Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə55/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   51   52   53   54   55   56   57   58   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

109 



 

ġAGĠRDLƏRĠN XƏRÇƏNKĠMĠLƏRƏ VƏ HÖRÜMÇƏKKĠMĠLƏRƏ AĠD MÖVZULARIN 

MƏNĠMSƏNĠLMƏSĠNDƏ ÇƏTĠNLĠKLƏRĠ 

 

Bağırlı N.İ. 

    Sumqayıt Dövlət Universiteti 

 

         Artropoda  tipinə  aid  olan  Xərçəngkimilər  və  Hörümçəkkimilər  sinfinə  aid  nümayəndələrin  böyük 

əksəriyyəti müxtəlif cinslidir. Nadir hallarda hermofrodit nümayəndələrə də rast gəlinir.   

Xərçəngkimilərin  ibtidai  formalarında  əsasən  erkək  fərdlər  dişi  fərdlərdən  daha  kiçik  olur.  Cinsi 

vəzilər  cüt  olub  cinsi  axarlar  vasitəsilə  xarici  mühitlə  əlaqələnən  iki  kisəcikdən  ibarətdir.  Yumurta  borusu 

qısa  olub  divarlarında  möhkəm  yumurta  qabığı  ifraz  edən  vəzilər  vardır.  Dişilərdə  bəzən  cinsi  dəliyin 

yaxınlığında toxumqəbuledicilər yerləşir.  

Cinsi akt zamanı erkəklər toxumunu xüsusi kopulyasiya dəliyi vasitəsilə toxumqəbulediciyə yeridir və 

toxum  burada  dişi  cinsi  dəlikdən  yumurtalar  çıxana  qədər  qalır  və  mayalanma  burada  baş  verir.  Toxum 

boruları bəzən genişlənərək divarı vəzili toxum kisəsinə çevrilir. Kopulyasiya zamanı erkək fərd tərəfindən 

spermatoforlar dişinin cinsi dəliyinə daxil edilir. Xərçənglərdə cinsi dəlik müxtəlif yerlərdə yerləşir.  

Xərçəngkimilərin  yumurta  qoyma  qabiliyyəti  müxtəlifdir.  Onu  da  qeyd  edək  ki,  xərçəngkimilərin 

əksəriyyətində nəsil qayğısına qalma xüsusiyyəti vardır. Xərçəngkimilər yumurtalarını cinsi dəliyin xaricinə 

və  ya  qarıncıq  ətraflarının  üzərinə  qoyurlar.  Xərçəngkimilərin  bəzi  nümayəndələrində  spermatozoidlər 

olduqca  qəribə  formaya  malik  olub  tamamilə  hərəkətsizdirlər.  Məsələn:  Onayaqlılar  dəstəsinin 

nümayəndələrində spermatozoidlər bir-biri ilə ensiz kəmər vasitəsi ilə birləşən iki oval kisəcikdən ibarətdir 

ki, bunlardan bir tərəfə üç uzun çıxıntı uzanır.  

Spermatozoidlər dişi fərdin cinsi yoluna düşdükdə öz çıxıntıları vasitəsilə yanından ötən yumurtalara 

yapışaraq onun üzərinə oturur və başı yumurtaya doğru yönəlmiş olur. Bu zaman quyruq kapsulunun arxa 

ucundan  xüsusi  dəlik  açılır  və  ətrafdakı  maye  buradan  kapsulun  içərisinə  axır.  Müəyyən  müddət  sonra 

kapsulanın  içərisindən  təzyiqlə  çıxır.  Təzyiq  nəticəsində  spermatozoid  sivri  başı  ilə  əks  istiqamətdəki 

yumurtaya sancılır. Bundan sonra quyruq və çıxıntılar atılır, başcıq isə tamamilə yumurtanın içərisinə keçir. 

 Xərçəngkimilərdə  rüşeymin  formalaşması  başlıca  olaraq  seqmentləşməkdə  olan  rüşeym  zolağı 

hesabına gedir. Belə ki, onun ön və əsas hissəsi bir cüt baş payına başlanğıc verir və bunlardan da mürəkkəb 

gözlər  əmələ  gəlir.  Bu  paylardan  geridə  birinci  olaraq  baş  pərinin  və  iki  ön  seqmentin  antennal  və 

mandibulyar seqmentlərinin əsası qoyulur. Rüşeymin mezoderması bəzən iki sıralı selom kisələrinə çevrilir, 

onların  hüceyrələri  mezodermal  orqanların  qurulmasına,  o  cümlədən  əzələlərin,  ürəyin  və  digər  daxili 

orqanların əmələ gəlməsinə sərf olunur.  

Xərçəngkimilərin  əksəriyyətinin  o  cümlədən  ibtidai  formaların  çoxunun  sonrakı  inkişafı  müxtəlif 

dərəcədə  mürəkkəb  metamorfozla  gedir.  Yumurtadan  sürfə  çıxır.  Metamorfozun  ilkin  mərhələsi  suda 

yaşayan  nauplius  sürfəsidir.  Bu  cür  sürfə  xərçəngkimilər  üçün  səciyyəvidir.  Oval  bədən  quruluşuna  malik 

olan  bu  sürfə  üç    cüt  çıxıntıya,  o  cümlədən  antenullalar,  antennalar  və  üst  çənələrə  malikdir.  Baş  pərinə 

məxsus olan antenullalar sadə quruluşlu olduğu halda ətrafları təmsil edən digər iki cüt çıxıntılar isə iki şaxə 

ilə  təchiz  olunmuşdur.  Sürfənin  antennaları  bədənin  qarın  tərəfində,  ağızın  yanlarında  yerləşib  öz  əsası  ilə 

qidanın  toplanmasında  iştirak  edir.  Antennaların  sonradan  başın  ön  tərəfinə  keçməsi  göstərir  ki,  onlar  öz 

mənşəyini ətraflardan götürmüş və öz  yerini dəyişməklə funksiyasını da dəyişmişdir. Əvvəl yalnız üzməyə 

xidmət edən üst çənələr antennaların arxa hissəsində yerləşir.  

Beləliklə, sürfənin bədəni üzərində gözlər və antenullalar olan baş akrondan və iki seqmentdən təşkil 

olunmuşdur.  Bundan  əlavə,  bədənin  arxa  hissəsində  üzərində  dəlik  yerləşən    anal  pəri  vardır.  Sürfə 

bağırsağa,  baş  beyinə,  iki  qarın  sinir  düyününə,  nauplial  gözlərə  və  bir  cüt  ifrazat  orqanına  malikdir. 

Mandibula  seqmenti  ilə  anal  pəri  arasındakı  sahədə  seqmentləşməmiş  böyümə  zonası  vardır.  Bu  zona 

hesabına bədənin çatışmayan digər seqmentləri əmələ gəlir. Sürfə adətən uzununa böyüyür.   

Müəyyən  müddət  sonra  sürfə  qabığını  dəyişərək  yetkin  fərd  formasını  alır.  Cüt  gözlər  tədricən 

diferensiasiya edir, ayaqlar özünəməxsus formasını alır, seqmentlərin sayı tamamlanır və metamorfoz başa 

çatır.  Metamorfozun  ikişaxəli  döşayaqlarının  tam  inkişafı  və  qarın  ayaqlarının  təməlinin  qoyulması 

mərhələsi  isə  mizidi  mərhələsi  adlanır.  Bu  mərhələdə sürfə  qabıq  dəyişdikdən  sonra  formalaşmış  xərçəngə 

çevrilir. 

          Ayrıcinsli olan hörümçəkkimilərdə cinsi vəzilər bədənin qarıncıq hissəsində yerləşir. Bəzən cüt, əksər 




 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

110 



 

hallarda isə sağ və sol vəzilərin qismən bitişməsi baş verir. Bəzən erkək və  ya dişi fərddə cinsi vəzilər cüt 

olduğu halda, digərlərində artıq bitişmə getmişdir.  

Belə ki, bu sinfin əqrəblər dəstəsinin nümayəndələrində erkək fərdlərdə iki toxumluq, dişi fərdlərdə isə 

bir  yumurtalıq  vardır.  Onlar  bir-birilə  birləşmiş  üç  uzununa  borucuqdan  ibarətdir.  Hörümçəklər  dəstəsinin 

nümayəndələrində  isə  hər  iki  fərdin  vəziləri  öz  sərbəstliklərini  saxlayırlar.  Ümumiyyətlə,  cinsi  vəzilərdən 

həmişə  cüt  cinsi  axarlar  başlanğıc  götürür,  onlar  qarıncığın  ön  tərəfindən  birləşərək  cinsi  dəliklə  xaricə 

açılırlar. Erkək fərdlərdə müxtəlif vəzilər, dişilərdə isə çox vaxt toxumqəbuledici inkişaf edir. 

          Hörümçəklərdə  kopulyasiya  ilə  müşayət  olunan  daxili  mayalanma  mövcuddur.  Spermatofor  erkəyin 

ifraz etdiyi toxum mayesidir. Toxum mayesi kisə ilə əhatə olunub xarici mühitdən mühafizə rolunu oynayır. 

Əqrəblərin və gənələrin əksəriyyətinin erkək fərdləri spermatoforu torpağın üzərinə qoyurlar. Dişi fərd isə 

onu xarici cinsi orqanı ilə götürür. Bəzi formalarında kopulyativ orqanlar vardır, spermatoforlar isə yoxdur. 

Demək  olar  ki,  bütün  hörümçəkkimilərdə  inkişaf  birbaşadır.  Lakin  gənələrin  inkişafı  metamorfozla  gedir. 

Metamorfoz başa çatdıqdan sonra, yetkin gənələrin əsas sahibləri insan, iribuynuzlu mal-qara və s. canlılar 

olur.   

 

 

MÜASĠR TƏHSĠL SĠSTEMĠNDƏ DƏRSƏ VERĠLƏN TƏLƏBLƏRĠN BĠOLOGĠYA  

FƏNNĠ ĠLƏ QARġILIQLI ƏLAQƏSĠ 

 

Bağırova A.V. 

Lənkəran Dövlət Universiteti 

 

Canlı  təbiəti  öyrənən  biologiya  bir  fənn  kimi  tədris  prosesinin  forma  və  metodlarının 

özünəməxsusluğu  ilə  digər  fənlərdən  kəskin  fərqlənir.  Biologiyada  dəqiq  obyektlər  (bitkilər,  heyvanlar  və 

insan),  onların  üzvi  aləmdə  mürəkkəb  və  qarşılıqlı  əlaqəsi  və  inkişafı  öyrənilir.  Tədris  işləri  xüsusi 

formalarda  (ekskursiyalar,  şagirdlərin  dərsdən  kənar  və  ev  işləri,  sinifdan  kənar  məşğələlər)  xüsusi  təlim 

vəsaitləri (əyani  vəsaitlər) və  praktik  işlərlə  həyata  keçirilir.  Bioloji  fənlərin  səmərəli  tədrisi  üçün  yuxarıda 

göstərilənlərlə  yanaşı  xüsusi  tədris  təchizat-bazası,vəsaitlərlə  təchiz  olunmuş  kabinet,  canlı  təbiət  guşəsi, 

tədris təcrübə sahəsi tələb olunur. Biologiyanın tədrisi metodikası ümumi və xüsusi olmaqla iki yerə bolünür. 

Ümumi  metodikaya:  təlimin  pedaqoji  istiqaməti,  vahid  məzmun  və  metodları,  onların  qarşılıqlı  əlaqəsi 

daxildir. Xüsusi metodikaya: bitkilər, heyvanlar, insan və onun sağlamlığı, öyrənilməsi metodikaları daxildir. 

Lakin bunlara baxmayaraq biologiyanın tədrisi metodikası vahid elmdir. Bioloji elmlərdən botanika (bitkilər) 

və zoologiyanın inkişafı diferensiasiya olunaraq anatomiya, morfologiya, sistematika, fiziologiya, ekologiya 

və  s.  kimi  elmi  sahələr  ayrılmışdır.  Həmçinin  məktəb  fənlərində  canlı  orqanizmlərin:  bitki  və  heyvanların, 

insanların ayrı-ayrı orqanlarını öyrənən zaman bu elmlərin elementləri inteqrasiya olunur. 

X-Xl  siniflərdə  orqanizmlərin  fərdi  və  tarixi  inkişafının  müxtəlif  səviyyələrdə  öyrənilməsi  müasir 

elmdə  sitologiya,  molekulyar  biologiya,  molekulyar  genetika,  biokimya,  biofizika,  genetika,  seleksiya, 

ekologiya elmlərini, biosfer haqqında təlimin əsaslarını özündə birləşdirir. Biologiya həm də aqronomiya və 

tibb elmlərinin əsasını təşkil edir. 

Biologiya  müəllimləri  nəinki    hər  bir  kursun ayrıca metodikasının,  həmçinin  biologiyanın  tədrisinin 

ümumi  vəziyyətinin  və  biologiyanın  tədrisinin  qanunauyğunluqlarının,  ayn-ayrı  kursların    xüsusiyyətlərini 

nəzərə  almaqla  onların  qarşılıqlı  əlaqələrini  də  bilməlidir.  Bunun  üçündə  hər  bir  müəllimdən  yüksək 

peşakarlıq  və  pedaqoji  ustalıq  tələb  olunur.  Müasir  dövrün  tələblərinə  uyğun  olaraq  yeni  təhsil sistemində 

(kurikulum)  bu  vacib  şərtdir.  Kurikulum  müasir  dərs  modelinin  əsas  çərçivələri  üzrə  biologiya  fənni 

kursunun  hər  bir  bölməsinin  məqsədini,  məzmununu,  tədris-təlim  fəaliyyətini,  nailiyyətlərini,  onların 

qiymətləndirilməsini əks etdirir. Bununla paralel olaraq şagird müasir dərs modeli sayəsində müstəqil olaraq 

aşağıdakıları əldə etmiş olur: 

 

Canlılar  aləmini  təşkil  edən  varlıqları  səciyyəvi  xüsusiyyətlərinə  görə  müqayisə  edir,  bu 



barədə mülahizələrini şərh edir; 

 



Bioloji  varlıqlarda  baş  verən  dəyişiklikləri  müşahidə  edir,  nəticələri  ümumiləşdirir,  onları 

şərh edir; 

 

Canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir; 



 

bitkilərin  əkilməsi,  becərilməsi,  ev  heyvanlarının,    quşların  və  digər  heyvanların  bəslənməsi  və 



onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir; 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə