Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
122
rəsmlər və.s mənbələrdən əldə olunan nəticələr deməyə əsas verir ki,təxminən e.ə 3-cü minilliyin
başlanğıcında belə qədim.Azərbaycan əraziləri mədəni üzümçülük vətənlərindən biri olaraq
tanınırdı.Üzümün insanların həyatında zəruri qida maddəsi kimi cıxış etməsinin bariz nümunəsi olaraq
qədim romalıların “ Həyata yol üzümdən kecir” misalını göstərmək kifayətdir. Üzümün sənayə təsərrüfatı
baxımından olduqca qiymətli xüsusiyyətlərini öyrənmək bu sahədə nəzəri və eksperimental tədqiqatların
həyata keçirilməsi zamanı iqtisadi cəhətdən yüksək səmərəli nəticələr əldə etmək üçün,üzümü hərtərəfli
tanımaq onun bioloji, texnoloji, morfoloji, anotomik və digər xüsusiyyətlərini dərindən öyrənmək lazımdır.
Azərbaycan ərazisində aborigen ve introduksiya olunmuş ümumilikdə 600-ə yaxın üzüm sortları
becərilmişdir ki, bunlardan təqribən 400-ü yerli üzüm sortlarına aid edilir,70 -dən artıq üzüm sortu
itirilmiş,80-dən artıq üzüm sortu isə itirilmək təhlükəsi ilə üz-üzədir,xüsusi ilə Ermənistanın Azərbaycana
qarşı təcavüzü dönəmlərində Azərbaycana məxsus neçə-neçə üzüm sortlarının adları dəyişdirilmiş və
özəlləşdirilmişdir.
Üzüm meyvəsinin tərkibindəki quru maddələri karbohidratlar, üzvi turşular, fenol birləşmələri, azotlu
və mineral maddələr, yağlar və digərləri təşkil edir. Dünya miqyasında istehsal olunan üzümün yalnız 90%-ə
qədəri sənaye müəssisələrində emal üçün nəzərdə tutulmuşdur və bu sənaye emalının nəticəsi olaraq 60
addan çox qida və dad məhsulları hazırlanmışdir. Üzümün emalı nəticəsində alınan üzüm
məhsullarına,şərabçılıq məhsullarını,üzüm şirələrini, üzüm konsentratlarıni,üzüm konservlərini,üzümün
tullantısız emalını həyata keçirmək məqsədi ilə əldə olunan ikinci dərəcəli məhsulları aid etmək olar,bundan
əlavə üzümdən kişmiş,marinadlar,mürəbbələr,şərq şirniyatları digər spirtsiz(alkoqolsuz) içkilər alınırki bu
məhsullar insanların qida rasionunda oz əhəmiyyəti ilə fərqlənirlər. Bütün istehsal sənayə müəssisələrində
olduğu kimi,qida məhsullarının istehsalını həyata keçirən müəssisələrdə də ən böyük problem tullantısız və
ya az tullantılı texnologiyanın təmin olunmasıdır ki,bu problemin həlli üzümçülük və şərabçılıq
məhsullarının yüksək keyfiyyətdə istehsalı ilə yanaşı,xalq təsarrüfatı üçün,tibb sənayəsi üçün,parfumeriya
və digər sahələr üçün əhəmiyyətli olan ikinci dərəcəli məhsulların alınmasına imkan yaratmaqla mümkün
olmuşdur.Üzümün emal tullantıları (bu tullantılar üzümün həcminin 20%-ni təşkil edir) hesab olunan üzüm
cecəsinin,daraqının,maya və qatı çöküntülərinin kompleks emalı nəticəsində olduqca qiymətli məhsullar əldə
olunmuşdur.Şərabçılığın ikinci dərəcəli emal məsulları kimi etil spirtini,caxır turşusunu,vitamin preparatları
və
ferment
preparatları,tanin,yem
mayaları,üzümün
toxumundan
alınan
üzüm
yağı,boyaq
maddələri,gübrələr,heyvandarlıq üçün yem məhsullarını misal göstərmək mümkündür.Müasir dövrdə istehsal
müəssisələrində tullantısız texnologiyaların tətbiqi və ya tullantıların minimuma endirilməsi nəinki olduqca
əhəmiyyətli ikinci dərəcəli məhsulların əldə olunmasında eyni zamanda ətraf mühütün çirklənməsinin
qarşısının alınmasında,əhalinin sağlamlığının qorunmasında və fərqli istehsal sahələri üçün xammal
bazasının yaradılmasında olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir və bu məsələlər daim
aktuallığını qorumaqdadır.
MĠNGƏCEVĠR SU HÖVZƏSĠNDƏ OVLANAN SĠYƏNƏKKĠMĠLƏR
FƏSĠLƏSĠNDƏN OLAN KĠLKƏ BALIQLARI HAQQINDA ÜMUMĠ MƏLUMAT
Ələkbərzadə E.Ş.
Azərbaycan Dövlət İqtisad Universiteti
Siyənəkkimilər fəsiləsi-
Clupeidae
Siyənəkkimilər dəniz,şirin su hövzələrində sürü halında yaşıyan balıqlardandır.300-ə yaxin növü
vardır.Sümüklü balıqlar növünə aiddir.Bədəni uzunsov,yanlardan sıxılmış rəngi gümüşü rəngdədir.
Bir bel
üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır.Bəzi növlərində qarınlarında üzgəcləri olmur..Xəzər dənizində iki
cinsin nümayəndələri yaşayır:kilkələr və siyənəklər.
Kilkələr cinsi-Clupeonella
Xırda balıqlardır.Boğazından anal dəliyinə qədər “kil” olduğuna görə kilkə adlanır..Xəzər dənizində
üç növü yaşayır:adi kilkə-Cl delicatula caspia,ançousabənzər kilkə-C.engrauliformes Borodin,irigöz kilkə-
Cl.grimmi
Adi kilkə-
Cl delicatula caspia
İtilənmiş və qısa döş üzgəcləri,bədənin və başın daha hündür olması,gözlərinin kiçikliyi ilə seçilir.Beli
və başın üst hissəsi boz-yaşlımtıl və ya qızılı-sarıdır.Fəqərələrin sayı 42-55,qəlsəmə dişciklərin sayı 53-
65,omurğa pulçuqlarının sayı 24-29 olur.Başı kiçikdir,orta hesabla bədən uzunluğunun 22,1%-ni təşkil edir
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
123
Xəzərin müəyyən sahələrinə uyğunlaşmış və ölçülərinə,bioloji xüsusiyyətlərinə görə öz aralarında fərqlənən
yerli populyasiyalar və ya bioloji irqlər əmələ gətirir.Xəzərin hər yerinə əsasən sahilə yaxın 10-60m
derinlikdə yayılmışdır.Əsas kütləsi dənizin başlıca olaraq qerb və şərq sahillərində toplaşır. Kilkələr
Volqa,Ural,Terek çaylarının deltalarına girirlər.
Kürü tökmək üçün əsasən yazda dənizin cənub rayonlarından şimala və sahillərə qışlamaq üçün isə
əksinə,şimaldan cənuba köç edir.Adi kilkələr mühüm vətəgə əhəmiyyətli balıqlardır.Xəzərdə onun ehtiyati
416,1 min tondur.Ondan 231,1 min tonu Şimali Xəzərin,185 min tonu Cənubi Xəzərin payına düşür.Lakin
bəzi çətinliklərlə əlaqədar onun mövcud ehtiyatlarından tam istifadə olunmur.Adi kilkələr planktonla
qidalanır.Həyat müddəti 6 ilə qədərdir.
Ançousabənzər kilkə-C.engrauliformes Borodin
Bədəni oxlovşəkilli,alçaq,qarıncığı dəyirmiləşmişdir,kili güclə seçilir.Qalınlaşmış
beli tünd göy rəngdə
yaşıl və ya zeytun çalarlıdır.Qarın tikanları yaxşı inkişaf etmişdir.Başında və bel tərəfində yaxşı görünən
tünd rəngli piqmentlər vardır.Başı,ağzı kiçikdir,gözləri xırdadır anal üzgəcin iki son şuası uzanmışdır.Döş
üzgəclərinin uzunluğu döş və qarın üzgəcləri arasındakı mesafə iki dəfədən artıq yerləşir.Uzunluğu 155-165
mm olur.Nisbətən istisevərdirlər (6-28˚),qışda isə (9-11˚) temperaturda rast gəlinirlər.Bəzi əlamətlərinə görə
o,adı kilkə ilə irigöz kilkə arasında keçid təşkil edir.Dəniz balığıdır.Uzunluğu 14,5sm,çəkisi 20q olur.Orta
uzunluğu müxtəlif illərdə 11,5-12,7sm,orta çəkisi 10,7-16,5q olur.Digər kilkələrə nisbətən daha uzun ömürlü
olurlar.7 ilə qədər yaşayırlar.Ançousabənzər kilkə digər kilkələr kimi planktonla qidalanır.Onlar ən çox kiçik
xərçənkkimilərlə əsas etibarilə kurəkayaqlılarla qidalanır.Qidalanma gündüzlər davam edir,gecələr isə
qidalanmır yada çox zəif dərəcədə qidalanır.Qidalanma dərəcəsi yayda sürətli,qışda isə zəif
olur.Ançoubənzər kilkə kürüsünü aprelin axırlarından başlayaraq noyabr ayına qədər müddətə tökür
İrigöz kilkələr-
C.grimmi Kessler
İrigöz kilkələr adi və ançousabənzər kilkə növlərinə nisbətən başı böyük,gözləri iri ,üzgəclərı isə uzun
olur.Başı böyük hündür və böyükdür,başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.Gözləri
iridir,diametri başı uzunluğun 23% dən çoxdur.Antedorsal məsafə bədən uzunluğunun 48%-dən az
deyildir.Döş üzgəcləri çox uzundur və qarın üzgəcləri ilə döş üzgəcləri arasındakı məsafənin 62-63% təşkil
edir.Bədəni hündür və yanlardan basıqdır.Qışda və payızda 16-32m dərinlikdə,yazda isə üst qatlarda
dolanır.İrigöz kilkələrin süfrələri 300m və daha artıq dərinliklərdə təsadüf edilir.Dəniz balığıdır.Şirin sularda
təsadüf edilmir.Uzunluğu 14,5sm-ə qeder,çəkisi 20q-a qədər olur.Torlarda tutulan irigöz kilkələrin orta
uzunluğu 10,6-11,2sm,çəkisi 7,1-10,9q olur.İrigöz kilkə 6 ilə qədər yaşayır.Cinsi yetkinliyə 2 yaşında
çatır.Drifted toplara düşən kilkələrin çox qismini 3-4 yaşlı balıqlar təşkil edir.Bir yaşı olduqda kilkənin
uzunluğu 46-54mm çatır.İki yaşında uzunluğu 78-90mm,üç yaşında 96mm,dörd yaşında 109mm olur.
Kilkə balığının orqonoleptiki keyfiyyət göstəriciləri(xarici görünüşü,dadı,iyi,konsistensiyası) tədqiq
edilmişdir. Kilkə balığının xarici görünüşünü qiymətləndirərkən ilk növbədə balıqların qəlsəmələrin
rəngi,qarın nahiyəsinin vəziyyəti,anal dəliyinin seyiliyinin rənginə və iyinə diqqət yetirilməlidir. Belə
ki,tədqiqat obyekti kimi götürülmüş kilkə balığının dərisi az miqdarda zədələnmiş,pulcuqları isə bir qədər
tökülmüş vəziyətdə olmuşdur.Bədənlərinin üzəri təmiz və təbii rəngdə,qəlsəmələrinin rənginin isə tünd
qırmızı olması qeyd edilmişdir.Qarın nahiyəsinin analizi zamanı isə qarın nahiyəsində şişlərə rast
gəlinmiş,seliyi isə iysiz və şəffaf olmuşdur.
Konsistensiyasına görə aparılan analiz zamanı isə müəyyən olunmuşdur ki,tədqiqat obyekti kimi
götürülmüş Kilkə balıqlarının konsistensiyası bərk olmuş,ən enli və ətri hissəsini barmaqla basmaqla əmələ
gələn balığın əvvəlki vəziyyətinə dərhal qayıtması qeyd edilmişdir.İy və dadına görə aparılan
qiymətləndirmə zamanı isə müəyyən olunmuşdur ki,bu balığın iyi təzə balığin iyini xatırlatmış və onlarda
kənar iylər hiss edilməmişdir.Bu məqsədlə iti bıçaqla kilkə balığının əzilmiş hissələrinə anal dəliyinə və bel
hissəsinə dərhal batırıb çıxarmaqla da onun iyi təyin edilmişdir.Beləliklə kilkə balığının orqonoleptiki
keyfiyyət göstəriciləri üzrə aparılan ekspertizanın nəticəsi göstərdi ki,bu balıqların orqonoleptiki keyfiyyət
göstəriciləri mövcud dövlət standartlarına və normativ-texniki sənədlərin tələblərinə cavab verir və bu
standartlardan ferqli olan xüsusi kənarlaşma halları qeyd edilməmişdir.
Kilkə balığının fiziki-kimyəvi keyfiyyət göstəriciləri üzrə aparılan ekspertiza zamanı isə balıqlarda
kütlə tərkibi, azot əsaslı uçucu maddələrin lipidlərin və amonyakın miqdarı təyin edilmişdir.
Saxlanmanın qısa müddətində olan belə temperatur şəraitinin böyük
əhəmiyyəti vardır.