Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə63/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   59   60   61   62   63   64   65   66   ...   283

 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

124 



 

AZƏRBAYCANIN  ÇĠRKLƏNMƏ MƏNBƏYĠNƏ GÖRƏ FƏRQLƏNƏN BƏZĠ  TORPAQLARININ 

MĠKOLOJĠ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 

 

Əliyeva G.Y. 

Sumqayıt Dövlət Universiteti 

 

Təbii  ehtiyatlardan  istifadənin  genişləndirilməsi  müasir  dövrün  diqtə  etdiyi  vəzifələrdən  olsa  da, 

bunun  nəticəsi  ekoloji  vəziyyətin  həddindən  artıq  gərginləşməsinə  səbəb  olmuşdur.  Belə  ki,  faydalı 

qazıntıların  intensiv  şəkildə  çıxarılması,  emalı,  daşınması,  eləcə  də  istifadəsi  təbii  mühitin  ciddi  şəkildə 

pozulmasına səbəb olur. Bəzən bunun nəticəsi müəyyən ərazilərin bitki və heyvan aləminin tamamən məhv 

olması ilə də yekunlaşır və  bu hallara müasir dövrdə tez-tez rast gəlinir.  Bu səbəbdən də müasir dövrün ən 

aktual  vəzifələrindən  biri  əsas  struktur  elementi  canlılar    olan    təbii  ekosistemlərin  bərpasıdır.  Bu  da  öz 

növbəsində kompleks yanaşmaya əsaslanan metodlarla əsas komponentlərindən biri göbələklər olan torpaq 

biotasınıın tədqiqinin zəruriliyini qaçılmaz edir.  

Azərbaycan Respublikası da zəngin və çoxçeşidli zəngin təbii ehtiyatalara malik ölkələrədn biridir və 

uzun müddətdir ki, bununla bağlı işlər aparılır və nəticə etibarıilə burada faydalı qazıntıların çıxarılmasına 

əsaslanan  emal,  istehsal  və  s.  xarakterli  müəssisələr  fəaliyytə  göstərir.  Bu  tipli  istehsal  proseslərinin   

fəaliyyətinin təzahür formalarından biri də   ətraf mühitin çirklənməsi, ekoloji vəziyyətin isə pisləşməsidir. 

Bunların da qarşısının alınması müasir dövrün aktual problemlərindən biridir və onalrın həll edilməsi üçün 

konkret  biotopda  baş  verən  proselərin  iştirakçılarının  dəqiqi  müəyyənləşdirilməsi,  onların  ekobioloji 

xüsusiyyətlərini dəqiqləşdirmək vacibdir. Buna görə də təqdim olunan işin məqsədi Azərbaycanda bu və ya 

digər  xarakterli  təsirə  məruz  qalmış  torpaqa  bağlı  olan  biotopların  mikoloji  cəhətdən  qiymətləndirilməsinə 

həsr  edilmişdir.  Aparılan  tədqiqatlarda  Abşeron  şəraitində  müxtəlif  deqradasiya  dərəcəsinə  malik  olan 

torpaqlar mikobiotasının say və növ tərkibinə, yayılma qanunauyğunluqlarına və patogenlik aktivliyinə görə 

ilk dəfə kompleks şəkildə tədqiq edilmişdir. 

Müəyyən edilmişdir ki, Abşeronun deqradasiya dərəcəsinə görə fərqlənən ayrı-ayrı torpaq sahələrinin 

mikobiotası  spesifik  əlamətlər  daşıyan  birlik  kimi  xarakterizə  olunur  və  onların  spesifik  əlamətlər 

daşımasında deqradasiyaya səbəb olan təsirlərin xarakteri mühüm rol oynayır.  

Bu və ya digər təsirə məruz qalmış torpaqların mikobiotasının təşkilinin struktur-funksional xarakterli 

dəyişikliyi  ekosistemin  ekologiyasının  pozulmasına  səbəb  olan  təsirlərlə  sıx  bağlıdır  və  bunun  da  təzahür 

forması  göbələklərin fizioloji qruplarının, xüsusən də sellülozaparçalayanların suksessiyası prosesinin ayrı-

ayrı mərhələlərinin iştirakçılarının həm kəmiyyət, həm də keyfiyyətcə dəyişilməsi ilə müşahidə olunur.  

İlk  dəfə  olaraq  Abşeronun  müxtəlif  təsirlərə  məruz  qalan  torpaqları  mikoloji  cəhətdən 

qiymətləndirilmiş  və    suvarılan,  kimyəvi  istehsal  məhsuları  ilə,  eləcədə    neft  məhsuları  ilə  zəif    dərəcədə 

çirklənmiş  torpaqlar  stress  zonasına,  neft  məhsulları  ilə  orta  dərəcədə  çirklənmiş  və  şəhər  torpaqları 

rezistentlik  zonasına,  neftlə  güclü  dərəcədə  çirklənmiş  torpaqlar  isə  mikobiotanın  kataklizmi  və  ya 

repressiyası zonasına uyğun olan xüsusiyyətlər daşıması müəyyən edilmişdir. 

 

 

BĠOLOGĠYANĠN TƏDRĠSĠNDƏ MÜASĠR TƏLĠM TEXNOLOGĠYALARININ TƏTBĠQĠ 

 

Əlizadə A.A. 

Lənkəran Dövlət Universiteti 

 

Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası bu 

sahədə yeni təlim texnologiyalarından, fəal və interaktiv  təlim  metodlarından istifadə edilməsini tələb edir. 

Azərbaycanın  təhsil  sistemində  zəruri  islahatların  aparıldığı  bir  şəraitdə  orta  məktəblərdə  biologiyanın 

tədrisində tədris proqramlarının təkmilləşdirilməsi, yeni təlim texnologiyalarından istifadə ilə bağlı tədqiqat 

işləri  aktuallığını  həmişə  saxlayır.  Yenitəlim  texnologiyalarının  tətbiqi  şagird  şəxsiyyətinin 

formalaşdırılmasında önəmli yeri vardır. Şagird şəxsiyyətinin formalaşmasında təlimin humanistləşməsinin, 

müasir təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti böyükdür. Təlimin humanistləşdirilməsi prinsipi sosial, 

bəşəri  ideyalara  xidmət  edir.  Müasir  təlim  texnologiyalarından  istifadə  şagirdlərin  intellektual,  mənəvi 

cəhətdən  inkişaf  etdirilməsi  ön  plana  çəkir.  Müasir  texnologiyaların  tətbiqi  şagirdlərin  yaradıcılıq 

qabiliyyətinin inkişafını təmin etməklə yanaşı onlarda yüksək ünsiyyət mədəniyyətini formalaşdırır.  



 

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

125 



 

Müəllimlər  müasir  texnologiyalardan  istifadə  etmək    dərsləri  daha  maraqlı  edir,  şagirdləri  əsasən 

sağlam  mühakimələr  irəli  sürməyə,  sonradan  real  həyata  tətbiq  edəcəkləri  məzmunu  başa  düşməyəyardım 

edən  mühümvasitələrə  çevirə  bilir.  Müasir  təlim  texnologiyalarının  tətbiqi  təhsilin  məzmununu  daha  yaxşı 

mənimsəmək və şagirlərdə təfəkkür prosesini inkişaf etdirmək üçün çox faydalıdır.Yeni təlimmetodlarından 

istifadə bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tətqiqat fəaliyyətinə cəlb 

edilmələri,  müəllim  tərəfindən  problemli  şəraitin  yaradılması,  biliklərin  şagirdlər  tərəfindən  müstəqil  əldə 

edilməsi və s. Bu xüsusiyyətlər bəzi  ənənəvi təlim metodlarında da olmuşdur, lakin müasir təlim metodları 

bütövlüklə bu xüsusiyyətlərə əsaslanır.  

Bildiyimiz kimi, müasir təlim texnologiyaları və ya interaktiv təlim metodları yaddaşa yox təfəkkürə 

əsaslanır.  Müasir  təlim  texnologiyaları  ilə  müstəqil  şəkildə  biliklərə  yiyələnə  şagirdlərin  nəinki  təfəkkürü 

inkişaf  edir,  həmdə  yaradıcılıq  qabiliyyəti  də  inkişaf  edir.  İnteraktiv  təlim  bilik,  bacarıq  və  vərdişlərə 

yiyələnməyə,  cəmiyyətin  vətəndaşları  üçün  zəruri  sosial  və  intelektual  təfəkkürün,  düşünmə  bacarıqlarının 

inkişafına  kömək  edən  demokratik  üsullarla  aparılan  təlim  prosesidir.Müasir  təlim  texnologiyaları  ilə 

keçirilən    dərslərin  üstün  cəhətlərindən  biri  şagirdlərin  sosial  cəhətdən  inkişaf  etdirməkdir.  Belə  dərslərdə 

təşkil edilən quruplar şagirdlərin sosial formalaşmasında mühüm rol oynayırlar.  

Bunuda  qeyd  edək  ki,  interaktiv  təlimmetodlarından  hər  bir  mövzunun  tədrisində  istifadə  etmək 

məsləhət  görülmür.  Dərsdə  qarşıya  qoyulmuş  məqsəd,  şagirdlərə  veriləcək  bilik  və  bacarıqların  məzmunu, 

xarakteri,  yerli  şərait,  məktəbin  maddi  bazası  və  s.  nəzərə  alınmaqla  interaktiv  metodlara  müraciət 

edilməlidir.  



 

 

ĠNSAN IRSĠYYƏTĠ XÜSUSĠYYƏTLƏRĠNĠN ƏKĠZLĠK ÜSULU ĠLƏ ÖYRƏNĠLMƏSĠ 

 

Fərzəliyeva S.Y. 

Gəncə Dövlət Universiteti 

 

Əkizlik üsulundan istifadə etdikdə ilk növbədə ziqotluğun növünü təyin etmək lazımdır, yəni onların 



monoziqot  və  ya  diziqot  olmaqları  yoxlanılmalıdır.Ziqotluğun  növünü  müəyyən  etmək  üçün  tərəf 

müqabillərinin  ziqotluğunun  müayinəsi  meyarlarının  müxtəlif  növlərini  istifadə  etmək  olar.  Misal  üçün 

plasenta  və  xorionun  ya  uşaqlıq  divarının  sayının  qiymətləndirilməsi  üsulundan,  ancaq  daha tez-tez  əkizlər 

cütünün  tərəf  müqabillərinin  xarici  mühit  faktorlarından  az  dərəcədə  asılı  olan  genetik  əsaslanmış 

əlamətlərinin  tədqiqinə  yönəlmiş  “oxşarlıq  metodu”  istifadə  olunur.  Ona  görə  üsulun  özü  oxşarlıq  və  ya 

uyğunluq metodu adlanır. Polisimptom oxşarlıq üsulunu 1924-cü ildə Simens və Terşuer təklif etmişdirlər. 

Konkordantlıq  və  ya  diskordantlığın  səviyyəsini  qiymətləndirmək  üçün  aşağıdakı  fenotipik 

göstəriciləri  müqayisə  edirlər:  gözün  rəngi  və  quruluşu,  burunun  əsasınınvə  ucunun  forması,  qulaq 

seyvanının  (qıvrım,  əksqıvrım,qulağın  məməsinin  forması),  dodaq,  çənəquruluşu,  ağız  kəsiyi,  burunun 

profili, kirpiklərin uzunluğu və forması və digər əlamətlər (antropologiyada qəbul olunmuş 19 əlamət). Hər 

bir  fenotipik  əlamətin  nəzərə  çarpma  səviyyəsi  bal  sisteminə  uyğun  qiymətləndirilir.  Ziqotluğun 

təsdiqlənməsi  üçün  portret  fotosyomkası  istifadə  oluna  bilər.  Bu  zaman  hər  iki  əkiz  eyni  duruşda  çəkil 

çəkdirirlər  (fas,  profil,  müəyyən  bucaq  altında  və  s).  Mononziqot  əkizlər  bütün  əlamətlərə  görə  bir-birinə 

oxşardı,  diziqotlar  yalnız  bir  neçə  əlamətə  görə  oxşarlığa  malikdirlər.  Buna  əsasən  oxşarlıq  səviyyəsi 

(konkordantlıq  və  ya  diskordantlıq  səviyyəsi)  nəticə  çıxarılır.  Bu  yanaşmanın  çatışmayan  cəhəti  müəyyən 

subyektivlikdir, əlamətlərin mümkün olan dəyişikliklərinin uşağın yaşı artdıqcaəlavə olmasının çətinliyi. 

Bununla  əlaqəli  olaraq  ziqotluğun  müayinəsi  üçün  immunoloji  əlamətlərə  görə  oxşarlığın 

müəyyənləşməsinə  əsaslanan  digər  yanaşma  istifadə  olunur:  ABO  sisteminə  uyğun  qan  qrupları,  rezus-

faktor, HLA sisteminə uyğun halotiplər və s. (PDRF–markerlər, feniltiokarbamid dadının bilməsi və s.). Bu 

əlamətlər  ömür  boyu  dəyişmirlər  və  ziqotluğun  qiymətləndirilməsi  üçün  etibarlı  markerləridirlər.  Bəzi 

hallarda ziqotluğun qiymətləndirilməsi üçün dermatoqlifika üsulu (əlin, ovucun, barmaqların qabarıqlarının 

tədqiqi, dermatoqlifik əmsalların təyini və s.) monogen irsiyyətə malik əlamət olan feniltiokarbamidin iyini 

hissetmə qabiliyyəti, EKQ tipi və refraksiya xüsusiyyətləri və b. 

Bəzi  hallarda  anketləşmə  üsulu  istifadə  oluna  bilər  (müxtəlif  əlamətlərin  uyğunluğuna  dair  sorğu 

kitabçası). Bu sorğuya vlideynlər, müəllimlər, qohumlar və b. cavab verir. 

İstehsalçıların oxşarlıq üsulu ilə ziqotluğun təyini əkizlərin eyni cinsli olduğu zaman həyata keçirilir. 

Müxtəlif  cinsli  əkizlər  adətən  diziqot  olur.  Çox  nadir  hallarda  monoziqot  əkizlərdə  cinsi  xromosomlarda 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə