  nəzəri  anlayışlar  (və  biliklər)  müəyyən  olunur. 

Empirik  analyışlar-cisim  və  hadisələr  haqqında  biliklərdir,  onlar  formal  məntiq  metodlarının  (müqayisə, 

analiz, sintez, ümumiləşdirmə, konkretləşdirmə, abstraklaşdırma) işlənməsinə məruz qalmaqla, hissi təcrübə 

əsasında  formalaşırlar.  Empirik  biliklər  hadisələrin  əks  olunmasıdır.  Onun  əsas  məzmunu  müşahidə  üçün 

mümkün olan əlamətlər təşkil edir. Empirik biliklərdə faktlar bir-birinin ardınca vacib əsaslandırma olmadan 

davam edir, onların yerini dəyişmək mümkündür. Empirik biliklər və qeyri-elmi ola bilər. Empirik biliklərin 

vahidi-fənnin  ayrı-ayrı  hissələri  haqqında  biliklər  kimi  faktlar  təşkil  edir;  fakt  isə  fənnin  birtərəfli  əks 

olunmasıdır. 

Nəzəri  biliklər-elmin  qanunları  və  onların  tərkibinə  daxil  olan  abstrakt  anlayışlar  formasında  təmsil 

olunur. Onun quruluşu incə və məntiqlidir, daxili əsaslandırılmışdır, kateqoriyaların yerini dəyişmək olmur. 

Nəzəri  anlayışlar  ya  abstrakt  ola  bilər,  cismin  mahiyyətinin  son  mahiyyətini  ifadə  edə  bilər  və  ya 

konkret-nəzəri  anlayış  ola  bilər.  Nəzəri  anlayışlara  ideyalar,  nəzəriyyələr,  qanunlar,  qanunauyğunluqlar 

daxildir. Orta məktəbdə biologiya fənninin tədrisində elə bir anlayışlar yoxdur ki, onların məzmunu fənnin 

bütün tədris dövründə uzun illər boyu dəyişilməmiş qalsın. Empirik anlayışlar köməkçi rol oynayaraq, nəzəri 

biliklərin  konkretləşməsinə  kömək  edir.  Empirik  anlayışlar  həm  induktiv,  həm  də  deduktiv  yolla 

formalaşdırıla  bilər.  Nəzəri  anlayışların  inkişafının  yeganə  mümkün  yolu-abstraktlıqdan  konkretliyə 

doğrudur (1). 

Biologiyanın  tədrisi  metodikasında  bir  neçə  anlayış  növləri  müəyyən  olunmuşdur.  Həcmdən  asılı 

olaraq  sadə  və  mürəkkəb  anlayışlar  müəyyən  edilir.  Sadə  anlayışlara  elementar,  ilkin,  bir  bilik  elementini 

müəyyən edən kimi baxılır. Məsələn, yarpağın forması, yarpağın rəngi kimi anlayışlar. Mürəkkəb anlayışlar 

daha  çox  ümumiləşmiş  olub,  bir  çox  sadə  anlayışları  özündə  birləşdirir.  Məsələn,  mürəkkəb  “yarpaq” 

anlayışı özündə bir çox anatomik, morfoloji, fizioloji, ekoloji və digər anlayışları özündə birləşdirir. 

Elmlərin  əsasına  görə  anatomik,  fizioloji,  morfoloji,  ekoloji,  sistematik,  filogenetik,  sitoloji, 

embrioloji, genetik, aqronomik, gigiyenik, tibbi və s. anlayışlar müəyyən edilir, formalaşma zamanından asılı 

olaraq  lokal  (bir  mövzu  və  ya  dərs  çərçivəsində  açıqlanan,  məsələn  immunitet)  xüsusi  və  ümumbioloji 

anlayışlar müəyyən edilir. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə